SəRBƏst iŞ №1 Müəllim: Əhmədova Xədicə Fakültə



Yüklə 96,45 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü96,45 Kb.
#49663
  1   2   3   4   5
Nicat Məmmədov679A3 ÖTƏ(1.)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ



Kafedra: Avtomatika və idarəetmə

Fənnin adı: Ölçmə Texnikasının əsasları

SƏRBƏST İŞ № 1

Müəllim: Əhmədova Xədicə

Fakültə: Energetika və avtomatika

Kurs: III

Qrup: 679 A3

Tələbə: Məmmədov Nicat.

B A K I – 2 0 2 1



Elektrik ölçmələri vasitələri (ölçülər, ölçmə cihazları, ölçmə çeviriciləri və s.)

Ölçmə texnikasının vəzifəsi təbiətdə baş verən hadi­sə­lərin fiziki xarakteristikalarının alınmasına və naməlum hadisə­lərin aşkar edilməsinə yeni imkanlar verən cihaz, ölçmə qurğusu və sistemlər yaratmaqdan ibarətdir.

Elm və texnikanın inkişafı ölçmə texnikasının nai­liy­yət­ləri ilə sıx əlaqədardır. Dəqiq elmlərdə obyektiv təbiət qanun­larını təsvir edən asılılıqların müəyyənləşdirilməsi yalnız ölçmə texnikasının köməyi ilə mümkün olmuşdur.

Hazırda ölçmə texnikasının tətbiq sahəsi xeyli genişdir. Ölçmə texnikası sənayedə xüsusi yer tutur.Mübaliğəsiz demək olar ki, ölçmə texnikası keyfiyyəyli məhsul buraxılmasında ən mühüm amillərdən biridir.

Bir sıra cəhətlərinə görə ölçmələrin elektrik üsulları digər üsullardan xeyli üstündür. Az enerji sərfini, ölçülən kəmiyyətin məsafəyə ötürülə bilməsini və onların nəticələrinin böyük sürətlə ötürülməsini,yüksək dəqiqlik və həssaslığı bunlara misal göstərmək olar.

Elektrik ölçmə texnikası vasitələrinin inkişafındakı tərəq­qi ölçmə nəzəriyyəsinin daha da inkişaf etdirilməsi və onun əsasında yeni ölçmə metodlarının yaranması, ölçmə va­si­tələrinin konstruksiyalarına mikroelektronikanın, avto­ma­tika­nın, hesab­lama texnikasının son nailiyyətlərinin geniş tətbiqi, həmçinin bir sıra texnoloji məsələlərin müvəffəqiyyətli həlli nəticəsində təmin edilmişdir.

Rəqəm ölçmə cihazlarının yaranması və istehsalı elek­trik ölçmə texnikasının inkişafında mühüm mərhələ ol­muşdur. Ölçmə prosesinin tam avtomatlaşdırılması ilə yanaşı rəqəm ölçmə cihazları yüksək dəqiqliyi, cəldişləməsi, maneəyə­daya­nıqlığı, ölçmə obyektindən az güc sərfini, oxunma əlverişliyini, ölçmə nəticəsinin kod şəklində başqa qurğulara ötürülməsini və s. təmin edir.

Ölçmə cihazlarında müasir hesablama texnikası vasitə­lərinin geniş tətbiqi onların funksional imkanlarını xeyli ar­tırmış və metroloji xarakteristikalarını əsaslı surətdə yaxşılaş­dır­mışdır.Mikroprosessorlar ölçmə nəticələrinin emalına, ölçü­lən kə­miyyətin qiymətindən sabit əmsalın çıxılmasına, ölçülən kə­miyyətin qiymətinə nəzarət edilməsinə, nəzarət olunan pro­sesin statistik xarakteristikalarının hesablanmasına, ölçmə çevi­ricilərinin xarakteristikalarının xəttiləşdirilməsinə və s. imkan verir.

Ölçmə texnikasının inkişaf istiqamətləri əsasən aşağı­dakılardır:

1.Dəqiqliyin və cəldişləmənin yüksəldilməsi, tezlik diapa­zonunun genişləndirilməsi, yüksək metroloji və istismar xassəli elektron və rəqəm cihazlarının istehsalı;

2.Elektrik, maqnit və qeyri-elektrik kəmiyyətlərinin ölçülməsində, avtomatlaşdırılmış idarəetmə sistemlərində geniş tətbiq olunan müxtəlif növ ölçmə çeviricilərinin nomenkla­turasının genişləndirilməsi və xarakteristikalarının yaxşı­laşdı­rıl­ması;

3.Yüksək keyfiyyətli informasiya-ölçmə sistemlərinin yaradılması və təkmilləşdirilməsi, müasir hesablama tex­ni­ka­sından istifadə etməklə ölçmə-hesablama komplekslərinin yara­dılması və tətbiqi.

Metrologiya elmi ölçmənin nəzəri və təcrübi məsələləri ilə məşğul olur.Metrologiya daha geniş mənada ölçmələr,ölçmə metodları və vasitələri, onların təmin edilməsi,tələb olunan dəqiqlik üsulları haqqında elm kimi başa düşülür.

Insan özünün praktiki həyatında hər yerdə ölçmələrlə rastlaşır.

Ölçmələr – insan tərəfindən təbiətin anlanılmasının əsas, vacib yollarından biridir.

Riyaziyyat, mexanika, fizika ona görə dəqiq elmlər adlandırılır ki, olçmələr nəticəsində onlar təbiətin obyektiv qa­nunlarını ifadə edən kəmiyyət münasibətləri arasında asılılıqları sübut edə bilmişlər.

D. İ. Mendeleyev hələ o vaxtlar qeyd etmişdi ki, “ elm ölçmələrə başlamaqdan sonra başlanır. Ölçmələrsiz heç bir dəqiq elm təsəvvür edilə bilməz”

Texnikanın bütün sahələri – tikinti mexanikasından və maşınqayırmadan başlanmış nüvə energetikasına qədər ölçmə sistemləri olmadan texnoloji prosesləri, nəzarəti, idarəetməni, buraxılan məhsulların keyfiyyətini və s. təyin etmək mümkün deyil.

Müasir cəmiyyətdə də ölçmələrin əhəmiyyəti çox bö­yükdür.

Ölçmələrin rolu xüsusən yeni texnikanın tətbiqində, elektronikanın inkişafında, avtomatlaşdırmada, atom ener­geti­kasında, kosmik uçuşlarda və s. daha da artmışdır.

Metrologiyanın müasir anlaşılmasında qeyd edilməlidir ki, o, ölçmələr, onların vəhdətinin təmin olunması metodları və vasitələri, tələb olunan dəqiqliyin əldə edilməsi haqqında elmdir.

Metrologiya təbiət və texniki elmlərin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Dəqiq ölçmələr dəfələrlə funda­mental kəşflərin edilməsində böyük rol oynayır.

Metrologiyanın xalq təsərrüfatının inkişafında praktiki əhəmiyyəti çox böyükdür. O, ölçmə texnikasının elmi əsasını təşkil edir.

Ölçmələr metrologiyada əsas anlayışlardan biridir. Met­ro­logiya ölçmə texnikasının nəzəri əsaslarına xidmət edir. Ölçmə texnikası inkişaf etdikcə metrologiya böyük əhəmiyyət kəsb edir,ölçmənin nəzəri əsasları yaranır və təkmilləşir, be­ləliklə, ölçmə sahəsində təcrübi sınaqlar ümumiləşdirilir, ölçmə tex­nikasının inkişafına istiqamət verilir. Metrologiya ölçmə­lər­dən, ölçmə metodları və vasitələrinin bütövlüyünün təmin edil­mə­sindən,tələb olunan dəqiqliyin əldə edilməsi üsullarından bəhs edən elm olub, ölçmə texnikasının nəzəri əsasları ilə məşğul olur, yəni elmin ölçmələri öyrənən sahəsi metrolo­giya­dır. Metrologiya iki yunan sözündən təşkil edilmişdir: metro – ölçü, loqos – anlayış deməkdir.Deməli, metrologiya eyni zamanda ölçü anlayışı deməkdir.

Metrologiya elm,texnika və iqtisadiyyatın bütün sahə­lə­rin­də tərəqqinin əsaslı ilkin şərtidir.Elmi problem nə qədər mü­rəkkəb olarsa, metrologiyanın əhəmiyyəti bir o qədər böyük olar.

Ölçmə nəzəriyyəni insanın əməli fəaliyyəti ilə bir­ləş­dirən,insanın təbiəti dərk etmə yollarından biridir.Onlar elmi biliklərin əsasıdır,maddi ehtiyatların hesabatı üçün xidmət edir,məhsulların tələb olunan keyfiyyətini,detalların və qovşaq­ların qarşılıqlı əvəz olunmasını təmin edir, texnologiyanı, isteh­salatın avtomatlaşdırılmasını,sağlamlığın mühafizəsini təkmil­ləş­di­rir və bir çox başqa sahələrin əmək təhlükəsizliyini təmin edir.Ölçmənin sahəsi genişdir.Ölçmələr təbiəti dərk etməyə xidmət edir.

İldən-ilə ölçmənin rolu və əhəmiyyəti yüksəlir.Müasir metodlardan istifadə edərək alimlər maddələrin tərkibini dəqiq ölçürlər. Ölçmələr bir çox insanların əsas peşəsidir (texniki nəzarət şöbələrinin,zavod laboratoriyalarının və sınaq mər­kəz­lərinin işçiləri).Ölçü işi hədsiz böyükdür və hələ açılmayan ehtiyatlara malikdir,onun istifadə edilməsi texniki tərəqqinin həyata keçirilməsinin həlledici şərtlərindən biridir.

Ölçmənin əsas xassələri aşağıdakılardır: ölçmə əsasları, ölçmə üsulları, ölçmə xətası və dəqiqliyi, ölçmələrin düzgün­lüyü və doğruluğu.

Fiziki kəmiyyətin qiymətinin təcrübə yolu ilə xüsusi texniki avadanlığın köməyi ilə tapılmasına ölçmə deyilir.

Ölçmənin əsasını iki fiziki kəmiyyətin müqayisəsi təşkil edir: ölçülən və məlum. Müqayisə olunan kəmiyyətlər bircins­lidir, yəni eyni fiziki təbiətə malikdirlər.

Məlum kəmiyyət müəyyən sayda qanunlaşdırılmış va­hid­­lərlə ifadə olunmuşdur ki, bu da müqayisə yolu ilə ölçülən kəmiyyəti həmin qaydada ifadə etməyə imkan verir.Ölçmənin mahiyyəti və məqsədi müqayisə prosesi kimi onun əsas tənli­yin­də ifadə olunmuşdur: Q =q[Q], burada Q – ölçülən kəmiy­yət, q – kəmiyyətin ədədi qiyməti; [Q] - kəmiyyət vahididir.Bu tənliyin sağ tərəfi ölçmənin nəticəsini ifadə edir. Ölçmənin nəticəsini almaq üçün bir məlum kəmiyyət deyil,onun müəyyən qaydada nizamlanmış yığımı, yəni fiziki kəmiyyətin şkalası lazımdır.

Beləliklə, ölçmə - ölçülən fiziki kəmiyyəti qanunlaş­dı­rılmış vahidlərlə ifadə etmək məqsədilə onun bircins kəmiy­yət şkalası ilə müqayisə olunma prosesidir.Bu fikir ölçmənin tərifinin əsasını təşkil edir: “Ölçmə elə idrak prosesinə deyilir ki, verilən kəmiyyət fiziki eksperiment yolu ilə onun müqayisə vahidi kimi qəbul edilmiş qiyməti ilə müqayisə olunsun ”.

Ölçmə mürəkkəb anlayışdır,onun analizi üçün əsas struk­tur elementlərini araşdırmaq zəruridir.Bu elementlərə: ölçmə­­nin məqsədi,tədqiqat obyekti və onun modeli,aprior in­formasiya, ölçülən kəmiyyət, ölçmə vasitəsi (avadanlıq), nəticə və ölçmə xə­tası aiddir.

Ölçmənin məqsədi ölçməyə olan tələbatları təyin edir. Ölçmə hər hansı məqsəd üçün aparılır. Ölçmənin məqsədi tədqi­qat obyektinin maraq kəsb edən fiziki kəmiyyətlərini ayırır və ölçmənin tələb olunan dəqiqliyini təyin edir.

Tədqiqat (ölçmə) obyekti təbii və ya texnoloji mühitə malik real fiziki obyektdir. O, başqa obyektlər ilə çoxtərəfli və mürəkkəb əlaqədədir. İnsan obyekti tamamilə onun bütün xas­sələri və rəngarəngliyi ilə qavramaq iqtidarına malik deyil. Ona görə də insanın tədqiqat obyekti ilə təması ancaq obyektin modeli əsasında olur.

Obyektin modeli obyektin verilən məsələ üçün əhə­miyyət kəsb edən xassələrini əks etdirən nəzəri-fiziki və riyazi konstruksiyadır. Model ölçmə məqsədinə uyğun olaraq qurulur və bunun üçün obyekt və ölçmə şəraiti haqqında aprior informasiyadan istifadə olunur.




Yüklə 96,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin