Nizami Gəncəvi haqqında məqalə



Yüklə 36,2 Kb.
səhifə1/12
tarix02.01.2022
ölçüsü36,2 Kb.
#40492
  1   2   3   4   5   6   7   8   9   ...   12
Nizami Gəncəvi haqqında məqalə


Nizami Gəncəvi haqqında məqalə
Nizami qədər qüdrətli söz deyə bilən ikinci bir şairə rast gəlmək çətin məsələdir. 
Fars ədəbiyyatında çox qudrətli söz ustadları vardır, lakin Nizami qədər hər sözü yerli yerində demək onlara nəsib olmayıb. İran ədəbiyyatında şeir Nizami vasitəsi ilə yüksək səviyyəyə, mədəni formaya gəlib çıxmışdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bugün Şərqin  şeiriyyatı Nizami kimi dühaların sayəsində dünya poeziyasının  ən pik nöqtəsi 
sayılır. Bu nöqteyi-nəzərdən Nizami əvəzsiz sənətkar olaraq bəşəriyyətin hafizəsində 
əbədi yaşayacaqdır.
Nizami əsərləri fars dilinə bələd olanlar arasında çox məşhurdur. 
Nizami 536-cı ildə təvəllüd etmiş və 605-ci ildə dünyasını dəyişmişdir. 
Nizami 570-ci ildə «Sirlər xəzinəsi»ni yazmış, 576-cı ildə «Xosrov və  Şirin»i 
tamamlamışdı. Firdovsi Nizamidən  əvvəl Xosrovdan söhbət açsa da, Fərhad surəti 
Nizami vasitəsiylə daha qabarıq verilmişdir. «Xosrov və Şirin» əsərində Nizami «Sirlər 
Xəzinəsi»ndən uzaqlaşsa da, ancaq hikmət və  nəsihətlər qalmışlar.  «Leyli və 
Məcnun»dakı  eşq isə    əflatuni dərəcəsinə çatır. Bu məhəbbətin «Xosrov və  Şirin» 
eşqiylə böyük fərqi vardır. 
Nizami ilk şairdir ki, «Leyli və Məcnun» dastanını nəzmə çəkmişdir. 
«Yeddi gözəl»  əsəri  ədəbiyyatda tamam yeni bir işin başlanğıcı hesab olunur. 
Beşinci Sasani hökmdarı  Bəhrami Gurdan danışan bu əsər Nizaminin fəlsəfi biliyi və 
astronomiyanı nə qədər dərin öyrənməsi məsələsini tam açır. 
Əsərin yeddi gözələ aid olan hər bir hissəsində Nizami dünya görüşü, xalqların 
adət-ənənələri və rənglərin proporsionallığı özünü tam şəkildə açıqlaması ilə göstərir. 
Vəzir Rast Rövşənin mənfi siması layiqincə öz əksini tapır.  Əgər «Sirlər 
xəzinəsi»ndə Nizami qısa hekayət, öyüd və  nəsihətlərlə kifayətlənirdisə, «Xosrov və 
Şirin»  əsərində Xosrov Pərvizin həyat tərzi ustalıqla verilir. «Yeddi gözəl»də  Bəhram 
şahın bütün həyat fəaliyyəti öz əksini tapır. 
«İskəndərnamə»  əsəri vasitəsilə o dövrün ağıl dünyasına baş vurmuş, Sokrat, 
Əflatun, Ərəstun kimi dünya şöhrətli alimlərdən söz açmışdır. 
«İskəndərnamə» Nizami yaradıcılığının bir hikmət xəzinəsidir. 
 

Yüklə 36,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin