1. Maliyyə Münasibətləri


Maliyyə planlaşdırılmasının prinsipləri



Yüklə 46,73 Kb.
səhifə4/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

4. Maliyyə planlaşdırılmasının prinsipləri.

Maliyyənin planlaşdırılmasının prinsiplərinə aiddir:



  1. balanslaşdırma;

  2. mütənasibliyin təmin edilməsi;

  3. maliyyə sisteminin ayrı-ayrı həlqələrinin, pul vəsaiti fondlarının forma və metodları xüsusiyyətlərinin uçotu.

Maliyyənin planlaşdırılması kəmiyyət və keyfiyyət metodları vasitəsilə həyata keçirilir.

Kəmiyyətə görə metodların analitik, statik və qrafik isti­qamətləri vardır.

Analitik metodda normativ amilin birbaşa, propor­sional asılılıq və optimallaşdırma kimi növlərindən istifadə edilir.

Keyfiyyətə görə isə ekspert qiymətləndirilməsi, nor­ma­tiv və oxşarlıq metodları fərqləndirilir.

Maliyyənin planlaşdırılması ictimai hakimiyyət or­qanları da daxil olmaqla təsərrüfat subyektlərinin maliyyə re­surslarının və gəlirlərinin formalaşması və istifadəsinin kə­miy­yət və keyfiyyət parametrlərini deyil, həm də gəlirlərin təklif olunan xərclərə uyğunluq dərəcəsinin, xüsusi vəsaitin çatışmayan hissəsinin və kənardan cəlb edilən maliyyə resurs­larının həcminin müəyyən edilməsini nəzərdə tutur.

Maliyyənin planlaşdırılması prosesində ÜDM-in tək­rar istehsalının pul nisbətləri, regional ümumi məhsulun, müəssisənin satış pulu və əlavə dəyəri, təkrar istehsal prose­sinin maliyyə təminatı mənbələri və onların makro və mikro səviyyədə istifadə istiqamətləri müəyyən edilir. Maliyyənin planlaşdırılması nəticəsində dövlət hakimiyyət, yerli özünü­idarəetmə orqanları və müəssisələrin, idarələrin nəzərdə tu­tulan vəzifələrinin həll edilməsi üçün zəruri maliyyə resurs­ları və gəlirlərə olan tələbatları dəqiqləşdirilir.

Beləliklə, maliyyə planlaşdırılması təkrar istehsal pro­sesinin maliyyə təminatı, dövlət (bələdiyyə) və korporativ iqtisadi-sosial və maliyyə siyasətini reallaşdırmaq məqsədi ilə maliyyəni idarəetmə subyektinin ictimai və xüsusi təsər­rüfat maliyyə resurslarının və gəlirlərin formalaşması və isti­fa­dəsinin gözlənilən parametrləri və göstəricilərinin müəy­yən edilməsi, maliyyə planlarının tərtibi, baxılması, təsdiqi və istifadəsi üzrə məqsədyönlü fəaliyyətini ifadə edir.

Maliyyənin planlaşdırılması maliyyənin idarə edilmə­sinin prinsiplərindən irəli gələn müəyyən vəzifələrin həll edilməsinə yönəldilmişdir. Bu vəzifələrin planlaşdırılmasının məqsədi konkretləşdirilməlidir. Maliyyənin planlaşdırılma­sının əsas vəzifələrinə aşağıdakıları aid etmək olar




Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin