Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas



Yüklə 47,3 Kb.
səhifə1/8
tarix10.05.2022
ölçüsü47,3 Kb.
#57220
  1   2   3   4   5   6   7   8
Ağakərimova Ədiləxanım 824. Əməyin sosiologiyası


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Sərbəst iş



Ad: Ədiləxanım

Soyad: Ağakərimova

İxtisas: Sosiologiya

Qrup: 824

Kurs: III

Fənn: Əməyin sosiologiyası

Müəllim: Bünyadov Z., Fərhadova J.

1.Əməyin məzmunu anlayışı

Əməyin məzmunu əməyin xassəsi ilə bağlıdır. Bu məzmuna həm əməyin sosial təbiəti, həm iqtisadi funksiyası, həm sosiobioloji cəhətləri, həm də elmi-texniki tərəqqi təsir göstərir. Əməyin məzmunu bərabər şərait daxilində əmək bölgüsü və əmək kooperasiyası, əmək fəaliyyətinin konkret növü ilə müəyyən edilir. Əməyin məzmunu əmək prosesində insanla əmək alətləri arasındakı qarşılıqlı əlaqə və təsiri ifadə edirki, bu da əmək fəaliyyətinin məzmunundan ibarət olur.

Əmək ikili təbiətə malikdir; o bir tərəfdən insanla təbiət arasındakı maddələr mübadiləsi vasitəsidirsə, digər tərəfdən əmək kollektivlərində işçilər arasında ünsiyyət vasitəsidir. Əməyin məzmunu üçün həlledici əhəmiyyət kəsb edən texniki-təşkilati və sosial-iqtisadi amillərdir. Bu baxımdan bəzi müəlliflər “əməyin texniki-təşkilati məzmunu” (əmək funksiyalarının kəmiyyət və keyfiyyət müəyyənliyi, texniki tərəqqi və əmək funksiyaları) və habelə “əməyin sosial-iqtisadi məzmunu” (fərdlər arasında əlaqə və münasibətlər, əməyin xarakteri) ifadələrini işlədirlər.

Bununla yanaşı əməyin sosial təbiətlə bağlı olan “sosial məzmun” anlayışı müxtəlif səviyyələrdə olur:

a) ümumi sosioloji səviyyə, cəmiyyət səviyyəli əmək münasibətləri;

b) sosialist münasibətlərdən bazar münasibətlərinə keçid dövründə meydana çıxan qarışıq əmək münasibətləri;

c) müəssisə səviyyəli əmək münasibətləri;

d) sosial qrupdaxili əmək münasibətləri.

Axırıncı iki qrup münasibətlər bir tərəfdən əvvəlki iki qrup münasibətlərlə, digər tərəfdən isə özlərinə məxsus olan təşkilati–texniki və bölgü münasibətlərilə şərtlənir. Bundan başqa, hər bir əməyin öz xüsusi məzmunu vardır. Bu, bir tərəfdən əmək funksiyaları ilə, digər tərəfdən isə əməyin formaları ilə bağlıdır.

Əməyin xarakteri onun ictimai təbiətilə bağlıdır. Bu aşağıdakılarla şərtlənir:

a) işçilərin istehsal vasitələrinə münasibətilə;

b) insanla cəmiyyətin əlaqəsi xarakterilə;

c) sosial bərabərlik və sosial bərabərsizlik, onun cəmiyyətdə həllinin vəziyyətilə;

d) böyük və kiçik sosial əmək qruplarının əlaqə xarakteri və məqsəd birliyi səviyyəsilə.

Əməyin xarakteri birinci növbədə işçilərlə mülkiyyət və bölgü münasibətləri arasındakı əlaqənin xarakterilə müəyyən olunur. O həm də işçilərin iqtisadi azadlığının mühüm göstəricisidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, əmək sferasında baş verən dəyişikliklər sosial proseslərə də təsir göstərir. Əmək kollektivlərində mövcud olan əməyə uyğunlaşma, sosial nəzarət, motivləşdirici proseslər vəs. xeyli dərəcədə əməyin məzmunu və xarakterilə bağlı olur.

Əməyin məzmununun dəyişilməsi (xüsusilə elmi texniki-tərəqqi nəticəsində, çevik istehsal sistemi və digər istehsal şəraitində) işçilərin istehsalatda tutduğu mövqeyə və onların əmək funksiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Məlumdurki, işçilər istehsalatda aşağıdakı funksiyaları icra edirlər:

a) energetik funksiya;

b) texnoloji funksiya;

c) nəzarət–tənzimedici funksiya;

d) idarəedici funsiya.

Həm də burada fəhlənin ayrı – ayrı funksiyaların icrası üçün sərf etdiyi vaxtın xüsusi çəkisi (növbəlik iş vaxtına faizlə nisbətdə) yuxarıda göstərilən dörd funksiyalar üzrə əhəmiyyətli dərəcədə fərqli olur. Beləki, birinci halda təxminən fiziki əmək sərfi 70-90% olduğu halda, axırıncı funksiyada zehni əmək sərfi 70-80%, fiziki əmək sərfə isə 20-30%, hətta bəzi hallarda daha az olur. Bunula əlaqədar olaraq nəinki əmək sərfi arasında, həmdə ayrı-ayrı və məcmu əmək funksiyalarının yerinə yetirilməsi üçün işçilərin biliyinə, intellektual səviyyəsinə, iş yerlərinin keyfiyyətinə olan tələblər də müxtəlif olur.

Əməyin məzmunundan danışarkən müəssisələrdə mövcud olan bütün əmək şəraiti amillərinin, komponentlərinin ona təsirini də qeyd etmək lazımdır. Çünki, bu bir tərəfdən işlərin emosional vəziyyətinə, digər tərəfdən isə onların əmək rejiminə, əməyin münasibətinə, əməyin intensivliyi və məhsuldarlığı səviyyəsinə bilavasitə təsir göstərir. Bunun həm də əmək şəraitinin sosiologiyası baxımından da böyük əhəmiyyəti vardır.

Psixoloji və fizioloji nöqteyi nəzərindən hər bir canlı əmək özünün iki əsas xarakteristikası ilə fərqlənir: bir tərəfdən əməyin psixofizioloji məzmunu, digər tərəfdən əmək şəraiti. Əməyin özünün psixofizioloji məzmunu hiss orqanlarının, beynin məntiqi əməliyyatı və reflektor-əzələ hərəkətinin işidir. Bütün bunlar orqanizmin təbii tələbatı və bioloji fəaliyyət qabiliyyətidir. Bu ictimai faydalı əməyin formalaşma qabiliyyətinə də təsir edir.

Əmək şəraitinin psixofizioloji ünsürləri dedikdə, fiziki yüklənmənin (dinamik iş və statik gərginlik) sinir və emosional gərginlik, işin ritm və tempi, onun yeksənəqliyi, informasiyanın qəbul edilməsi və yenidən işlənməsi həcmi, biomexaniki və antronometrik məlumatların miqdarı başa düşülür. Psixofizioloji əmək şəraiti birincisi, iş vaxtı orqanizmin yüklənmə xarakteri və miqdarı; ikincisi, iş yerlərinin və əmək alətlərinin antronometrik və fizioloji xüsusiyyətlərinin təşkilinin insan orqanizminə uyğunluğu ilə bağlıdır. Eyni zamanda əmək şəraitinin təhlili, onun qiymətləndirilməsi əməyin xarakteristikasını-fiziki ağırlığı, sinir gərginliyi, təhlükənin zərərliyi və cəlbediciliyini kompleks halda müəyyən etməyə imkan verir.

İstehsalat əməliyyatlarının quruluşunun psixoloji təhlilinin böyük əhhmiyyəti vardır. İslehsalat əməliyyatı bir və ya bir qrup işçi tərəfindən bir iş yerində əmək cisminin dəyişdirilməsi şərti ilə istehsal prosesinin müəyyən hissəsinin icra olunması başa düşülür. Hər bir əməliyyat aşağıdakı əlamətlərlə xarakterizə olunur.

a) iş yerinin sabitliyi;

b) avadanlıq və əmək cismi;

c) istehsal olunan məhsulun texnoloji dəyişilməsi.

İstehsal proseslərinin əməliyyatlara bölünməsi və əməliyyatın tərkibi aşağıdakı bir sıra amillərdən asılıdır:

a) istehsalın həcmi;

b) istehsalın ixtisaslaşma səviyyəsi;

c) istehsal prosesinin təşkili forması;

d) tətbiq olunan texnologiya və avadanlıq;

e) əmək bölgüsü.

İstehsal əməliyyatlarının xarakterizə olunduğu əlamətlərdən biri odur ki, meneceri və icracı dəyişildikdə əməliyyat da dəyişilir. Bir əməliyyat bir necə əməliyyata parçalanır. Məsələn, fəhlə tərəfindən dəzgahda yonma, kəsmə və deşikacma işləri bir iş yerində icra edildikdə, bu, bir əməliyyat adlanır. Əgər göstərilən işlər ayrı-ayrı iş yerlərində müxtəlif icraçılar tərəfindən yerinə yetirilərsə, onda bu işlərin hər biri bir əməliyyat adlanır. Əmək sərfini normalaşdırdıqda əməliyyatı təsnifləşdirmək lazım gəlir. Əməliyyatlar aşağıdakı əlamətlərə görə təsnifləşdirilir.



  1. Tətbiq olunan əmək vasitələri və əməyin xarakterinə əsasən:

  1. ələməliyyatları;

  2. maşın-əl əməliyyatları;

  3. maşın əməliyyatı;

  4. avtomatlaşdırılmış əməliyyatlar;

  5. cihazlaşdırılmış əməliyyatlar

  1. Təlimataəsasən:

a) texnoloji əməliyyat;

b) nəqliyyat;

c) nəzarət;

d) sınaq əməliyyatları.



  1. Texnologiyanınxarakterinəəsasən:

a) qruplaşdırma;

b) kecid;

c) gedişəməliyyatları.

İstehsaləməliyyatlarınıntərkibhissələrinəbölünməsiqarşıyaqoyulmuştədqiqatınməqsədindənasılıdır. İstehsalatəməliyyatıvəonuntərkibünsürlərinindavamınamüxtəlifamillərtəsirgöstərir.

Buamilləraşağıdakılardır:

1) əmək cismindən asılı olan amillər;

a) hissənin ölçüsü;

b) hissənin materialı, bərk və ya boşluğu;

c) hissənin ağırlığı və s.

2) əmək vasitələri ilə əlaqədar amillər:

a) avadanlığın güçü, məhsuldarlığı, idarə olunmasının sadə, yaxud mürəkkəbliyi;

b) avadanlığın iş rejimi;

c) alətin keyfiyyəti;

3) iş yerinin təşkili amilləri;

a) təçhizat;

b) planlaşma;

c) ixtisaslaşma;

d) xidmət;

4) fəhlədən asılı olan amillər;

a) istehsalat stajı;

b) bilik səviyyəsi;

c) bacarıq qabiliyyəti.

İstehsal əməliyyatının quruluşlarının psixoloji təhlili əməliyyatların planlaşdırılmasının və onun yerinə yetirilməsi vaxtının normalaşdırılmasının tərkib hissəsi olmalıdır. Işçi əməlyyatlarının psixoloji səciyyəsi əhəmiyyətli dərəcədə yüksək idrak və fikir tələb edən istehsalat proseslərinin mürəkkəbliyi, işçilərin diqqətinə və onların emosional vəziyyətinə əhəmiyyətli dərəcədə göstərilən təsir ilə müəyyən edilir. Buna uyğun olaraq əməliyyatların quruluşu məsələsi, onun ayrı-ayrı elementlərinin məzmununu, yerinə yetirilən işin məxsusiyyətə təsirinin xarakteri və işçilərin sağlamlığı, əməliyyatın yerinə yetirilməsi ücün zəruri olan vaxtın kəmiyyəti texnoloji, fizioloji və psixoloji amillərin və qanunauyğunluqların nəzərə alinması ilə kompleks şəkildə öyrənilməlidir. Onu nəzərə almaq zəruridir ki, əmək əməliyyatlarının yerinə yetirilməsində başlıça fəaliyyət göstərən subyekt-işçi həm də mürəkkəb fizioloji funksiyası əhval-ruhiyyəsi, hissiyatı və həyəcanı ilə birlikdə insandır. Insan sosial-iqtisadi ilkin şərt kimi əməkdə tam mənəvi və fiziki təkmilləşməyə malik olmalıdır. Bunun üçün isə adamlarda, hər şeydən əvvəl əməyin təşkili üzrə mütəxəssislərdə məqsədyönlü fəaliyyətin olması zəruridir.

Əmək əməliyyatlarının psixoloji təhlili problemi az öyrənilmişdir. Bu məsələ üzrə hələ tam hərtərəfli elmi fikirlər yoxdur.




Yüklə 47,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin