1. Müasir psixologiyanın mövzusu, vəzifələri və metodları



Yüklə 0,95 Mb.
səhifə1/12
tarix24.12.2019
ölçüsü0,95 Mb.
#30004
  1   2   3   4   5   6   7   8   9   ...   12
Psixologiyanın əsasları

1. Müasir psixologiyanın mövzusu, vəzifələri və metodları.

PLAN


1. Müasir psixologiyanın predmeti. Psixika haqqında anlayış. Psixi inikasın xüsusiyyətləri. Psixi hadisələr.

2. Güzəran psixolgiyası və elçmi psixologiya. Elmi psixologiyanın əsas xüsusiyyətləri.

3. Psixologiyanın elmlər sistemində yeri. Müasir psixologiya elminin qurluşu. Psixologiyanın sahələri və onların təsnif prinsipləri, başqa elmlərlə əlaqəsi.

4. Psixologiya tarixinin əsas mərhələləri. Azərbaycanda psixologiya elminin inkişafı.

5. Müasir psixologiyanın tədqiqat prinsipləri. Müasir psixologiyanın tədqiqat və dioqnostik metodları. Psixoloji tədqiqatın konkret metodikaları haqqında anlayış.

Psixologiyanın predmeti

Psixologiya – obyektiv gerçəkliyin beyində subyektiv inikasından ibarət olan psixi faktları, qanunauyğunluqları və mexanizmləri öyrənir.

Psixologiya psixi hadisələri öyrənir.

Psixi faktlar-dedikdə öyrənilməsi mümkün olan psixoloji parametrlər başa düşülür. Bütün psixi proses (duyğular, qavrayışlar, hafizə, təfəkkür və.s.) vəziyyətlər, xassələr, ünsiyyət, fəaliyyət və. s. başa düşülür.

Qanunauyğunluqlar -dedikdə baş verən bütün psixi hadisələrin qanunauyğunluqlara tabe olması başa düşülür.

Məsələn: Məşqlər nəticəsində uşağın hafizəsi inkişaf edilir, təlim bütün idrak proseslərini inkişaf etdirir.

Mexanizmlər dedikdə hər bir psixi prosesin həyata keçirilməsinin fizioloji mexanizmləri olması başa düşülür. Məsələn:Görmə duyğularının yaranması üçün gözə qıcıqlandırıcılar təsir göstərməli, (gözə) bu qıcıqlar beyinin yarımkürələr qabığına ötürülməli, və yarımkürələr qabığına müvafiq mərkəzində onların sürəti əmələ gəlməlidir.

Psixika haqqında anlayış.

Psixika sözü yunan dilində tərcümədə (-psixos-ruh, loqos-təlim) ruh haqqinda elm mənasını verir.

Psixika yüksək şəkildə inkişaf etmiş materiyanın xüsusi (aktiv) inikas xassəsidir. Psixika obyektiv gerçəkliyin beyində subyektiv inikasıdır.

Psixikanın funksiyaları aşağıdakılardır.



  1. İnikas funksiyası (əks)

2. Tənzimləyici funksiyası (məqsədyönlü davranışı tənzim edir)

3. Bələdləşmə funksiyası(istiqaməti müəyyənləşdirmək)

4. Antisipasiya funksiyası(qabaqlayıcı inikas)

5. Kommunikativ funksiyası (informasıya mübadiləsi)

6. Adaptasiya (uyğunlaşma)

Psixi inkişafın xüsusiyyətləri

Psixi inkişafın xüsusiyyətləri aşagıdakılardır.

1. İnikas edən inikas olunansız mövcuddur.

2. İnikas edənlə inikas olunan arasında səbəb asıllığı vardır.

3. İnikas ikinci inikas edən birincidir.

4. Əks edilələ əks olunan arasında oxşarlıq mövcuddur.



Psixi hadisələr

Psixi hadisələr 3 qrupa bölünür:

1.Psixi proseslər.

2. Psixi hallar yaxud vəziyyətlər.

3. Psixi xassələr, yaxud şəxsiyətin fərdi psixoloji xüsusiyyətləri.

Psixi proseslər 2 yarım qrupa bölünür.

1. İdrak prosesləri.

2. Emosional-iradi proseslər.

İdrak proseslərinə( duyğu,qavrayış və s)

Emosianal-iradi proseslərə(emosiyalar, iradə hiss aid edilir.)

Psixi proses dedikdə başlanğıcı, gedişatı və sonu olan psixi proses başa düşülür. Bütün idrak proseslərinin 1 funksiyası var və o da inikas funksiyasıdır. Adından məlum olduğu kimi idrak proseslərinin köməyi ilə insan gerçəkliyi dərk edir.

2. Psixi hallar, yaxud vəziyyətlər.

Bunlara aid edilir.

Gərginlik, yorğunluq, şən əhval ruhiyyə, monoton vəziyyəti və.s.

3. Psixi xassələr və ya fərdi-psixoloji xüsusiyyətlər. Bunlara aid edilir. Temperament, xarakter, qabiliyyətlər, maraqlar, motivlər və.s.




  1. Güzaran psixologiyası və elmi psixologiya.

Güzaran psixologiyası dedikdə- insanların həyat təcrübəsi əsasında əldə etdikləri psixoloji baxışlar sistemi başa düşülür. Hər bir insan öz həyat təcrübəsi və biliklərinə uyğun olaraq digər insanlar haqqında öz mülahizələrini söyləyir, hətta bu baxışlar atalar sözləri və zərb məsələləri formasında nəsillərdən nəsillərə ötür. Məs “suyun lal axanı, insanın yerə baxanı”,”ot kök üstə bitər”, “Göy göz, seyrək diş admdan uzaq gəz ”və.s. Bu atalar sözlərində ictimai şüurda özünə yer etmiş müəyyən psixoloji baxışlar mövcutdur.

İnsanlar psixoloji biliklərə malik olmadıqları halda belə başqa insanların xüsusiyyətlərini müəyyənləşdirməyi bacarırlar. Bu müəyyənləşmə prosesi eksperimental səviyyədə yoxlanılmayan biliklərə əsaslanır. Məs: çox etibarlı admdır. Başqası haqqında deyirlər ki, “ondan gözüm su içmir” ,”onun ipinin üstünə odun yığmaq olmaz”. Göründüyü kimi güzaran psixologiyası insanların digər insanlar haqqında söylədikləri fikirlərin məcmuyundan ibarətdir.

Elmi psixologiya isə- bütün əldə olunan bilikləri təcrübi yolla əldə edir. Elmi psixologiyaya bəzən emprink psixolgiya deyilir.

Emprika- təcrübə deməkdir.

Konpleks- nəyinsə həddən artıq çox olmasıdır.


  1. Psixologiyanın elimlər sistemində yeri.

Elimlər sistemi dedikdə- müasir dünyada mövcut olan bütün limlər başa düşülür. Rus akademiki Kedrov elimlər sistemini 2 böyük qrupa ayırır.

2.Təbiət elimləri- riyaziyyat, biologiya, fizika, təbabət və. s

3. Humanitar elmləri- cəmiyyət və insanı öyrənir. Məs.tarix, pedoqogika, ədəbiyyat, sosial, fəlsəfə və.s

Psixologiya elmi təbiət elimləri ilə humanitar elmlərin qovuşağında özünə yer tapmışdır.



Müasir psixologiyanın qurluşu, psixologiyanın sahələri və onların təsnif prinsipləri.

Müasir psixologiyanın quruluşu dedikdə, onun sahələri nəzərdə tutulur. Onun sahələri əsasən 3 böyük qrupa bölünür.

1. İnkişaf psixologiyasına aid sahələr. (Yaş psixologiyası, differensial psixologiya, cinsi fərqlərin psixologiyası, anomal inkişafın psixologiyası və s.)

2.Konkret fəaliyyət sahələrinə aid psixologiya sahələri (Əmək, tibb, pedaqoji, hərbi, incəsənət, ticarət və s. Sixologiya sahələri )

3.İnsanın cəmiyyətdə münasibətinə görə psixologiya sahələri.

I aid edilir.- Yaş psixologiyası, differensiyal psixologiya( fərdi fərdlərin psixologiyası. Bunu yaradan Haltondur)

Cinsi fərqlərin psixologiyası, anomal uşaqların psixolgiyası, psixodioqnostika, müqayisəli psixologiya( insan psixologiyası ilə heyvan psixologiyası fərqlənir)

II Əmək psixologiyası tibbi psixologiyası, mühəndis psixologiyası, hərbi psixologiyası və.s

III aid edilir- sosial psixologiya, idarəetmə psixologiyası, etno psixologiyası və s.


  1. Psixologiya tarixinin əsas mərhələri.

Psixologiyanın bu günə qədər inkişaf tarixi 2 böyük yarımdövrə bölünür.

1.Elmə qədərki dövr.

2.Elmi psixologiya

Elmə qədərki dövrü- antik dövrdən 1879 cu ilə qədərki dövr aiddir.

Elmi psixologiya- psixologiyanın müstəqil elm kimi formalaşması dövrü. 1879 ildən bu günə qədər olan dövr. 1879 ildə dünyada ilk ekspermental psixologiya labaratoriyası Leypsiq universitetində V. Vundt tərəfindən yaradılmışdır.

Ümumiyətlə psixologiya elmi öz inkişaf tarixində aşağıdakı əsas mərhələlərdən keçmişdir.

1.Antik dövr- buraya qədim Şərqdə, Qədim Yunanıstanda və Romada psixologiya elminin inkişafı aid edilir. Bu dövrdə psixologiya elmi fəlsəfə elminin tərkibində idi. Elmin predmenti ruh hesab edilirdi. Onun əsas metodu introspeksiya metodu idi. Idializmin banisi Platan( qədim Yunan filosofu), materyalizmin banisi demokrit(Yunan), dualizmin banisi Aristotel.

2.Assosativ psixologiya mərhələsi- psixologiya elminin predmeti şüur hesab edilirdi( Assosasiya – rabitə, əlaqə deməkdir) Yəni məna əlaqəsi əks etdirənlə, əks olunana arasında əlaqə yaradır. Assosasiyalar haqqında ilk məlumata Aristotelin əsərlərində rast gəlmək olar. Lakin o assosasiya terminindən istifadə etmirdi. İlk dəfə assosasiya terminindən Con Look işlətmişdir. Assosasiyalar haqqında ilk təlimin müəllifi ingilis həkimi alimi Hartli olmuşdur. İlk dəfə Hartli assosasiya sözünü XVII – XX əsrə qədər psixologiya tarixində hakim mövqe tutur. Vuntu, Spenser , Herbart, Stiualt Mill, Hartli və s. Elmin metodu – introspeksiya metodu olaraq qalır. ( intros – dail, spektor – nəzər salmaq deməkdir ).

1.Bihoverist psixologiya mərhələsi – bihov – ingilis sözü olub-davranış, rəftar mənasını verir. Bu mərhələdə psixologiyanın yeni bir metodu əmələ gəlir ki, buna da təcrübə, yoxlamaq deyilir. Bihoverist mərhələni yaradan psixoloqlar hesab edirlər ki, psixologiya elminin predmeti davranışdır.

2.Dialektik psixologiya mərhələsi-Bu mərhələ isə hesab edir ki, psixologiya elmi psixi hadisələri öyrənmişdir. Bu mərhələdə belə qəbul olunur ki, psixologiyanın metodları 2 əsas qrupa bölünür.



Azərbaycanda psixoloji fikrin inkişaf tarixi.

Azerbaycanda psixoloji fikrin inkişaf tarixi aşağıdakı mərhələrə ayrılır.

I mərhələ - şifahi xalq ədəbiyyatında psixoloji fikirlərin inikası (təsviri) mərhələsi-nağıllar, atalar sözləri, zərb məsəlləri, miflərdə, əsatirlərdə, əfsanələrdə və psixoloji fikirlərin inikası.

II mərhələ- Azərbaycan klassik ədəbiyyatında psixoloji fikrin inikası mərhələsi-Nizami Gəncəvi, Bəhmənyar, Füzuli, A.A. Bakıxanov, M.Ə. Sabirin, C. Məmmədqluzadənin və s. əsərlərində psixoloji fikrin inikas mərhələsidir.

III mərhələ- Elmi psixologiyanın inikas mərhələsi. 1900-cü ildən başlayır. Azərbaycan dilinə rus pedaqoqlarının əsərləri tərcümə olunduqdan sonra psixologiya termini elmi dairələrdə istifadə olunmağa başladı.

İlk dəfə BDU-da psixologiya kafedrası açıldı. Kafedraya Makavelski dəvət olundu. Həmin kafedranın nəzdində ilk dəfətəhsilcə həkim olan F.Ə. İbrahimbəyov 1926- cı ildə psixologiya labaratoriyasını təşkil etdi. F.Ə.İbrahimbəyov – pedaqoji psixologiya və psixolinqvstika və etnik psixologiya sahəsində tədqiqtlar aparmışdır.

Ə. Bayramov – Yaş psixologiyası, sosial psixologiya və etnikps sahəsində tədviqat aparılmışdır. Yaş psixologiyası sahəsində samballı əsərti, 1) “Kiçik məktəblilərdə təfəkkürün müst-nin inkişafı” 2) Şagirdə əqli keyfiyyətin inkişaf xüsusiyyəti. Bakı 1967-ci il.(Əqli keyfiyyətin təfəkkürün çevikliyi müstəqilliyi və.s.)

3) Gənclikvə özünü tərbiyə haqqında söhbət. Bakı 1968-ci il. 4)”Şəxsiyətin təşəkkürünün aktual problemi. Bakı 1981-cı ıl.

Sosial psixologiya sahəsində -1”Sosial psixologiyanın aktual problemi. Bakı 1986-cı il. (Ə.Əlizadənin mütəş.) 2.” Sosial psixologiyanın Bakı 2006- (Ə.Əlizadənin mütəş.). 3).Məhkəmə psixologiya məsələsi. Bakı 1985.( Ə.Əlizadənin mütəş.). 4) “Etnik psixologiya Bakı 2001.

5). Psixoloji düşəncə. Bakı 1994.(Etnik psixologiya)

Ə.Ə.Əlizadə-Əsas məşğul olduğu sahə kiçik məktəblilərdə yaradıcı fəaliyyətin öyrədir. 1. “Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyyəsi. Bakı 1965. 2. “Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası. Bakı 1968. 3.”Uşaq və yeniyetmənin cinsi tərbiyyəsi. Bakı 1986.

Etnik psixologiya sahasində -1.”Azərbaycanda düzgün psixologiya məsələsi Bakı 1994. 2” Müasir Azərbaycasn məktəblərinin psixoloji problemi Bakı 1998.(pedaqoji psixologiyaya aid)

Ə.Ə. Qədirov-Əsas araşdırmalı kiçik məktəblilərdə mücərrəşmənin inkişafı sahəsinə aiddir. Əsəri- 1“Yaş psixologiyası(M.İ.N-ilə müş.) bakı 1986. 2.”Kiçik məktəblilərdə mücərrənin inkişafı.bakı 1974.

Şövgü ağayev-Əsasən Yaş psixologiyası sahəsində tədviqat aparıbdır onun əsərlərindən ən məşhuru “əmək tərbiyyəsi və inkişafı. Bakı1967. Eyni zamanda onun şəxsiyyət psixologiyası, təlim psixologiyası, tərbiyyə psixologiyası sahəsidə tədqiqatları mövcuddur.

Məhərəmov M.C.-F.İbrahimovdan sonra Azərbaycan psixologiya elmndən profesional psixoloqlardan biridir. elmlər namizədi. Ə.S.Bayramov, Ə.Ə. Qədirov Ş.Ağayev, M.S.Nəcəfov, M.Ə.Həmzəyev və başqaları onun tələbələri olmuşlar o uzun müddət BDU-nun kafedrasına rəhbərlik etmişdir. Əsərləri. 1.” Psixologiya oçerqləri” Bakı 1961. 2”.Psixologiya” Bakı 1968. onun əsas tədqiqat işi xarakterin psixologiyada öyrənilməsinə aid olmuşdur.

Ə.K.Zəküyev-əsaspsixologiya tarixi problemləri ilə olmuşdur.” IX-XI əslərdəşərqdə fəlsəfi və sixoloji nəzəriyyə tarixindən Bakı 1947.

M.S.Nəcəfov- Əsasən psixologiyanın fəlsəfi problemlərini öyrənmişdir. Doktorluq dissertasiyasını məntiqi idrak prosesi və onun təbii elmi əsasları mövzusunda müdafiə etmişdir. Bu adda onun 1971-ci ildə monoqrafiyası çıxmışdır. ( konkret 1 kitabın sahəsini öyrənmişdir)

Muxtar Əlişoğlu Həmzəyev- Ən əsas araşdırmaları pedaqoji psixologiya sahəsindədir. Əsərləri:

1.” Ailədə uşaqların oyununa rəhbərlik” Bakı 1965.

2. “ Yazı təliminin bəzi məsələləri” Bakı 1961.

3. “Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmə xüsusiyyətləri” Bakı 1981.

4. “Pedaqoji psixologiya ”dərslik Bakı 1991.

5. “Yaş və pedaqoji psixologiyanın əsasları” dərslik Bakı 2001, 2003.

Baxşəliyev Ərəstun Təris oğlu- psixologiya tarixi e4lminin öyrənilməsidir. “XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişafı ” əsas əsərləri Bakı 1991.

Səməd İsmayıl oğlu Seyidov- Leninqrad “Yaradıcılığın sosial psixologiyası” mövzusunda doktorluq dissertasiyası. “Menecmentin psixologiyası” Bakı 2006.

Bəxtiyar Həmzəoğlu Əliyev - əsasən “Hüquq psixologiyası ” sahəsində tədrisin aparılmasıdır. Onun əsas əsəri :

1). “Cinayət və mülki proseslərdə məhkumların psixoloji eksperimentasiyası.”

2). “Məhkum psixoloji dissertasiyası” Bakı 1994.

Zəkəriyyə Mehdizadə- Əsasən uşaqların psixoloji problemləri ilə məşğul olmuşdur. Əsas əsəri: 1. “Uşaqların psixologiyası dərsliyidir” I hissə 1982, II hissəsi 1984-cü ildə çapdan çıxmışdır. “Əsasən uşaqlarda nitq və təfəkkürün inkişaf xüsusiyyətlərini ” öyrənib.

Ramiz İbrahimoğlu Əliyev- Pedaqoji psixologiya etnik psixologiya üzrə tədqiqat aparmışdır. Əsas əsərləri: 1.”Şagirdlərin şəxsiyyətinin milli xüsusiyyətlərinin nəzərə alınması” Bakı 1995.

2.“Şəxsiyyət və onun etno psixoloji əsasları” Bakı 200.

1.“Pixoloji dərsliyi” Bakı 2003.

2.“Məktəblərdə psixoloji xidmətlərin aktual məsələləri” Bakı 2004.

3.“Psixologiya tarixi” Bakı 2006.



XX yüzillikdə psixologiyanın əsa cərəyanları.

Freydizim nəzəriyəsinə şəxsiyyətin psixodinamik nəzəriyyəsi də deyilir.

Freydizim cərəyanı- yaradıcısı Avstriya psixoloqu Z. Freyddir. Müəllif

Özü bu istiqamətdə “psixo analiz ” adı verilmişdir. Sonralar elm tarixçisi müəllimin adı ilə bu cərəyanın “Freydizim ” adlandırmışdır. Freydizim əsasən şəxsiyyətin psixologiyasını öyrənir. Freydizim hesab edirdi ki, şəxsiyyətin davranışını idarə edən irosional – ( şüurla, ağılla idarə olunmayan ), şüursuz psixi qüvvələrdir. O şəxsiyyətin strukturunda 3 mərhələ ayırırdı. 1. İdrak- şüursuzluq , şüuraltı libido- cinsi enerji ( I dərk olunmayan tələbatların aqresiv- irticaçı əks cinsə olan maraq)

2.Eqo- mən, şüur.

3. Super eqo – üst mən , fövqal mən.

I.Şəxsiyyətin bu strukturunda olan təlabatların nəyin bahasına olursa olsun reallaşmaq təlabatına tabe olurlar.

II. Aid- əsas funksiyası şüuraltından və üst məndən gələn informasiyasını təhlil etmişdir. Bu yaradıcı strukturası reallıq prinsiplərinə əsaslanır.

III. Aid- sosial qaydalar, normalar mövcuddur. Onun şəxsiyyətin davranışının tənzimləməsində rol oynamışdır.

Freydist və neofreydist şəxsiyyət nəzəriyyəsi:


  1. Freydin nəzəriyyəsi.

Freyd(1856-1939) Avstriya psixolqudur. Avstriya nasist Almaniyasına birləşdikdən sonra o, məcburiyət qarşısında qalaraq Londona köçür və oradada vəfat edir. Freyd əvvələr hipnoz metodundan istifadə edərək nevroz vəziyyətində olan xəstələri müalicə edirdi. Sonralar o, hipnozdan imtina edir və sərbəst assosasiya, metodundan istifadə edərək röyaları sərbəst asossasiya analiz etməyə başlayır.

Fred metoduna psixoanaliz adı verir. Bunun səbəbi ondan ibarətdir ki, xəstə ilə uzun müddət söhbət edərək o xəstəyə onun hansı səbəbdən xəstələnməsini başa salır. Xəstə başa düşməyə başlayır ki, onun şüurunu sıxışdırıb çıxaran nədir?

Freydinin ifadəsi ilə desək katarsiz baş verir. Yəni ruhun təmizlənməsi. Freyd sonralar öz kansepsiyasında sağlam adamların psixikasına tədbiq edir.

1.Freyd insan psixikasını təyin edən 2 tələbatı

2.Libidoz 2 İrticaçının tələbatlarına ayrır. Onun fikrincə bu tələbatların ödənilməsi şəxsiyyətin cəmiyyət tərəfindən müəyyən qadağalara rast gəlir və “şüursuzluq” səviyyəsinə sıxışdırılır. Şüursuzluq səviyyəsinə sıxışdırılmış tələbatlar simvollar şəkilində özünü biruzə verir. İnsanın elədiyi hər nə varsa ( incəsənət, ədəbiyyat əsərləri) onun şüursuzluq səviyyəsinə sıxışdırılan ödənilməmiş tələbatlarının simvollar şəklində təzahürüdür.

I.dəli istəklərdir, II. Onun həyata keçib keçməməsinin mümkünlüyünü müəyyənləşdirən III cəmiyyətdə mövcut olan qadağalar.



2.Neofreydiz –Freydin tələbələri olmuşlar. Neofreydizm yeniləşmiş Freydizm deməkdir. Bunlardan Karl Yunqu bu yeniləşmiş freydizm deməkdir. A.Adler, Anna Freyd, Karn Xorninq, Erik Fron olmuşlar. Tələbələri onun nəzəryyəsində şüuraltına xüsusi ilə cinsi həvəslərə yer verdiyinə görə tənqid edirdi. Onlar Freydizmə sosial rəngarəngliyi verməyi cəht göstərirlər. Ona görə ki, Freydin şəxsiyyət nəzəriyyəsi bioloji nəzəriyyədir. Lakin buna nail ola bilmədilər. Ona görə ki, onlar şəxsiyyətdə sosial olanı bioloji olan kimi nəzərdən keçirirdilər.

Neofreydizm əsasən sosial mühiti nəzərdən keçirir çalışırdılar ki, Freydizmi bioljilikdən uzaqlaşdırsınlar. Məs: K.Xorniya görə nevrozların yaranması uşaqlıq dövründə əlverişli olmayan sosial mühitə şərtlənir. Beləki uşaq vaxtı valideyin və ətrafdakıların münasibəti uşaqlara qarşı mehriban olmadıqda uşaq özünü təklikdə hiss edir,daim həyəcanlı olur. Nəticədə o böyüyəndə onda nevroz əmələ gəlir.

E.From- nevrozların əmələ gəlməsini fərdi sosial mühitin təsirinə mərus qalması ilə əlaqələnir. Beləki, istəklərini həyata keçirsin, müasir cəmiyyətdə isə bu çox vaxt mümkün olmur və insan tənhalkaşır özünü təklikdə hiss edir və bu onda nevroz vəziyyəti yaradır.

Neofreydizm Amerikada yaranıb. Bu tələbatlar adi həyatda müxtəlif zarafatlar danışarkə çaşıb başqa söz deməkdə röyalarda özünü biruzə verir.

Freydə görə şəxsiyyətin strukturunun “şüursuzluq( id)”, şüur mən( eqo) və üst mən (super eqo) kimi 3 əsas kompleksləri mövcutdur.

K. Yunqun nəzəriyyəsi.

K.Yunq (1875-1961). Freydin 2 tələblərindən olmuşdur. O,əsasən Freydin libido anlayışı ilə razılaşmırdı. O öz nəzəriyyəsini analitik psixologiya adlandırırdı. Yunqa görə insan psixikası 3 səviyyədən ibarətdir.

1.Şüur, 2. şəxsi şüursuzluq, 3. kollektiv şüursuzluq.

Şəxsiyyətin strukturunda aparıcı rolu “kollektiv şüursuzluq” oynayır. Kollektiv şüursuzluq bütün insanlıq üçün ümumidir. O, insanlığın keşmişindən qalmışdır. O, bizim keçmiş əcdadlarımızdan ağıllıdır ki, bu da özünü əcdadlarımızın düşünmə tərzində, hiss etmə tərzində, həyatı dərketmə tərzində biruzə verir.

Kollektiv şüursuzluq insan şəxsiyyətinə təsir edərək, onun anadan olandan sonrakı davranışını qabaqcadan təyin edir. Kollektiv şüursuzluq ayrı- ayrı adamlarda arxetiplər şəklində biruzə verir. Məs. ana arxetipi ana haqqındakı ümumi təsəvürləri konkret şəxsi şüurunda canlanmasından ibarətdir.

Yunqbu arxetipi hazır şəkildə irsən alır və onun əsasında öz anasının konkret surətini yaradır. Yunqa görə 2 səviyyə şəxsi şüursuzluqdur.

Sallibenə görə- nevroz vəziyyətli insanlarda şəxsiyyyətlər arası münasibətlərdə daha doğrusu bu münasibətlərin pozulması əsasında əmələ gələm həyəcanlardan əmələ gəlir. Niofredizmdə freyd kimi şəxsiyyəti cəmiyyətə qarşı qoyur və cəmiyyəti insanla düşmən mənada görürlər.

Bihoverizm cəmiyyəti- ingiliscə mənası davranış deməkdir. XX əsrin əvvələrində ABŞ da yaranmışdır. Əsasını qoyan Edvard Torundayq (1874-1949) olmuşdur. Beləki heyvanlar üzərində ekspermentlər aparır. Cərəyanın nəzəri lideri Con Uotson hesab olunur (1878-1958) Uotsun ilk dəfə 1913 –ildə Amerikada psixoloji xəbərlər jurnalında “psixologiya Biheviorist- onu necə görür” adlı proqram məqalə nəşr etdirir. Bu məqalə cərəyanın monifestin hesab olunur.

Monifest -əsas müddəalar deməkdir. Bu cərəyan psixologiya elminə yeni bir metod olan eksperment metodunu gətirir və hesab edirdi ki, psixoloji biliklər yalnız təcrübi yolla öyrənə bilər. Onlar hesab edirdilər ki, psixologiya elmi şüuru deyil davranışı öyrənməlidir. Davranışın formasını onlar stimul (S)-Reaksiya (R)kimi təsvir edirdilər. Onlar hesab edirdilər ki, müvafiq stimul tədbiq etməklə orqanizmdə o cümlədən insandada istənilən reaksiyanı formalaşdırmaq mümkündür. Onlar stimul dedikdə orqanizmə təsir edən qıcıqlandırıcıları, reaksiya dedikdə isə orqanizmdə müvafiq davranış başa düşülür. Onlar ekspermenti heyvanlar üzərində aparır, Sçovullar göyərçinlər aparır alınan nəticələri isə insanlara şamil edirdilər.

K.Yunq şəxsiyyət tipinin yaradıcıları kimi tanımışdır. O, insanı ekstraventlərə, introvetlərə, intuitiv mütəfəkkir və emosional tiplərə ayırır. Yunq üçün ictimai münasibətlər mövcud deyildir. Onun öyrəndiyi şəxsiyyət tipləri anadangəlmədir. O, ortodoksol freydizmdir.

Adlerin nəzəriyyəsi- Freydin tələblərindən biri də Adlerdir. O, öz müəllimini tənqid edir. O, Freydin bioloji nəzəriyyəsinə qarşı çıxır və göstərir ki, insanda əsas rolu təbii instinktlər deyil,ictimai hisslər oynayır. Bu hisslər anadangəlmədir, lakin onları sosial mühitdə inkişaf etməlidirlər. O, Freydin şəxsiyyətinin inkişafında libidit və irticaçı təlabatların aparıcı rol oynaması fikrini tənqid edir. Eyni zamanda o, Freydin şəxsiyyəti 3 mərhələyə ayırmasına qarşı çıxır və göstərir ki, şəxsiyyətin strukturu vahiddir. Adlerə görə şəxsiyyətin inkişafını şərtləndirən nədir?

Adlerə görə şəxsiyyətin inkişafını şərtləndirən “üstünlük qazanmağa” can atmaqdır. Lakin bu heç də həmişə həyata keçə bilmir, yəni şəxsiyyət heç də həmişə üstünlük əldə etmək təlabatını reallaşdıra bilmir. Məs: Xarici görkəmində , bəzən üzvlərində müəyyən qüsuru olan adamlar öz çatışmamazlıqlarına görə böyük narahatlıq keçirir. Bu hal uşaqlarda da sosial şəraitin əlverişli olmaması nəticəsindədə baş verə bilər. Bu çatışmamazlıq natamamlıq kompleksi yaradır.

İnsan özündə mövcud olan bu çatışmamazlıq hissini kompensasiya etmək üçün yol axtarır. Çox utanan yeniyetmələrdə utanaraq onların fikrincə kişi hərəkəti, əslində isə ağılsız hərəkətlər edirlər ki, bu dabir növ kompensasiya rolunu oynayır.

Onlar şüur anlayışını ümumiyyətlə öyrənmirlər. Ona görə ki, şüur üzərində eksperiment aparmaq mümkün deyildir.

Əsas məqsəd stimullarla reaksiya arasında əlaqə yaratmaqdır. O vaxt stimulla reaksiya arasında orq. Hazır olduqda xoşa gələn olur.

Neobiheviorizm cərəyanı- yaradıcıları Herbart, Miller, Xall, Skiner, Tolmen, Leşli və s. Neobiheviorizm ənənəvi biheviorizmə müəyyən yeniliklər etməyə cəhd göstərirlər. Onlar hesab edirlər ki, davranışı stimulla reaksiya arasında əlaqə yaratmaq, formasında nəzərdən keçirmək mümkün deyildir. Bu formula həddən artıq bəsit formuladır. Belə ki, stimulla reaksiya arasında əlavə aralıq kəmiyyəti mövcuddur. Onların davranışın formulasını S –P- R.Aralıq kəmiyyətə onlar aid edirlər: təlabatı, motivliyi, əqidəni, müxtəlif psixi vəziyyətləri və s.

Koqnitiv cərəyan- koqnitiv latınca bilik idrak kimi başa düşülür. XX əsrin 60-cı illərində Amerikada yaranmışdır. Bu cərəyan hal-hazırda nəinki Amerikada, hətda bir sıra Avropa ölkələrində yayılmışdır. Nümayəndələri C.Broner, U. Nayser, P.Atkinson və b. Bu cərəyanın əsas müddəası ondan ibarətdir ki, psixi proseslərdə cərəyanda və insan davranışında bilik, koqnitiv struktur mühüm rol oynayır.

Adler konpensasiyanı müxtəlif formalarını ayırır. Adekvat, qeyri adekvat və üst konpensasiya.

Şəxsiyyətin fəallığını, yaradıcılığını mexanizmini adler sonuncuda görürdü. Adlerə görə fiziki cəhətdən zəif iradəsiz adamlar kimi hərəkət etməyə başlayırlar. O, Napalyonun şəxsiyyətini maraq göstərməyi sevirdi. Deməli çatışmamazlıq hissi insanın üstünlük əldə etməyə təhrik edir. Bu hiss hələ 4-5 yaşlı uşaqlarda qələbə qazanmaq məqsədi ilə özünü biruzə verir. Bu Adlerə görə sosial xarakter daşıyır.

“Sosial hiss” anlayışının yaradıcısıdır ki, buda insanın cəmiyyətdən kənarda yaşamaq istəyinə işarə edir. İnsanın sevmək, hörmət etmək, arzu etmək, aludə olmaq bu hissdən doğur. Adlerə görə insanın alkoqolizmə qurşanması, narkaman olması cinayət törətməsi, özünə qəst etməsi və.s. onda sosial hissin səviyyədə olmaması ilə bağlıdır. Sosial hiss Adlerə görə anadangəlmədir.

Korl Xaninin nəzəriyyəsi.

Xoni Freydin tələbəsidir.(1885-1952) O əvvələr Freydin tərəfdarı idi. Tezliklə o, Freydin tənqidcisinə çevrilir libio və irticaçılıq tələbatlarını insan şəxsiyyətinin inkişafında rol oynadığını inkar edir. Bəs əvəzində o nə təklif edir? O, belə fikir söyləyir ki, insanda narahatlıq hissi hələ uşaqlıq yaşlarından özünü biruzə verməyə başlayır. Uşaqlarda bu hislər anadangəlmədir. Eyni zamanda bu cərəyan şərti, fərdi fərqləri, emosiyanı koqnitiv nəzəriyyə konteksində yaranır, öyrənir. İnsanın bilik ehtiyatı nə qədər çoxdursa insanın koqnetiv xəritəsi bir o qədər genişdir.

Humanistlik cərəyan – XX əsrin 50 illərində Amerikada yaranmışdır. Hesab edir ki, psixologiya elmi şəxsiyyəti öyrənməlidir. Nümayəndələrin Olport, Maslou, Rocers, Merrey və.s. Əgər Freydizm şəxsiyyəti bioloji varlıq kimi nəzərdən keçirirdisə humanitar psixologiya isə əksinə, şəxsiyyəti sosial varlıq kimi nəzərdən keçirmişdir. Onlar subut etməyə çalışırlar ki, insan anadan gəlmə xeyirxax varlıqdır.

Freydizm isə hesab edirdi ki, insan anadan gəlmə aqressiv varlıqdır. Humanitar psixologiya isə hesab edirdi ki, insan yalnız dünyaya xeyirxah işlər görməyə gəlir, sonralar onu qəzəbli bədxah varlıga çevirən sosial mühitdir. Bu kapitalizm cəmiyyətində özünü parlaq biruzə verir. Əgər psixoanaliz şəxsiyyəti keçmişindən asılı bir varlıq kimi nəzərdən keçsədə(Freydizm) humanitar psixologiya isə şəxsiyyəti gələcəyə yönəlmiş1 varlıq kimi nəzərdən keçirirlər.

Rocergə görə şəxsiyyət özünün potensiyal imkanlarını azad reallaşdırmağa çalışır.

Bu çərəyanin tələblərinə görə özünü aktuallaşdırma motive əsasında keçirilir. O, narahatlıq hissini ömrünün ilk anlarından hiss etməyə başlayır. Deməli ətraf aləm uşağa bir növ düşmən kəsilir. Bu narahatlıqdan uşaq yoxsa qurtarmağa can atır. Bu isə öz növbəsində uşağın davranışının əsas motivinə çevrilir.

Insanın bu dünyada elədiyi hər nə varsa hamısı narahatlıq hissindən yaxa qurtarmağa çalışmanın nəticəsidir.

Məhz narahatlıq hissindən yaxa qurtarmağa çalışan adam təhlükəsizliyə can atır.

Xorni göstərir ki, insanın davranışını 2 meyl:

1) Təhlükəsizliyə can atmaq və və birdə. 2) Öz istəklərini həyata keçirmək arzusu idarə edir.

Xorni insanındavranışının üç strategiyasını ayırır.

1) İnsanlar arasında olmağa can atmaq.

2) İnsanlardan uzaqlaşmağa çalışmaq.

3) İnsanin əksinə hərəkət etməyə çalışmaq.

Buna uyğun olaraq o, üç şəxsiyyət tipli ayırır.

1) Müvazinətli

2) Tənha

3) İrticaçı

Bu davranış tipli sağlam adamlara xasdır.

Tənqidi:İnsan təlabatını cəmiyyətə qarşı qoyur.

Masloya görə şəxsiyyətin təlabatlarını İyerarxiv(mərtəbəli aşağıdakı yuxardakına tabe olan) düzümə malikdir.

1. Fizioloji tələbatlar

2. Təhlükəsizlik

3. Sosial aktivliyə və məhəbbətə olan tələblər.

4. Hörmətə və özünəhörmətə olan tələblər.

5. Özünü aktuallaşdırmağa olan tələblər.

Humanitar psixologiya öz vəzifəsini insanlara kömək etməkdə görür. Belə ki, insanların əksəriyyətinin köməyə ehtiyacı var. Onlar nəyə qadir olduqlarını həyat problemlərini müsbət həll edə bilmir və öz mənlərini axtarırlar.

Psixoloq isə bu işdə bir məsləhətçi kimi onlara kömək etməlidir. Bu köməklik yuxarıdakı keyfiyyətli olmalıdır və psixoloqun məsləhətinə qulaq asan şəxs həyati problemlərini həll etməlidir.

İnsayt birdən ağılagəlmə- problemin həlli zamanı yaranmışdır. Heyvanlarda da var, insanlarda da.

İntuisiya gələcəyi proqramlaşdırmağı öyrənmiş olur. Birdən-birə ağıla gəlir, latın sözüdür. İnsana aiddir. Yaradıcı fəaliyyətə aid edilir. Ekstravert, intravert – xarici, daxili.

Heştalt-psixologiya cərəyanı. Bu cərəyanda XX əsrin əvvəllərində Almaniyada yaranmışdır. Yaradıcıları Köler, Kofka, Vertgeymer və s. Onlar hesab edirlər ki, psixologiya elmi şüuru öyrənmişdir.

Heştalt sözü – alman dilindən tərcümədə “obraz, struktur” mənasını verir. Heştalistlər hesab edirdilər ki, gerçəkliyin cisim və hadisələrinin insan beynində obrazının yaranması, bu cisim və hadisələrin meəyyən struktura , quruluşa malik olması ilə şərtlənir. Başqa sözlə desək insan beynində yaranan obraz o zaman daha dəqiq , daha mütəşəkkil olur ki, qavranılan cisimlər müəyyən strukturaya malik olurlar.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin