1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   19   20   21   22   23   24   25   26   27
KY0000391


KitabYurdu.az 
174
 

Təqsir  -  şəxsin  törətmiş  olduğu  ictimai-təhlükəli  əmələ  qəsd  və  yaxud 
ehtiyatsızlıq  formasında  ifadə  olunan  psixi  münasibətidir.  Təqsir  –  cinayətin 
subyektiv cəhətinin vacib əlaməti, məsuliyyətin yaranmasının zəruri şərtidir. 
Motiv  -  subyektin  cinayət  törətdiyi  zaman  rəhbər  tutduğu,  dərk  olunmuş 
daxili arzusunun şərtləndirilmiş tələbatı və maraqlarıdır. 
Məqsəd  -  şəxsin  cinayət  törətdiyi  zaman  gələcək  nəticənin  əldə  edilməsi 
üçün göstərdiyi cəhdin təfəkkür modelidir. 
Təqsir  əqli  və  iradi  elementləri  özündə  əks  etdirən  psixoloji  məzmuna 
malikdir.  Təqsirin  əqli  elementi  iki  amillə  xarakterizə  olunur:  əməlin  ictimai  - 
təhlükəli  xarakterinin  dərk  edilməsi  və  onun  ictimai-təhlükəli  nəticələrinin 
qabaqcadan görülməsi. İradi element cinayətin subyektinin psixikasında baş verən 
iradəvi  proseslərlə  xarakterizə  olunur:  şəxs  ictimai-təhlükəli  nəticələrin  baş 
verməsini  arzu  edir  və  ya  şüurlu  surətdə  onlara  yol  verir,  yaxud  da  ictimai-
təhlükəli nəticələrin qarşısının alınmasına yüngül fıkirliliklə ümid bağlayır. 
Subyektin  psixikasında  baş  verən  əqli  və  iradi  proseslərin  intensivliyi  və 
məzmunundakı  fərq,  təqsirin  forma  və  növlərə  bölgüsünə  əsaslanır.  Təqsirin 
forması  dedikdə,  şəxsin  psixikasında  baş  verən  və  onun,  cinayətin  obyektiv 
xüsusiyyətlərinə  münasibətini  aşkara  çıxaran  əqli  və  iradi  proseslərin 
qanunvericilik  tərəfindən  əlaqələndirilmiş  anlayışı  başa  düşülür.  Cinayət 
qanunvericiliyi  təqsirin  iki  formasını  -  qəsd  və  ehtiyatsızlıq  formalarını 
fərqləndirir.  Öz  növbəsində,  nəzəriyyə  və  praktikada  qəsdin  birbaşa  və  dolayı, 
ehtiyatsızlığın isə, cinayətkarcasına özünə güvənmə və cinayətkarcasına etinasızlıq 
növlərinə rast gəlinir. 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  25-ci  maddəsinin  2-ci 
hissəsinə  əsasən,  şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-
təhlükəli  olduğunu  dərk  etmiş,  onun  ictimai  təhlükəli  nəticələrini  qabaqcadan 
görmüş  və  bunları  arzu  etmişdirsə,  bu  halda  cinayət  bir-başa  qəsdlə  törədilmiş 
hesab olunur. Məsələn, qəsdən adam öldürmə, oğurluq, soyğunluq və s. 
Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddəsinin 3-cü hissəsinə əsasən, 
şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli olduğunu dərk 
etmiş,  onun  ictimai-təhlükəli  nəticələrini  qabaqcadan  görmüş,  lakin  bunları  arzu 
etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda 
cinayət  dolayı  qəsdlə  törədilmiş  hesab  olunur.  Məsələn,  içkili  şəxs  (xuliqan)  çox 
adamlı küçədə atəş açır və nəticədə bir neçə adam ölür. 
Cinayət Məcəlləsinin 26-cı maddəsində təqsirin ehtiyatsızlıq formasının iki 
növü:  cinayətkarcasına  özünə  güvənmə  və  cinayətkarcasına  etinasızlıq 
növlərindən bəhs olunur. 
Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli nəticələr 
verə  biləcəyi  imkanını  qabaqcadan  görmüş,  lakin  kifayət  qədər  əsas  olmadan 
onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) 
cinayətkarcasına  özünəgüvənmə  nəticəsində  törədilmiş  cinayət  hesab  olunur. 
Məsələn,  sürücü  öz  sürücülük  məharətinə  güvənərək  maşını  qadağan  edilmiş 
sürətlə  sürərkən  qəfildən  yoldan  keçən  piyada  ilə  qarşılaşır  və  ehtiyatsızlığı 
üzündən ona ağır bədən xəsarəti yetirir. 
Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli nəticələr 
KitabYurdu.az 
175
 

verə biləcəyi imkanmı lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli 
olduğu  və  görə  biləcəyi  halda,  onları  görməmişdirsə,  bu  əməl  (hərəkət  və  ya 
hərəkətsizlik)  cinayətkarcasına  etinasızlıq  nəticəsində  törədilmiş  cinayət  hesab 
olunur.  Məsələn,  əgər  tibb  bacısı  diqqətsizliyi  ucbatından  dərman  əvəzinə 
öldürücü  zəhəri  inyeksiya  edirsə,  yəni  iynə  ilə  dəri  altında  yeridirsə,  dərmanın 
müəyyən edilməsinin mümkün olması sübut olunduğu təqdirdə ehtiyatsızlığa görə 
cinayət məsuliyyətinə cəlb edilir. 
Cinayətkarcasına  etinasızlığı  hadisədən  (kazusdan)  fərqləndirmək  lazımdır. 
Hadisə  onunla  xarakterizə  olunur  ki,  şəxs  öz  hərəkətlərinin  ictimai-təhlükəli 
nəticələr törətdiyini şəraitdən asılı olaraq qabaqcadan görmür və ya görməməlidir, 
yaxud da qabaqcadan görə də bilməz. Burada cinayət məsuliyyəti tamamilə istisna 
olunur. Belə ki, küçədəki səkidə sürüşüb yıxılarkən digər, insanları da, ağır bədən 
xəsarəti yetirməklə yıxan şəxsin hərəkətində cinayət məsuliyyəti yoxdur. 
Cinayət  subyekti  yalnız  fiziki  şəxslər  ola  bilər.  Hüquqi  şəxslər  cinayət 
məsuliyyəti  daşımırlar.  Ancaq  fiziki  şəxslərin  də  hamısı  deyil,  yalnız  fiziki, 
psixoloji və sosial inkişafın müəyyən səviyyəsinə çatan, öz hərəkətlərinin ictimai 
əhəmiyyətini kifayət qədər dəqiq dərk edən, ətraf mühitin hadisə və təzahürlərində 
düzgün  istiqamət  alan  şəxslər  cinayət  məsuliyyətinin  yaranması  üçün  zəruri  olan 
bu keyfiyyət şəxsin anlaqlı olması  və  onun  qanunla  müəyyən edilən yaş  həddinə 
çatması ilə müəyyən olunur. 
Anlaqlılıq - şəxsin öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək 
qabiliyyətinin olmamasında, yəni ictimai-təhlükəli əməli törətdiyi zaman xəstəlik 
vəziyyətində olmasında ifadə olunur. 
 
Cinayət  Məcəlləsinin  21-ci  maddəsinin  1-ci  hissəsinə  əsasən  ictimai 
təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə 
olmuş,  yəni  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin  müvəqqəti  pozulması, 
kəmağıllıq  və  ya  sair  psixi  xəstəlik  nəticəsində  öz  əməlinin  (hərəkət  və  ya 
hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya 
onu  idarə  edə  bilməyən  şəxs  cinayət  məsuliyyətinə  cəlb  edilmir.  Əslində  belə 
şəxslərə  cəzanın  tətbiq  edilməsi  ədalətsizlik  olardı,  çünki  öz  hərəkətlərinin 
mənasını  başa  düşmək  və  onlara  rəhbərlik  etmək  qabiliyyətinin  olmaması 
nəticəsində bu şəxslər, tətbiq edilən cəzanın da mahiyyətinin dərk etmək imkanına 
malik  deyillər.  Onlara  məhkəmənin  təyinatına  əsasən  tibbi  xarakterli  məcburi 
tədbirlər  tətbiq  edilə  bilər:  psixoloji  xəstəxanalarda  yerləşdirmə,  məcburi  həkim 
nəzarəti altında qohumların və ya qəyyumların himayəsinə vermə. 
Qüvvədə  olan  cinayət  qanunvericiliyi  patoloji  sərxoşluq  istisna  olmaqla, 
fizioloji (adi) sərxoşluq vəziyyətində cinayət törətmiş şəxsləri anlıqlı hesab edir. 
Cinayət  Məcəlləsinin  23-cü  maddəsinə  əsasən,  səbəbindən  asılı  olmayaraq 
(alkoqollu  içkilərin  qəbulu,  narkotik  vasitələrdən  və  ya  digər  güclü  təsir  edən 
maddələrdən  istifadə  nəticəsində)  sərxoş  halda  cinayət  törətmiş  şəxs  cinayət 
məsuliyyətindən  azad  olunmur.  Demək,  adi  sərxoşluq  vəziyyətində  cinayət 
törətmiş  şəxs  (dərəcəsindən  asılı  olmayaraq)  anlaqlı  hesab  olunduğuna  görə, 
cinayət məsuliyyəti daşıyır. 
 
Cinayət  subyekti,  qeyd  edildiyi  kimi,  cinayət  törətdiyi  zaman  qanunla 
müəyyən  edilən  yaş  həddinə  çatan  şəxs  hesab  olunur.  Azərbaycan  cinayət 
KitabYurdu.az 
176
 

qanunvericiliyi tarixində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimal 
yaş  həddinin  dəfələrlə  dəyişməsinə  rast  gəlinir.  Qüvvədə  olan  cinayət 
qanunvericiliyi yetkinlik yaşana çatmayanların cinayət məsuliyyətinə cəlb edilməsi 
üçün  bu  yaş  həddini  artırmışdır.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 
20-ci  maddəsinin  1-ci  hissəsinə  əsasən  cinayət  törədənədək  on  altı  yaşı  tamam 
olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Lakin yetkinlik yaşına çatmayanların 
törətdikləri  əməllərin  ictimai  -  təhlükəliliyini,  onun  xarakter  və  mahiyyətini  dərk 
etmələrini nəzərə alaraq qanun, bu şəxslər üçün məhdud qaydada daha erkən yaş 
həddi müəyyən etməklə bu qaydalardan istisnalara yol verir. Qanunvericilikdə 14 
yaşından 16 yaşına qədər şəxslərin törədə biləcəkləri cinayətlərin konkret siyahısı 
müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 20.2.- ci maddəsində göstərilir 
ki,  on  dörd  yaşı  tamam  olmuş  şəxs  yalnız  qəsdən  adam  öldürməyə,  qəsdən 
sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual 
xarakterli  zorakılıq  hərəkətlərinə,  oğurluğa,  soyğunçuluğa,  quldurluğa,  hədə  - 
qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya 
başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv 
etməyə  və  ya  zədələməyə,  terrorçuluğa,  adamları  girov  götürməyə,  ağırlaşdırıcı 
hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları 
talamağa və ya hədə - qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop 
maddələri talamağa və ya hədə - qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və 
ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. 
Bu  maddənin  məzmunundan  belə  nəticə  çıxır  ki,  14  yaşından  16  yaşına 
qədər  yetkinlik  yaşına  çatmayanlar  qəsdən  törədilən  cinayətlərə  görə  məsuliyyət 
daşıyırlar. Bununla belə, bir sıra cinayətlərə görə cinayət məsuliyyəti şəxsin yalnız 
18  yaşına  çatması  ilə  əmələ  gəlir.  Məsələn,  hərbi  xidmət  keçməkdən  boyun 
qaçırma (Cinayət Məcəlləsinin mad. 321) və s. 
 
4.  Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti. 
 
Qüvvədə  olan  cinayət  qanunvericiliyi  (CM.  Maddələr  84-92)  yetkinlik 
yaşına  çatmayanların  yaş  xüsusiyyətlərini  nəzərə  alaraq,  onlara  tətbiq  olunan 
cinayət  məsuliyyəti  və  cəzanın  yüngülləşdirilməsi  və  məhdudlaşdırılmasının 
xüsusi qaydalarını müəyyən edir. 
Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi 
müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin 
on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu 
şəxslər  cinayət  törətdikdə,  onlara  cəza  təyin  edilə  bilər  və  ya  tərbiyəvi  xarakterli 
məcburi tədbirlər tətbiq edilə bilər. 
Cinayət  Məcəlləsinin  85-ci  maddəsinə  görə  yetkinlik  yaşına  çatmayanlara 
aşağıdakı cəza növləri təyin edilir: 
1.  cərimə; 
2.  ictimai işlər; 
3.  islah işləri; 
4.  müəyyən müddətə azadlıqdan məhrum etmə. 
Cərimə,  yalnız  müstəqil  əmək  haqqı  və  ya  bu  cəzanın  icrasına  yönəldilə 
KitabYurdu.az 
177
 

bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. 
İctimai  işlər  qırx  saatdan  yüz  altmış  saatadək  müddətə  təyin  olunur  və 
yetkinlik  yaşına  çatmayan  məhkumun  bacardığı,  onun  təhsildən  və  əsas  işindən 
asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti 
gündə iki və ya üç saatdan çox ola bilməz. 
 
Yetkinlik  yaşına  çatmayan  məhkumlara  islah  işləri  iki  aydan  bir  ilədək 
müddətə  təyin  edilir. Bu zaman  məhkumun qazancından məhkəmənin hökmü ilə 
müəyyən  edilmiş  miqdarda,  beş  faizdən  iyirmi  faizə  qədər  pul  dövlət  nəfinə 
tutulur. 
Məhkəmə, yetkinlik yaşına çatmayanın yenidən tərbiyə və islah edilməsinin 
cəmiyyətdən təcrid edilmədən mümkün olmamağını yəqin etdikdə, ona azadlıqdan 
məhrum etmə növündə cəza tətbiq edir. Məhkəmənin təyin etdiyi bu cəza növünün 
maksimal müddəti on ildən çox ola bilməz. 
Yetkinlik  yaşına  çatmayan  məhkumlar  cəzalarını  aşağıdakı  tərbiyə 
müəssisələrində çəkirlər: 
1.  yetkinlik  yaşına  çatmayan  qızlar,  habelə  ilk  dəfə  azadlıqdan  məhrum 
etməyə  məhkum  olunmuş  yetkinlik  yaşına  çatmayan  oğlanlar  -  ümumi 
rejimli tərbiyə müəssisələrində; 
2.  əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına 
çatmayan oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində. 
Yetkinlik  yaşına  çatmayan  məhkum  xüsusi  təhlükəli  residivist  hesab  oluna 
bilməz. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə onlara, böyüklərə nisbətən 
daha  çox  tətbiq  olunur.  Belə  şəxslərə  cəza  təyin  edərkən  məhkəmə,  onların 
yetkinlik yaşına çatmamalarını yüngülləşdirici hal kimi nəzərə almalı, psixi inkişaf 
səviyyələrini,  onların  şəxsiyyətlərinin  digər  xüsusiyyətlərini  və  kənar  şəxslərin 
onlara  təsirini  nəzərdən  qaçırmamalıdır.  Yetkinlik  yaşına  çatmayanlara  böyüklər 
üçün qanunvericilikdə nəzərdə tutulanlarla müqayisədə ən yüngül cəza təyin edilir, 
həmçinin şərti məhkum etmə və cəzanın icrasını təxirə salma kimi yüngülləşdirici 
hallardan onlara aid işlərdə daha çox tətbiq olunur. 
Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya 
az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun 
islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad 
edilə bilər. 
Cinayət  Məcəlləsinin  88.2.-ci  maddəsinə  əsasən,  yetkinlik  yaşına 
çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 
1.  xəbərdarlıq; 
2.  valideynlərin və  ya  onları əvəz  edən  şəxslərin  və yaxud müvafiq dövlət 
orqanının nəzarətinə vermək; 
3.  vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 
4.  yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq 
  və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.  
  Qanunvericilik,  belə  şəxslərə  eyni  vaxtda  bir  neçə  tərbiyəvi  xarakterli 
məcburi tədbirlərin tətbiq edilməsinə icazə verir. 
Əgər  yetkinlik  yaşına  çatmayan  tərbiyəvi  xarakterli  məcburi  tədbirləri 
mütəmadi  olaraq  yerinə  yetirmirsə,  onda,  müvafiq  dövlət  orqanının  təqdimatı 
KitabYurdu.az 
178
 

əsasında  həmin  tədbirlər  ləğv  edilir  və  materiallar  yetkinlik  yaşına  çatmayanın 
cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir. 
 
5.  Əməlin cinayət olmasını aradan qaldıran hallar. 
 
 
Bəzən  elə  hallar  olur  ki,  şəxsin  bu  və  ya  digər  hərəkəti  zahirən  cinayətə 
bənzəsə  də  əslində,  onda  heç  bir  cinayət  tərkibi  olmur.  Bu  hərəkətlər,  konkret 
vətəndaşların  şəxsi  və  ictimai  mənafelərini  və  digər  vətəndaşların  hüquqlarını 
cinayətkar  qəsdlərdən  müdafiəsi  üçün  törədildiyinə  görə  nəinki  cinayət  hesab 
olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir. 
Bir  çox  cinayət  hüquq  ədəbiyyatlarında  oxşar  hallar  əməlin  ictimai  - 
təhlükəliliyini  və  qeyri-hüquqiliyini  istisna  edən  və  aradan  qaldıran  hallar  kimi 
xarakterizə  edilsələr  də,  Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət 
Məcəlləsində  onlar  «Əməlin  cinayət  olmasını  aradan  qaldıran  hallar»  adı  altında 
təsbit  olunmuşdur.  Cinayət  Məcəlləsinin  36-40-cı  maddələrini  əhatə  edən  bu 
hallara  zəruri  müdafiə,  cinayət  törətmiş  şəxsin  tutulması,  son  zərurət,  əsaslı  risk, 
əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir. 
 
Hüquq  nəzəriyyəçiləri  tərəfindən  çox  zaman  ictimai  -  faydalı  əməl  kimi 
qiymətləndirilən zəruri müdafiədən Cinayət Məcəlləsinin 36- cı maddəsində bəhs 
olunur.  Orada  göstərilir  ki,  zəruri  müdafiə  vəziyyətində,  yəni  özünü  müdafiə 
edənin  və  ya  başqa  şəxsin  həyatını,  sağlamlığını  və  hüquqlarını,  dövlətin  və 
cəmiyyətin  mənafelərini  qəsd  edənə  zərər  vurmaq  yolu  ilə  ictimai  təhlükəli 
qəsddən  qoruyarkən  törədilmiş  hərəkət,  zəruri  müdafiə  həddini  aşmamışdırsa, 
cinayət  sayılır.  Belə  hərəkət,  şəxsin  qanunda  nəzərdə  tutulan  üsullarla  öz 
hüquqlarını  müdafiə  etməsi  kimi  ayrılmaz  hüququndan,  yəni  zəruri  hüququndan 
irəli 
gəlməklə 
cəmiyyətdə 
hüquq 
qaydalarının 
və 
qanunçuluğun 
möhkəmlənməsində  mühüm  amilə  çevrilmişdir.  Respublikamızda  bütün  şəxslər 
peşə  və  ya  digər  xüsusi  hazırlığından  və  qulluq  vəziyyətindən  asılı  olmayaraq 
zəruri  müdafiə  hüququna  malikdirlər.  Bu  hüquq,  dövlət  orqanlarına  və  ya  başqa 
şəxslərə  kömək  məqsədi  ilə  müraciət  etmək,  habelə  ictimai  təhlükəli  qəsdən 
yayınmaq  imkanından  asılı  olmayaraq  bütün  şəxslərə  şamil  olunur.  Zəruri 
müdafiənin  hüquqilik  şərtləri  qanunla  ciddi  təhlükəlilik  dərəcəsinə  açıq-aşkar 
uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab 
edilir.  Məsələn,  zəruri  müdafiə  həddini  və  ya  cinayət  törətmiş  şəxsin  tutulması 
üçün  zəruri  olan  tədbirləri  aşmaqla  adam  öldürməyə  görə  şəxs,  Cinayət 
Məcəlləsinin  123-cü  maddəsinə  əsasən  məsuliyyətə  cəlb  edilir.  Lakin  belə 
hallarda, qanun, müvafiq cinayətlərin digər növlərinə nisbətən daha az ciddi cəza 
müəyyən etmişdir. 
Cinayət  qanunvericiliyində  cinayət  törətmiş  şəxsin  tutulması  da  əməlin 
kriminallığını,  yəni  cinayət  olmasını  aradan  qaldıran  hal  kimi  göstərilir.  Cinayət 
törətmiş  şəxsin  tutulması  dedikdə,  belə  şəxsin  səlahiyyətli  dövlət  hakimiyyəti 
orqanlarına  gətirilməsi  və  ya  yeni  cinayətlər  törətməsinin  qarşısının  alınması 
məqsədi  ilə  tutulması  başa  düşülür.  Belə  şəxsin  tutulduğu  zaman  ona  zərər 
yetirilməsi,  əgər  həmin  məqsəd  üçün  bütün  digər  təsir  imkanlarından  istifadə 
KitabYurdu.az 
179
 

lazımi  nəticə  verməmişsə  və  bunun  üçün  zəruri  olan  tədbirlərin  həddi 
aşılmamışdırsa,  cinayət  sayılır.  Lakin  bu  zaman  təqsirkarın  tutulması  üçün  tətbiq 
edilən  üsul  və  vasitələr  törədilmiş  əməlin  və  təqsirkarın  ictimai  təhlükəlilik 
dərəcəsinə,  habelə  tutulmanın  hallarına  aşkar  surətdə  uyğun  gəlməli  və  zərurət 
olmadan  şəxsə  açıq-aşkar  həddən  artıq  zərər  vurulmamalıdır.  Cinayət  törətmiş 
şəxsin  tutulması  ədalət  mühakiməsi  orqanları  qarşısında  duran  vəzifələrin  yerinə 
yetirilməsini  təmin  etdiyinə  görə  ictimai  faydalı  əməl  hesab  olunur.  Cinayətkarın 
tutulması hüququna bütün vətəndaşlar malikdirlər. Polis orqanlarında işləyənlərin 
isə, bu əsas vəzifələrindən biridir. 
Son zərurət - qanunla qorunan digər mənafelərə zərər vurmaq yolu ilə daha 
mühüm  zərərin  qarşısının  alınması  üçün  şəxsin  düşdüyü  vəziyyətdir.  Cinayət 
Məcəlləsinin  38-ci  maddəsinə  müvafiq  olaraq,  son  zərurət  vəziyyətində,  yəni 
şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin 
və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq 
üçün  qanunla  qorunan  obyektlərə  zərər  vurmaq  yolu  ilə  törədilmiş  hərəkət,  əgər 
həmin  vəziyyətdə  bu  təhlükəni  başqa  vasitə  ilə  aradan  qaldırmaq  mümkün 
deyildirsə  və  bu  zaman  son  zərurət  həddinin  aşılmasına  yol  verilməmişdirsə, 
cinayət sayılmır. 
 
Yuxarıda qeyd olunan maddənin təhlili göstərir ki, son zərurət vəziyyətində 
edilmiş  bu  və  ya  digər  hərəkət  hüquqa  uyğun  olmalı,  yəni  əməlin  ictimai 
təhlükəliliyini  və  qeyri-hüquqiliyini  aradan  qaldıran  və  özündə  cinayətin 
əlamətlərini istisna edən müəyyən şərtlərin məcmusunu əks etdirməlidir. Məsələn, 
müəssisələrin  birində  baş  verən  yanğının  söndürülməsi  zamanı  yıxılan  tir  yanğın 
söndürənin qolunu basmışdır. Bu zaman tavanın uçularaq yanğının ərazisində olan 
bütün  şəxslərin  həyatı  üçün  təhlükəni  törətməsi  ilə  əlaqədar  bölmə  komandiri 
zərərçəkənin  qolunun  kəsilməsi  barədə  əmr  verir.  Əmr  yerinə  yetirilir  və 
digərlərinin  həyatı  xilas  olur.  Komandirin  hərəkəti  isə,  son  zərurət  vəziyyətində 
edilmiş hərəkət kimi qiymətləndirilir və o, cinayət məsuliyyətindən azad olunur. 
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi ilk dəfə olaraq 
əməlin  cinayət  olmasını  aradan  qaldıran  hallara  əsaslı  riski  de  aid  etmişdir.  Bu 
halın  Cinayət  Məcəlləsinə  daxil  edilməsi  onunla  izah  olunur  ki,  elmin  və 
texnikanın  surətlə  inkişaf  etdiyi  müasir  şəraitdə  əvvəllərdə  olduğundan  daha  tez-
tez  insanın  həyatına  və  sağlamlığına,  yaxud  əsasən  maddi  zərər  vurmaq  riskinə 
getmək  zərurəti  yaranır.  Cinayət  qanunu  bu  barədə  elə  olmalıdır  ki,  bir  tərəfdən 
tərəqqi  yolunda  əngələ  çevrilməsin,  digər  tərəfdən  isə  eksperiment  aparan  şəxs 
cinayət  məsuliyyətinin  ümumi  əsasları  çərçivəsində  təqsirli  olduqda  onun  şəxsi 
məsuliyyətini istisna etməsin. Cinayət Məcəlləsinin əsaslı risk haqqındakı maddəsi 
məhz bu məqsədə xidmət edir. 
Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən ictimai faydalı məqsədə nail 
olmaq  üçün  əsaslı  risk  nəticəsində  bu  Məcəllə  ilə  qorunan  obyektlərə  zərər 
vurulması cinayət sayılmır. 
Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail 
olmaq  mümkün  deyildirsə  və  risk  edən  şəxs  Cinayət  qanunu  ilə  qorunan 
obyektlərə  zərər  dəyməsini  aradan  qaldırmaq  üçün  zəruri  tədbirləri  görmüşdürsə, 
risk əsaslı hesab edilir. 
KitabYurdu.az 
180
 

Hüquq  ədəbiyyatında  əsaslı  riskin  bir  çox  növü  fərqləndirilir.  Bunların 
bəzilərini qeyd edək: 
-  istehsal  riski-hüquqla  qorunan  mənafeyi  təhlükədə  qoymaqla  ictimai 
faydalı  məqsədə  nail  olmağa,  yaxud  da  istehsalat  fəaliyyətinin  zərərli 
nəticələrinin qarşısını almağa səy edilir; 
-  təsərrüfat  riski-hüquqla  qorunan  mənafeyi  təhlükədə  qoymaq  yolu  ilə 
iqtisadi fayda əldə etməyə səy edilir; 
-  kommersiya riski-qanunla qorunan mənafeləri təhlükədə qoymaqla bank, 
birja,  kapital  qoyuluşu  və  başqa  sahibkarlıq  fəaliyyətində  bazarın 
vəziyyətini nəzərə almaqla fayda götürməyə səy edilir; 
-  elmi-texniki  risk  -  qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla 
tədqiqatlara, praktikaya yeni metodlar gətirilir (məsələn, bu və ya başqa 
xəstəliyin müalicəsi üçün effekt verəcəyinə ümid edilən metodun tətbiqi). 
Elmi  ədəbiyyatda  qeyd  edilir  ki,  əsaslı  risk  peşəkar  fəaliyyətin  bütün 
sahələrində mümkün olan peşə riski ilə bağlıdır. 
Əsaslı riskin, yəni hüquqa uyğun riskin başlıca əlamətləri aşağıdakılardır: 
1)  hərəkətin  (hərəkətsizliyin)  ictimai-faydalı  məqsədlərə  nail  olunmasına 
istiqamətlənməsi; 
2)  ictimai faydalı məqsədə risklə əlaqədar olmayan hərəkətlə nail olmağın 
mümkün olmaması; 
3)  risk  edən  şəxsin  hüquqla  qorunan  mənafelərə  yetirilə  biləcək  zərərin 
qarşısını almaq üçün kifayət edən tədbirlər görməsi; 
4)  qəsd edən şəxs bilə-bilə ekoloji qəza ilə, yaxud da ictimai fəlakətlə bağlı 
olan bir çox insanın həyatını təhlükədə qoymamalıdır. 
Azərbaycan Respublikasının yeni Cinayət qanunvericiliyində ilk dəfə olaraq 
elə  hallar  müəyyən  olunmuşdur  ki,  bunlar  əmrin  və  ya  sərəncamın  yerinə 
yetirilməsi kimi əməlin cinayət olmasını, yəni onun ictimai təhlükəliliyini və qeyri-
hüquqiliyini  aradan  qaldırır.  Cinayət  Məcəlləsinin  40-cı  maddəsinə  müvafiq 
olaraq, müəyyən edilmiş qayda-da verilmiş və icrası şəxs üçün məcburi olan əmr 
və  ya  sərəncamı  yerinə  yetirərkən  həmin  şəxs  tərəfindən  qanunla  qorunan 
obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya 
sərəncam  vermiş  şəxs  cinayət  məsuliyyəti  daşıyır.  Əgər  şəxs  əmrin  və  ya 
sərəncamın  qanunsuz  olduğunu  bilərək  onu  yerinə  yetirirsə,  onda  qəsdən  cinayət 
törətmiş  şəxs  kimi  məsuliyyətə  cəlb  olunur.  Qanunsuz  əmr  və  ya  sərəncamın 
yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur. 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin