1. Maliyyə Münasibətləri


Maliyyənin idarə olunması haqqında anlayış



Yüklə 46,73 Kb.
səhifə3/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

3. Maliyyənin idarə olunması haqqında anlayış.

İdarəetmə - obyektlərdə müəyyən edilmiş nəticələri əldə etmək üçün qəbul olunmuş metodların məcmusundan ibarət olub bütün sahələri, o cümlədən maliyyə sahəsini də əhatə edir. İdarəetmədə maliyyənin idarə edilməsi ən vacib sahə­lərdən biri sayılır. Maliyyənin idarə edilməsi xüsusi bir apa­rat tərəfindən, həmin aparatda qəbul edilmiş xüsusi metodlar, müxtəlif həvəsləndirmə tədbirləri vasitəsilə həyata keçirilir. Təbiidir ki, bu aparat qarşıya qoyulan məsələləri tez və sə­mərəli həll etmək üçün daha sərfəli metodlardan istifadə edir.

Maliyyənin idarə edilməsi məsələsi kompleks anlaşıl­malıdır. Çünki:

1.Dövlət iqtisadiyyatı, sosial tədbirləri idarə etməkdə maliyyədən mühüm alət kimi istifadə edir.

2.Bundan əlavə iqtisadiyyatın, sosial mədəni tədbir­lərin kəmiyyət və keyfiyyətcə səmərəliliyi yalnız maliyyə vasitələri ilə əks olunur.

3.Maliyyə özü idarəetmə obyekti kimi çıxış edir və ondan iqtisadiyyatı və sosial sferanı idarə etmək üçün bir vasitə kimi istifadə edilir. Maliyyənin idarə edilməsi sistemi idarəetmə obyekti və subyektinə bölünür.

Maliyyənin idarəetmə obyektinə müxtəlif növ maliy­yə münasibətləri, subyektlərinə isə idarəetməni həyata keçi­rən təşkilatların strukturları aiddir. Maliyyə münasibətləri sferası 3 qrup obyektə bölünür: müəssisələrin maliyyəsi (təş­kilatlar və idarələr), sığorta münasibətləri, dövlət maliyyəsi. İdarəetmənin subyektlərinə müəssisələrin (təşkilat, idarələ­rin) maliyyə şöbəsi (xidməti), sığorta təşkilatları, maliyyə və vergi orqanları aiddir. Bütün təşkilatların strukturlarının məc­musu maliyyənin idarə edilməsini həyata keçirir ki, buna da maliyyə aparatı deyilir.

İdarəetmə subyekti üçün bütün sferalardan istifadə edirlər və hər bir maliyyə həlqəsinin xüsusiyyətləri vardar ki, bu xüsusiyyətlər özünü maliyyədə əks etdirir. Eyni zamanda onların hamısı vahid qəbul edilmiş bu üsulla idarə edilir. Maliyyənin idarə edilməsi planlaşdırma, əməli idarəetmə, nizamlaşdırma, nəzarət elementlərinə bölünür.

Maliyyənin idarə edilməsi sistemində planlaşdırma mühüm yerlərdən birini tutur. Maliyyə planlaşdırmasında mə­lumat materiallarından geniş istifadə olunur. Maliyyə məlumatları eyni zamanda maliyyənin planlaşdırılmasında, habelə maliyyəyə əməli rəhbərlik etmək üçün mühüm vasi­tədir. Maliyyə məlumatları mühasibat, statistika, hesabat məlu­matlarına əsasən müəyyən edilir.

Maliyyənin idarə edilməsində planlaşdırılmanın ayrı-ayrı bölmələri nəzərə alınır, maliyyə ehtiyatlarının aşkar edilməsinə və onun artmasına şərait yaradılır.

Maliyyənin əməli idarə edilməsi maliyyə resurslarının aşkar edilməsindən başlayıb, həmin resursların bölgüsü və istifadəsinə qədər olan prosesi əhatə edir. Maliyyənin əməli idarə edilməsi eyni zamanda bölgünün ədalətli aparılmasını, bütün müəssisə və təşkilatların maliyyə resursları ilə təmin edilməsinə şərait yaradır, maliyyə resurslarından, xammal və materiallarından və s. səmərəli istifadə etməklə, məhsul istehsalının artmasına səbəb olur.


Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin