PƏHRİZ PLANI
MƏDƏNİN BORUVARİ REZEKSİYASI (Sleeve Gastrektomy)
1.omeprazol 2 ay her seher ac qarina. Kleksan 04 qarina 5 gun axsam saat 23.00 da Espumizan 20 damci suya Quttalaks 20 damci suya
BARİATRİK CƏrrahİYYƏ İlƏ daha YAXŞI bİr gƏlƏcƏYİ ŞƏkİllƏndİrmƏk
Bariatrik cərrahiyyə xəstə təlimatı (2016)
Oper. Dr. Anar Namazov
Azərbaycan Bariatrik Cərrahlar Cəmiyyəti
Tel: (070 ) 220 69 61
PƏHRİZ PLANI
(Mədənin boruvari rezeksiyası)Sleeve Gastrektomiya
Mərhələ I Şəffaf Sıyıqlar
Əməliyyat sonrası 1-ci gün: Şəffaf Sıyıqlar
-
Xəstəxanada qaldığınız müddətdə lazımlı olan qidalardır.
-
Şəkərsiz, az kalorili, kafeinsiz, qazsız içkilərə üstünlük verilir.
Əməliyyat sonrası 2-ci gün: Şəffaf Sıyıqlar ve Proteinli Sıyıqlar
-
Şəkərsiz, kalorisi az, qazsız ve protein tərkibli dənəvər olmayan sıyıqlara üstünlük verilir.
Mərhələ II Yumşaq Püreli qidalar
-
Xəstəxanadan çıxdıqdan sonrakı 1-ci və 2-ci həftələr lazımlı olan qidalardır.
-
Bura qaşıqdan töküləcək qatılıqda olan (və ya uşaq yeməyi qatılığında) çiynəməyə ehtiyac olmayan qidalar aiddir.
Mərhələ III Qalın Püreli qidalar
-
Əməliyyat sonrası 3-cü və 4-cü həftələr istifadə edəcəyiniz qidalardır.
-
Daha qatı qidalara keçid başlanır.
-
3-cü həftə: 60 mL protein + 30 mL meyvə/tərəvəz
-
4-cü həftə: 60 mL protein +60 mL meyvə/tərəvəz
olacaq şəkildə pəhriz hazırlanır.
1 su stəkanı = 200ml
Mərhələ IV Yumşaq Qatı Qidalar
-
Əməliyyat sonrasıi 5-ci həftə başlanır.
-
Qidalanmaya diqqət edildikcə yeniləri əlavə olunur.
-
Qidaların qatılığına diqqətt edin.
-
Kiçik loxmalar aldığınızdan ve yaxşı çeynədiyinizdən əmin olun. İki loxma arasında ən az 30 saniyə gözləyin.
-
Qatı qidalara geçid dövrü olduğu üçün qatı qida ilə birlikdə su qəbul etməyin.
Mərhələ V Qatı Qidalar
-
Əməliyyat sonrası 8-ci həftə başlanır.
-
Bir çox qidalardan rahatlıqla istifadə edə biləcəyiniz dövrdür.
-
Daha əvvəlki mərhələlərdə olduğu kimi kiçik loxmalar aldığınızdan və yaxşı çeynədiyinizdən əmin olun. İki loxma arasında ən az 30 saniyə gözləyin.
Mərhələ I- II
Açıq duru sıyıqlar ve İncə Püreli Qidalar
Uyğun Sıyıq Seçimləri
50 kalori/100ml’ni geçməyən, qazsız
|
Uyğun Olmayan Sıyıq Seçimləri
Çox şəkərli, kalorisi yüksək, qazlı, kafeinli
| -
İçinə limon ya da portağal dilimi qoyulmuş su
-
Kalorisi az şəffaf sıyıqlar
-
Cökə çayı, açıq çay
-
Hər zaman içməyə öyrəşdiyiniz bitki çayları
-
Icetea, Nestea, Fuse Tea, Didi
-
Alma, vişnə suyu
-
Toyuq suyu ve/ve ya ət suyu
-
Şəkərsiz hazırlanmış kompot, hoşaf
|
-
Spirtli içki
-
Sadə və ya meyveli sodalar
-
Qazlı içkilər
-
Kafeinli qəhvə
-
Starbuck’s qəhvə içkiləri
-
%-i 100 olmayan ve 50 kcal/100ml-dən yüksək meyvə suları
-
Ensure kimi hazır sıyıqlar
|
-
Sıyıqları yavaş yeməyə diqqət edin ve hava udma ehtimalına qarşı pipetdən istifadə etməyin.
-
Xəstəxanada önünüzə gelen yeməklərin hamısını yeməyinizə ehtiyac yoxdur, mədenizde (sinə ortasında) doluluq hiss etdiyinizdə dayanmalısınlız.
-
İlk 2 gün yeyəcəyiniz sıyıq miqdarı saatda yarım su stəkanını (təxminən 50 ml) keçməməlidir.
-
Xəstəxanadan çıxdığınız 3-cü gün evinize getdiğinizdə şəkərsiz ananas suyu, şəkərsiz vişnə suyu, şəkərsiz alma suyu, açıq çay, cökə (lipa) çayı, hər zaman içməyə öyrəşdiyiniz bitki çayları, durulaşdırılmış ayran, toyuq suyu, ət suyu, kompot, Ice tea, Nestea, Fuse tea, Didi qəbul edə bilərsiniz.
-
5-ci gündən etibarən yuxarıdakı qidalara əlavə olaraq pəhrizinizə duru olaraq hazırlanmış ve süzülmüş pomidor əlavə oluna bilər. (Mərcimək kimi çox qatı şorbaları bu mərhələdə qəbul etməyin!)
-
7-ci gündən etibarən yuxarıdakı qidalara durulaşdırılmış yüngül və ya qaymaqsız yoqurt, laktozsuz süd, qatıq, probiotik yoqurt (Danone Activia), soya südü, süzülmüş dovğa elavə edə bilərsiniz.
-
7-ci Günden etibarən bu qidalara protein aclığınızı təmin etmək üçün Protifar (Nutricia) vəya benzər protein tozları (GNC-optimum nutrition gold standart protein) əlavə edə bilərsiniz.
Mayedən istifadə edərkən nunları nəzərə alın:
-
Çox soyuq ve isti içkilərdən uzaq durun.
-
Şəkər qarışığı olmayan meyvə sularına üstünlük verin.
-
100ml’i 50 kaloriden çox olan meyvə sularını qəbul etməyin.
-
Başlanğıcda suyun dadını bilməyə bilərsiniz. Bu səbəblə istifadəni asanlaşdırmaq üçün 1 litr suya portağal və ya limon dilimləri əlavə edə bilərsiniz.
-
Soda ve qazlı içkilərden uzaq durmalısınız. Bu tip istifadələr mədədə ağrıya yol aça bilər.
|
Mərhələ III
Qalın Püreli Qidalar
Yuxarıdakı qidalara əlavə olarak 15-ci günden etibarən qəbul edəcəyiniz qidalar:
-
Bu mərhələdəki qidalar çəngəli arxası ile asanlıqla ezilə bilən halda olmalıdır. Əgər qidalar əzilməyəcək halda isə blenderdən istifadə edin.
-
Az bişmiş (ilıq) yumurta, şor (qabığı soyulmuş və çox incə doğranmış pomidor ilə) qəbul edə bilərsiniz, az duzlu yüngül ağ pendir, yumuşaq kartof püresi, balqabaq püresi, kök püresi, yaşıl noxud püresi qəbul edə bilərsiniz.
-
Şirniyyat olaraq pudinq, (Dr. Oetker şəkərsiz- az miqdarda toz dadlandırıcı ilə bişirərək) qəbul edə bilərsiniz.
Yukarıdaki qidalara əlavə olaraq 21-ci gündən etibaren qəbul edəcəyiniz qidalar:
-
Bu həftəyə kəçərkən diqqətli olmalısınız. Mədədəki tikişləriniz yaxşılaşma mərhələsindədir.
-
Bu mərhələdəki qidaların yumşaq halda və sulu olmasına diqqət edin. Bu mərhələdə də qidaların çəngəlin arxası ilə əzilməsi vacibdir.
-
Təxminən 1 su stəkanından (ortalama 100 mL) çox yemək qəbul etməkdən uzaq durun.
-
Yaxşı bişmiş tərəvəzləri, çəngəl ilə əzərək və ya blender’dən keçirdərək qəbul edə bilərsiniz.
-
Təzə mövsüm balıqları (yağda qızardılmamış) qılçıqlarına diqqət edilərək buğlama şəklində və ya sobada bişirilərək qəbul edə bilərsiniz.
-
Meyvə olaraq banan, qabığı soyulmuş ve rəndələnmiş alma, qabığı soyulmuş şəftəli, ərik, qabığı soyulmuş incil qəbul edə bilərsiniz.
-
Yüngül mayonez ilə yüngül balıq vəya yüngül mayonez ilə qaynadılmış yumurta salatıni da yoxlaya bilərsiniz.
-
Bu mərhələdə portağal, mandarin ve qreyfurt qəbul edə bilərsiniz.
İLK 4 HƏFTƏ QIRMIZI ƏT, TOYUQ ƏTİ, ÇÖRƏK, DÜYÜ, BULĞUR QƏBUL ETMƏYİN.
|
Mərhələ IV
Yumşaq Qatı Qidalar
Yuxarıdakı qidalara əlavə olaraq 28-ci gündən etibarən qəbul edəcəyiniz qidalar:
Bu mərhələdə daha tünd konsistensiyalı qidalara keçiddə her kəsin dözümlülüyü fərqli ola bilər. Hər gün fərqli bir qidanı yoxlamalısınız.
YETƏRİNCƏ ÇİYNƏDİYİNİZDƏN VƏ LOXMALAR ARASINDA GÖZLƏDİYİNİZDƏN ƏMİN OLUN.
|
-
Kotlet qatıq ile əzilərək kiçik loxmalar halında yeyilə bilər. Həmin gün fərqli bir qatı qidanı qəbul etməməlisiniz. Əgər qatıqla əzilmiş kotlet sizə narahatlıq verirsə bu menyunu 1 həftə sonraya keçirdə bilərsiniz.
-
Qatı qidalar ilə birlikde su içməyin. Qatı qidalardan ən az 30 dəqiqə sonra su qəbul edə bilərsiniz.
-
Çörəyi (tam buğda vəya çovdar) elektrik sobada və ya tefal tavada kövrək hala gətirərək qəbul edə bilərsiniz. Gün boyunca 1 dilimdən çox çörək yeməməyə diqqət edin.
-
Toyuğun bud əti yenə əzilərək kiçik loxmalar halında və hər loxmadan sonra gözləyərək, çox yaxşı çiynəyərək qəbul edə bilərsiniz. Yenə kotletdə olduğu kimi naratlıq verərsə 1 həftə sonraya keçirə bilərsiniz.
-
Daha öncəki günlərdə yediyiniz tərəvəzlərə bu həftə yaxşı bişirilmiş ispanaq əlave edə bilərsiniz.
-
Tam buğdadan hazırlanmış makaronu yenə çəngəl ilə əziləcək halda bişirərək az miqdarda qəbul edə bilərsiniz.
Dostları ilə paylaş: |