SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA
ŞƏHLA MÜZƏFFƏR qızı QURBANOVA
Z
ƏRİFƏ ŞAMİL qızı CAVADOVA
ABŞ-ın XARİCİ SİYASƏTİ
(1945-2010-cu ill
ər)
D
ƏRS VƏSAİTİ
Az
ərbaycan Respublikasının Təhsil Nazirliyi
Elmi Metodik Şurası “Tarix” bölməsinin 01.07.2011-ci
il tarixli iclasının qərarına (pr№6) və Təhsil Nazirinin
07.07.2011-
ci il tarixli 1252 saylı əmrinə əsasən dərs
v
əsaiti kimi çap olunur.
BAKI – 2 0 1 1
2
Elmi redaktor:
dos. S
əmayə Məmməd qızı
Mustafayeva
R
əyçilər:
prof. M
əmməd Fətəliyev
prof. Musa H
əsənov
dos.
Şubay Nuruzadə
dos.
Ərrəhman Əhmədov
t.e.ü.f.d.İlhamə Məmmədova
D
ərs vəsaitinin I, II, V hissələri dos. S.M.Mustafayeva,
mü
əllimə Ş.M.Qurbanova, dos. Z.Ş.Cavadova, III və IV
hiss
ələri isə
ancaq
Ş.M.Qurbanova
tərəfindən
hazırlanmışdır.
3
GİRİŞ
Qloballaşmanın yeni mərhələsinə daxil olduğu müasir dövrdə
Az
ərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə əlaqələri daha da
inkişaf edir. Müstəqililk qazanmış respublikamız üçün bu əlaqələr
çox
əhəmiyyətlidir. Gənclərimizin dünya tarixinə, xüsusilə də ABŞ
tarixin
ə marağının getdikcə artdığını nəzərə alaraq “ABŞ-ın xarici
siyas
əti (1945-2010-cu illər)” mövzusunda dərs vəsaiti yazmağı
q
ərara aldııq. Dərs vəsaiti ali məktəblərimizin həm bakalavr, həm
d
ə magistr pilləsi üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdən ali
m
əktəb müəllimləri, həmçinin tarixlə maraqlanan hər bir oxucu
istifad
ə edə bilər.
4
I.
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri
ABŞ İkinci dünya müharibəsində də ən çox qazandı və Yer
kür
əsində özünün birinci super dövlət olduğunu bir daha sübut
etdi. Müharib
ədə iştirak edən digər ölkələrlə müqayisədə onun
əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa)hərbi əməliy-
yat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması
idi.
ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbhə-
xanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 milyard dolları
ötüb keçdi. Bu dövrd
ə ölkədə avtomobil istehsalı dörd dəfə artdı.
Onun silahlı qüvvələri döyüş texnikasına və sayına görə dünyada
birinci yeri tuturdu v
ə tərkibində 12 milyondan çox əsgər və zabit
vardı. ABŞ-ın müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da
SSRİ ilə müqayisədə 70 dəfədən az idi. Müharibədən sonra o,
dünya s
ənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızıl
ehtiyatlarının isə 53,3%-i bu güclü dövlətin əlində mərkəzləşmişdi.
ABŞ-ın belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən
edirdi. Müharib
ə illərində Avropanın qabaqcıl dövlətlərindən olan
İngiltərə və Fransa indi ona borcu olan dövlətlərə, Almaniya və
Yaponiya is
ə müharibədə məğlub edilərək, müvəqqəti də olsa, zəif
v
ə gücsüz rəqiblərə çevrilmişdi. Digər tərəfdən isə ABŞ-ın özündə
daxili bazarın geniş tutumu, sürətli kapital yığımı və onun ixracı,
h
əmçinin məhsuldar qüvvələrin coşqun yüksəlişi imkan verirdi ki,
o, super dövl
ət statusunu qoruyub saxlasın.
ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi bazası
var idi.
Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 milyard dollar
x
ərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 milyard dollar təşkil
edirdi.
Harri Trumeni prezidentliyi dövründ
ə ABŞ-ın xarici siyasəti
Dünya
hegemonluğuna doğru. ABŞ-SSRİ münasibətləri
İkinci dünya müharibəsi ABŞ-ın təcridçilik siyasətindən “əl
ç
əkməsinə” səbəb olan başlıca amil oldu. 1945-ci ilin dekabrın 19-
da Trumenin konqres
ə göndərdiyi məktubunda da bu özünü çox
açıq şəkildə göstərirdi:Bu bizim xoşumuza gəlsə də, gəlməsə də
biz bir şeyi etiraf etməliyik ki, əldə olunan qələbə “Amerika xal-
5
qının üzərinə dünyanı idarə etmək kimi bir məsuliyyəti qoy-
muşdur”.
ABŞ-ın hegemonluğuna nail olmaq yolunda başlıca maneə
is
ə SSRİ idi.
ABŞ xarici siyasət planında bu kimi məsələlər çoxdan bəri
xüsusi metod v
ə üsullar vasitəsilə hazırlanmışdır ki, bu onun
diplomatiyasına xüsusi bir “rəng” verirdi. ABŞ heç bir vəchlə
beyn
əlxalq əhəmiyyətli məsələlərin həllində hər hansı bir dövlətin
vasit
əçi və ya aparıcı bir rolda çıxış etməsinə yol vermirdi. Hətta
bu m
əsələ hər hansı bir ölkənin daxili problemi də olsa, onun
r
əyini formal olaraq soruşur və digər dövlətlərin verəcəkləri rəy-
l
ərlə hesablaşmırdı. ABŞ dövlət departamenti bu birtərəfli “bəyən-
nam
əni” beynəlxalq hüquq normaları çərçivəsində “təsdiq etmək”
v
ə onun “militarist görkəminə” beynəlxalq arenada “sülhpərvər
görk
əm” verməyə çalışırdı.
T
əcridçilik siyasətindən imtina edildikdən sonra ABŞ özünün
dövrün t
ələblərinə uyğun olaraq ətraflı şəkildə hazırlanmış və
möhk
əmləndirilmiş “Açıq qapılar” adı ilə məşhur olan öz doktrina-
sının yenidən xarici siyasət arenasına gətirdi. Vaşinqton əmin idi
ki,
haradakı qapılar onun üçün açıqdır, orada onun iqtisadi,
maliyy
ə və siyasi mövqeyi daim güclü olacaqdır. Bu isə ABŞ ka-
pita
lının dünyada hökmranlığını təmin edirdi. Beləliklə, “Açıq qa-
pılar” proqramı ABŞ-ı dünyada yeganə hegemon dövlət edəcək bir
siyasi proqram idi. Müharib
ədən sonra cərəyan edən siyasi hadi-
s
ələr göstərdi ki, bu proqram siyasi cəhətdən əlverişsiz bir
xarakter
ə malik idi ki, bu da sonda siyasi xətdə ciddi “əyrintilərin”
olduğunu göstərdi. Müharibədən sonra bunun ilk fəsadlarını biz
sosializm v
ə kapitalizm sistemləri arasında baş vermiş ziddiy-
y
ətlərin əsas faktorlarından biri kimi müşahidə etdik.
H
ələ müharibə qurtarmamışdan əvvəl Vaşinqton böyük
diplomatik hazırlıq işlərinə başlamaqla gələcəkdə dünyada yeganə
hegemon dövl
ətə çevrilmək üçün bir sıra proqram layihələrini
n
əzərdən keçirdi. Bu planları həyata keçirmək üçün mütləq bir
şəkildə hüquqi, dünyəvi və beynəlxalq bir təşkilat lazım idi ki, bu
da g
ələcəkdə BMT ola bilərdi.
6
Bu proqramın əsl mahiyyətini ABŞ prezidenti Trumen 1946-
ci il 23 oktyabr tarixind
ə BMT-nin xüsusi assambleyasında qeyd
etdi, beyn
əlxalq tribunada ABŞ-ın gücünü alqışlayaraq məc-
buriyy
ət qarşısında qalaraq bu gücün ümumbəşəri dəyərlərə və
haqq-
ədalət naminə istifadə olunacağını bəyan etdi. O göstərdi ki,
“Dünyanın hər hansı bir yerində sülhün pozulması məqsədi ilə
h
ərbi əməliyyatların tətbiq edilməsi qəti surətdə yol verilməzdir və
bu Amerika
xalqının maraqlarına qətiyyən uyğun gəlmir. Tarixin
ge
dişi bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu-
nunla da bizim üz
ərimizə öz potensialımızı qorumaq və bu poten-
sialı, gücü ümumbəşəri dəyərlər, ədalət naminə istifadə etmək
m
əsuliyyəti düşür”
H
ələ Trumen dünyanın “rəsmi” şəkildə idarə edilməsi ideya-
sını elan etməmişdən əvvəl bu proqram ABŞ imperialist dairə-
l
ərində elə bir dərin kök atdı ki, bu kök vasitəsi ilə Avropada SSRİ-
y
ə qarşı xüsusi bir siyasi kurs müəyyənləşdirdi. Bu kurs Qərbi
Almaniyada sovetl
ərə qarşı iqtisadi, hərbi bazanın yaradılmasından
ibar
ət idi ki, gələcəkdə baş verə biləcək hər hansı “sovet təhlükəsi”
zamanı ABŞ ondan bir bufer kimi istifadə etmək fikrində idi.
Bel
əliklə təcridçiliyin ağır “buxovlanmış” yüklərindən qur-
tul
maqla ABŞ dünyada yeganə fövqəl dövlətə, yəni super dövlətə
çevrilm
ək məqsədi ilə “ümumbəşəri dəyərlərin və beynəlxalq
hüququn qorunması” bayrağı altında təcavüzkar hərbi bloklar
yaratmaq, beyn
əlxalq hərbi bazalar sistemi yaratmağa can atmaqla
özünün dünyanı yeganə hegemon dövləti olmasını göstərməyə
çalışırdı.
İkinci dünya müharibəsi özü ilə çox böyük bəlalar və fəsadlar
g
ətirmişdir ki, bu fəsadların yaraları hələ də sağalmamışdır.
Bunlardan
ən başlıcası və ən əsası nüvə silahıdır.
Yarandığı vaxtdan bu günə kimi nüvə silahı və onun ən
qorxunc v
ə ən təhlükəli növü olan atom silahı qorxunc ölüm
t
əhlükəsinə çevrilib yer üzünün əşrəfi sayılan insanı kölgə kimi
izl
əməyə başlamışdı. Onun yaranması ilə dünyamız rahatlığını
itirdi, gec
ələr atom “yastığına” baş qoyub narahat yatmağa başladı.
Ümumi evimiz Yer kür
əsi çox kövrək oldu.
7
Nüv
ə silahının ərsəyə gətirilməsində və tətbiq
edilm
əsindəABŞ-ın “xidmətləri” əvəzsizdir. Bu onun 1845-ci ilin
avqustunda Yaponiyaya üz
ərində tətbiq edilməsində və gizli hərbi
planların hazırlanmasında, atomum tətbiq ediləsi barəsində dövlət
əhəmiyyətli sənədlərin ortaya çıxmasında özünü göstərir.
1941–
ci ilin payızında F.Ruzvelt ABŞ-da atom enerjisinin
inkişafına dair təkilflər işləyib hazırlamaq üçün xüsusi komitə
t
əyin etdi. O komitəyə vitse-prezident Q. Uolles, hərbi nazir
Q.Stimson
ordu ştabının rəis generalı C.Marşall, professorlardan
V. B
uş, C.Konant daxil oldular.
40-
cı illərin əvvəllərində ABŞ-ın müxtəlif elmi laborato-
riyalarında tədqiqatlar aparılırdı. Dövlət artıq özü birbaşa bu mə-
s
ələ ilə, yəni atom silahına yiyələnmə məsələsinə ciddi yanaşırdı.
Bu işdə ona İngiltərə fəal surətdə köməklik edirdi. Hər iki ölkənin
müt
əxəssisləri xüsusi bir layihə-“Manhetten layihəsi” hazırladılar
ki, bu layih
ə üzrə aparılan işlərə general Pesle Qrovs rəis, Robert
Oppenqeymer elmi r
əhbər təyin edilmişdi.
Bu plan üzr
ə ilk nüvə silahları kompleksləri(NSK)1942-
1943-cü ill
ərdə tikilməyə başlandı. Onlardan Riçlend istehsal kom-
p
leksi(Vaşinqton ştatı) , Okric kompleksi (Tennesi ştatı), Los-
Alemos
laboratoriyası (Nyu-Meksika ştatı) Sandiya və Lourens
adına Livermors laborotoriyalarını misal göstərmək olar. Xüsusilə
Los-Alemosda v
ə Livermorsda 1945-ci ildə 100 çeşiddə nüvə
si
lahı və onların modifikasiyaları hazırlanmışdı. 1945-ci ilin
aprelin12-d
ən prezident olan Harri Trumen ictimaiyyətdən gizli
sur
ətdə saxlanılan bu silahın hazırlanmasından xəbərdar deyildi.
H
ərbi nazir Stimson bu haqda ona məlumat verdikdən sonra
Trumen onunla
ABŞ-ın dünyanın yeganə fövqəl dövləti olacağını
əmin idi və onun perspektivlərinin beynəlxalq arenada, xüsusilə
SSRİ-yə qarşı, necə böyük əhəmiyyətinin olacağına qətiyyən şübhə
etmirdi.
Z
aman artıq yetişmişdi ki, atom bombası haqqında geniş
amerikan ictimaiyy
ətinə məlumat vermək lazım idi. Bu elə
edilm
əli idi ki, ABŞ-ın nüvə şantajı konsepsiyası ilə qidalanan
xarici siyas
ətinə haqq qazandırılsın. Bəs nə etməli? Trumen bu
haqda çox fikirl
əşmədi. Dünya kapitalizm düşərgəsində, eləcə də
8
ABŞ-da insanların dini heysiyyatından məharətlə istifadə edildi.
“Tayms” q
əzetində bu haqda nəzərə çatdırıldı ki, BİBLİYADA
atom bom
basına haqq qazandırmaq üçün orada “alovlu (yan-
ğınlı)məhv edilmə” ibarəsi var .
Öz memuarlarında Trumen etiraf edirdi” yeni silah təkcə
müharib
ədə inqilab deyil, həm də tarixi və sivilizasiyanın axarını
d
əyişəcəkdir”
B
u konsepsiya ABŞ-ın müharibədən sonrakı strateji
planlarında nüvə silahlarından istifadəni nəzərdə tuturdu, təşkil
edirdi.
Amerika diplomatiyasının veteranı C.Kennan o günləri yada
salaraq yazırdı: Biz beynəlxalq formada çıxış etdiyimiz zamanda
atom silahının tərxis edilməsi barəsində güzəştlərə getməyi söz
verdik. Lakin h
ər şey aydın idi. . . . . . ki, biz bu silah ilə öz müdafiə
strukturumuzu t
əsis etmək və silahdan ilk olaraq istifadə etmək
niyy
ətindəyik”. 1945-ci ilin iyulun 16-da ABŞ özünün ilk atom
silahını Los-Alemos səhralığında sınaqdan keçirdi. Bu sınaq
b
əşəriyyət tarixində yeni eranın - atom erasının əsasını qoydu
ABŞ 1942-1946-cı illərdə atom bombasının hazırlanmasına
2 milyard dollar v
əsait xərcləmişdi. ABŞ-ın artıq dünyada
hegemonluq iddiasında olmasını bildirmək məqsədi ilə Yapo-
niyanın Xrosima və Naqasaki şəhərlərinə növbə ilə 1945-ci ilin
avqustun 6 v
ə 9-da atdığı atom bombası atması bir çox dövlətlər,
xüsusil
ə SSRİ tərəfindən böyük narazılıqla qarşılandı. Verilən hər
bir t
əklif ABŞ-ın “atom diplomatiyası” siyasətinə zidd olduğu üçün
o bunu q
əbul etmədi. “Qüvvələr mövqeyi” siyasətini rəhbər tutan
ABŞ beynəlxalq problemlərin həllində atomdan bir vasitə kimi
istifad
ə etmək istəyirdi.
Atom üz
ərində ABŞ-ın inhisarının ömrü o qədər də uzun
olmadı. Belə ki 40-cı illərin sonlarında dünyada mühüm bir
d
əyişiklik oldu: ABŞ bu inhisar hüququnu itirdi. 1949-cu il
sentyabr ayının 25-də SİTA-nın məlumatında göstərilirdi ki, Sovet
İttifaqı atom silahının sirlərini kəşf etmişdir və artıq bu silaha
malikdir.
1983-
cü ilin yazında “İnterneşnıl sekyuriti” (ingliscədən-
beyn
əlxalq mühafizə) jurnalının “kütləvi qırğın potensialının tarixi;
1945-1960-
cı illərdə nüvə silahı və amerikan strategiyası” başlığı
9
il
ə nəşr etdirdiyi tədqiqat materialları göstərirdi ki, ABŞ nüvə
silahlarının istehsalı üçün də düşünülmüş ölçülər üzərində işləmiş
v
ə müharibə olacağı təqdirdə əsas vəzifə sovet nüvə potensiallarına
nüv
ə silahları vasitəsi ilə ilk zərbə vurmaqdır. Bundan sonra
İngiltərə və ABŞ-da SSRİ ilə münasibətdə amerikan hərbi-strateji
planları və xüsusilə də sovetlərə nüvə zərbələrinin endirilməsi
planlarını özündə əks etdirən sənədlər çap edilmişdi.
Xirosima v
ə Naqasaki faciələrindən sonra ABŞ hərbi maşını
v
ə ona dəstək verən idarə aparatı “sovet təhlükəsi”nə qarşı
qabaqlayıcı tədbir kimi nüvə silahları vasitəsilə aviozərbələr
planını özündə əks etdirən direktivlər hazırlamağa başladı. Onlar
bel
ə adlanırdı: ”Amerika hərbi siyasətinin formalaşmasının əsasları
(1492/2) ” v
ə “ABŞ hərbi qüvvələrinin istifadə edilməsi planları və
strateji konsepsiyası (1518) ”. Bu direktivlər ABŞ qərargah rəis-
l
ərinin birləşmiş komitəsi tərəfindən 1945-ci ildə ayrı-ayrılıqda
müvafiq olaraq 19 sentyabr v
ə 9 oktyabrda təsdiqləndi. Direk-
tivl
ərin hazırlanmasında “əməyi keçənlər” birinci direktivə əsa-
slanaraq bildirirdil
ər ki, ilk zərbə konsepsiyasını reallığa çevirmək
mümkündür. Onlar deyirdil
ər: ” Biz heç bir vəchlə icazə verə
bilm
ərik ki, bizim təcavüzkar davranışlarımıza mane olmağa zəmin
yaradan yalan v
ə təhlükəli ideyalar səbəbindən bizə ilk zərbə
endirilsin.
Bunları nəzərə alaraq bizim hökumət tez bir zamanda
siyasi bir addım atmalıdır ki, bununla eyni bir zamanda ilk zərbə
konsepsi
yası əsasında hazırlıq işləri görülmüş olsun”
1945-
ci ilin oktyabrında Qərargah rəislərinin birləşmiş
komit
əsi atom silahı istehsalının sürətləndirilməsi barədə idarə
dair
əsinə bir sıra təklif və tələblər göndərdi. Noyabrın 31-də isə
tam m
əxfi bir şəkildə atom silahlarının və digər nüvə silahlarının
t
ətbiq olunacağı yerlər müəyyənləşdirildi. Yaponiyanın taleyini
yaşayacaq şəhərlər bunlar olmalı idi: Moskva, Lelinqrad(indiki
Sankt-Peterburq), Qorki,
Kuybişev, Sverdlovsk, Novosibirsk,
Omsk, Saratov, Kazan, Ba
kı (göründüyü kimi ABŞ-ın direk-
tivl
ərində təkcə nüvə potensiallı mərkəzlərin deyil, həm də neftlə
z
əngin şəhərlərin məhv edilməsi məsələsi əks olunmuşdu ki, bu
da bütün SSRİ ərazisində məhz Bakı idi. Bakını əhəmiyyəti hətta
ABŞ hökumət dairələrində belə diqqət mərkəzində idi-red),
10
Daşkənd, Çelyabinsk, Nijni-Taqil, Maqnitaqorsk, Perm, Tiblisi
(Tiflis-red) , Novokuznetsk,
Qroznı, İkutsk, Yaroslavl.
1948-ci ild
ə atom silahı vasitəsilə təşkil olunacaq aviozərbə-
l
ərin umumi və konkret əməliyyat planları hazırlandı. Onların şərti
adları belə idi:”Broyler”, “Frolik”, “Xarrou” və s.
Ümumiyy
ətlə, QRBK-nin sədlərində əks olunan direktivlərdə
strateji planlaşdırma bu prizmadan qurulurdu: “Əgər ABŞ tezliklə
mü
əyyən olunmuş yerlərdə hərbi bazalar yaradıb onlar arasında
əlaqəni tənzimləyə bilsə, o zaman tezliklə müharibəyə başlamaq
imkanı artar və sonra Rusiyanın (SSRİ-red)həyati əhəmiyyətli
s
ənaye mərkəzlərinə və şəhər mərkəzlərində hərbi-hava əməliy-
yatları icra etmək mümkün olacaqdır. . . . . Strateji hərbi-hava
uçuşlarını və hər ehtimala qarşı böyük yerüstü əməliyyatlara
başlamaq məqsədi ilə əhəmiyyətli regionların ələ keçirilməsi üçün
mütl
əq bir şəkildə piyada, hərbi-hava və hərbi-dəniz qüvvələrini
seçib hazırlamaq lazımdır”.
Direktivl
ərdə qeyd edilirdi ki, xüsusilə sovet neft sənaye
m
ərkəzlərini (əsasən Bakı və onun ətraf əraziləri-red) Aralıq
d
ənizinin şərqində və yaxud Qahirə-Suveyş regionunda salınacaq
h
ərbi bazalardan qalxacaq hərbi təyyarələr vasitəsi ilə bombardman
edilm
əsi gərəklidir ki, effektiv nəticələr verə bilsin. Moskvanın
ətraf rayonlarının isə B-29 markalı təyyarələr vasitəsi ilə vurulması
is
ə əldə olunacaq effektiv nəticələrin maddi və mənəvi dayağı
olmalı idi. Buraya aparılacaq təyyarələrin bazasının isə həm
Qahir
ə-Suveyş, həm də Britaniya adalarında yerləşməsi nəzərdə
tutulurdu. Ural v
ə Kuzbas kimi regionları isə Hindistanda
yerl
əşəcək bazalardan çətinlik çəkmədən zərbə altında qoymaq
olar
dı. Beləliklə, keçiriləcək hərbi–hava əməliyyatlarının ABŞ
üçün uğurlu olması üçün bazaların məhz Yaxın Şərqdə, Britaniya
adalarında və Hindistanda yaradılması zəruri idi.
H
ələ bir neçə il əvvəl prezidentin köməkçisi K. Klifford
müharib
ə kursunu özündə əks etdirən “Sovet İttifaqı ilə müna-
sib
ətdə Amerika siyasəti” adlı məruzəsini prezidentə təqdim etmiş-
di. M
əruzədə deyilirdi: “Sovet İttifaqının əsas mərkəzlərinin,
s
ənaye mərkəzlərinin və zəngin faydalı qazıntılarının olduğu
n
əhəng ərazisi səbəbindən zəifliyi o dərəcədə deyil. Bu səbəbdən
11
ona qarşı təkcə atom yox, bioloji müharibə də aparmaq lazımdır.
Bel
əliklə ABŞ SSRİ-ni effektiv bir şəkildə məhv etmək istəyirsə,
özünü atom v
ə bioloji müharibəyə hazırlamalıdır. ”
1947-ci ild
ə C.Forrestolun başçılığı ilə Müdafiə Nazirliyi
yaradıldı. Onun nazir təyin edilməsi ilə anti-sovet kompaniya ölkə
daxilind
ə yeni impuls aldı.
Müdafi
ə nazirliyi ilə birgə prezident başda olmaqla Milli
T
əhlükəsizlik Şurası da (MTŞ)hərbi planların hazırlanmasında
yaxından iştirak edirdi. 1947-ci ildən başlayaraq bu iki dövlət
t
əşkilatı tərəfindən hazırlanan planlar sonda QRBK (Qərargah
R
əislərinin Birləşmiş Komitəsi) tərəfindən nəzərdən keçirilib
t
əsdiqlənirdi. Bu dövrdə MTŞ-nin qəbul etdiyi 7, 20/1, 20/2, 58
nömr
əli memorandumlar xüsusilə əhəmiyyətlidir. Bunlardan 7
nömr
əli memorandum ən maraqlı idi.
1947-1949-cu ill
ərdə hərbi planları ümumi şəkildə belə
hazırlanmışdır. Birincisi - ümumdünya sosializm quruluşunu “dəf
etm
ək”, əgər mümkün olarsa, SSRİ ilə müharibə qaçılmaz reallıq
idi.
İkincisi--SSRİ və onun müttəfiqləri hərbi və iqtisadi cəhətdən
ABŞ-ın səviyyəsinə çatmamalıdır. Üçüncüsü--ABŞ nüvə silahını
birinci olaraq istifad
ə etməyə hazır olmalıdır.
1948-
ci ilin martında MTŞ-nın 7 nömrəli memorandumunda
ABŞ-ın əsas hərbi və xarici siyasət məkanında vəzifələri öz əksini
tapırdı. Bunun əsasında aşağıdakı tədbirlər görülməli idi: Ölkə da-
xilind
ə ABŞ hərbi potensialını gücləndirmək, ABŞ-ın atom
bombası sahəsində şəriksiz monopoliyasını qorumaq, ölkə daxilin-
d
ə “sovet təhlükəsi” haqqında geniş təbliğat proqramı hazırlamaq,
h
əmçinin, geniş informasiya vasitələrinin köməkliyi ilə bizim
xarici siyas
ətimizin ictimaiyyət tərəfindən dəstəklənməsini təşkil
etm
ək, ölkə xaricində müharibə olacağı təqdirdə əks-hücumun təş-
kili zamanı diqqəti Qərbi Avropaya yönəltmək də nəzərdə
tutulurdu.
”D
əmir pərdə”nin şimal tərəfi Norveçdən başlayaraq cənubi-
şərqdə Türkiyənin cənub sərhədləri boyunca uzanırdı və öz
daxilind
ə sosialist Avropasını birləşdirirdi. Bu ölkələrdə mövcud
quruluşlara qarşı təşkil ediləcək müqavimət hərəkatına kömək
12
etm
ək üçün proqram hazırlamaq və lazım olan anda ondan istifadə
etm
ək nəzərdə tutulurdu.
Direktivl
ərdə sovetlərin təsiri altında olan dünya kom-
munizmi il
ə mübarizə aparmaq üçün nəhəng maliyyə fondu
yaratmaqdan da b
əhs edilirdi.
MTŞ-nın hazırladığı digər bir plan isə 1948-ci ilin sentyabrın
16-da Trumen t
ərəfindən imzalanan 30 nömrəli direktiv idi. Burada
qeyd olunurdu ki, “h
ərbi qüvvələr özlərinin əllərində olan bütün
imkanlardan, a
tom silahı da daxil olmaqla, effektiv və səhvsiz bir
şəkildə istifadə etməyə hazır olmalıdır və bunun əsasında da növbə
il
ə ardıcıl strateji planlar hazırlamağa borcludurlar”.
1948-ci ild
ə şuranın 10/2 nömrəli direktivində isə yalnız
müharib
ə vaxtında deyil, sülh şəraitində belə “fayda verə biləcək
m
əsələlər” qeyd olunmuşdur: ”Təbliğat da daxil olmaqla gizli
əməliyyatlar təşkil etmək; iqtisadi müharibə; sabotajla birgə
qabaqlayıcı tədbirlərin görülməsi düşmən ölkələrə qarşı təxribat
xarakterli işlərin yerli hərəkatlara kömək etmək prizması ilə təşkili
burada öz
əksini tapmışdı. Bütün bu tədbirlər elə görülməli idi ki,
onun t
əşkilatçısı-ABŞ-ın adı bu işlərdə hallanmasın. Əksinə, onun
üz
ərində hər hansı şübhələr olarsa, ABŞ bunu mütləq bir şəkildə
inkar etm
əlidir.
Direktivl
ərin hazırlanmasında yaxından iştirak edən yüksək
çinli şəxslər sovetlər üzərinə atılacaq atom bombasının zamanının
gecikdirilm
əməsini israrla təkid edirdilər.ABŞ ordu naziri höku-
m
əti inandırmağa çalışırdı ki,: “Biz silah hazırlamaq üçün atom
enerjisin
ə ölkə məxaricinin 98%-ni sərf edirik. Əgər biz onu indi
istifad
ə etməyəcəyiksə, o zaman bu işlərin heç bir mənası yoxdur”.
1948-
ci ilin ortalarında “Çarioter” şərti adı altında plan
hazırlandı. Müəyyən olunmuş 70 sovet şəhərinə 133 atom bombası
atılmalı idi. (bu rəqəmlər 1948-ci ildə tərtib olunan “Troydjen”
əməliyyatında təsdiq olunmuşdu). Onlardan 8-i Moskvaya və 7-si
Lelinqrada endirilm
əli idi. Sonradan bu plan komplektləşdirilmiş
şəkildə “Xafmun”, sonra “Flitvud” planı ilə əvəzləndi. Sonuncu
plan da öz növb
əsində “Dablstar” planı ilə əvəz edilmişdi.
ABŞ bu minvalla qızğın bir şəkildə müharibəyə hazırlaşırdı.
Dünya böyük bir t
əhlükə ilə artıq üzbəüz qalmışdı. SSRİ-yə qarşı
13
hazırlanan planlar bir-birlərini əvəz edirdi. Hətta ABŞ iqtisadiyyatı
h
ərbi relslər üzərinə keçirilmişdir. Baş verə biləcək nüvə
müharib
əsinə Qərbi Avropa dövlətlərini də cəlb etmək üçün bir
sıra işlər görülmüşdü. Lakin 1949-cu ilin sentyabrın 3-də bom-
bardmançı təyyarə B-29 sakit okeanın şimalı ilə uçarkən radioka-
tivliyin yüks
əlişini müşahidə etdi. SSRİ artıq atom silahına malik
olduğu aydın idi.
ABŞ-ın dünyada yekdil şəkildə hegemon olmaq istəyi və
ümidl
əri artıq puç olmuşdu. Atom silahı üzərində mono-
polist(inhisar-red) hüqu
q artıq itirilmişdi və əvvəlcədən hazırlan-
mış strateji konsepsiyalara yenidən baxmaq lazım idi. Onlar artıq
yeni strateji hücum
planları üzərində işləməyə başladılar. Planlarda
əsaslı şəkildə dəyişiklik edildi. Artıq planın əsas xəttini ilk zərbə
deyil,
əks-zərbə konsepsiyası təşkil edirdi. Müharibənin yeni tarixi
mü
əyyən olundu: 1950-ci il 1 yanvar. Plana görə 100 sovet şəhə-
rin
ə 300 atom bombası və 20 min ton çəkiyə malik adi müxtəlif cür
silahların tətbiqi nəzərdə tutulurdu. Yeni plana “Troyan” şərti adı
verildi.
Lakin baş verə biləcək hadisələr analiz olunarkən məlum
oldu ki, bombardmandan sonra itkil
ər və fəsadlar çox böyük olacaq,
q
əfil endiriləcək zərbələrdən (sovetlər tərəfindən -red)sığortalan-
maq v
ə qorunmaq mümkün olmayacaq. Bunun nəticəsində də
Britaniya adalarında yerləşəcək bazalar məhv ola bilər və Qərbi
Avropanın müdafiə sisteminin qurulması şübhə altında olar. ABŞ
HHQ-
İ (hərbi –hava qüvvələri)komandanlığı məruzə edərək qeyd
etdi ki: “Troyan” planı əsasında mütəşəkkil şəkildə hərbi-hava
hücumları və aviozərbələrin endirilməsinin təşkili imkanlar xari-
cind
ədir; ABŞ və Alyaskanın hava hücumundan müdafiə
t
əhlükəsizliyini təmin edə bilməz. . Beləliklə yalnız arifmetika
(hesab-red)
dünyanı müharibədən xilas etdi.
1950-ci ilin avqustun 15-d
ə QRBK xüsusi plan üzərində
işləməyi sona çatdırdı. Burada ilk növbədə Sovet İttifaqının atom
silahının istehsal etdiyi həyati əhəmiyyətli obyektlərinin məhv
olunması, 2-ci növbədə sovet hərbi qüvvələrinin hərəkətini müm-
kün q
ədər ləngitmək, 3-cü növbədə isə yanacaq istehsal olunan
mü
əssisələri atom zərbələri ilə məhv etmək nəzərdə tutulurdu.
14
Araşdırılan direktivlər içərisində MTŞ-nın 68 nömrəli
direktivi seçilir ki,
onun hazırlanmasına rəhbərliyi P. Nitse etmişdir.
O, R.
Reyqanın dövründə nüvə silahlarının tərki-silah edilməsi
m
əsələsi üzrə aparılan amerikan-sovet danışıqlarında ABŞ nüma-
y
əndə heyətinin rəhbəri təyin olunmuşdu. Bu direktiv Trumen
t
ərəfindən 1950-ci ilin 30 sentyabrında təsdiqləndi. Bu sənədin
başlıca mənası bu idi: “Daha çox qorxu və təşviş əhval-ruhiyyəsi
yaratmaq v
ə təşkil etməklə ABŞ ictimaiyyətinin militarist
psixozuna t
əsir etmək”. MTŞ-68 direktivi əsasında təşkil edilən
memorandumların müəllifləri yazırdılar: “Sovet təhlükəsi nəticə-
sind
ə ABŞ–ın təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdı.
Göründüyü kimi, bu direktivl
ər çox məharətlə və proqramlı
bir şəkildə hazırlanmışdı. Onlar təkcə silahlanmanın artırılması və
müharib
əyə hazırlığı deyil, həm də “sovet sisteminin daxildən
m
əhv edilməsi”, açıq “psixoloji müharibə aparmaq”, “siyasi, iqti-
sadi, psixoloji müharib
ə çərçivəsində gizli vasitələr və metodlardan
istifad
ə etməklə təbliğat və əməliyyatların keçirilməsi”ni də
n
əzərdə tuturdu. Beləliklə, “Qarşısını alma” siyasəti “daimi
m
əcburiyyət” siyasəti kimi xarakterizə olunurdu. Direktivin
sonunda qeyd olunan m
əsələlər 30 il sonra olacaq “Reyqan üslubu”
kimi eşidilirdi:
1.
“Biz çox güclü olmalıyıq. Necə ki, bizim prinsiplər milli
h
əyatda möhkəmlənir. Bu cür bizim iqtisadi və hərbi gücümüz
inkişaf etməlidir.
2.
Biz azad dünyanın iqtisadi və siyasi sisteminin qurul-
masında 1-ci olmalıyıq.
3.Prinsipl
ərimizin möhkəmləndirilməsindən savayı bizim
işlərimiz və siyasətimiz sovet sistemininkindən köklü surətdə fərqli
bi
r şəkildə olmalıdır.
H.Trumenin prezidentliyinin sonuncu ili atom müharib
ə-
sinin baş verməsi üçün artıq real görünürdü. Koreyaya müdaxiləni
t
əşkil edən ABŞ hakim dairələri müharibənin biabırçı məğ-
lubiyy
ətindən çıxış yolları axtarmağa başlamışdılar ki, son anda
atom vasit
əsi ilə şantaj edilmə üsulu gündəmə gəldi. 1952-ci il
yanvarın 27-də ABŞ prezidenti Eyzenhauer yazırdı: “Mənə belə
hesab edir
əm ki, hal-hazırda ən düzgün qərar Moskvaya
15
gönd
əriləcək 10 sutka müddəti olan ultimatumdur ki, burada biz
Hind-Çin
ə qədər Çin sərhədlərini Koreya sərhədlərindən ayırmaq
v
ə Mancuriyada olan bütün hərbi bazaları məhv etmək
niyy
ətindəyik”.
Bel
ə direktivlərin işlənib hazırlanması Trumenin hakimiy-
y
ətindən sonra da D. Eyzenhauerin prezidentliyi dövründə də
davam etdi.
Dostları ilə paylaş: |