1. Maliyyə Münasibətləri


Büdcədən maliyyələşdirmənin metodları



Yüklə 46,73 Kb.
səhifə7/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

7. Büdcədən maliyyələşdirmənin metodları.

Büdcə xərcləri büdcədən maliyyələşdirmə vasitəsilə hə­yata keçirilir və büdcədən maliyyələşdirmə isə müəyyən prinsiplərə əsaslanır.

Büdcədən maliyyələşdirilmənin prinsipləri büdcə xərc­lərinin maliyyələşdirilməsinin səmərəli təşkilində əhə­miyyətli rol oynayır. Bu prinsiplərə aşağıdakılar aiddir:

1.Minimum məsrəflərlə maksimum səmərə əldə et­mək.

Büdcə vəsaiti yalnız onların istifadəsindən daha çox nəticə əldə edilməsi təmin edildiyi şəraitdə sərf edilməlidir. Bu səmərə bir tərəfdən ölkənin inkişafının, müxtəlif sosial-iq­tisadi vəzifələrin həllində və digər tərəfdən isə büdcə və­sai­­tinin istifadə edilməsi nəticəsində gəlirlərin artması he­sabına pul vəsaitinin büdcəyə əks axınında ifadə oluna bilər.

2.Büdcə vəsaitindən istifadənin məqsədli xarakteri.

Hüquqi şəxs yalnız təsdiq edilmiş büdcə əsasında, həm də əvvəlcədən müəyyən edilmiş məqsədən büdcədən və­sait ala bilər. Bu prinsipə ciddi əməl edilməsi büdcə vəsai­tinin qeyri-səmərəli istifadə edilməsini qarşısını alır.

3.Büdcə vəsaitinin əvvəl buraxılmış təxsisatın istifa­dəsini nəzərə almaqla istehsal və digər göstəricilərin yerinə yetirilməsi müqabilində verilməsi.

Büdcə maliyyələşdirilməsinin iqtisadi göstəricilərin yerinə yetirilməsindən asılılığı maliyyə orqanlarına müəssisə, təşkilat və idarələrin fəaliyyətinə təsirli və səmərəli nəzarəti həyata keçirməyə imkan verir.

4.Büdcə vəsaitinin qaytarılmamazlığı.

Vəsaitin verilməsi onun dövlət büdcəsinə qaytarılması şərtini nəzərdə tutmur.

5.Büdcə təxsisatının ödənişsiz olması.

Büdcə vəsaitinin ayrılması dövlətə hər hansı faiz şək­lində və ya digər növ ödəniş formasında gəlir nəzərdə tut­mur.


Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin