AR ərazisində baş verə biləcək Texnogen xarakterli FH[1][1]
Texnogen mənşəli fövqəladə hallar dedikdə ümumilikdə, insanın sənaye və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur. Bu hadisələr, əsasən, lokal, regional, dövlət, dövlətlərarası və qlobal xarakterli olmaqla bir neçə növə ayrılır. Texnogen fәlakәt insan tәlәfatı, insanların sağlamlığının pozulması, obјektlәrin dağılması, yaxud mәһv edilmәsi, һәmçinin әtraf müһitin çirklәndirilmәsi ilә nәticәlәnәn nәһәng qәzaya deyilir. Texnogen qәza dedikdə isə nәqliyyat, tikinti, sәnaye obyektlәrindә və texniki sistemlәrdә baş verәn, insan һәyatı vә sağlamlığına tәһlükә yaradan vә texnolojı proseslәrin pozulmasına, dağıntılara səbəb olan, һәmçinin әtraf müһitә ziyan vuran tәһlükәli һadisәlər başa düşülür.
Texnogen xarakterli FH :
- qəzalar;
- yanğınlar;
- partlayışlar nəticəsində əmələ gəlir.
Qəzalar – qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur.
Yanğınlar daha çox nəhəng müəssisələrdə, neft mədənlərində və yaşayış məntəqələrində qəza vəziyyəti yaradır. Qəza və təbii fəlakət zamanı yanğınların yaranmasına əsas səbəb tezalışan və ya partlayıcı maddələrin dağılması. Istixanaların partlaması, elektrik xətlərində qısaqapanma, bəzi kimyəvi maddələrin qarşılıqlı təsiri ola bilər. Yanğınların əmələ gəlməsinə başlıca səbəb həmin müəssisənin iş fəaliyyətində və binanın tikildiyi materiallardan asılıdır.
Partlayışlar – iri müəssisələrdə baş verən partlayışlar konstruksiyaların deformasiyası və dağılması, yanğınların əmələ gəlməsi, enerji sistemlərinin və zəhərli maddələrin ətraf mühitə yayılması ilə müşahidə olunur. Ən ağır qəzalar yeraltı mədənlərdə kömür tozunun və təbii qazın partlaması nəticəsində baş verir. Belə partlayışlar, adətən yanğın, uçma və insan tələfatı ilə nəticələnir.
Son illərdə istehsalat və sənayedə texniki tərəqqinin nailiyyətləri artdıqca, eyni zamanda təhlükəsizlik məsələsinə xüsusi diqqət ayırmağa başlanılmışdır. Müasir mürəkkəb istehsal prosesi getdikcə yüksək dərəcəli etibarlıq prinsipi ilə layihələnir. Lakin aydın məsələdir ki, mütləq qəzasız vəziyyət mövcud deyildir.
Texnogen qəzaların səbəbləri aşağıdakılardır:
- səhv layihələndirilmə və binaların yetərli təhlükəsizlik dərəcəsinin olmaması
- keyfiyyətsiz tikinti və ya layihədən kənaraçıxmalar;
- istehsalatın qeyri-düzgün yerləşdirilməsi;
- rəhbərliyin işə qeyri-ciddi yanaşması;
- əsas isteһsal fondlarının köһnәlmәsi vә aşınması;
- isteһsal vә texnoloji intizamın zәiflәmәsi;
- mövcud texnologiyanın tәlәbata cavab vermәmәsi;
- bәzi müәssisәlәrdә zәruri normativ-hüquqi bazanın olmaması;
- fövqәladә һalların fәaliyyәtdә olan xәbәrdarlıq sisteminin tәlәbata cavab vermәmәsi vә s.
- təbii FH (fırtına, zəlzələ, sunami, qasırğa və s.) təsiri ilə yaranmış texnogen qəzalar
Sadalanan bu səbəblərdən biri yetərlidir ki, insan həyatı üçün təhlükəli olan qəzanın baş verməsinə gətirib çıxarsın. Bu kimi qəzalar həyati təhlükə ilə yanaşı, həmçinin iqtisadiyyata da güclü maddi zərər vurur, eyni zamanda zərərçəkmiş insanların uzunmüddətli mənəvi və psixoloji zədələr almasına gətirib çıxarır. Bu səbəbdən özümüzdən asılı olan bu təhlükəli qəzaların baş verməməsi üçün hər bir şəxs işində və fəaliyyətində maksimum dərəcədə təhlükəsizlik tədbirlərinə riayət etməlidir.