Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
  1   2   3   4   5   6   7   8   9   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352



MÜHAZİRƏ 1 
Əmək mühafizəsi və təhlükəsizliyi fənni, 
 onun məqsədi və toxunduğu əsas məsələlər 
 
Plan 
1. Giriş. Əmək mühafizəsi və təhlükəsizliyi fənninin məzmunu və sosial- 
iqtisadi əhəmiyyəti. Əmək mühafizəsi kursu və onun yüksək ixtisaslı 
mütəxəssislərin hazırlanmasında rolu. 
2. Əmək mühafizəsi və təhlükəsizliyi fənninin inkişaf tarixi. Əmək 
mühafizəsi sahəsindəki nailiyyətlər. 
3. Əmək mühafizəsi fənnində qəbul edilmiş terminlər və onların məzmunu.
4. Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar
Əməyin mühafizəsi – insanın əmək prosesində sağlamlığını, təhlükəsizliyini 
və işgüzarlığını təmin edən qanunvericilik aktları, təşkilati-texniki, sanitariya-
gigiyenik, sosial-iqtisadi tədbirlər sistemidir.
Əməyin mühafizəsinin məqsədi istehsalat şəraitində işləyənlərin sağlam və 
təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat zərərçəkmə və peşə 
zədələnmələrinin, peşə xəstələnmələrinin qarşısını almaqdır.
Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan 
dövlətinin qüvvədə olan konstitutsiyasına uyğun, qanunvericilik aktları, əmək 
məcəlləsi, xüsusi qaydalar və normalar, müvafiq qərarlar və təlimatlar əsasında 
tənzim edilir.
Əmək mühafizəsi fənni yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında 
böyük rol oynamaqla, istehsalat sanitariyası və gigiyena, əmək psixologiyası, 
istehsalat estetikası, erqonomika və s. fənlərlə sıx surətdə bağlıdır.
Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin 
edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş 
həftəsinin 
qısaldılması, 
ağır 
fiziki 
əməyin 
mexanikləşdirilməsi 
və 
avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə 
insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi 
prosesi gedir. Geniş miqyasda həyata keçirilən ixtisas və texniki-peşə təsili 
cəmiyyətin mənafeyini nəzərə almaqla iş və peşə növünün sərbəst seçilməsini 
təmin edir.
Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr 
əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş 
yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin 
ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər 
hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir.
Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə 
mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab 


özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş, 
quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv 
üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə 
çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının 
acı nəticələri də göz qabağındadır.
Rus alimi Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən 
insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni 
cəmi 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə 
müharibələr 90 milyon adamın ölümünə gətirib çxarmışdır. Indi maşınla əlaqədar 
olaraq dünya miqyasında hər bir gün ərzində 350 min adam həlak olur ki, bunun da 
250 mini avtomobil qəzaları ilə bağlıdır. Beynəlxalq ƏməkTəşkilatının 
məlumatına görə dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə 
baş verir. Nəticədə 2 milyondan artıq adam həlak olur və milyonlarla insan 
ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin 
tədricən daha çox aktuallıq kəsb etməsinə səbəb olur və cəmiyyətin diqqətini 
insanların taleyinə, onların sağlam və təhlükəsizlik əmək şəraiti ilə təmin olunması 
məsələsinə yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya 
Əməyin Mühafizəsi günü elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da
Ümumdünya Əməyin Mühafizəsi günü dövlət səviyyəsində qeyd olunur. 
Keçmiş Sovetlər birliyində 1929-cu ildən ali məktəblərdə «Əmək mühafizəsi 
və təhlükəsizlik texnikası» fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu 
fənn «Əmək mühafizəsi» adlandırılaraq tədris edilmişdir. 1990-cı ildən isə «Əmək 
mühafizəsi» fənni «Mülki-müdafiə» fənninə birləşdirilməklə iki hissədən ibarət 
olan «Həyat fəaliyyətinin təhlükəsizliyi» fənni şəklində tədris olunur.
Əmək mühafizəsinin inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx 
əlaqədardır. Insanlar öz fəaliyyyət dairələrini inkişaf etdirdikcə sağlam və 
təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbat da artmağa başlayır.
Əmək mühafizəsinə aid ilk elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindn 
aparılmşdır. O, 1742-ci ildə «Metallurgiya və mədən işlərində təhlükəsizlik 
tələbləri» və «Xüsusi geyimlərə tələbat» adlı dəyərli məqalələr yazmışdır. O, daha 
sonra 1752-ci ildə ilk dəfə olaraq indi də geniş tətbiq olunan ildırımötürücünün 
konstruktiv quruluşunu vermişdir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olmuş 
alimlərdən akademik S.V.Vavilov iş yerinin lüminessent lampaları ilə 
işıqlandırılmasını, akademik V.V.Petrov elektrik qaynağı problemini, akademik 
A.A.Skonçinski yanğına və partlayışa qarşı tədbirləri; professor M.E.Jukovski 
ventilyator qurğularının konstruksiyasında aerodinamikanın nəzəri məsələlərini, 
N.S.Stekolnikov tikinti obyektlərinin ildırımdan mühafizə məsələsini, professor 
N.M.Quseva iş yerinin təbii işıqlanma normalarını və başqa məsələlri 
müvəffəqiyyətlə həll etmişlər.
Əmək mühafizəsinin elmi əsaslarının ali məktəb tələbələrinin əldə etdiyi 
biliklər kompleksində xüsusi yeri vardır. Çünki, əmək mühafizəsi məsələlərinin 
həm iqtisadi, həm sosial, həm də böyük hüquqi əhəmiyyəti vardır. Sosial mənada 
əməyin 
mühafizəsi 
dedikdə 
müəssisədə 
işləyən 
işçilərin 
istehsalat 
zədələnməsindən qorunması anlaşılır. Yəni, işçilər istehsalat zədəsindən qorunur, 
işçilərin uzun ömür sürməsi məqsədilə sosial tədbirlər görülür, iş vaxtında işçilərin 


istirahət vaxtından səmərəli istifadə etmələri üçün lazımi şərait yaradılır. Əmək 
mühafizəsi həm də iqtisadi əhəmiyyət daşıyır. Belə ki, əmək hərtərəfli mühafizə 
olunduqda işçilərin əmək məhsuldarlığı artır, bundan başqa sosial-sığorta 
fondunun qənaət edilməsi təmin edilir, iş vaxtının itirilməsi azalır. Əmək 
mühafizəsi qaydalarına düzgün əməl etdikdə istehsalatda bədbəxt hadisələrin və 
peşə xəstəliklərinin miqdarı da əhəmiyyətli dərəcədə azalır. Buna görə də ali 
məktəblərdə tələbələrə bütün təhsil müddətində əmək mühafizəsi məsələlərinin 
öyrədilməsi nəzərdə tutulur. Tələbələrin əmək mühafizəsinin ayrı-ayrı məsələlərini 
ictimai, ümumtexniki və ixtisas fənlərində, eləcə də tədris və istehsalat təcrübələri 
zamanı öyrənməsinə baxmayaraq, onların bu sahədə tam biliyə yiyələnmələri üçün 
müstəqil «Əmək mühafizəsi» fənni tədris olunur.
Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:
1. Əmək mühafizəsi məsələlərinin təşkilini, sağlam və təhlükəsiz əmək 
şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini;
2. Travmaların və xəstələnmələrin müəyyən edilməsi üsullarını; 
3. Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi;
4. Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək 
üsullarını;
5. Müxtəlif cihaz və avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikası 
qaydalarını;
6. Yanğının baş vermə səbəbləri, onun profilaktikası və söndürülmə 
qaydalarını. 
«Əmək mühafizəsi» fənninin metodiki əsasını əmək prosesində istifadə 
olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı 
obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılması təşkil 
edir. Bunun nəticəsində istehsalatın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar 
edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır.
«Əmək mühafizəsi» kursu dörd müstəqil bölməni əhatə edən elmi, sosial-
texniki fəndir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin