Müasir şəxsiyyət nəzəriyyələri.
1 Freydin psixodioqnostiq nəzəriyyəsi-Freyd (1856-1939) Avsriya psixoloqudur. Freyd əvvəl hipnoz metodundan istifadə edərək nevroz nəzəriyyəində olan xəstələri müalicə edir. Sonralar o, hipnozdan imtina edir və sərbəst assosasiya metodundan istifadə edilir.
Freyd metodunda psixoanaliz adı verir. Bunun səbəbi ondan ibarətdir ki, xəstə ilə uzun müddət söhbət edərək o xəstəyə onun hansı səbəbdən xəstələnmsini başa salır. Xəstə başa düşməyə başlayır ki, onun şüurunu sıxışdırıb çıxaran nədir Freydin ifadəsinə görə desək katarsız baş verir. Yəni ruhun təmizlənməsi Freydin sonralar öz konsepsiyasından sağlam adamların psixikasını tətbiq edir.
Freydin insan psixikasını təyin edən 2 tələbatı 1. Libidoz və 2. İrticaçının tələbatını ayırır.
3. K.Yunqun analitik nəzəriyyəsi-K.Yunq (1875-1961)Freydin 2 tələbələrdən 1-i olmuşdur. Freydin libido anlayışı ilə razılaşmırdı. O, öz nəzəriyyəsini analitik psixologiya anlatırdı. Yunqa görə insan psixikası 3 səviyyədən ibarətdir. 1.Şüur.
2. Şəxsi şüursuzluq.
3.Kollektiv şüursuzluq.
Ş-in strukturunda aparıcı rolu” kollektiv şüursuzluq” oynayır. Kollektiv şüursuzluq bütün insanlıq üçün ümumidir. O, insanlığı keçmişindn qalmışdır.
Kollektiv şürsuzluq insanın şüuruna təsir edərək, onun andan olandan sonrakı davranışı qabaqcadan təyin edir.
4.E.Fromun “özgələşdirmə nəzəriyyəsi” –From Almanyada doğulub, lakin ABŞ da yaşayıb və orada işləyib. Onun “özgələşdirmə” (uzaqlaşdırma) adlanır. From Maksin əsərləri ilə tanış idi və Marksın “əməyin nəticələrinin özgələşməsi” təlimini əsas götürür.
From deyir ki, özgələşməklə mübarizə parmaq lazımdır. Və bu mübarizənin 1 yolu var o da insanların 1-1 psixologiya probleminə humanist münasibət bəsləməsidir. Belə olarsa özgələşmə olmaz.
K.Rocersin inderektiv nəzəriyyəsi- Humanist psixologiya nümyələrindən 1-dir. Rocer (1902-1987) ilk əvvəl fəaliyyətə pixiatr- terapev kimi başlayır, sonralar isə psixologiya problemi ilə məşğul olmağa başlayır.
Rocers özünün müalicə metodunu inderektiv(diqqətin cəmlənməsi) metod adlandırır. O, deyir ki həkim xəstəyə təlqinedici təsir göstərməlidir.
K.Rocersin inderektiv müalicə ideyası inkişaf edərək, sınralar inderektiv davranışının psixoloji nəzəriyyəsinə çevrildi. Müəllifə görə sağlam damların arasındakı ünsiyyət inderektiv olmalıdır.
Əlbətdə ind davranışı insanı böyük hörmət qoymağa tələb edir ki, bu da kopitalizm dünyasında çətinliklərlə rastlaşır, yəni kopitalis dünyasında insanların ind davrnışını çətinləşdirir.
.6. Q.Olport nəzəriyyəsi- Olport humanist yaxud personoloji yaxud eksiztenzialist cərəyanı yaradıcılarından biridir. O, şüursuzluğun öyrənilməsinə sistemli yanaşma prinsipinin təşəbbüskarı kimi çıxış edir. Onun nəzəriyyəsi şüursuzluğun ekspermental nəzəriyyəsinin yranmasına şərait yaratdı.
A.Maslo kimi o da şüursuzluğun özünü aktuallaşdıran varlıq kimi nəzərdən keçirir. Olportun nəzəriyyəsi şüursuzluğun əlaməti nəzəriyyəsi də adlanır. Bu nəzəriyyəyə görə insanları 1-1 dən özlərinin əlmətlərinin inkişaf səviyyəsinə və sayına görə fərqlənirlər. O ş-i öyrənmək üçün sorğular hazırlayır, bu sorğulardan o şüursuzluğu təsvir edən 4500 söz təklif edir. Hər bir söz ş-in müəyyən əlamətlərini təsvir edir.
7. Franklinin loqoterepiya nəzəriyyəsi-Frankli Avstriya psixiatrı və psixoloqu olmuşdur. O, psixoterapiyada yeni bir istiqamət kimi loqoterapiya (söznən müalicə)istiqamətini yaradır. Hitler hakimiyyətə gələndən sonra o həbs olunaraq Konslagerə salınır. Deməli konslagerdə olduğu devirdə onda loqoterepiya ideyası yaranır. Loqoterapiya metodunun əsas məqsədi insanlara həyatın mənasını axtarmaqda köməklik göstərmişdir. Onun nəzəriyyəsində mahiyyətcə psixoanalizə yaxınlıq hiss olunur. Eyni zamanda franklinin loqoterapiya nəzəriyyəsi humanislər psixologiyası ilə yaxınlığı qeyd olunur. Franklinin fikrincə hər bir şəxsiyyət həyatının mənasını axtarır və onu dərk etməyə cəlt göstərir.(mən nə üçün yaşayıram) Məhz həyatın mənasını dərk ounması şəxsiyyətin inkişafını hərəkətverici qüvvəsi hesb olunur. O belə bir müddəya mürciyət edir ki, fransada ictimai rəy sorğusunda iştirak edənlərin 89% qeyd ediblər ki insan nəyin xatirinə yaşamasını dərk etməyə ehtiyac duyur.
Franklinin loqoterapiya nəzəriyyəsinə görə həyatın mənasını dərk etmək uğrundakı mübarizə şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsidir. O, burada Z.Freydlə əks mövqedə durur. Ona görə ki, Freydin şəxsiyyət nəzəriyyəsində şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi instinqtiv tələbarların ödənilməsində ifadə olunurdu. Fanton- fansız sözüdür əlamət mənasını verir. İnsanın bədəninin qurluşunu ayrı-ayrı əzələləri haqqında duyğuların əmələ gəlməsi.
Şəxsiyyətin mənlik şüuru- mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dedikdə şəxsiyyətin tələbatları və qabiliyyətinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibət bəsləməsi başa düşülür. Mənlik şüuru insana özünü, yəni öz mənini qeyri mənlərdən ayırmaq özünün psixi keyfiyyətlərini mənəvi aləmini dərk etmək imkanı verir. Mənlik şüurun strukturunda 3 əsas konponent fərqlənir.
Mən- obraz. Buraya insanın özü haqqında təsəvvürləri aid edilir. Başqa sözlə psixoloji avtopartiret deyilir. Mən –obraz mürəkkəb hadisədir. Gəlin gənc oğlan və qızlara belə bir tapşırıq verək: özünü 20 sözlə səciyyələndir. Təcrübə göstərir ki, gənc oğlan və qızların bir çoxu ciddi çətinliklə rastlaşırlar. Onların bir çoxu 7-12 sözdən sonra bilmirlər ki, nə etsinlər. Bu o deməkdir ki, gənc oğlan və qızların özləri haqqındakı təsəvvürləri bir çox hallarda məhdud xarakter daşıyır. Hətta bəzən onlarda müəyyən ziddiyətlərdə özünü göstərir.
Özünüqiymətləndirmə buraya insanın özü haqqındakı təssəvürləri aid edilir. Yəni aderkvat sürətdə qiymətləndirmə. Özünüqiymətləndirmə termini 2 sözdən özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası aydındır. Söhbət insanın özünə verdiyi qiymətdə özünün obrazını qiymətləndirməsindən gedir. İnsanın özü haqqındakı təsəvvürlərinin formalaşması bilavasitə Özünüqiymətləndirməsi ilə bağlıdır. Özünüqiymətləndirmənin 2 komponentə ayrılır:
1 Koqnitiv (idrak)
2. Affektiv(emosional)
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin 3 səviyyəsinin müəyyənləşdirmək imkanı verir.
Adekfat Özünüqiymətləndirmədə şagird özünün ayrı-ayrı keyfiyyətlərini əsasən düzgün qiymətləndirir. Tutaq ki onun qabiliyyəti”10” a bərabərbir. O özünə 10 qiymət verir.
Qeyri Adekvat yuxarı qiymətlər- şagird özünü ayrı-ayrı keyfiyyətlərinin olduğundan yüksək qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti 10 bərabərdir. O özünə”15 ”bəzən”20” hətta daha yuxarı, məs 50 qiymət verir.
Qeyri adekvat aşağı qiymət- şagird özünün ayrı- ayrı keyfiyyətlərinə layiq olduqda aşağı qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti 10 bərabərdir o özünə 5, bəzən 7, hətta daha aşağı məs 3 qiymət verir. Özünüqiymətləndirmənin böyük əhəmiyyəti vardır. O insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibəti onun öz uğurlarına və uğursuzluqlarına münasibəti ayrı-ayrı həyatı situasiyasında davranış və rəftar öz qiymətindən asılıdır.
Potensial davranış reaksiyası-buraya insanın “ mən ” obrazı və özünə verdiyi qiymətin onun davranış və rəftarında təzahür etməsi aid edilir. Psixoloqlar qeyd edirlər ki, mənlik şüuru əsasən yeniyetməlik və gənclik yaşında formalaşır. Başqa sözlə bu dövrdə bu proses daha intensiv sürətlə gedir. Bu yaşda insan özünü daha çox təhlil etməyə, şəxsi keyfiyyətlərini dərk etməıyə meylli olur. Təsadüfü deyildir ki, yeniyetməlik yaşı dövrü şüurun ən intensiv inkişaf etdiyi bir dövr kimi ayrılır.
Mənlik şüuru öz başlanğıcını erkən yaşlardan götürür. Müəyyən olunmuşdur ki, uşaqlar özlərini güzgüdə ilk dəfə 18-20 ayliq olanda tanıyırlar. Onlar yaşa dolduqca idrak prosesinin inkişafı nəticəsində özləri haqqında təsəvvürlər də təkminləşir. Bəzi psixoloqlar qeyd edirlər ki, uşaqlarda mənlik şüurunun inkişafı onlar ilk “mən ” özüm dedikləri vaxtdan inkişaf etməyə başlayır. Uşaqların mənlik şüurunda nitqin rolu böyükdür.
İki yaşdan başlayaraq uşaqlar öz adlarını mən əvəzliyi ilə əvəz etməyə başlayırlar. Mənlik şüurunun inkişafında 3 yaşın böhranı xüsusi rol oynayır.
Məktəbəqədər yaşlı uşaqlarda artıq oğlan və qız anlayışından geniş istifadə edir. Və sən oğlansan yaxud qızsan? Sualına daha dəqiq cavab verirlər. 6 yaşlı uşaqlarda artıq öz bədənin sxemi haqqında təsəvvür formalaşır. Uşaqlarda mənlik şüurunun formalaşmasında cinsi difersiyasiyanın hər kəsin (öz cinsinə mənsub olunduğunun dərk olunması) rolu böyükdür. Şəxsiyyətin mənlik şüurunun inkişafında refleksiyanın da (insanın öz hərəkətlərini, davranışını, keçirdiyi hissləri bir növ kənardan müşahidə edərək qiymətləndirməsi özünə kənardan baxma rolu böyükdür)
Refleksiya özünü dərk etmənin bir formasıdır. Tədqiqatlar göstərir ki, refleksiya kiçik məktəbli yaşı dövründən başlayaraq biruzə verir. Kiçik məktəbli əməlini obyektiv surətdə təhlil etməyə başlayır. Onun başqa adamlara qarşı münasibətinin xarakteri dəyişir.
“Mən ” obrazının formalaşması
“Mən-obraz”nın əsasını insanın özü haqqında biliklərı təşkil edir. Lakin bu biliklər insan üçün heçdə ayıb xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən-obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir.
İnsanda eyni vaxtda 3 mən obrazı təzahür olur.(Uliyam Ceyms)
Real mən.
İdeal mən.
Sosial mən.
Real mən-insanın özü haqqında mövcud təsəvvürləri “real mən dedikdə Insan özünə öz gözü ilə baxır. O, özünü “real məni” ilə fəxr edə bilər. Bəzi hallarda isə real mən ətrafdakı adamların insana verdikləri qiymətə uyğun gəlmir.
İdeal mən-İnsan necə olmaq istəyərdi, adından göründüyü kimi ideal mən insanın özü haqqında ideyaları ilə bağlıdır. I növbədə onun psixoloji baxımdan mənası da bundan ibarətdir. İnsan öz ideal mənini həyata keçirmək üçün yollar axtarır və bu sayədə böyük səy göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün ideal mənindən çıxış edir.
Sosial mən – mən başqalarının təsəvvüründə necəyəm? Yəni insan həmişə özünə başqalarının gözü ilə baxır. Axı bizim hər birimiz insanların içərisində yaşayırıq və istər istəməz özümüzə onların gözü ilə baxmalıyıq. İnsanların təsiri prosesində sosial mənin əhəmiyyəti də məhz bundadır. Bu 3 komponent mən obrazının əsasını təşkil edir.
Şəxsiyyətin özünüqiymətləndirməsi.
Özünüqiymətləndirmə-dedikdə insanın öz potensial imkanlarını dərk edərək qiymətləndirilməsi başa düşülür. İnsanın özü haqqında təsəvvürlərinin formalaşması onun Özünüqiymətləndirməsi ilə bağlıdır. Özünüqiymətləndirmənin 3 səviyyəsi ayrılır.
Yüksək özünüqiymətləndirmə - olduğundan yüksək qiymətləndirmə.
Yəni belə insanlar özündən yuxarı qiymət verdiyi üçün belə olurlar.
Özünü düzgün qiymətləndirmə yaxud adekvat qiymətləndirmə- insanın özünün-özünə verdiyi qiymətlə ətrafdakıların ona verdiyi qiymət üst-üstə düşür.
Aşağı özünüqiymətləndirmə-belələri passiv olur özünə inam aşağı səviyyədə olur.
Özünüqiymətləndirmə və iddia səviyyəsi.
XIX əsrin sonunda yəni 1890-cı ildə məşhur Amerika psixoloqu Uilyam Ceyms şəxsiyyətin özünüqiymətləndirməsi ilə iddia səviyyəsi qarşılıqlı əlaqəni göstərmişdir. O bu əlaqəni aşağıdakı düstur vasitəsi ilə ifadə edirdi.
Özünüqiymətləndirmə, müvəfəqqiyyət səviyyəsi, iddia səviyyəsi.
Düsturdan görünür ki, özünü qiymətləndirmə müvəfiqiyyət səviyyəsi ilə düz, iddia səviyyəsi müvəfəqiyyətlə düz mütənasibdir. Çünki, müvəfəqiyyət artdiqca iddia səviyyəsi artır. Şəxsiyyətin iddia səviyyəsi problemini Amerika psixoloqu Xoppe çox geniş tətbiq etmişdir.
Şəxsiyyətin iddia səviyyəsi dedikdə onun öz uğurlarına və uğursuzluqlarına subyektiv münasibəti başa düşülür.Özünü qiymətləndirmədə olduğu kimi iddia səviyyəsinin də yuxarı adekvat və aşağı səviyyələri ayrılır.
İddia səviyyəsi artdıqca özünüqiymətlindirmə artır və s. Real imkanlarla iddia səviyyəsinin uyğun gəlməməsi qeyri-adekvat özünüqiymətlindirməyə gətirib çıxarır. Özünüqiymətlindirmədə koqnitik kompanentləri( dərkeləmə kompanentləri) çoxdur, iddia səviyyəsində isə emosional kompanentləri çoxdur.
Mövzu 5. Ünsiyyətin psixologiyası.
Plan
1. Ünsiyyət haqqında anlayış. Ünsiyyət və fəaliyyətin vəhdəti.
2. Ünsiyyət informasiya mübadiləsi kimi. Ünsiyyət vasitələri (verbal və qeyri verbal ünsiyyət vasitələri). Nitq. Nitqin funksiyaları və növləri.
3. Ünsiyyət qarşılıqlı təsir kimi. Ünsiyyət vasitəsi ilə qarşılıqlı münasibətin tənzim olunması. Sosial nəzarət və sosial normalar. Rollar və rol gözləmələri. Ünsiyyət prosesində insanların bir-birinə qarşılıqlı təsirinin təzahür formaları. Rəqabət və əməkdaşlıq, münaqişələr və onların həlli yolları.
4. Ünsiyyət insanların bir-birini qavraması və anlaması kimi. Sosial persepsiya. Milli xüsusiyyətlərin, yaş xüsusiyyətlərinin sosial persepsiyada əhəmiyyəti.
5. Ünsiyyət treninqi. Ünsiyyət mədəniyyəti.
Ünsiyyət haqqında anlayış-Ünsiyyət dedikdə insanların insanların bir birinə göstərdiyi qarşılıqlı prosesi başa düşülür.
Ünsiyyət prosesində insan başqa adamlara informasiya ötürür və onların verdiyi informasiyanı qəbul edir, başqa adamları qavrayır, anlayır və onlara qarşılıqlı təsirdə olur.
Ünsiyyət anlatışında çoxlu sayda tərif verilmişdir. Verilən bu təriflərin hamısı üçn insnların 1-1 nə təsir göstərməsi, 1-1lə qarşılıqlı əlaqədə olması ön plana çəkilir.
Ünsiyyətin tərifi- İki və daha çox adamın münasibətlərini aydınlaşdırmaq və müəyyən ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşməyə yönəlmiş təsiri ünsiyyət deyilir.
Ünsiyyəti insanın 1-1 lə danışması nəyi isə müzakirə etməsi prosesi kimi başa düşmək həddən artıq sadəlövlükdür.Ünsiyyət dah mürəkkəb prosesdir. Müasir psixologiyada ünsiyyətin 3 mühim tərəfi ayrılır.
1. Ünsiyyətin komminikativ tərəfi (informasiya tərəfi ) Ünsiyyətin prosesində iştirak edən admlardan biri tutaq ki, A hər hnsı bir məsələ haqqında B informasiya verir. I adama (A-ya) kominikator, II yə(B-yə) isə resipiyet deyilir. K-İ-R
2. Ünsiyyətin perseptiv tərəfi. (insanın 1-1 ni qavraması) Buna sosial persepsiyada deyilir. Ünsiyyət prosesində insanlar 1-1 nə məlumat verərkən, təsir göstərərkən həm də 1-1 ni qavrayırlar. Sosial persepsiya ünsiyyət prosesin səmərəli olmasının başlıca şərtlərindən biridir.
3. İnteraktiv tərəfi- (insanların 1-1 nə qarşılıqlı təsiri)
İntereksiya- qarşılıqlı təsir deməkdir. İnsanlar birgə fəaliyyət prosesində müxtəlif formlarda əlaqə və münasibətə girir, əməkdaşlıq edirlər. Darşılıqlı tısir dedikdə, bu cəhəti nəzərdə tuturlar. Hər şeydən əvvəl “qarşılıqlı” sözünə diqqət yetirək. Əgər təsir qarşılıqlıdırsa, bu o deməkdir ki, həmin prosesdə ən azı 2adam 1-1 lə ünsiyyətdədir, onların nədə isə 1-1 nə kömək etmək, nə haqqındasa məsləhət almaq, dərdini bölüşmək, nədə isə razılığa gəlmək və.s üçün 1-1 nə müraciət edirlər.
Ünsiyyət insanın həyatında mühüm rol oynatır. Ekspermental şəkildə müəyyən olunmuşdur ki, ünsiyyət defisiti (çatışmamazlığı) əsasən uşaqların psixi inkişafında mənfi təsir göstərir.hətta 1 yaşa qədər ki uşaqlarda yaşlılarla bilavasitə emosional ünsiyyətdən məhrum olunanda onlarda psixikasında və şəxsiyyətində müəyyən qüsur əmələ gəlir. Belə uşaqlarda yetginlik yaşına çatanda qapalı olur, ünsiyyətə çətin girir, qaradinməz olur.
Emosional cəhətdən quru (emosional münasibət bəsləyən), onlarda empatiya (başqasının halını acımaq, emosional vəziyyətini başa düşmək və köməyinə gəlməyə cəht göstərmək) aşağı səviyyədə olur.
Ünsiyyət defisiti gənclərində şüurunun inkişafına mənfi təsir göstərir. Hətta yaşlı insanlarda belə ünsiyyətdən məhrum olduqda özlərini narahat hiss edir və ünsiyyət çatışmamazlığı onları psixi aləmində müəyyən dəyişiklər yaradır.
L.S.Viqotskihesab edirdi ki, ünsiyyət tələbatı uşaqların psixi inkişafında əsas və hərəkətverici qüvvə kimi çıxış edir. Kürpələrdə erkən yaşlarından ünsiyyət prosesində sosial təcrübəni mənimsəyir, yəni insana xas olan davranış normalarını münasibət sistemini mənimsəyirlər.
Ünsiyyət və fəaliyyət vəhdəti.
İnsana ünsiyyətə cəlb edən əsasən onların 1-1 də fəaliyyətidir. Ünsiyyətin motivləri başqa admlara nəyi isə demək, onlarla nəyisə müzakirə etmək, bölmək və.s.
Ünsiyyət həmişə konkret situasiyasında (şəraitində) əmələ gəlir. Ünsiyyət situasiyasının 2 tipi ayrılır.
1.Birgə fəaliyyət situasiyası ünsiyyət-hər hansı bir işi görərkə ünsiyyətdə olmaq.
2.Şəxsi ünsiyyət situasiyası- məs. Kiminsə haqqında danışmaq, başqalarına özün haqqında danışmaq və.s. Adamların şəxsiyyətdə qarşılıqlı münasibətə aid müxtəlif hadisələri öz aralırında müzakirə etməsi hallarına da az təsadüf olunmur.
Ünsiyyət fəaliyyəti ilə vəhdətdədir. Beləki fəaliyyət subyektlə (S), obyekt (O) arasındakı qarşılıqlı prosesdir.
S-O
Ünsiyyət isə subyektlə(S), subyekt (S) arasındakı qarşılıqlı təsir prosesidir.
S-S
Hər 2 si yəni həm ünsiyyət, həm də fəaliyyət, müəyyən məqsədə yönəlmiş olur, müəyyən tələbatlar əsasında yaranır və hər ikisinin təhrikedici motivi mövcütdur.
Ünsiyyət fəalyyətinin(əmək,təlim, oyun) zəruri tərkib hissəsidir. Bu fəaliyyət sahəsinin hər biri yalnız qarşılıqlı təsir şəraitində mümkündür. Ünsiyyətlə fəaliyyətin vəhdətini aşaöıdakı düsturla ifadə edilir.
S S
O Bu o deməkdir ki, ünsiyyət prosesində insanların 1-1-nə göstərdiyi təsir fəaliyyəti ilə vastələnir. Düsturda göstərilən O- obyekt mənasını verir.
S S
Yəni
O Şəxsiyyət ünsiyyət situasiyasında həyata keçən ünsiyyətin münasibətini düsturu isə aşağıdakı kimidir.
S2 S3
S1 Göründütü kimi şəxsiyyət ünsiyyət situasiyasında subyekt ya özü haqqında, ya başqa adamlar haqqında, ya da ki, başqa admların şəxsiyyəti haqqında münasibətləri haqqında digər subyektlərlə müzakirə aparır. Belə ünsiyyətə bəzən şəxsi ünsiyyətdə deyilir.
Düsturda göründüyü kimi S1haqqında danışılan S2 danışan, S3 məlumat alan şəxsdir.
Bəzi psixoloqlar hesab edirlər ki, ünsiyyət fəaliyyətin elə özüdür.(eyniləşdirilir) (A.L.Leontyev)
Bəziləri hesab edir ki, ünsiyyət fəaliyyətin bir tərəfidir..(Panfyorov), bəziləri isə hesab edir ki, ünsiyyətlə fəaliyyət insanın həyat fəaliyyətinin 2 mühüm tərəfidir. (B.M.Lomov)
Ünsiyyətin 3 əsas tipi ayrılır.
Şəxsiyyət istiqamətli ünsiyyət, məs. Dostlar, yoldaşlar arasında sevgi.
Peşə istiqamətli ünsiyyət, məs. Müəllim- şagird,müəllim- müəllim.
Sosial istiqamətli ünsiyyət, məs. Satıcı, alıcı, sürücü-sərnişin.
Ünsiyyət informasiya mübadiləsi kimi.
İnsan informasiya mübadiləsi prosesində gah kommunikativ(informasiya verən) gah da resipent()informasiyanı alan rolunda şıxış edir. Bu baxımından ünsiyyətin kommunikativ tərəfini aşağıdakı düsturla ifadə etmək olar.
K-İ-R
1.K-kommunikativ
2.İ-informasiya
3.R-resipent.
Bu o deməkdir ki, ünsiyyət prosesi nəyinki komunikatorun, həm də resipientin fəallığı ilə müşayət olunur. İnformasiya mübadiləsi onların bir-birinə münasibəti ilə şərtlənir.
Başqa sözlə, kommunikator informasiya verırkən öz məqsədlərini nəzərə almaqla yanaşı resipientin də məqsədlərini, motivlərini nəzərə alır.m.s. Biz həmişə informasiyanı kimə və nə üçün verdiyimizi təhlil edirik.
Kommunikasiya vasitələri.(informasiya mübadiləsi vasitələri) 2 qrupa bölünür.
Verbal kommunikasiya vasitəsi nitqdir.
Qeyri verbal ünsiyyət vasitələri aşağıdakılardı
-Mimika –sifətin ifadəsi
-Pantomimika-bədənin ifadə hərəkəti.məs. üzünü çevirir, əl sallıyır və s. Jest-sırf əllə bağlıdır.
Verbal ünsiyyət xüsusiyyəti
Verbal ünsiyyət nitqin köməyo ilə həyata keçirilir. Verbal vasitəsi nitqidir.
Nitq- ünsiyyət prosesidir.Bu proses tarixən əmələ gəldiyi üçün bütün insanlar üçün mümkündür.(millətdən asılı olmayan)
Dil nitqdən fərqli olaraq ünsiyyət vasitəsidir. Dilin 3 əsas funksiyası ayrılır.
Dil vasitəsilə insanlar ictimai tarixi təcrübəni yaşadır.
Dil kommunikasiya, eləcə də davranışını tənzim etmə vasitəsidir. Çünki hər bir kommunikasiya və ya ünsiyyət, hər şeydən əvvəl, müsahibə təsir etmək vasitəsidir. Bu təsir bilavasitə və bilavasitə həyata keçirilə bilər.
Dil intelektual fəaliyyətin silahıdır. Qavrayış, hafizə, təfəkkür, təxəyyül kimi idrak prosesləri insanda dil materialları ilə əldə edilən informasiyalara istinad edir. Dilin bu funksiyaları nitqdə fəaliyyət istiqamətini təyin edir.
Nitqin funksiyaları-Nitqin aşağıdakı funksiyaları var. Nitqə ali psixi funksiyada deyilir.
1.Adlandırma funksiyası- nitqin köməyi ilə biz əşyaları, hərəkəti, vəziyyəti və.s-i adlandırırıq. Buna semantiq(məna) funksiyasıda deyilir. Bu funksiya insanın ünsiyyəti ilə heyvan ünsiyyətini 1-1 dən fərqləndirir. Heyvanlarda semantika yoxdur. Bu funksiya siqnifikativ funksiyada adlanır. Heyvanın çıxardığı səs cismi deyil, onun öz vəziyyətini bildirir.
2.Ümumiləşdirmə funksiyası- Nitqdə istifadə olunan hər bir söz ümumiləşdirmənin nəticəsidir. Məs.kitab, dəftər, stul və s.
3.Kommunikativ funksiya- (informasiya bübadiləsi) –Bu funksiya 2 əsas vəzifəni yerinə yetirir.
a. Məlumat vermək və anlamaq
b. Fəaliyyətə təhrik etmək.
Deməli nitqin koməyi ilə başqaları iıə ünsiyyət saxlayırıq, fikir mübadiləsi edirik, ictimai təcrübəni mənimsəyir,genişləndirir yəni nəslə verir.
Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismi, hadisəyə münasibətimizi bildiririk. Nəhayət, nitq vasitəsi ilə başqalarına təsir edirik, onun davranış və rəftarında müəyyən dəyişiklik yaradırıq, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik. Bu da təsadüfü deyildir, çünki hər bir söz müəyyən bir cisim, hadisə və hərəkətin siqnalıdır.
Nitqin növləri- Nitqin növləri aşağıdakılardan ibarətdir.
1.Daxili nitq
2.Xarici nitq.
Daxili nitqimpressiv nitq də deyilir. Daxili nitq insanın öz özünə fikirləşməsi, özü ilə danışması prosesidir. Başqa sözlə daxili nitqdə təfəkkür cərəyan edir, müəyyən məqsəd, niyyət əmələ gəlir, hərəkət planlaşdırılır.
əsas xüsusiyyəti odur ki, daxili nitq tələffüz edilməyən səssiz nitdir. Həm də bu çox qısa, bəzən də ayri- ayri ifadələrdən ibarət olur. Həmin ifadə fikrin nüvəsini təşkil edir.
Daxili nitq xarici nitqin əsasında əmələ gəlir, xarici nitqin interiorizasiyası (daxilə köçürülməsi) ilə bağlıdır. Lakin belə bir çevrilmə və ya keçid bəzən müəyyən çətinliklə əlaqədar olur. Daxili nitqdə bu və ya digər fikrin insanın özünə aydın olur, amma onu başqalarına çatdıranda çətinlik yaranır.
Xarici nitq- Ekspresiv(ifadə) nitqdə deyilir.
Xarici nitq başqaları ilə ünsiyyətə yönəlmiş olub, görülə və tələffüz edilən nitqdir.
Xarici nitq öz növbəsində bölünür.
Yazılı nitq
Şifahi nitq
Şifahi nitq də öz növbəsində bölünür.
1.Monoloji nitq
2.Dioloji nitq
Şifahi nitq- zamanı danışan adamlarla bilavasitə 1-1 ni görür, eşidirlər. Danışan adamın üz və bədəninin ifadəli hərəkəti, səsinin ahəngi nitqin məzmununun, buna bəslədiyi mənfi və müsbət münasibətlərin anlaşılmasına yardım göstərir. Şifahi nitqdə səsin ahəngi və ifadəli hərəkətlərin iştirakı sayəsində eyni söz müxtəlif mənada ifadə edilib, cürbəcür başa düşülə bilər. Məs. “yenə gəldi” sözləri tələffüsündən aslı olaraq həm sevinci, həm nifrəti, həm də biganəliyi bildirə bilər. Burada müsahibin mimikası, pontomimikası, vokal mimikası həlledici rol oynayır.
Ünsiyyət şəraitindən onun məqsəd və məzmunundan asılı olaraq şifahi nitq ya dioloji, ya da monoloji formada cərəyan edə bilər.
Dioloji nitq- nitq ünsiyyətin ən qədim növü olub 2 və ya bir neçə şəxson bilavasitə ünsiyyət prosesidir. Nitqin bu növü daha çox insanların birgə əmək fəaliyyəti ilə bağlıdır. Nitqin bu növünün bir neçə xüsusiyyəti ayırd edilir.
Dioloji nitq bilavasitə reaksiya tələb edir. Yəni ya sual verir, ya təsdiq edir, ya inkar edir və s.
Dioloq danışan şəxslərin emosional-ekspressiv rabitəsi şəraitində baş verir, belə bir vəziyyətdə onların 1-1 ni bilavasitə qavrayır, emosional vəziyyətini qiymətləndirir.
Dioloq müəyyən və ya obyektlə bağlı olur. Bu mənada o situativ səciyyə daşıyır, söhbət obyekti dəyişən kimi dioloqun istiqaməti və xarakteri dəyişilir.Sakit danışıqdan qızğın mübahisəyə və ya əksinə, emosional həyəcana keçid buna misal ola bilər.
Dioloji nitqin köməkçi vasitəsi də çoxdur. Həmin ifadəli hərəkətlər danışanın nitqinin daha anlaşıqla olmasını, onların təsir gücünün artırılmasını şərtləndirir.
Monoloji nitq- isə bir admın öz fikir və mülahizələrinin müntəzəm və ardıcıl sürətdə şərh etməsidir. Bu halda onun nitqi heç kəs tərəfindən kəsilmir. Məs. Mühazirəçinin, Natiqin və s. nitqi.
Monoloq fasiləsiz, əlaqəli, ardıcıl və məntiqi olur. Bu nitqin rəvan getməsi üşün danışan adamın verəcəyi məzmunu dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin emosionallıqxüsusiyyətlərinə, dilin qayda qanununa mükəmməl yiyələnməsi əsas şərtdir. Yəni monoloji nitqi məzmunluğu ilə ifadəliliyi üzvi surətdə birləşməlidir. Əks halda, nitq monoton, cansıxıcı cazibəsiz olur.
Yazılı nitq- nitqin nisbətən sonralar təşəkkül edən mühüm növü yazılı nitqdir. Bu, əsasən görmə qavrayışı üçün nəzərdə tutulan formadır. Şifahi nitqdən fərqli olaraq yazılı nitqdə hər hansı məlumat yazılı mətn kimi ifa edilir.
Şifahi nitqlə yazılı nitqin bir sıra ümumi və xüsusi cəhətləri var. Funksiya etibarı ilə yazılı nitq də şifahi nitqin yerinə yetirdiyi vəzifələrə xidmət edir.
Lakin şifahi nitqin köməkçi vasitələri: üzün, bədənin ifadəli hərəkətləri, səsin ahəngi və s. çoxdur. Bu cəhətlər yazılı nitq sözlərin, ifadələrin adekvat surətdə seçilməsi, yerində işlədilməsi ilə əvəz oluna bilər. Bu, yazılı nitqə verilən çox mühüm tələbdir.
Nitqin potologiyası-poto-latın sözü olub,- istirab çəkmək, əzab çəkmək, loqos- elm deməkdir.
Potologiyanın aşağıdakı növləri ayrılır.
1.Nitqin tempində və ritmində qeydə alınan patalogiya (kəkələmə)
2.Nitqin tələffüzündə patalogiya (pəltəklik) məs. sözləri, səsləri düzgün təlləfüz etmir.
3. Səs qüsurları zəmnində nitqin patalogiyası. Məs. sısin xırdalanması, səsin batması və s. Nitqin pozulması səbəbləri 2 böyük qrupa ayrılır.
1. Üzvi səbəblər(arqonik)
2. Funksional səbəblər.
Üzvi səbəblər- dedikdə nitq aparatında (xarici daxili) qüsurlar nəticəsində əmələ gələn qüsurlar başa düşülür. Belə potologiya afaziya, alalya, pəltəklik və s. aid edilir.
Afazya –nitqin beyindəki mərkəzinin zədələnməsi əmələ gəlir. Afazyanın 3 əsas forması ayrılır.
Sensor (hiss) afaziya- sol yarım kürənin gicgah nahiyyəsində əmələ gəlir. Kardır lal deyil.
Motor-(hərəkət) sol yarım kürənin alın payı zədələndikdə əmələ gəlir. Laldır kar deyil.
Sensomotor afaziya- sol yarım kürənin hər ikisi nahiyyəsi zədələnir. Həm gicgah həm alın payı zədələnir. Həm kardır həm də laldır.
Alalya- sinir mənşəli nitq potologiyasıdır. Onun da sensormotor və sensomotorun növləri ayrılır.
Afazyadan fərqli olaraq alalya erkən yaşlarda uşaqlarda əmələ gəlir.
Funksoinal səbəblər- üzvi pozuntu olmadan əmələ gələn pozuntulardır. Məs kəkələmə buna aid etmək olar. Funksional pozuntu yalnız psixoterapevtlə düzəltmək mümkündür.
Ünsiyyət qarşılıqlı təsir kimi.
Ünsiyyət prosesində insanlar 1-1 nə qarşılıqlı təsir göstərir ki, bunlarda aşağıdakı formalara ayrılır.
Rəqabət, razılışma, münaqişə, əməkdaşlıq, kooperasiya ünsiyyəti prosesində insanların bir-birinə göstərdiyi təsir həm neqativ, həm də pozitiv ola bilər.
Neqativ- münaqişə, rəqabət, müxalifət və s.
Pozitiv- razılışma, kooperasiya, əməkdaşlıq və s.
İnsanlar arasında əmələ gələn qarşılıqlı tısir prosesi sosial nəzarət və sosial normalar vasitəsilə tənzimlənir.
Sosial nəzarət- dedikdə insanların ünsiyyətinə ayrı-ayrı qruplar və şəxsiyyətin həyata keçirdiyi nəzarət başa düşülür. Sosial nəzarət hər bir insanın makro(cəmiyyət) və mikro(ailə)mühitdə tutduğu mövqeyə görə həyata keçirilir.
Sosial normalar- Böyük və kiçik qruplar tərəfindən müəyyənləşdirilir. Onlar ünsiyyət steretipləri kimi özünü biruzə verir. Ünsiyyət prosesindəki qarşılqlı təsir prosesinə rollar və rol gözləmələridə təsir göstərir.
Ünsiyyət prosesində hər kəs müəyyən rolda çıxış etdiyi üçün məs. Ata, qız, tələbə, oğlan və s. Bu rollara uyğun onlardan hərəkət gözlənilir. Bunlara rol gözləmələri deyilir.
İnsanların ünsiyyəti insanlar arasındakı ünsiyyət yoldaşları, dostları, sevgililəri arasındakı ünsiyyət kimi təzahür edir. Onların hər biri özünəməxsusluğu ilə seçilir. Beləki yoldaşlar arsındakı ünsiyyət qarşılıqlı tabelilik arasında qurulur, dostlar və sevgililər arasındakı ünsiyyət paritet (bərabərlik) əsasda qurulur.
İnsanların bir-birinə göstərdiyi qarşılıqlı təsir dixotomik (ikili) xarakter daşıyır. Dixotomiya dedikdə qarşılıqlı təsirin 2 qütbə ayrılır.
Ünsiyyət insanların bir-birini qavraması və anlaması kimi.
İnsanların bir- birini qavraması və anlaması sosial persepsiya adlanır.
Bu anlayışı psixologiyaya XX əsrin 40-cı illərində Amerika psixoloqu C.Broner gətirmişdir.
Sosial persepsiya –dedikdə sosial obyektlərin qavranılması başa düşülür.
Sosial persepsiya problemini rus psixoloqlarından ən çox öyrənən A.A Badalyov olmuşdur.
Hal-hazırda sosial persepsiya aşağıdakı istiqamətdə öyrənilir.
Qrup üzvilərinin 1-1 ni qavraması.
Qrup üzvlərinin başqa qrup üzvlərini qavraması.
İnsanın özünü qavraması.
İnsanın öz qrupunu tanıması.
İnsanın başqa qrupunu tanıması.
Qrupun öz üzvini tanıması.
Qrupun başqa qrupun üzvünü tanıması.
Sosial persepsiya zamanı insanın xarici görkəmi həmişə mühüm rol oynayır.İnsanın boyu, gözləri, gözlərinin rəngi, saşı, saçının rəngi, bədən qurluşu və s. Sosial persepsiya zamanı diqqət obyekti olur.
A.A.Badalyov ekspermental səviyyərə müəyyən etmişdir ki, sosial persepsiya zamanı insanların adətən 3 cəhəti qavrayırlar.
1. Xarici görkəm (bədən qurluşu və sifət)
2. Ekspresiv davranış(davranış maneryası)
3. Geyim.
Bu sadalana 3 cəhətdən hər biri sosial persepsiya zamanı ilk təsərüfatın yaranmasında böyük rol oynayır. Bunlardan hər hansı birini öz plana çəkilməsi qavrayış şəxsin fərdi xüsusiyyəti kim qeyd olunur. İlk təsurat sosial persepsiyada xüsusi rol oynayır. Hətta bəzən digər insanların haqqında storotiplərin əmələ gəlməsinə gətirib çıxarır.
Sosial persepsiyanın aşağıdakı qanunauayğunluqları ayrılır.
Birincilik effekti- ən birinci yaranan təsurat uzun müddət sonrakı təsurata öz təsirini göstərir. Məs. Adamın adı çıxınca canı çıxsın.
Himayə-(areal)effekti- Biz rəğbət bəslədiyimiz insanları öz himayəmizə götürürük və əksinə məs. Dostumuzun dediyi söz bizə acıq gəlmir, kənardan deyilən söz isə acıq gəlir.
Yenilik effekti-yeni olan hər şey diqqəti özünə cəlb edir bəzi insanlar onu asanlıqla, bəziləri isə çətinliklə qəbul edir.Asanlıqla qəbul edənləri yenilikçi(novator), çətinliklə qəbul edənləri isə konservator deyilir. Yenilik effekti eyni zamanda insanlar haqqında alına informasiyanın yenilitinə də şamil edilir. Yəni hər hansı bir insan haqqında yenicə aldığımız informasiya sonradan aldığımız informasiyanı üstəliyir.
Kaural atribusya-Başqalarının hərəkətini, davranışını, emosional vəziyyətini, şərh etmək(səbəbini açıqlamaq) məs. Mənim hər hansı bir hərəkətimin səbəbini demirəm, qarşımdakı bu hərəkətimi səbəbini öz təcrübəsinə uyğun izah edir, başa düşür.
İdentifikasiya- eyniləşdirmə, bənzətmə, məndə alsaydım onun kimi edərdim.
Refleksiya-özünü öz qavraması zamanı özünə qiymət verir. Məs o məni qiymətləndirir, necə qavrayır anlayır vəs.
Sosial persepsiya- ya milli xüsusiyyətini yəni, etnik stereotip, milli adət və ən-ənələri vəs. Təsir göstərir.
Sosial persepsiya-yada yaş xüsusiyyətini peşə sahəsini və təhsil səviyyəsinin də rolu vardır.
Ünsiyyət treninqi
Treninq- dedikdə məşq başa düşüldüyü üçün ünsiyyət də məqsədyönlü məşqlərin edilməsi kimi qəbul olunur. Ünsiyyət treninqdən ünsiyyət bacarıqlarının və vərdişlərinin formalaşmasında qrupda insanların bir-birinə qarşılıqlı təsiri məş etdirməkdə istifadə olunur. Ünsiyyət treninqinə sosial psixoloji treninq də olunur. Ünsiyyət treninqinə əsasən işgüzar rollu oyunları və qrup diskusyaları vasitəsi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |