1. Maliyyə Münasibətləri


Dövlət kreditinin tənzimləyici funksiyası



Yüklə 46,73 Kb.
səhifə10/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

9. Dövlət kreditinin tənzimləyici funksiyası.

Dövlət əhalinin və təsərrüfat strukturlarının müvəq­qəti sərbəst pul vəsaitlərini cəlb etmək yolu ilə əlavə maliyyə resursları formalaşdırır. Pul vəsaitlərinin əldə edilməsinin başlıca üsulu dövlət kreditidir. Bu halda səfərbər edilən vəsaitlər dövlət idarəetmə orqanlarınını sərəncamına keçir və bir qayda olaraq büdcə kəsirinin örtülməsinə yönəldilir.

Dövlət krediti – dövlətlə hüquqi və fiziki səxslər ara­sında dövlətin borcalan, kreditor və zəmanətçi kimi iştirak etdiyi iqtisadi münasibətlərin məcmusudur. Həm də bu halda dövlətin borcalan kimi fəaliyyəti daha üstünlük təşkil edir. Kreditor kimi əməliyyatların həcmi, yəni dövlətin hüquqi və fiziki şəxslərə ssuda verməsi xeyli aşağıdır.

Dövlət zəmanəti dedikdə, fiziki və hüquqi şəxslərin borclarının və ya digər öhdəliklərinin yerinə yetirilməsinin dövlət tərəfindən öhdəliyə götürülməsi nəzərdə tutulur.

Dövlət zəmanəti adətən kifayət qədər qeyri-etibarlı borc alanlara şamil edilir ki, bu da müvafiq olaraq mər­kəz­ləşdirilmiş pul vəsaiti fondundan xərclərin artmasına gətirib çıxarır.

Dövlət kreditinin obyektiv zəruriliyi dövlətin pul və­saitinə olan tələbatı ilə dövlətin gəlirləri arasında daima möv­cud olan ziddiyətdir.

Dövlət kredit münasibətlərinə girərək istər-istəməz pul tədavülünün vəziyyətinə, pul və kapital bazarında faiz də­rəcəsinin səviyyəsinə, istehsala və məşğulluğa təsir gös­tə­rir.

Dövlət kreditindən iqtisadiyyatın tənzimlənməsi aləti kimi istifadə edərək dövlət bu və ya digər maliyyə siyasətini həyata keçirir.

Dövlət istiqrazları müxtəlif qrup investorlar arasında yerləşdirərək pul tədavülünü tənzimləyir. O, fiziki şəxslərin vəsaitlərini səfərbər edərək tədiyyə qabiliyyətli tələbi azaldır. Əgər kredit hesabına istehsal məsrəfləri, məsələn, investisiya maliyyələşdirilirsə tədavüldə nəğd pul kütləsinin mütləq azal­ması baş vermiş olacaqdır. Əməyin ödənilməsi məsrəf­ləri maliyyələşdirildiyi hallarda (məsələn, müəllimlərin və həkimlərin) tədavüldə nəğd pulun kütləsinin miqdarı dəyiş­məz qalır, lalin tədiyyə qabiliyyətli tələbin strukturunun də­yiş­məsi mümkündür.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən aparılan dövlət qiymətli kağızlarının alqı-satqısı üzrə əməliyyatlar və ya onların girov qoyulması əsasında kredit verilməsi ölkədə kommersiya banklarının likvidliyinin tən­zimlənməsinin mühüm alətidir.




Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin