1. Müasir psixologiyanın mövzusu, vəzifələri və metodları



Yüklə 0,95 Mb.
səhifə4/12
tarix24.12.2019
ölçüsü0,95 Mb.
#30004
1   2   3   4   5   6   7   8   9   ...   12
Psixologiyanın əsasları


Qrupda psixoloji uyuşma- dedikdə qrup üzvlərinin birbiri ilə ş-arası münasibətinin səviyyəsinə çatması, qrupda məqsəd birliyinin olması, qrupun bütün üzvlərinin eyni şəraitinin yaranması başa düşülür.

Uyuşma insanlarda baş verir. Qrupda uyuşma dedikdə isə qrup üzvlərinin bir birinə uyuşması, bir birinə öyrəşməsi başa düşülür.

Qrup yuşmasına təsir edən amil aşağıdadır.

1. qrupun rəhbərinin, liderinin rəhbərlik, liderlik üslubu.

2. qrupa yeni gələn üçün müəyyən düzəliştlərin tədbiq olunması.

3. qrupa yeni gələn üçün müəyyən güzəştlərin tətbiq olunması.

4. qrupun fəaliyyətinin xüsusiyyətləri.

Qrup təzyiqi fenomeni.

Qrup təzyiqi dedikdə qrup üzvlərinin hər birində qrupun iştirakçısı kimi məsuliyyət hissinin biruzə verməsi başa düşülür. Qrupun üzvü özünün nə qədər qrupa yaxın hiss etsə onda qrup identikasiyası (eyniləşdirmə, bənzətmə) yuxarı səviyyədə biruzə verir və qrupun həmin üzvü bir o qədər öz üzərində təzyiqini hiss edir.

Istər qrupun fəaliyyətin səmərəliliyi,istər uyuşma, istərsədə qrup təzyiqi kollektivdə yuxarı səviyyədə biruzə verir, ona görə ki, kollektivdə qrupun inkişafını ən yüksək səviyəsidir.

Qrupda rəhbərlik və liderlik problemi.

Hər bir qrupun ya rəhbəri, ya da lideri olur. Başqa sözlə qrupun başçısı olur. Adətən, rəhbər formal qrupda olur., lider isə qeyri formalarda olur. Məsələn: Şagird qrupunun rəhbəri sinif nümayəndəsi hesab olunur. Həyətdə yeniyetmə qrupunun başçısı lider olur.

Ümumiyyətlə rəhbər sırf iqtisadi, lider isə sırf psixoloji termindir.

Lider-özünün psixoloji keyfiyyətinə görə, qrupun birgə fəaliyyətində, iştirak səviyyəsinə görə, təşkilatçılıq qabiliyyətinə görə seçilir. Onu heç kim təyin etmir,o tədricən qrupun fəaliyyətində qazqndığı uğurlara görə tədricən lider səviyyəsinə daxildir. O rəsmi şəxs olmadığı üçün əlində rəsmi səlahiyyət yoxdur.

Rəhbər-əksinə təyin olunur, ona görədə əlində rəsmi səlahiyyət mövcuddur. Elə qruplar var ki, onların rəhbəri həm də lider mövqeyində çıxış edir. Bu yaxşı hal kimi dəyərləndirilir. Belə olanda qrupun fəaliyyətinin səmərəliliyi yuxarı olur.

Rəhbərlik liderliyin 3 əsas üslubu ayrılır.

1.Aftoritar- qrupun həyatı ilə bağlı bütün qərarları təkbaşına qəbul edir, qrup üzvlərinin rəyini nəzərə almır. Məs: mən dedim vəssalam.

2.Demokratik üslub- qrupun həyatı ilə bağlı qərarları kollegiyal(hamının rəyini nəzərə alan ) qəbul edir. Məs; qrupun üzvlərinin fikrini nəzərə alır.

3.Liberal- bu üslub zamanı rəhbər(lider) qrupun həyatı ilə maraqlanmır, qrupda özbaşınalıq hökm sürür. Buda onun fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir. Məs: qrupda bir yerə yığmaq üçün xüsusi səy göstərmir.

Etnik qrupun psixologiyası.

Etnik qruplar-sosial qrupların bir növüdür. Ayrı-ayrı xalqların monomilli(bir milli) məcmuyundan ibarətdir. Etnik qruplar özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluğa aid edilir. Etnik qrupların sterotipləri, adət və ənənələri, milli hissləri, xarakteri, özünüdərketməsi xüsusiyyətidir.

Stereotip- sterios-möhkəm, tupos-iz qoymaq deməkdir. Yunan sözüdür, möhkəmlənmiş iz qoyan deməkdir. Məs: Azərbaycanlıların unutqanlığı, ermenilərin məkirliyi.

Yönüm- yəni istiqamətini yönəltmək deməkdir. Başqa xalqları necə qavramaq, necə anlamaq (ustanovka) elmə D. Uznadze gətirib.

Milli hislər-öz millətini sevmək, öz xalqının mənafeyini başqa yerdə qorumaq biz hissi ilə bağlıdır.

Korparasiyada- şəxsiyyətlərarası münasibətlərin qrup fəaliyyətinin şəxsiyyəti baxımından əhəmiyyətini ön plana çəkir. Başqa sözlə korparasiyada konkret şəxsiyyətin, liderin mənafetini ön plana çəkir.

Qruplarda şəxsiyyətlərarası münasibətlər.



Qrup və kollektivdə şəxsiyyətlərarası münasibətlər.

Qrup və kollektivdə şəxsiyyətlərarası münasibətlər bir birindən fərqlənir. Beləki kollektivdə şəxsiyyətlərarası münasibətlərdə qarşılıqlı tabelilik ön plana çəkilir. Eyni zamanda kollektivdə şəxsiyyətlərarası münasibətlər yüksək səviyyədə inkişaf etmiş olur., qrup identifikasyası yüksək səviyyədə olur, qrupda psixolji uyuşma yüksək səviyyədə özünü biruzə verir. Bu ona görə belədir ki, kollektiv qrupun inkişafını ən yüksək səviyyəsidir. Qrupda isə şəxsiyyətlərarası münasibətlər qismən fərqli olur. Adətən qrupun xüsusiyyətində qrup fərqli qrupun lideri olur.

Şəxsiyyətlərarası münasibətlərdə qismən azadlıq mövcut olur. Qrup və kollektivdə ümumiyyətlə şəxsiyyətlərarası münasibətlərin 2 forması qeydə alınır.

1.İşgüzar münasibətlər.

2.Şəxsi qarşılıqlı münasibətlər.

İşgüzar münasibətlərə- əməkdaşlıq qarşılıqlı kömək, rəqabət aid edilir. Buna obyektiv münasibətlərdə deyilir.

Şəxsi qarşılıqlı münasibətlərə dostluq, sevgi, şəxsi münsqişələr, küsmək, barışmaq halları və.s.

Qrup diferensiyası- dedikdə ayrı ayrı qrup üzvlərinin sosial mövqeyi başa düşülür. Yəni, qruplarda qrup üzvlərinin statusu eyni səviyyədə olmur. Qrupun fəaliyyətində daha çox rol oynayan onun birində fəaliyyətinin təşkilatçısı adətən qrupun rəhbəri yada lideri olur. Qrupda bəzi üzvlər orta mövqedə bəziləri isə təcrid olunmuş səviyyədə olurlar. Upda hər bir qrup üzvünün mövqeyini, şəxsiyyətlərarası münasibətlərin təsahür xüsusiyyətləri şəxsiyyətlərarası seçmədən asılıdır. Yəni qrup üzvlərinin bir birinə bəslədiyi simpatyadan, rəğbətdən antipatyadan yəni nifrət və laqeyitlikdən asılıdır.

Diferensiya- özü parçalanma mənası verdiyi üçün elə başa düşülür ki, sanki qrupda şəxsiyyətlərin mövqeyləri arsında parçalanma gedir əslində isə bu belə deyildir, qrupda hər kəs özünə məxsus psixoloji keyfiyyətlərinə görə mövqe tutur.

Hər kəsdə tutduğu mövqeyə görə qrupda seçilir. Qrupda şəxsiyyətlərarası seçməni aparmaq üçün əsasən sosiometriya metodundan istifadə olunur. Sosiyo- cəmiyyət, metriya- ölçürəm mənasını verir. Sosiyometrik nəzəriyyəni ilk dəfə işləyib elmə gətirən almaniya psixoloqu Con Morino olmuşdur. Con Moreno hesab edir ki, cəmiyyətdə mövcut olan qrupları insanları bir birinə bəslədiyi rəğbətə uyğun olaraq birləşdirsək, qruplar yaratsaq, hər hansı bir işin öhtəsindən daha yaxşı gələr, hər bir şəxsiyyətin inkişafı üçün əlverişli şərait yaranar və bundan cəmiyyət udar və sağlamlaşar. Sosiometrik metod üzvləri bir birini kifayət qədər tanıyan qrupda olmalıdır.

Sosiometriya metodu sonralar psixoloq tərəfindən işlənib məs( A.V.Petroviski tərəfindən) və hal hazırda bu metodu köməyi ilə qrup və kollektivdə şəxsiyyətlərarası münasibətlərin təzahür xüsusiyyəti öyrənir. Sosiametriya metodunun aparılması praseduraları aşağıdakı kimi ən əvvəl sosiometrik meyar tərtib olunur. Bu zaman qrupun fəaliyyət sferası nəzəriyyə alınır məs. sən doğum gününə kimi dəvət edərdin? Sonra qrup üzvlərindən hər birinə 3 nəfəri seçmək təklif olunur. Seçim 3 nəfərdən çox ola bilməz. Seçim aparılan zaman I yerdə ən çox rəğbət bəslədiyi, II yerdə onlara nisbətən az rəğbət bəslədiyi adamların adını yazır sonra sosiometrik matrisa tərtib olunur. Burada şaqulu istiqamətdə seçənlərin adı, familyası yazılır, üfiqi istiqamətdə seçənlərin isə sıra nömrəsi yazılır. Sonda matritsada (cədvəl) seçmələr və qarşılıqlı seçmələr kəmiyyətcə sayılır və qərar çıxır.

Şəxsiyyətlərarası seçmə müxtəlif motivlər əsasında aparılır. Seçmənin emosiyonal təzahürü kimi rəğbət, nifrət və layeqitlik qeyd olunur. Bunlar hər 3 müxtəlif formada təzahür edə bilər. Məs. mən ad günümə Gülnarı dəvət etmək istəyirəm, ona görə ki, o şən xarakterlidir.

Motivləşmə bilavasitə qrupun birgə fəaliyyətindən asılı olur. Məs qrup ilə təhsil qanunu motivləşməsi eyni deyil.

Qrupda şəxsiyyətlərarası seçməni eyni zamanda referento- metriya metodu vasitəsi ilə öyrənməkdə mümkündür. Referntometriya metodu vasitəsi ilə qrupa hər bir qrup üzvü üçün əhəmiyyətli ünsiyyət dairəsini təşkil edən şəxsiyyəti müəyyənləşdirmək mümkündür.

Referentometriya metodu imkan verir ki, ayrı ayrı qrup üzvlərinin əhəmiyyətli ünsiyyət dairəsini müəyyənləşdirsin. Referentometriya sosiyametriyanın gördüyü işi görə bilmir, sosiyametriya referentometriya metodunun görə bilmədiklərini edə bilmir. Referentometriya metodunun aparılması prosedurası aşağıdakı kimidir.

Hər bir qrup üzvnə digər qrup üzvlərinin hər biri haqqında əvvəlcədən adını yazmaqla fikrini yazılı sürətdə yazmaq təklif olunur. Sonra hər kəs qrup üzvləri haqqında yazılmış rəyləri bir zərfə qoyur və psixoloqa verir. Zərfləri stolun üstünə düzülür, sınanılanlara(qrupüzvlərinə) belə bir təlimat verir ki,(nə etməliyəm) hər kəs istədiyi 3 nəfərin rəyi ilə tanış ola bilər, (zərflərin üzərində hər müəllifin adı yazılır) 3 dən artıq rəylə tanış olmaq olmaz. Referentlik 2 qütbdə özünü biruzə verə bilər. Həm rəğbət bəslədiyi qrup üzvlərinin rəyi ilə tanış olmaq, həmdə rəğbət bəsləmədiyi qrup üzvlərinin rəyi ilə tanış olmaq referentlik hesab olunur-hər 2 də

Qrupun yekdirliyi- qrupun məqsəd birliyi.

Qrup inteqrasiyası.

İnteqrasiya- yığılma deməkdir. Qrupdaxili inteqrasiya dedikdə- qrupun əmələ gəlməsi, qrup üzvlərinin daha sıx birləşməsi, qrup həmrəyliyi psixolji iqlimi başa düşülür. Qrup həmrəyliyi- qrup identifikasyasının təzahür xüsusiyyətidir(eyniləşdirmə) həmrəyliyi yaradan şəxsiyyətlərarası sıx simpatya və məqsəd birdir. Hətta qrup fəaliyyətinin məzmunu və məqsədi olur. Ümumiyyətlə qrup yaradan faktor”biz” hissidir. Birgə fəaliyyətin müvəfəqiyyəti və müvəfəqiyyətsizliyidə qrup inteqrasyasına əhəmyətli təsir göstərir. Birgə fəaliyyət dedikdə- qrup üzvlərinin hamısının iştirakı təmin ounan fəaliyyət başa düşülür. Belə olanda həm müvəfəqiyyət həmdə müvəfəqiyyətsizlik qrupun hər bir üzvünü dərindən maraqlandırır.

Məsuliyyət –fenomeni dedikdə- hər bir qrup üzvünün qrupun ümumi işinə görə məsuliyyət hissinin səviyyəsi başa düşülür. Adətən yenicə yaranmış qrupda məsuliyyət fenomeni aşağı səviyyədə inkişaf etmiş qrup hesab edilən qruplarda isə yuxarı olur.

Diffus- parçalanma. Qrup üzvlərinin münasibətinin vasitələndirən birgə fəaliyyət uoxdur. Tədqiqatcının tədqiqat məqsədi ilə yaratdığı labarator qrupları diffuz qruplar adlanır. Diffuz qruplarda həmrəylik birgə fəaliyyət olmur, şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyətlə vasitələnmir.

Mövzu 3 Şəxsiyyətin psixologiyası.

Plan.

1. Fərd, fərdiyyət və şəxsiyyət anlayışlarının mahiyyəti. Müasir psixologiyada şəxsiyyət problemi.

2. Şəxsiyyət insanın sosial keyfiyyəti kimi, şəxsiyyətin quruluşu.

3. Şəxsiyyətin fəallığı, istiqaməti və sərvət meyilləri. Davranış motivləri. Maraqlar. Əqidə və dünyagörüşü. Şəxsiyyətin yönəlişliyi(ustanovkası).

4. Şəxsiyyətin mənlik şüuru və onun formalaşması. “Mən”in kəşf olunması. “Mən” obrazının formalaşması. Özünüqiymətləndirmə və iddia səviyyəsi. Psixoloji müdafiə.

5. Şəxsiyyətin formalaşması(inkişafa təsir edən amillər və inkişafın hərəkətverici qüvvələri).

Fərd- İnsan cinsinə aid olan bütün canlıların hamısına deyilir. Başqa sözlə fərd – homos afunsin nümayəndəsi(ağıllı insandır) Bu baxımdan yeni doğulmuş uşaq, yaşlı insan, yeniyetmə, ağıldan kəm, yetgin insan və.s fərd hesab olunur.

İnsan dünyaya fərd kimi gələrək şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır.

Fərd- Özünə məxsus psixoloji xüsusiyyəti olan, heç kimə oxşamatan təbii varlıq deməkdir. Bu anlayış insana aid edilir.

Şəxsiyyət-konkret ictimai tarixi dövrdə yaşayan başqa insanlarla ünsiyyətə girən, ətraf aləmi dərk edən və\ onu dəyişdirməyə çalışan əmək, idrak və subyektinə deyilir. Şəxsiyyətin 200 qədər tərifi mövcuddur. Bu onu göstərir ki, bu anlayış hələdə dəqiq müəyyənləşdirilməmişdir fərqli baxışlar buna görə mövcutdur. Bütün təriflərin hamısı üçün ümumi cəhət ondan ibarətdir ki, şəxsiyyət insanın sosiyal keyfiyyətlərini məcmuyi kimi qəbul olunur. Yəni insan şəxsiyyətdir. Ona görə yox ki, Homosapensin nümayəndəsidir.

Homasapens- insan cinsinə aiddir, ona görə ki, o özünün sosial həyatı boyu müəyyən sosial keyfiyyətlər əks edir.

Müasir psixologiyada şəxsiyyət problemi.

Bu problem müasir psixologiyada aşağıdakı istiqamətlərdə araşdırılır.



  1. Şəxsiyyətin inkişaf problemi.

  2. Şəxsiyyətin inkişafına təsir edən amillər problemi.

  3. Şəxsiyyətin inkişafının hərəkətverici mexanizmi problemi.

  4. Şəxsiyyətin inkişafının motivləşməsi problemi.

Keçmiş Sovet məkanında şəxsiyyətin inkişafı problemini öyrənən 3 böyük məktəb fəaliyyət göstərirdi.

1. Moskva məktəbi –( A. V. Petrovski və onun əməkdaşları) Şəxsiyyəti sosial varlıq kimi nəzərdən keçirir.

2. Sanktpeterburq məktəbi – (B. Q. Ananyev)

3. Gürcüstan məktəbi – (D. Uznadze, Nadraşvili və s.) Şəxsiyyətin ustanovkası problemlərini öyrənir.

Şəxsiyyətin formalaşması.

Şəxsiyyətin formalaşmasına aşağıdakı amillər təsir göstərir.

1.İrsiyyət amili.

2.Sosial mühit amili.

3.Təlim-tərbiyə amili.

4.Təbii şərait.

5.Şəxsiyyətin fəallığı (heç də fərdlərin hamısı təcrübəni eyni səviyyədə mənimsəmir)

K.Marks qeyd edirdi ki, şəxsiyyətin mahiyyətini nə onun saqqalı, nə qanı, nə mücərrəd fikri, təbiəti deyil sosial keyfiyyətləri təşkil edir. İnsan sosial keyfiyyətləri bütün həyatı boyu cəmiyyətdə yaşayaraq əldə edir. Şəxsiyyət ictimai cəhətdən fəaldır. Yəni o öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir. Şəxsiyyətin istiqamətini onun motivlərinin davamlı sistemi: maraqlar, əqidələr, dünyagörüşü və s. müəyyən edir. Şəxsiyyət üçün şəxsi məna kəsb etmək (A. N. Leontiyev) mühüm əhəmiyyət kəsb edir. İndiki anda şəxsiyyətin təlabatına uyğun gələn obyektlər şəxsi məna kəsb edir. Bu cəhət I növbə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində , emosiya və hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.

Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylərə, özünə münasibəti onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarı ilə onun münasibətləri ilə müəyyən olunur.

Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni-özü haqqında təsəvvür sistemi (mən obrazı, mən konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur. Qeyd etdiyimiz bu xüsusiyyətlər heyvanlarda böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar fərddirlər, lakin şəxsiyyət deyildir. Anadan təzəcə doğulmuş uşaqda hələ şəxsiyyət deyildir.O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevriləcəkdir. Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Psixologiyada şəxsiyyətin aşağıdakı təzahür formaları ayrılır.

1.Formalaşmaqda olan şəxsiyyət-uşaq, yeniyetmə.

2.Yetgin şəxsiyyət-yəni müəyyən yetginlik səviyyəsinə çatmış.

3.Dahi şəxsiyyət-yəni adı tarixə düşən, öz xalqının rifahi naminə böyük işlər görən, bəşəri hisslərlə yaşayan şəxsiyyət.

Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi.

Bu problemi araşdıran aşağıdakı istiqamətlər mövcuddur.

1.Sosisgenetik istiqamət – Sosial amillərin rolunu həddən artıq qabardır. İrsiyəti heç nəzərə almır.

2. Biogenetik istiqamət – Bioloji amillərin rolunu həddən artıq qabardır, sosial mühitin rolunu həddən artıq heçə endirir.

3. İki amilin konvergiyası – Hesab edirlər ki, hər iki amil Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsidir.

4. Dialektik istiqamət – Hesab edir ki, fəaliyyət prosesində artan təlabatlarla bu təlabatların ödənilməsi imkanları arsındakı ziddiyyətlər Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsidir.

Fərdiyyət – dedikdə hər bir fərdin və şəxsiyyətin başqalarından fərqlənən sosial keyfiyyətləri başa düşülür. Belə ki, hər bir fərd istər şəxsiyət, istərsədə fərdiyyət özünün psixikasının və şəxsiyyətinin özünəməxsus xüsusiyyətləri ilə seçilir. Fərdiyyət temperament və xarakter əlamətlərində təlabatın, maraqların, intelektin, qabiliyyətlərin və s. özünəməxsus xüsusiyyətlərində təzahür edir.

Hər bir şəxsiyyət həm fərd, həm də fərdiyyətdir. Çünki, fərddi ona görə ki, bioloji varlıqdır (insan cinsinə aiddir), fərdiyyətdir ona görə ki, onda digərlərindən fərqli sosial keyfiyyətlər mövcuddur. Hər bir şəxsiyyət fərddir, lakin hər bir fərd şəxsiyyət deyildir. A. N. Leontiyev bu barədə yazırdıki: “ İnsan dünyaya fərd kimi gəlir şəxsiyyət kimi formalaşır ”. Fərdiyyətin strukturunda fərd və şəxsiyyətin rolu eyni deyildir. İnsana bir fərd kimi xas olan xüsusiyyət

, məs: həssaslıq, astagəllik və s. Şəxsiyyətin təsiri ilə yeni məzmun və forma kəsb edir. Xudbin adamla kolektivçi adamlada, məs: həssaslığın təzahürlərini müəyyən edin. Onlardan I nəyə həssasdır, II nə zaman kədərlidir? İzahata necə deyərlər ehtiyac yoxdur.Yəni xudbin adamın diqqət mərkəzində onun özü və şəxsi mənafeyi durur. Kollektivçidə isə əksinə, başqalarının mənafeyinə toxunmamaq ön planda durur.


Şəxsiyyətin strukturu. (qruluşu)

Şəxsiyyətin strukturunda 2 yarım struktur ayrılır.

1). Bioloji yarım struktur.

2). Sosial yarım struktur.

Bioloji yarım struktur - orqanizmin xüsusiyyətləri mərkəzi sinir sisteminin xüsusiyyətləri, temperamentintipi başa düşülür. Bioloji yarımstruktur şəxsiyyətin irsən anadangəlmə aldığı əlamətlər.

Sosial yarım struktur dedikdə - isə şəxsiyyətin psixi keyfiyyətləri, xassələri, şəxsiyyətin münasibətlər sistemi, motivləri, istiqaməti, maraqları başa düşülür. Sosial yarımstruktur şəxsiyyətin ontogenezinin əldə etdikləri aid edilir.

Xarici ölkə psixoloqları insan şəxsiyyətində bioloji və sosial amillərin təsiri ilə formalaşan 2 əsas yarım struktur ayırırlar. Şəxsiyyətin strukturunda endopsixi və ekzopsixi steraları ilk dəfə rus psixoloqu Lazurski ayırmışdır.

I yarım struktur-Endopsixi.

II yarım struktur-Ekzopsixi.

Şəxsiyyətin qavrama qabiliyyəti, təfəkkürü, hafizəsi, təxəyyülün xüsusiyyətləri, iradəsi və s. endopsixikaya aid edilir. Endo-daxili deməkdir.

Şəxsiyyətin münasibətlər sistemi, təcrübəsi, maraqları, meylləri, ideyaları, hissləri və s. isə ekzopsixikaya aid edilir. Ekzo-xarici deməkdir. Bunların əsasında şəxsiyyət haqqında endogen və ekzogen şəxsiyyət nəzəriyyəsi durur. (Qərb psixologiyasında)

Z. Freydin təsnifatı-Z. Freyd Şəxsiyyətin strukturunda 3 yarımstruktura ayırırdı.

1. İd-Şüursuzluq yaxud şüuiraltı. Müəllifin fikri burada dərk olunmayan şüuraltı təlabatlarıaqressivliyi, irticaçılığı, əks cinsə olan marağı qeyd etmək olar-dəli istəklərdir.

2. Eko-mən, şüur-Müəllifin fikrincə bu yar5ım struktur pisi yaxşıdan, zərərlini zərərsizdən ayırmaq imkanı verir. Bu yarım strukturun əsas funksiyası şüuraltından və üst məndən gələn informasiyaları təhlil etməkdir. Bu yarımstruktur reallıq prinsipinə əsaslanır. Onun həyata keçib-keçməməsini mümkünlüyünü müəyyənləşdirsin.

3. Super eqo-Bu yarımstruktur şəxsiyyətin cəmiyyətdə davranışının tənzimlənməsində mühüm rol oynayır. Sosial qaydalar, normalar və qadağalar mövcuddur. Yəni cəmiyyətdə olan qadağalar.

R. R. Platonovun təsnifatı – Leninqrad məktəbinin nümayəndəsidir. Məşhur rus psixoloqu Platonov şəxsiyyətin strukturunda 4 yarım struktur ayırırdı. Bunlar aşağıdakılardan ibarətdir.

1). Bioloji cəhətdən şərtlənmiş yarımstruktur – buraya şəxsiyyətin temperamenti, sinir sisteminin tipi, beyinin yarımkürələr qabığının potensial imkanları, insanın bədən qruluşu aid edilir.

2). Psixoloji cəhətdən şərtlənmiş yarım struktur – buraya şəxsiyyətin psixi keyfiyyətləri və prosesləri aid edilir. Məs: duyğular, qavrayış, hafizə və s.

3). Təcrübə yarımstruktur – buraya şəxsiyyətin bilik, bacarıq və vərdişləri aid edilir.

4). Şəxsiyyətin istiqaməti yarımstrukturu – buraya şəxsiyyətin maraqları, meylləri, idealları və əqidəsi aid edilir.

Müəllifin fikrincə bütün yarım strukturlar bir birilə qarşılıqlı əlaqədədir və şəxsiyyətin inkişafında onlar mərhələli düzümə malikdir. Başqa sözlə insan fərddən tədricən şəxsiyyətə çevrildikcə bu yarımstrukturlar bir-birini əvəz edir.

Şəxsiyyətin fəallığı istiqaməti və sərvət meylləri.

Şəxsiyyətin fəallığının 3 forması ayrılır.

1.Fiziki (hərəki) fəallıq.

2.Psixi fəallıq.

3.Sosial fəallıq.

1.Fiziki fəallıq – şəxsiyyətin hərəkətlırində, çevikliyində özünü biruzə verir. Yəni, şəxsiyyətin məqsədyönlü hərəkətləri, davranışı, gerçəkliyi dəyişdirmək istiqamətində gördüyü işlər başa düşülür. Genezisi erkən yaşlardan uşaqlara hərəkət müstəqilliyinin verilməsi ilə şərtlənir.

2.Psixi fəallıq – şəxsiyyətin psixi proseslərinin cərəyanında, inkişaf səviyyəsində özünü biruzə verir. Yəni, şəxsiyyətin idrak prosesinin gedişatında, onun gerçəkliyinin dərk etməsində biruzə verən fəallıq başa düşülür. Senezisi erkən yaşlarda uşaqlarda psixi proseslərin inkişaf etdirilməsi üçün şəraitin yaradılması ilə şərtlənir.

3.Sosial fəallıq – Şəxsiyyətin cəmiyyətdə mövqe tutmasında ictimai-siyasi hadisələrə münasibətdə biruzə verir. Sosial fəallığın genezisi erkən yaşlarda uşaqlarda özünə inam formalaşdırmaqla və onları ictimai fəallığa təhrik etməklə şərtlənir. Şəxsiyyətin fəallığının mənbəyi problemi qismən mübahisəlidir. Məs: Z. Freydin fikrincə şəxsiyyətin fəallığını tənzim edən onun şüuraltında mövcud olan cinsi və özünü müdafiə instiktidir.

Neofreydistlərin (E. From, K. Xorni, A. Adler, A. Freyd və s.) fikrincə şəxsiyyətin fəallığını təmin edən anadangəlmə sosial keyfiyyətlərdir. Təhlükəsizlikdən yaxa qurtarmaq, başqalarının məhəbbətini, tərifini, sevgisini, rəğbətini qazanmaq, nüfuz qazanmaq və s.

Humanist psixologiya hesab edir ki, şəxsiyyətin fəallığını özünə aktuallaşdırma təlabatları təşkil edir.

Dialektik materialist psixologiya hesab edir ki, şəxsiyyətin fəallığı ətraf aləmlə qarşılıqlı prosesdə fəaliyyətdə təzqahür edir. Şəxsiyyətin fəallığının mənbəyini onun təlabatları təşkil edir. Şəxsiyyətin fəallığı təlabatların təmin olunması prosesində təzahür edir. Şəxssiyyətin fəallığını təmin edən amillər aşağıdakılardır.

1.Təlabatlar.

2. Məqsəd.

3. Motivlər(emosiyalar və hisslər, arzu, istək, maraqlar, meyllər, əqidələr, cəhdlər)

Təlabatlar – Şəxsiyyətin fəallığı təlabatların təmin olunması prosesində təzahür edir. Buradada insan şəxsiyəti fəallığı və heyvan davranışında onun sayəsində fəaldır ki, onun təbii təşkili (bədənin qruluşu və üzvləri, instinktlər fondu) onun təlabatlarının obyekti ola biləcək və onları əldə etmək üçün fəal cəhd doğuracaq şeylər dairəsini 1 növ qabaqcadan müəyyən edir.

Heyvanın t6əlabatlarında təbii .ey onun fəallığının stimulu kimi bilavasitə təmsil olunmuşdur. İnsanın fəallığı və bu fəallığın mənbələri – insan tələbatları başqa cürdür.

İnsan təlabatları onun tərbiyəsi, yəni insan mədəniyyəti aləminə qovuşmaq prosesində formalaşır.

RTəbii şey məs: sadəcə qənimət, yəni, yalnız bioloji mənaya malik cisim – qida olmaqdan çıxır. İnsan alətlərin köməyilə cisimlərin şəklini dəyişməyə və onları özünün tarixi inkişafının məhsulu olan təlabatlarına uyğunlaşdırmağa qabildir. Buna görə də insanda təlabatların təmin olunması prosesi fəaliyyət formalarına, müəyyən ictimai inkişafa fəal, məqsədyönlü yiyələnmə prosesi kimi meydana çıxır. İnsanın tələbatları ictimai-şəxsi xarakterə malikdir. Özünün mənşəyinə görə tələbatlar təbii və mədəni ola bilər.

İnsanın aktivləşdirici fəaliyyəti onun özünün və nəslinin həyatının mühafizəsi və qorunması üçün zəruri olan şəraitdən asılılığı təbii tələbatlarda ifadə olunur. Bütün adamlarda yeməyə, içməyə, yuxuya, soyuqdan və həddindən artıq istidən qorunmağa və s. təbii tələbatlar vardır. Əgər təbii tələbatlardan hər hansı biri nisbətən uzun müddət ərzində təmin oluna bilməzsə, insanın özü mütləq məhv olar və ya cinsi davam etdirmə imkanından məhrum olar. İnsanın aktiv fəaliyyətinin insan mədəniyyəti məhsullardan asılılığı, mədəni tələbatlarda ifadə olunur. Mədəni tələbatların obyektlərinə həm bu və ya digər təşəkkül tapmış mədəniyyət şəraitində hər hansı bir təbii təlabatın təmin olunması vasitəsi kimi xidmət edən əşyalar.məs: çəngəl və qaşıq, yemək üçün çubuqlar aid edilir. Həm də başqa adamlarla əmək və mədəni ünsiyyət üçün, insanın mürəkkəb və çoxcəhətli ictimai həyatı üçün zəruri olan əşyalar aid edilir. Şəxsiyyətin mənəvi cəhətdən doğruldulan tələbatları insanın yaşadığı cəmiyyətin tələblərinə cavab verən, bu cəmiyyətdə qəbul edilmiş zövqə, qiymətlərə, başlıcası isə dünyagörünüşünə uyğun gələn tələbatdır. Predmetinin xarakterinə görə tələbatlar maddi və mənəvi ola bilər.

Maddi tələbatlarda – insanın maddi mədəniyyət əşyalarından asılılığı məs: qidaya, geyimə, mənzilə, məişət əşyalarına və s. tələbat.

Mədəni tələbatlarda – isə ictimai şüur məhsullarından asılılığı meydana çıxır. Mənəvi tələbatlar mənəvi mədəniyyətin mənimsənilməsində ifadə olunur. İnsana başqaları ilə özünün fikir və hisslərini bölüşdürmək tələbatı, məs: qəzet, kitab oxumaq, musiqini dinləmək tələbatı və s. Başqa adamlarla ünsiyyət tələbatı kimi mənəvi tələbatı xüsusi göstərmək lazımdır.

Mənəvi tələbatlar maddi tələbatlarla ayrılmaz surətdə bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün əlbətdə maddi şeylər, məs: kitablar qəzetlər yazı və s. tələb olunur ki, bunlarda öz növbəsində maddi tələbatların predmetini təşkil edir.

Deməli, mənşəyinə görə təbii olan tələbat eyni zamanda predmetinə görə maddi tələbat ola bilər. Mənşəyinə görə mədəni olan tələbatlar predmetinə görə ya maddi, yada mənəvi ola bilər. Həmin təsnifat tələbatların olduqca müxtgəlif növlərini əhatə edir və onların insan şürunun inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə edir.

Məqsəd məzmun cəhətdən nəzərdən keçirilən dərk edilmiş motivlər şəxsiyyətin məqsədini üzə çıxarır. Müəyyən bir tələbatı təmin edə bilən obyekt insanın şüurunda məqsəd kimi meydana çıxır. Tələbatlar obyektini məqsəd kimi dərk edən insan özünün şəxsi məqsədlərini mənsub olduğu kollektivin, cəmiyyətin məqsədləri ilə əlaqələndirir, öz məqsədlərinin məzmununa zəruri düzəlişlər, eləcədə əlavə düzəlişlər edir.

Şəxsiyyətin istiqaməti-dedikdə onun fəallığının istiqaməti başa düşülür. Şəxsiyyətin fəallığını istiqamətləndirən onun emosional iradi sferasıdır, əqidəsi və dünya görüşüdür, maraqları və meylləridir. Şəxsiyyətin 3 istiqaməti ayrılır.

1.Şəxsi istiqamət-bu zaman şəxsi istəklər ön plana çəkilir.

2.İşgüzar istiqamət-bu zaman iş marağı ön plana çəkilir.

3.İctimai istiqamət-bu zaman ictimai maraq ön plana çəkilir. Məs: başqaları xatirinə hər hansı işi görür. Şəxsiyyətin ictimai istiqamətləri nə qədər yüksək olarsa bir o qədər ona yüksək inkişaf etmiş şəxsiyyət deyərdik.

Şəxsiyyətin sərvət meylləri- sərvət meylləri şəxsiyyətin fəallığını təmin edən amillərdən biridir. sərvət meylləri şəxsiyyətin nəyə daha çox(maddi yaxud mənəvi) olanlara meyllənməsi, istiqamətlənməsi başa düşülür. Şəxsiyyətin sərvət meyllərinin formalaşmasında tərbiyənin yaşadğı mühitin rolu böyükdür.

Şəxsiyyətin davranış motivləri-motiv dedikdə şəxsiyyəti fəaliyyətə müəyyən tələbatlarının təmin olunması ilə bağlı təhrik edən subyektiv vəziyyətlər başa düşülür. Şəxsiyyətin tələbatları ona motivlər formasında şərh olunur. Yəni, tələbatımız olmağını bizə motivlər əbər verir. Şəxsiyyətin davranış motivləri həm dərk oluna, həm də dərk olunmaya bilər.

Ümumiyyətlə şəxsiyyətin davranış motivlərinə maraqlar, əqidələr, cəhdlər yaxud meyllər aid edilir. Maraqlar.- İnsanın idrak tələbatının emosional təzahürüdür. Başqa sözlə desək şəxsiyyətin öyrənmık istəyində özünü biruzə verir.Fəaliyyət prosesindı maraqların rolu daha çoxdur.

Maraqların insanı dərk etməyə, öyrənməyə sövq edən və bu zaman emosional rahatlıq tapmağa sövq edən motivlərdir.

Maraqların idrakın daimi təhrikedici mexanizmi kimi meydana gəlir.

Maraqların məzmununa, məqsədinə, genişliyinə və davamlığına görə ayırırlar.

Məzmununa görə- maraqların fərdi idrak tələbatlarının obyektlərini və müəyyən fəaliyyətini məqsədi üçün, geniş mənada isə Ş-in mənsub olduğu cəmiyyət üçün onların real əhəmiyyətini aşkara çıxarır. İnsanın əsasən nəyə maraq göstərməsi və onun idrak tələbatları obyektinin ictimai dəyərinin necə olması psixoloji cəhətdən mühümdür.məs.m.ktəbin ən mühüm vəzifəsindın biri yeniyetmə və gənsin fəal idrak fəaliyyətini stimullaşdıran və məktəbi qurtardıqdan sonrada hifz olunan ciddi və məzmunlu maraqların tərbiyyəsindən ibarətdir.

Məqsədinə görə -fərq vasitəli və vasitəsiz maraqların olması aşkar edilir. Vasitəsiz maraqların əhəmyyətli obyekti emosional cazibədarlığı ilə yaranır. Məs. Adam deyir ki, “bunu bilmək, görmək mənim üçün maraqladır”.

Obyektin real əhəmyyəti ilə onun Ş üşün əhəmiyyəti uyğun gəldikdə, vasitıli maraqlar meydana çıxır. Məs. Adam deyir ki, “bu mənim üçün maraqlıdır, çünki mənim mənafeyimə utğundur.”

Əmək və tədris fəaliyyətində heç də hər şey vasitəsiz emosional cazibəyə malik deyildir. Buna görədə əmək proseslərinin şüurlu təşkilində aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir.

Ggenişliyinə görə - də maraqlar fərqlənir. Bəzi adamların onların 1 sahədə mərkəzləşə, başqalarında isə sabit əhəmiyyətə malik olan bir şox obyektlər arasında bölünə bilər.

Maraqların səpələnməsi yəni, dağınıqlığı çox vaxt Ş in mənfi xüsusiyyətləri kimi meydana çıxır, lakin maraqların genişlənməsi nöqsan kimi şərh etməlidir.

Maraqlar onların davamlılığı dərəcəsinə görədə növlərə ayrıla bilər. Marağın davranışlığı nisbətən intensif marağın uzun müddət hifz olunmasında ifadə edilir.

Davamlı maraqlar- insanın formalaşmağa başlayan qabiliyyətinin göstəricisində müəyyən dioqnostiq dəyərə malikdir.Lakin insanda davamlı marağın olması haqqındakı nəticə dərin psixolji təhlil tələb edir. Çox vaxt maraqların hətta kifayyət qədər aydın ifadə olunan, sanki özünüqiymətləndirmə, və özünütəhlil də təsdiq olunan (anket, intervyu, və s.)xarici təzahüri müşahidəçini çaşdıra bilər.

Maraqlar- şəxsiyyətin fəaliyyətinin motivləşməsinin mühüm, lakin yeganə olmyan cəhətidir.

Əqidələr- Ş in baxışına, prinsiplərini, dünyagörüşünə uyğun olaraq hərəkət etməyə təhrik edən dərk olunmuş tələbatlar sistemidir.

Əqidənin əmələ gəlməsində ətraf aləm, təbiət və cəmiyyət, haqqında biliklər rol oynayır. Bu biliklərin qaydaya salınmış və daxilən təşkil edilmiş baxışlar sistemini, məs.fəlsəfi, estetik, etiq, təbii elmi və s.təşkil etdikdə onlar insanın dünyagörüşü kimi nəzədən keçirilə bilər. Deməli əqidələrin formalaşmasında 1 ci dünya görüşüdür.

Dünyagörüş- İnsanın gerçəkliyə olan baxışlar sistemidir. Dünyagörüşün növləri kimi aşağıdakı kimi ayırmaq olar.


  1. Elmi dünyagörüş

  2. Fəlsəfi dünyagörüş

  3. Dini dünyagörüş.

Əqidə Şüursuzluğun –in istiqamətinin ən yüksək forması hesab edilir və insanın şəxsiyyət kimi təzahüründə mühüm rol oynayır. Əqidə təmınnasız təhrikdir.

Cəhtlər yaxud meyillər- Müvafiq şəraitdə bilavasitə biruzə verən davranış motivləridir. Onlar xüsusi təşkil olunmuş fəaliyyət vasitəsi ilə təmin olunur. Cəhdlər niyyətli və niyyətsiz olur.

Şəxsiyyətin cəhtlərində ideaları aid edilir. Ümumiyyətlə Ş-in davranış motivləri kimi maraqları, əqidələri, cəhdləri, həvəsləri, dərk olunmuş davranış motivləri hesab olunur. Bununla bahəm Şüursuzluğun-ın davranışında dərk edilməyən motivlər ayrılır. Şüursuzluöun –ın davranışının motivlərinin öyrənilməsinə XX əsrin əvvələrində başlamışdır.

Şəxsiyyətin dərk olunmayan davranış motivlərindən ustanovka(yönəlmiş) hesab olunur.

Bu anlayış psixologiya elminə gürce psixoloquD.N.Uznadze gətirmişdir.

Ustanofka dedikdə -tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq başa düşülür. Ustanofka müəyyən bir fəaliyyətə şəxsiyyət tərəfindən dərk edilməyən hazırlıq alətidir.

Sosial obyektZ. in qavranılmasına yönəlmiş sosial ustanofka yaranır. Məs. Xalq, qrup və s. Şəxsiyyət nəzəriyyələri humani n

Klasik nəzəriyy klinik nəzəryələr bihovior

1.Z.Freydin nəzəriyyəsi. Eksperimental nəz koqnit n

2.K.Yunqun nəzəriyyəsi 1.Olportun və Merreyin pers nəz

3.A.Adlerin nəzəiyyəsi 2.Kettelin faktor nəzəriyyəsi.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin