Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə1/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
  1   2   3   4   5   6   7   8   9   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz



www.vivo-book.com 

Fyodor DOSTOYEVSKİ 
QUMARBAZ 


www.vivo-book.com 

Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı 
Bir cavanın qeydləri I FƏSİL 
İkihəftəlik ayrılıqdan sonra axır ki, geri döndüm. 
Bizimkilər üç günüydü Ruletenburqdaydılar
1
. Fikirləşirdim 
ki, onlar, Allah bilir, məni necə gözləyirlər, amma səhv 
eləyirdim. General həddən artıq sərbəst görünürdü.Mənimlə 
saymazyana danışdı və bacısının üstünə göndərdi. Aydın idi 
ki, onlar hardansa pul ələ keçiriblər. Hətta mənə elə gəldi
general üzümə baxmağa bir az vicdan əzabı çəkir. Marya 
Filippovnanın başı əməlli-başlı qarışıq idi, mənimlə 
başdansovdu danışırdı; amma pulları qəbul elədi, saydı və 
1
görünür, Baden-Baden şəhəri nəzərdə tutulur 


www.vivo-book.com 

mənim raportuma axıracan qulaq asdı. Nahara Mezentsevi, 
fransızciyəzi, bir də hansısa ingilisi gözləyirdilər; həmişəki 
kimi, pul var, 
əlüstü ziyafət də olacaq; Polina 
Aleksandrovna məni görüb Moskvadakı kimi soruşdu ki
niyə belə gec gəldin? Cavabı gözləmədən də, harasa çıxıb 
getdi. Şübhəsiz, o, bunu qəsdən elədi. Amma biz 
söhbətləşməliydik. Ürəyim yaman dolmuşdu. 
Mənə otelin dördüncü qatında kiçik bir otaq ayırdılar. 
Burada bilirlər ki, generalın məiyyətinə məxsusam. Hər 
şeydən görünür ki, onlar hər halda, özlərini göstərə biliblər. 
Generalı hamı burda çox zəngin rus kübarlarından sayır. 
Hələ nahara qədər, o mənə başqa tapşırıqlar arasında, 
xırdalamaq üçün minfranklıq əsginaz verə bildi. Pulları 
otelin kontorunda xırdaladım. İndi ən azı bütöv bir həftəni 
bizə milyonçu kimi baxacaqlar. Mən Mişanı və Nadyanı 
götürüb gəzməyə getmək istəyirdim, amma pilləkəndəykən 
generalın yanına çağırdılar; onun ağlına mənim uşaqları hara 
aparacağımı öyrənmək gəlmişdi. Bu adam qətiyyən 
gözlərimin içinə baxa bilmir; o, bunu çox istəyərdi, amma 
mən hər dəfə elə diqqətli, daha doğrusu, hörmətsiz baxışlarla 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin