1. Maliyyə Münasibətləri


Dövlət borcunun idarə edilməsi agentliyi



Yüklə 46,73 Kb.
səhifə2/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

2.Dövlət borcunun idarə edilməsi agentliyi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Döv­lət Borcunun İdarə Edilməsi Agentliyi Azərbaycan Res­publikası Prezidentinin 9 fevral 2009-cu il 48 nömrəli Fər­manına əsasən fəaliyyət göstərir və qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığını) və dövlət büdcəsinin Təminat Fondunun vəsaitini idarə­etməyə verən və ya idarəedən, dövlət qiymətli kağız­larının emissiyasını həyata keçirən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respubli­ka­sına olan borcunun reyestrini aparan icra hakimiyyəti orqanıdır.

Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

▪ dövlət borclarının və dövlət zəmanətlərinin veril­məsi ilə bağlı tədbirlər həyata keçirilir, Azərbaycan Respub­likasının dövlət borcunun, dövlət zəmanətinin və xarici döv­lət­lərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparır;

▪ dövlət büdcəsinin Təminat Fondunun vəsaitini vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığını) qanunvericiliklə müəyyən edilmiş qaydada idarə edir və ya idarəetməyə verir;

▪ dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdiril­məsi şərtlərini işləyib hazırlayır və emissiyasını həyata keçi­rir;

Agentlik aşağıdakı vəzifələri həyata keçirir:

• dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək;

• dövlət borcunun və ya dövlət zəmanəti üzrə alınmış borcun təyinatı üzrə, məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etmək;

• müvafiq dövlət orqanları ilə birlikdə qiymətli kağız­lar bazarının inkişafı üçün təkliflərin hazırlanmasında iştirak etmək;

• dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün dövlət istiqrazlarının buraxılması ilə bağlı təkliflər vermək;

• bağlanan sazişlərin şərtlərinə əsasən dövlət zəma­nətləri ilə alınan kreditlərin ödəniş qrafikini tərtib etmək və bu qrafikə uyğun olaraq kreditlərə xidməti təmin edən təd­birlər görmək;

• hər il üçün dövlət borcunun və dövlət zəmanətinin yuxarı həddi barədə təklif vermək və müəyyən olunmuş hədlərə əməl olunmasına nəzarət etmək;

• ölkənin kredit reytinqinin müəyyən olunması ilə bağlı aidiyyəti tədbirlərin həyata keçirilməsində iştirak et­mək;

• dövlət borcu və dövlət zəmanətləri ilə bağlı norma­tiv-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

• fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunveri­ci­lik­də nəzərdə tutlan digər vəzifələri yerinə yetirmək.




Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin