Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

Nəticə 

“Cocuq dünyası” jurnalını  şəkil baxımdan təhlil etsək, jurnalın başlığında hər 

hansı bir rəsm və ya şəkil görmürük. Burada öz müəlliflərin fikir dünyaları, baxışları 

başlığın altında qeyd olunan bir yazı ilə bildirilir. Jurnal ölçü və yazı şirifti baxımından 

uşaqların rahat oxumasına uyğun xüsusiyyətlərə malikdir. “Cocuq dünyası” jurnalında 

səhifə sayı daim eyni şəkildə qalmamışdır, jurnalda getdikcə artan bir hacim vardır. 

“Cocuq dünyası” daha çox milli duyğulara, vətən sevgisinə, millətçiliyə yer verdiyi 

halda, hər hansı quru bir ideya ilə kifayətlənməmiş, uşaqları  əyləndirməklə onları 

müəyyən bir düşüncəyə sövq etməyə çalışmışdır. Jurnalda istifadə edilən janrlar 

uşaqların xoşlarına gələcək hekayə, nağıl, əfsanə,  şeir kimi nümunələrdən seçilmişdir. 

Uşaqların əylənməsi və fərdi inkişafı üçün bioqrafiyalara, maarifləndirici məlumatların 

olduğu elmi yazılara, sağlamlıqla bağlı yazılara, heyvan sevgisini inkişaf etdirəcək 

təmsillərə, tapmacalara, riyaziyyatla bağlı tapmacalara da xeyli yer verilmişdir. Burada 

dövrün imkanlarından istifadə edilərək müxtəlif  şəkillərin təqdim edilməsinə 

çalışılmışdır. “Cocuq dünyası” jurnalı dil baxımından da uşaqların səviyyəsinə uyğun 

olan sözlərdən, lüğət bazasından istifadə etmişdir. Xarici mənşəli mənası  məlum 

olmayan sözlərə o qədər də  gəniş yer verilməmişdir. Cümlələr yadda qalan, aydın, 

səlisdir. Burada uzun, bər-bəzəkli cümlələrə, demək olar ki, yer verilməmişdir. 



 

ƏDƏBİYYAT 

1.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 1, 1913, 8 s. 

2.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 17, 1913, 8 s. 

3.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 21, 1913, 8 s. 

4.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 22, 1913, 8 s. 


Filologiya  məsələləri – №02, 2016 

 

384



5.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 28, 1913, 8 s. 

6.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 29, 1913, 8 s. 

7.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 68, 1913, 385 s. 

8.Çocuk Dünyası. İstanbul: Kader Matbaası, № 80-1, 1919, 239 s. 

9.Çocuk Dünyası, İstanbul: Kader matbaası, № 94-15, 1919, 239 s. 

10.Kasap A. Evvel Zaman İçinde Çocuk Dergileri: 1869-1928 yılları arasında 

yayınlanan osmanlıca çocuk dergileri. İstanbul: sultanbeyli Belediyesi, 2011, 22 s. 

11.Okay C. Eski Harfli Çocuk Dergileri. İstanbul: Kitabevi, 1999, 240 s. 114 

12.Osmanlı Ansiklopedisi: 12 cilddə, II c., Ankara: Yeni Türkiye Yayınları,1999, 9244 

s. 


 

UMIT PEKTASH 

THE ROLE OF “COCUQ DUNYASI” (“CHILDREN’S WORLD”) JOURNAL IN 

THE FORMATION OF TURKISH CHILDREN PRESS IN THE BEGINNING 

OF XX CENTURY 

 

ABSTRACT 

The journal of “Cocuq dunyası”  was very important in Turkey in the beginning 

of XX century because of the fact that it had a long history and published the works of 

eminent writers of the period. The journal was improved from view of different aspects 

including images and content and it held very important place in Tirkish children’s 

literature. The author investigates tales of the animals printed in this magazine. But they 

were never printed under one heading. Stories on other subject were published in the 

magazine sometimes under heading of "the tale of animals". In fairy tales and stories it 

is possible to meet also illustrations. The magazine from time to time held competitions. 

These and other questions were widely studied in article on extensive material.   



 

УМИТ ПЕКТАШ 

В НАЧАЛЕ XX ВЕКА РОЛЬ ЖУРНАЛА “COCUQ DÜNYASI”,  

 В СОЗДАНИИ ДЕТСКОЙ ПРЕССЫ ТУРЦИИ 

 

РЕЗЮМЕ 

В  начале  ХХ  века  в  Турции  долгосрочный  выпуск  журнала “Cocuq 

dünyası”, а также печатание в этом журнале произведений продвинутых писателей 

того  времени  занимают  особое  положение.  С  того  дня,  как  журнал  начал 

выпускаться,  он  занял  бесспорную  важность  как  с  точки  зрения  картин,  так  и 

содержания  в  развитой  и  детской  литературе  Турции.  Автор  исследует  сказки  о 

животных,  напечатанных  в  этом  журнале.  Но  они  никогда  не  печатались  под 

одним  заголовком.  В  журнале  иногда  под  заголовком  «сказки  о  животных» 

печатались  рассказы  по  другой  тематике.  В  сказках  и  рассказах  можно 

повстречать и иллюстрации. Журнал временами проводил конкурсы. Эти и другие 

вопросы были широко изученные в статье на обширном материале.  

 

Rəyçi: Afaq Ramazanova 



            filologiya üzrə fəlsəfə doktoru, dosent  

Filologiya  məsələləri – №02, 2015 

 

385



     AYTAC  ABBASOVA  

AMEA Folklor İnstitutu 

folklorgirl@mail.ru 

 

KƏLBƏCƏR REGİONUNA MƏXSUS NAĞIL VARİANTLARI 



 

Açar sözlər: folklor, nağıl, variant, süjet, Kəlbəcər, Şah Abbas, Şıx Səyyad 

Key words: folclore, tale, version, tale line, Kelbedjar, Shah Abbas, Shikh Sayyad  

Ключевые слова: фольклор, сказки, вариант, участок, Кельбаджар, Шах Аббас, 

Шых Саят  

 

Dünyanın bütün xalqlarında folklorun ən populyar janrı kimi özünü göstərən 



nağıllara Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı variantlarda rast gəlmək çətin 

deyil. Nağıllar xalqın milli-mənəvi varlığını, mifoloji dünyagörüşünü, etik baxışlarını 

son dərəcə mükəmməl  şəkildə  əks etdirən bir janrdır. Hələ uzun illər bundan qabaq 

Y.V.Çəmənzəminli yazmışdır: “Nağıl xalq ədəbiyyatına məxsusdur. Xalqın ruhunun, 

etiqadlarının məhsuludur. Bütün şüarlarımız xalqa doğru olduğu üçün nağılın 

əhəmiyyəti bir qat daha artır. Belə olan surətdə nağıllarımızı toplamaq və nəşr etmək ən 

birinci mədəni məsələlərimizdən olmalıdır” (5, 280). 

 

Kəlbəcər regionuna məxsus folklor nümunələri içərisində nağılların da 



özünəməxsus yeri vardır. Mövzu baxımından nağılların hər növünə aid nümunələrə 

burada rast gəlmək çətin deyil, amma məişət nağılları daha çox üstünlük qazanmışdır. 

Regiondan toplanmış “Zərgərin nağılı” (14, 109), “Məhbubə xanım” (14, 182), “Padşah 

və  ağıllı  qızı” (1, 102), “Qaşıqçının nağılı” (1, 100), “Yeddi qardaş ilan” (14, 8) adlı 

nağıllar isə fərqli mövzulardadır. Folklor antologiyalarında “Haqq var, divan yoxdur”, 

“Xain ata” (1, 105) nağılının variantlarına rast gəldik. Bu nağıllar çox az dəyişikliklərlə 

eyni süjet xəttinə malikdir. “Qaşıqçının nağılı” adlı nağılda isə “qismətdən qaçmaq 

olmaz” (830

*

, 15, 209) süjet xətti aparıcıdır ki, burada varlı bir kişi özünə qismət 



olmayacaq qızılı qaşıqçıya qismət etməmək üçün əlindən gələni edir. Buna baxmayaraq, 

qızıl dönüb-dolaşıb yenə də qaşıqçıya qismət olur. 

“Qarabağ: Folklor da bir tarixdir” adlı toplunun Kəlbəcərə aid cildində bölgədən 

toplanmış nağıllar içərisində “Şıx Səyad” (14, 133) adlı yeni nağıl obrazı və yeni süjet 

xəttinə malik nağılla rastlaşdıq. İ.Rüstəmzadə yazır ki, “Şıx Səyad, Şıx Sədi, Şıx Sədin 

kimi müxtəlif  şəkillərdə  işlənən bu personajla bağlı üç süjet qeydə alınmışdır. Həmin 

süjetlərdən biri və ən geniş yayılanı Şıx Səyadın qadınların əməlindən kitab yazmasıdır” 

(14, 5). Nağılın məzmununda  Şıx Səyad qadınların  əməlindən bəhs edən “qırx qəlfə-

qatır yükü” kitabı yazır, lakin o axırıncı getdiyi qadının oyununa tuş gəlir və kitabları 

orada yandırır (14, 133). Şıx Səyad digər bir süjetdə isə elə bir qızla evlənmək istəyir ki, 

“o qız bu dünyanın işini bilməsin. Onun üçün qızı anasının bətnində behliyir” (14, 133). 

Şıx Səyad qızı bu dünyadan və dünyanın işlərindən gizli saxlamasına baxmayaraq, qız 

bir qarı vasitəsilə Şıx Səyada xəyanət edir. Bir sözlə, Şıx Səyad qadınların əməlindən 

baş aça bilmir. Nağıl personaji və nağılın süjet xətti Kəlbəcər bölgəsinə  məxsus olub 

ayrı-ayrı bölgə folklorunda mövcud olmamışdır.  

Kəlbəcər sakinlərindən toplanmış digər bir nağıl isə “Zərgərin nağılı”dır (14, 

109). Nağıl iki variantda (söyləyici və söyləyicinin qızından) toplanmışdır. Eyni 

məzmun və süjet xəttinə malik olmasına baxmayaraq, birinci mətni orjinal hesab etmək 

olar.  İkinci mətn isə ixtisarlar və hadisələrin yerinin dəyişilməsi ilə bir az təhrif 

olunmuşdur. Nağılın əsas məzmunu istedadlı, eyni zamanda ağıllı bir zərgərin padşahın 

və vəzirin sifarişi ilə qızıldan qoç fiquru düzəltməsi və verilən qızıldan bir azını özünə 


Filologiya  məsələləri – №02, 2016 

 

386



götürüb gizlətməsi ilə başlayır. Zərgərin vəzirin qoç fiqurunu padşahın qoç fiqurundan 

fərqli düzəltməsi nağılda ziddiyyətlərin başlamasına səbəb olur. Belə ki, vəzir bir qarı 

vasitəsilə zərgərin arvadından öyrənir ki, zərgər ona verilən qızıldan gizlədibdir. Vəzir 

bunun üstünü açıb, zərgəri cəzalandırır. Zərgər bu cəzadan xilas olub oradan uzaqlaşır. 

Vəzir maraqlı bir üsulla yenidən zərgəri tapıb saraya gətirir. Zərgər olub-bitəni padşaha 

danışır və əfv edilib vəzirin yerinə keçir (14, 109-129).  

Nağılda zərgərin “qızıl dəqiqliyi” iki yerdə-birinci zərgərin hündür bir damın 

başında arvadından kömək istəməsində və padşahın əhaliyə verdiyi “quzunu eyni çəkidə 

saxlamaq” tapşırığında özünü göstərmişdir. Nağılda zərgər qədər vəzir də  ağıllıdır. 

Lakin vəzir bu ağlından yaxşı  işlər görmək üçün deyil, qısqanclıq və  şöhrətpərəstlik 

uğrunda  şər işlər üçün istifadə edir. O, zərgərin qızıl gizlətdiyini anlayıb, qarı  və 

zərgərin arvadı vasitəsilə öyrənir və onun tutdurur. Sonra zərgəri tapmaq üçün ağıllı bir 

tədbir görür. Buna baxmayaraq, nağılın sonunda haqq yerini tapır, zərgər layiq olduğu 

yerə gəlir.  

Kəlbəcərdən toplanmış nağılların süjet göstəricilərinə gəldikdə isə bir neçə nağılı 

çıxmaq şərti ilə digər nağıllar süjet katoloqunda yer almışdır. “Adam Şeytan” (14, 136) 

821

**

=AT 1353 (15, 207), “Comərd Qəssab” (14, 148) 750K



*

 (124, 188), 834C

**

 (15, 


211), “Qəşəmşəm” (14, 151) 300 (15, 110),  “Səxavət yaxşıdı, yoxsa ibadət” (14, 154) 

750B


(15, 185), “Musa Allahı qonaq çağırır” (14, 157) 751A=AT 751A

*  

(15, 189), 



“Suynan yanan çıraq” (14, 172) 753

*

B (15, 189), “Allaha pənah” (14, 171) 776



**

A (15, 


198), “Yazıya pozu yoxdur” (14, 176; 14, 244) 930 (15, 263), “Dad əlindən” (1, 95) 

1863


*

 (15, 336), “Xain ata” (1, 105) 706C (15, 179), “Haqq var, divan yoxdu”  960A

(15, 274) və s. nağıllar Azərbaycan nağıllarının süjet katoloqunda (15) oxşar süjet 



xəttinə malik olmuşdur. 

  

Bölgəyə  məxsus nağıllar içərisində  Şah Abbas və  vəzir Allahverdi xanla bağlı 



nağıllar isə silsilə  təşkil edir. Ümumiyyətlə, nağıllarda  şah, bəy, xan, hökmdar 

obrazlarına tez-tez rast gəlirik. Bu tip nağıllar adları  çəkilən obrazların həyat və 

fəaliyyəti haqqında məlumat verməklə yanaşı, xalqın onlara qarşı münasibətini də əks 

etdirir. Folklorşünas P.Əfəndiyev yazırdı ki, “tarixi hadisələrlə bağlı yaranan nağıllarda 

Dara, İsgəndər, Ənuşirəvan, ən çox isə Şah Abbasın adları çəkilir” (6, 183). 

 

Onu da qeyd edək ki, Şah Abbas və onun vəzir Allahverdi xan tarixi şəxsiyyətlər 



olmuşlar. I Şah Abbas Səfəvilər dövlətinin  Şah  İsmayıl Xətaidən sonra ən nüfuzlu 

başçısı olmuşdur. Onun dövründə  mərkəzi hakimiyyətin möhkəmləndirilməsi,  ərazi 

bütövlüyünün bərpası, mədəniyyətin və xalqın yaşayış  səviyyəsinin yaxşılaşdırması 

işləri sürətlə həyata keçirilmişdir. XIX əsrin görkəmli tarixçisi, şairi və ictimai xadimi 

Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə  həsr etdiyi “Gülüstani-İrəm”  əsərində 

Şah Abbasın hakimiyyəti dövrünü belə qiymətləndirmişdir: “Müdrik dövlət idarəçiliyi 

və quruculuq işləri ilə  şöhrət qazanan Şah Abbas elə mülki və  hərbi qayda-qanunlar 

qoyub gedib ki, fars şahları indi də ondan istifadə edirlər. Hətta hökmdarların ləyaqətinə 

ciddi yanaşan Avropa tarixçiləri də bir elm və sənət hamisi olaraq, Şah Abbası “Böyük” 

sözü ilə  xatırlayırlar. Bu böyük insanın adını ədalət və müdriklik rəmzi sayılan Asiya 

xalqlarında isə o, az qala bütləşdirilir” (4). Şah Abbasın xalq arasında populyarlığının 

yüksək olması  nəticəsində o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına 

çevrilmişdir.  

 

Şah Abbasla adı yanaşı  çəkilən vəziri Allahverdi xan da tarixi şəxsiyyətdir və 



Şah Abbasın  əvvəlcə  zərgərbaşı, sonradan isə  vəziri olmuşdur.  Şah Abbas nə  qədər 

ədalətli idisə, onun vəziri də bir o qədər ağıllı  və  mərhəmətli idi. Şah Abbas kimi 

Allahverdi xan da Azərbaycan nağıllarının  əsas qəhrəmanlarından biri olmuşdur. 

F.Bayat yazır ki, “Hər bir xalqın nağılı onun çoxəsirlik tarixi, məişət tərzi, dünyagörüşü, 



Filologiya  məsələləri – №02, 2015 

 

387



adət-ənənələri, yaşamları, mübarizə  və mücadilələri, istək və arzularını yanıtması 

baxımından millidir” (9, 115). Şah Abbas və vəzir Allahverdi xanla bağlı nağıllarda da 

F.Bayatın qeyd etdiyi xüsusiyyətlər öz əksini tapmışdır. 

 Ayrı-ayrı bölgələrə  məxsus folklor antologiyalarında və beş cildlik nağıllar 

kitabında  Şah Abbasla bağlı nağıllara kifayət qədər rast gəlmək mümükündür. Ağdaş 

folklorunda “Şah Abbasın sınağı”, “Şah Abbas və bənna”, “Şah Abbas və üç dilənçi”, 

“Şah oğlu və naxırçı qızı” , Gəncəbasar folklorunda “Şah Abbasla oğlan”, “Şah Abbasla 

qız”, “Padşahla vəzirin səyahəti”, “Yazıya pozu yoxdu” , İrəvan Cuxuru folklorunda 

“Şah Abbasla qoca” , Qazax folklorunda “Şah oğlu  Şah Abbas haqqında” , Şirvan 

folklorunda “Allah yazanı pozmaq olmaz” , “Qarabağ: folklor da bir tarixdir” 

toplularında “Şah Abbas və  oğrular”, “Şah Abbasla üç bacı”, “Şah Abbasla pinəçi”, 

“Şah Abbasla bostançı”, “Şah Abbasla soyğunçular”, “Şah Abbasla dərvişlər”, “Şah 

Abbasnan məleykə”, “Bostançı  və  Şah Abbas”, “Şah Abbasın sənəti” və s. adlı 

nağıllardan da göründüyü kimi, Şah Abbasla bağlı nağıllar olduqca çoxdur. Eyni 

zamanda, bu nağılların hər birinin özünəməxsus variantları da mövcuddur. Bu da bütün 

folklor nümunələrində olduğu kimi təbii bir prosesdir ki, nağıl bəzən bir neçə süjet xətti 

üzrə inkişaf edib hər hansı bir yeni əlavələrlə zənginləşərək yeni bir nağıl əmələ gətirir.  

 Yuxarıda qeyd etdiyimiz nağılların bir çoxu bu qayda ilə yaranan nağıllardır. 

Kəlbəcər sakinlərindən topladığımız nağılların içərisində Şah Abbas haqqında nağıllar 

daha çox idi. Demək olar ki, bütün söyləyicilər bu barədə nağıl söyləmişlər. Bunlardan 

“Şah Abbas və vəzir Allahverdi xan haqqında”, “Şah Abbas və üç bacı”, “Şah Abbas və 

çoban”, “Şah Abbas və Əzrayıl”, “Şah Abbas və qarı”, “Şah Abbasın vəzir Allahverdi 

xana tapşırığı” və s. adlı nağılları toplamışıq.  

 

Nağılın baş  qəhrəmanı olan Şah Abbas bütün nağıllarda müsbət obraz kimi 



verilmişdir. O, çox ağıllı, tədbirli, xalqının qeydinə qalan, qayğısını  çəkən, lazım 

gəldikdə xalqa kömək edən, onları arzularına çatdıran bir hökmdar kimi göstərilmişdir. 

M.Kazımoğlunun qeyd etdiyi kimi, “hökmdar obrazının xüsusi yer tutması  təəccüb 

doğurmamalıdır. Nəzərə alınmalıdır ki, qədim dünyagörüşə görə, hökmdar cəmiyyətdə 

məhsuldarlıq, ümumiyyətlə  həyat rəmzidir. Həyat rəmzi sayılan hökmdarın 

müqəddəsləşdirilməsi, onun şərdən-yamandan qorunması  və ona güc-qüvvət 

arzulanması isə tamamilə  təbii bir haldır” (11, 91). Yuxarıda adlarını  çəkdiyimiz 

nağıllara diqqət yetirsək bunu aydın şəkildə görə bilərik. Xalqın ən sadə nümayəndələri 

ilə ünsiyyətdə olmasından bəhs edən bu nağıllarda şahla yanaşı bostançı, naxırçı, çoban, 

qarı, pinəçi, dilənçi, dərviş və s. obrazlar da vardır. Hər bir nağılda Şah Abbasın müsbət, 

xeyirxah,  ədalətli olması göstərilmişdir.  Ş.Əliyeva qeyd edir ki, “mifik görüşlərdə 

hökmdara xüsusi bir qüvvə, özü də Allah tərəfindən göndərilən qüvvə, xüsusi səlahiyyət 

sahibi kimi qiymət verilməyinin nəticəsi idi ki, hökmdar hətta folklorda da fövqəltəbii 

şəxsiyyət kimi təsvir edilirdi və insanlar arasında yüksək hörmət və ehtirama malik idi” 

(8, 89). Maraqlı bir məqam da ondan ibarətdir ki, Şah Abbas çox az nağılda tək olur, 

həmişə onun yanında çox sevdiyi, ağıllı  vəziri Allahverdi xan da görünür. Nağıllarda 

Allahverdi xan da Şah Abbas qədər ağıllı, ədalətli bir obrazdır ki, hətta yeri gəldikcə o, 

Şah Abbasa məsləhətlər də verir.  

 

Bəzən nağıl sistemində padşah və  şahların ictimai həyatda və  cəmiyyətdə 



oynadığı tarixi funksiyalar təhrif edilmiş, doğru-dürüst verilməmişdir. E.Hüseynbəyli 

“Şah Abbas” adlı roman-xronikasında müxtəlif rəvayət və  əfsanə, nağıl və konkret 

sənədli materiallara söykənib  Şah Abbasın olduqca müsbət hökmdar olmasını  bədii 

şəkildə səciyyələndirilmişdir (10). Folklorşünas M.H.Təhmasibin bir mülahizəsində Şah 

Abbas haqqında fikri əsasən nağıllarda mənfi obraz kimi göstərilməsi  şəklində qeyd 

olunur: “İran  şahı  Şah Abbas (1585-1628) Şərq aləmində  ərəblərdəki Harunəl-Rəşid 



Filologiya  məsələləri – №02, 2016 

 

388



kimi “ədalətli”, “vicdanlı”, dərviş libası geyərək məmləkəti gəzən, hər yerdə  təsadüf 

etdiyi haqsızlıq və  ədalətsizliyin kökünü qazıyan bir sima olaraq şöhrət qazanmışdır. 

Azərbaycan nağıllarında isə haman bu “Şah Abbas cənnətməkan” tamamilə bunun 

əksinə, yəni doğru olaraq təsvir edilir” (16, 122). Müəllif bunu məşhur “Üç bacı” (3, 

164) nağılında Şah Abbas obrazının ifşa edilməsində göstərmişdir.  

  

“Qarabağ: folklor da bir tarixdir” adlı folklor toplusunda Füzulidən olan bir 



sakinin dilindən toplanmış “Şah Abbasla üç bacı” adlı nağıl bizim Kəlbəcər sakinindən 

topladığımız “Şah Abbas və üç bacı” adlı mətn ilə eynilik təşkil etməsinə baxmayaraq, 

fərqliliklər də olduqca çoxdur. Nağıl hər iki variantda eyni cür başlayır, lakin üç bacının 

söylədikləri arzu-istəklər və onların başına gələn əhvalatlar fərqli olur. “Şah Abbasla üç 

bacı” nağılının Füzuli variantında bacıları dinləyən Şah Abbas üçüncü bacını öldürmək 

istəyir, lakin ağsaqqalların məsləhəti ilə onu aparıb meşədə azdırırlar. “Şah Abbasla üç 

bacı” nağılının Kəlbəcər variantında isə Şah Abbas üçüncü bacı ilə evlənir. Lakin qızın 

paxıllığını  çəkən digər arvadlar onu şahın gözündən salıb saraydan qovdururlar və 

dünyaya yenicə gətirdiyi körpəni çaya atırlar. Nağılın sonunda hər iki qız öz arzusuna 

çatır və  Şah Abbas etdiyi hərəkətdən peşman olur, həqiqəti öyrənib günahkarları 

cəzalandırır. Hər iki nağıl bir-biri ilə variant təşkil edir. Bu variantı yaradan isə nağıl 

söyləyən söyləyicidir ki, o nağılın süjet xəttinə əlavələr edərək dəyişiklik yaradır. Nağıl 

variantlarında regional xüsusiyyət də özünü göstərir. Belə ki, birinci nağılda şah qəddar, 

ədalətsiz kimi göstərilirsə, sonda iştirakçısı olan qız var-dövlətlə şaha sahib olur. İkinci 

nağılda isə  şah hiyləgər, paxıl insanlara inanması  nəticəsində  qızı saraydan qovur və 

qızın dünyaya gətirdiyi oğlanın igidliyi, cəsarəti, qoçaqlığı sayəsində bütün həqiqətlər 

aşkar edilir və onlar yenidən şahın yanına qayıdırlar. Buna əsaslanaraq qeyd edə bilərik 

ki, söyləyici nağıl qəhrəmanını var-dövlətlə deyil, igidlik, mərdliklə qalib gəlməsi 

arzusunu ifadə etməyə çalışmışdır. Eyni zamanda, Şah Abbasa olan münasibət 

qəddarlıq,  ədalətsizlik çərçivəsindən çıxaraq daha çox sadəlövhlük, tələsik qərar 

verməklə peşmançılıq hissi kimi göstərilmişdir. Hətta nağıl danışan söyləyicilərin bəzisi 

Şah Abbası  Xıdır  İlyasa bərabər tuturlar, “Xıdır kimi dadına çatır, Xıdır peyğəmbər 

kimi adam idi” ifadələrini yeri gəldikcə işlədirdi.  

 

Ş.Albalıyev yazır ki, “Məişət nağıllarında hökmdar və şah obrazlarının bütün bu 



kimi təzadlı və ziddiyyətli cəhətlərinə baxmayaraq, peşəkar nağılçılıqda xalqın ədalətli 

hökmdar axtarışları geniş  və intəhasızdır. Nağıllara ciddi müşahidəçi gözü il diqqət 

yetirdikdə məlum olur ki, rəiyyət həmişə öz hökmdarını sevib, onun ədalətinə inanıb, bu 

etimad doğrulmayanda məyus olub, onu ədalətə dəvət edib, tərbiyələndirməyə çalışıb, 

hətta bir çox hallarda buna nail ola bilmişdir ” (2, 83).  

 

Şah Abbasla bağlı topladığımız nağıllardan “Şah Abbas və çoban”, “Şah Abbas 



və Əzrayıl” adlı mətnlər folklor antologiyalarında qeydə alınmış nağıllar içərisində bir 

neçə variantda rast gəlinən nağıllardandır.  

 

Onu da qeyd edək ki, Şah Abbas xalqın yanına həmişə şah libasında yox, sadə 



adam-dilənçi, kəndçi, daha çox da dərviş libasında gedirdi. Ünsiyyət qurduğu insanlar 

da onu şah kimi yox, elə sadə adam kimi qarşılayırdı. 

  

“Şah Abbas və qarı” nağılı da olduqca maraqlıdır. Yenə  dərviş libası geyinib 



səyahətə çıxan şah bir qarının evində qonaq olur. “Bir gün Şah Abbas vəzir Allahverdi 

xanla səyahətə  çıxır. Onlar gəlib bir dağın başından kəndə baxırlar.  Şah görür ki, bir 

evdən çox zəyif bir işıx gəlir. Vəzirə deyir ki, gəl o evə gedəh. Vəzir Allahverdi xan 

deyir ki, şah sağ olsun, bu qədər yaxşı evlər dururkən niyə o evə gedəh? Şah da qayıdıf 

deyir, yox gərəh mən o evə gedəm görəm ki, kasıflar nətər yaşıyır, gün-güzaranı nətər 

keçir”. 


Filologiya  məsələləri – №02, 2015 

 

389



 Bu 

nağılda da Şah Abbasın mərhəmətli, qayğıkeş olması, eyni zamanda ehtiyacı 

olanlara kömək etməsi özünün göstərmişdir. Qarı ilə söhbəti, qarının dediklərini bir-bir 

yerinə yetirməsi və qarı vasitəsilə xalqının necə yaşamasını öyrənib bir tədbir görməsi 

nağılda öz əksini tapmışdır. 

 

Şah Abbas və vəzir Allahverdi xanla bağlı danşılan digər nağıllarda da bəzən şah 



vəziri sınağa çəkir, bəzən də vəzir öz ağıllı məsləhətləri ilə şahı tənbeh edir. 

 

Bəxt, tale axtarılması motivi də  Şah Abbasla bağlı nağıllarda özünə yer 



tapmışdır. Sakinlərdən topladığımız “Yazıya pozu yoxdu”, “Allah yazanı pozmaq 

olmaz” adlı nağıllar digər eyni adlı nağıllarla, demək olar ki, mövzu və süjet xətti 

baxımından eynidir.  

M.H.Təhmasib yazır ki, “Nağıl yalnız ilk baxışda insanı real həyatdan ayıraraq 

fantastikaya aparır kimi görünür. Əslində isə  hər bir nağılda, bütün başqa  ədəbi 

əsərlərdə olduğu kimi, bu adət və təbiətdən kənar fantastika arxasında həqiqi real həyat 

qaynayır” (16, 118). Nağılın xalq tərəfindən sevilməsi və geniş yayılması onda 

haqsızlıqların, ədalətsizliklərin dolayı yolla da olsa, deyilməsinə keçmişdə də, indidə də 

böyük imkanlar yaratmasıdır. “Nağıl keçmişin və hazırdakı ictimai toqquşmaların 

kəskin ifadəsidir” (16, 119). 

Azərbaycan  şifahi xalq ədəbiyyatında da “Göyçək Fatma” nağılının 

özünəməxsus yeri vardır. “Fatmanın inəyi”, “Yetim Fatma”, “Göyçək Fatma” adları ilə 

geniş yayılan bu nağılın əsas süjet xətti dəyişilməz olaraq qalır, lakin  onların müxtəlif 

variantlarının oxşar və  fərqli cəhətləri də ortaya çıxarır. Kəlbəcər rayonunun Comərd 

kənd sakini Həşimova Səmayə Ədil qızının söylədiyi “Göyçək Fatma” nağılı şifahi xalq 

ədəbiyyatında bir neçə variantda verilmişdir. Azərbaycan folkloru antologiyasının XII 

cildində (Zəngəzur folkloru) qeyd edilmiş “Göyçək Fatma”, “Fatmanın nağılı” adlı 

nümunələr ayrı-ayrı bölgələrdən toplanmışdır. “Göyçək Fatma” Cəbrayıl rayon 

sakinlərindən, “Fatmanın nağılı” isə Qubadlı rayon sakinlərindən toplanmışdır. Digər 

bir rayon- Kəlbəcər rayon sakinlərindən topladığımız “Göyçək Fatma” adlı nağılı da 

buraya  əlavə edə bilərik. Hər üç nağılı F.Köçərlinin “Balalara hədiyyə” kitabındakı 

“Göyçək Fatma” nağılı ilə müqayisə etsək, onlar arasında oxşar və fərqli cəhətləri aydın 

şəkildə görmək olar. Adlarını qeyd etdiyimiz nağılların hər birində ögey ana obrazı, 

onun iki qızının olması, qızların birinin gözəl, digərinin çirkin olması, ögey qızına-

Fatmaya  əzab-əziyyət verməsi, ona sehrli heyvanların-inək, xoruz kömək etməsi və 

sonda xoşbəxt olması bütün variantlarda oxşarlıq təşkil edir. 

Qubadlı rayon sakinlərindən toplanmış “Fatmanın nağılı” adlı nümunədə isə 

hadisələr F.Köçərlinin nəşr etdirdiyi “Göyçək Fatma” nağılında olduğu kimi davam 

edir, lakin sonluğu digər nağıllardan tamamilə  fərqlənir. Yuxarıda qeyd etdiyimiz 

nağılların hamısında nağılın qəhrəmanı olan yetim qız sonda padşahın oğlu ilə evlənir. 

Bu nağılda isə Fatma çobanla evlənir. Fatmanı görüb vurulan, ögey anasının  əlindən 

qurtaran çoban olur.  

Kəlbəcər rayon sakinlərindən toplanmış “Göyçək Fatma” nağılı isə demək olar 

ki, F.Köçərlinin “Balalara hədiyyə” kitabındakı “Göyçək Fatma” nağılı ilə eynilik təşkil 

edir. Digər variantlara nisbətən bu variant arasında oxşarlıq daha çoxdur. Demək olar ki, 

bütün hadisələr eynidir. Yalnız başqa bir söyləyicinin nəql etdiyi variantda qara inək 

əvəzinə  qızıl inək söylənmişdir. Bunun səbəb isə nağılda inəyin rolunun əhəmiyyətli 

olmasıdır.  

R.Əliyev qeyd edir ki, “Nağıl strukturunun əsasında mifoloji mətnlər durur. 

Mifoloji mətnlər özləri də miflərdən təşkil olunur. Bu miflər də növbənöv olduğundan, 

müxtəlif növləri  əhatə etdiyindən nağıllarda da müəyyən təsnifata malik olur. Nağıl 

süjetlərinin  əsasında duran mifoloji mətnlər irihəcmli də ola bilir, kiçik məzmun da 



Filologiya  məsələləri – №02, 2016 

 

390



daşıya bilir. Bu cəhətdən nağıllardakı mifoloji mətnləri strukturca iki yerə ayırmaq 

mümkündür: sadə quruluşlu mətnlər, mürəkkəb quruluşlu mətnlər” (7, 46). “Göyçək 

Fatma” nağılı da miflərin işlənməsinə görə mürəkkəb quruluşlu mətnlərə daxil edilir. 

Burada qara inək, xoruz, qarı, sehrli bulaqlar və s. mürəkkəb miflər silsiləsini yaradır. 

Ümumilikdə, nağılın Azərbaycan variantlarında rast gəldiyimiz “yel baba” 

ifadəsi və onun nağıldakı rolu da diqqəti çəkir. Dünyanın yaranmasında iştirak edən 

dörd ünsürün sonuncusu havadır. Azərbaycan xalqının Novruz mərasimlərindən biri də 

Yel çərşənbəsi adı ilə qeyd olunur. Ramazan Qafarlı göstərmişdir ki, “yel Azərbaycan 

mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda 

əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini 

tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və 

yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və 

azmışları mənzil başına çatdırır”. 

 Azərbaycan nağıllarının əsasını təşkil edən süjetlər, nağıl üçün işlədilən ənənəvi 

obrazlar sisteminə  Kəlbəcər regionuna məxsus folklor nümunələrində  də rast gəlmək 

mümkündür. Xalq yaradıcılığı məhsulu olan nağılların dili ümumxalq dili olub, xəlqiliyi 

ilə seçilir. M.Kazımoğlu yazır ki, “Müasir insanın nağıla inanıb-inanmaması heç də 

janrın poetikasına  əsaslı  təsir göstərə, məsələnin  əsl mahiyyətini dəyişə bilməyib. 

Məsələnin mahiyyəti ondan ibarətdir ki, nağıllarda uydurma və həqiqəti nağıl yaradıcısı 

(xalq) özü müəyyənləşdirir”. Bu xüsusiyyət Kəlbəcər folklorunun digər epik janrlarının, 

xüsusilə nağılların da əsasını təşkil edir. Nağıllarda həddən artıq uzunçuluq, sözçülük, 

artıq ifadələr və sözlər yoxdur. Poetiklik, bədiilik, canlılıq, səlistlik, aydınlıq və şuxluq 

nağılların dilinin əsas xüsusiyyətlərindəndir. Xalq dilinin bütün incəlikləri və 

gözəllikləri nağıllarda öz əksini tapmışdır.   

  

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə