Büdcədən maliyyələşdirmənin forma və metodları. Büdcə təxsisatı təcrübəsində büdcə maliyyələşdirilməsinin iki metodundan istifadə edilir:
▪ “netto büdcə” sistemi üzrə maliyyələşdirmə. Pul vəsaitinin təqdim edilməsinin bu üsulu onunla xarakterizə edilir ki, bu zaman büdcə təxsisatı təsdiq edilmiş büdcədə nəzərdə tutulmuş məqsədlərə ayrılır.
▪ “brutto büdcə” sistemi üzrə maliyyələşdirmə. Bu sistem tamamilə büdcə maliyyələşdirilməsində olan müəssisə və təşkilatlar üçün tətbiq edilir. Bu halda büdcə təxsisatı bütün xərclərə, yəni istər cari və istərsə də büdcə təşkilatının fəaliyyətinin genişləndirilməsilə əlaqədar məqsədlərə ayrılır.
Dostları ilə paylaş: |