1. Maliyyə Münasibətləri


Dövlət borcunun təsnifatı



Yüklə 46,73 Kb.
səhifə11/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

10. Dövlət borcunun təsnifatı.

Dövlət krediti üzrə münasibətlər dövlətin borc öh­dəlik­lərinin və aktivlərinin əmələ gəlməsinə səbəb olur.

Azərbaycan Respublikası hökumətinin borc öhdəlik­ləri AR-nın dövlət borcunu təşkil edir. Hökumətin vermiş olduğu kreditlər üzrə borc öhdəlikləri AR-nın dövlət borc aktiv­lərini təşkil edir.

Dövlət krediti daxili və xarici (beynəlxalq) kreditinə bölünür. Milli valyutada ölkənin hüquqi və fiziki şəxsləri ilə baş verən kredit münasibətləri daxili dövlət kreditini təşkil edir. Dövlət xərclərinin əsas hissəsi milli valyutada həyata keçirildiyinə görə daxili dövlət borcları daha çox inkişaf tap­mışdır. Eyni zamanda beynəlxalq əmək bölgüsü, texno­logi­ya­nın, elmi-texniki nailiyyətlərin mübadiləsi, xarici dövlət­lə­rə maliyyə yardımı edilməsinin zəruriliyi beynəlxalq dövlət kreditinin inkişafını, yəni xarici valyutada dövlət kredit mü­nasibətlərinin həyata keçirilməsini zəruri edir.

Xarici dövlətlərlə və onların hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla baş verən kredit müna­sibətləri beynəlxalq krediti təşkil edir.

Xarici dövlət borc öhdəliklərinə xarici dövlətlərin hö­ku­mətlərinin verdiyi kreditlər, beynəlxalq təşkilatların ver­dik­ləri kreditlər, xarici ölkələrin hüquqi və fiziki şəxslərinin verdikləri kreditlər, habelə dövlətin təminatçısı kimi çıxış etdiyi xarici borclar aiddir. Bu borclar investisiya kreditləri, ixracat kreditləri, tədiyyə balansının tənzimlənməsi üçün kreditlər və islahatların dəstəklənməsi üçün ayrılan kreditlər formasında olur.

Daxili dövlət borc öhdəlikləri yeni müəssisələrdən, əhalidən, digər mərkəzləşdirilmiş fondlardan və idarəetmə orqanlarından (məsələn, bələdiyyələrdən) alınan borclardan, habelə dövlətin təminatçısı kimi çıxış etdiyi borc öhdəlik­lərindən ibarətdir.

Daxili dövlət krediti aşağıdakı formada çıxış edə bilər:



  1. dövlət istiqrazları;

  2. əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevril­məsi;

  3. xəzinə ssudaları borc öhdəlikləri;

  4. zəmanətli istiqrazlar;

  5. təminat verilmiş borclar.

Dövlət istiqrazları dövlət kreditinin bir forması olub, müxtəlif istiqraz vərəqələri, xəzinə öhdəlikləri və qiymətli kağızların digər formalarını buraxmaq və yerləşdirmək yolu ilə əhalinin, müəssisələrin və təşkilatların müvəqqəti sərbəst pul vəsaitləri ictimai tələbatın maliyyələşdirilməsinə yönəl­dilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Naxçıvan Dövlət Universiteti





S Ə R B Ə S T İ Ş

Fakultə: İqtisadiyyat və idarəetmə

İxtisas : Dünya İqtisadiyyatı

Kurs: III

Fənn:Maliyyə

Müəllim: Əhmədov Nazim

Tələbə:Firdovsi Kərimli

Naxçıvan - 2021
Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin