Beyin və psixika.
Psixika beyinin inikas funksiyasıdır. Psixi fəaliyyətin tənzimlənməsində beyinin həm qabıqaltı şöbələri, həm də yarımkürələr qabığı iştirak edir. Bu iştirkda yarımkürələrin qabığının payı daha çoxdur. Yarımkürələr qabığının fəaliyyətində funksional asimmetriya vardır. ( yəni funksiyanın bölünməsi )
Sol yarım kürənin isə özünəməxsus funksiyası vardır. Məs: sol yarım kürə nitqin fəaliyyətini tənzimləyir. Bəzən buna görə də sol yarım kürə zədələnəndə insanın nitqi itir.
Sağ yarımkürə zədələndikdə isə insanın nitqinin modallığı itir. Yəni belə xəstələrdə qadın səsi ilə kişi səsini bir – birindən ayıra bilmirlər, kağız xışıltısı ilə yarpaq xışıltısını da bir – birindən ayıra bilmirlər.
Beləliklə sol yarımkürələri əgər məntiqi təfəkkürü həyata keçərsə, sağ yarımkürə praktiki təfəkkürü həyata keçirir.
Məşhur akademik A. R. Luria ( neyro psixologiyanın əsasını qoyan ) psixi fəaliyyətin tənzimlənməsində həlledici rol olan beyinin yarımkürələr qabığında yerləşən üç blok ayırırdı.
Enerji bloku – Bu blokun fəaliyyətini həyata keçirən beyinin retikulyar formasıdır. ( şaxəli törəmə )
Retikulyar formasiya – qabiq altı şöbələrlə yarımkürələr qabığının giriş və çıxış sinirləri ilə birləşdirir. Bu sinir qeyri – spesifik sinirlərdir. Yəni onlar yarımkürələr qabığına heç bir hiss üzvündən yarımkürələr qabığına informasiya gətirmirlər. Onların yeganə funksiyası yarımkürələr qabığını tonusda, ayıq, işçi vəziyyətdə saxlamalıdır. Tonusdan düşmə dedikdə - beyinin zəifləməsi başa düşülür.
İnformasiya bloku – informasiyanın qəbul olunması emalı və saxlanması bloku adlanır. Bu blokun fəaliyyətini həyata keçirən hiss üzvlərinin beyindəki müvafiq mərkəzləridir. Bu blokun əsas funksiyası hiss üzvləri vasitəsilə əsas funksiyaları qəbul etmək, emal etmək və saxlamaqdır.
3.Proqramlaşdırma və proqramın icrasına nəzarət bloku-Bu blokun fəaliyyətini həyata keçirən yarımkürələr qabığının alın payıdır. Bu blokda psixi fəaliyyət proqramlaşır və bu proqramın həyata keçirilməsinə nəzarət olunur.
Hər 3 blik bir-biri ilə qarşılıqlı razılıqla işləyir. Bunlardan hər hansı birinin zədələnməsi bütövlüyündə psixi fəaliyyətin pozulmasına gətirib çıxarır. Məs. əgər bir enerji bloku zədələnərsə, deməli, beyinin işçi qabiliyyəti kifayət qədər olmur, ona görədə beyin kifayət qədər infarmasiya qəbul edib, emal edə bilmir. Eləcədə informasiyadan istifadə edə bilmir.
Beyinin yarımkürələr qabığı 3 zonadan ibarətdir.
I Proyeksiya zona
II Ötürücü zona
III. Assosativ zona.
İnformasiya ardıcıllıqla proyeksiya zonadan, ötürücü zonaya, sonra assosativ zonaya keçir. Bu zaman informasiyanın modallığı (hansı hiss üzvündən gəlməsi) tədricən itir, assosativ zonadan isə tamamilə yox olur.
İmprintiq-ingiliscə “həkk olunma” deməkdir. Məs. heyvanlarda və quşlarda müşahidə olunur. Bunu Lorents kəşf edib, ördək balalarında.
Psixi funksiyalar və mühit - Bütün psixi funksiyalar filogenetik inkişafın, başqa sözlə təkamülün məhsuludur. Canlı orqanizmin dəyişən ətraf aləmə uyğunlaşaraq yaşaması və mövcut olması üçün onlarda yaşadıqları konkret mühitə uyğun psixi funksiyalar formalaşır. Məs. itlərin iybilməsi, qartalların iti görməsi, göstəpəyin gözünün olmasına baxmayaraq gözünün görməməsi, insanlarda şüurun olması buna uyğundur.
3.İnikasın yüksək formasına- insan şüuruna keçid şəraiti. Psixika və şüur. Şüur və şüursuzluq. Şüurun strukturu və əsas psixoloji xarakteristikaları.
Şüur-psixikanın ən yüksək ictimai cəhətdən şərtlənmiş insanaməxsus formasıdır.
İnikasın yüksək formasına insan şüuruna keçid şəraiti-Psixikanın ən yüksək forması olan şüura keçid aşağıdakı şəraitlərlə şərtlənir.
1. İnsanın ayaq üsdə yeriməsi nəticəsində əllərinin azad olması və onun əlləri ilə müxtəlif manipulyasiyalar aparması. Ən manipulyativ davranış meymundadır.
2.Insanın əmək alətləri hazırlaması qoruması , təkmiləşməsi və onlardan istifadə etməsi.
3. Kollektiv həyat tərzi.
Dildən ünsiyyət vasitəsi kimi istifadə etməsi.
Şüurun 2 forması ayrılır.
1. Fərdi şüur.
2. İctimai şüur.
Fərdi şüur- dedikdə konkret bir fərdi şüuru başa düşülür. Fərdi şüuru psixologiya elmi öyrənir. İctimai şüur- dedikdə müəyyən cəmiyyət üçün, sosiyal qrup üçün səciyəvi olan ideyalar və baxışlar məcmuyu başa düşülür. Məs.din,elm,fəlsəfə,əxlaq,incəsənət və.s.
Fərdi şüur insan dünyaya gəldiyi dövrdən ölənə qədər inkişaf yolu keçmişdir.
İctimai şüur isə nəsillərdən nəsillərə ötürülür. Hər ikisində inkişaf və dəyişmə mövcutdur.
Psixika və şüur.
Psixika anlayışı şüur anlayışına nisbətən daha geniş anlayışdır. Ona görə ki, psixika anlayışı özündə psixikanın aşağı həddlərini, yəni şüursuzluğu, şüuraltını, həm də şüuru birləşdirir.
Şüura bizə məlum olan, bizim bildiklərimiz aid edilir. Insanın bilikləri, bacarqları vərdişləri onun şüurunda mövcuddur.
Şüurun strukturu və əsas psixolji xassəsi.
Şüurun strukturuna bütün idrak prosesləri daxil edilir. Məs.duyğular,qavrayış və.s. İnsan idrak prosesinin köməyi ilə gerçəkliyi əks etdirir. Şüur psixi indikasın ən ali formasıdır. Hər hansı bir idrak prosesinin funksiyasının pozulması, bütövlükdə şüurun funksiyasının pozulmasına gətirib çıxarır.
Şüurun aşağıdakı əsas psixoloji xarakterlərə ayrılır.
1. Şüurun köməyi ilə insan ətraf aləmdən bilik ehtiyatı alır və bu bilikləri öz təcrübəsinə çevirir.
2. Şüurun köməyi ilə insan özünü məqsədyönlü fəaliyyətini tənzimləyir.
3. Şüurun köməyi ilə insan öz “mən”ni digər mənlərdən ayırır və dərk edir.
4. Şüurun köməyi ilə insan başqa insanlarla qarşılıqlı münasibətlərə girir.
İnsan psixikası ilə heyvan psixikası arasında fərqlər.
1. İnsanda psixikanın ən yüksək səviyyəsi olan şüur mövcutdur.
2. İnsanlar heyvanlardan fərqli olaraq nitq ünsiyyətinə girə bilirlər. Heyvanlarda affektik dil mövcutdur.
3. Heyvanlarda hissi idrak mövcutdur, insanlarda isə həm hissi idrak həmdə təfəkkür mövcutdur. Heyvanlarda I siqnal sistemi insanlarda isə həm I həmdə II siqnal sistemləri vardır.
4. Heyvanlarda həyat fəaliyyəti mövcuddur, fəaliyyəti yoxdur. Yəni onlar bioloji tələbatı ödəmək üçün fəaliyyət göstərirlər. İnsanlarda fəaliyyət var.
5. İnsanların davranışı və fəaliyyəti əvvəlcədən düşünülən plan üzrə həyata keçirilir.
6. İnsan ictimai təcrübəni başqalarına ötürə bilir (nitq vasitəsi ilə)
7. İnsanlarda emosiyaların yüksək səvviyəsi olan hisslər mövcutdur. Heyvanlarda isə emosiyalar mövcutdur.
Hissi idrak duyğular və qavrayış vasitəsi ilə yəni əşyalarla bilavasitə təmasda olan zaman əmələ gəlir. Təfəkkür isə vasitəli indikasdır.
Şüuraltına, şüursuzluğa, təhtəl şüura bizim psixikamızda mövcut olan lakin, bizim dərk etmədiklərimiz aid edilir. Bunlara dərk olunmayan tələbatların ustanofkanın(yönəlişliyi), impulsif (qeyriixtiyari) hərəkətləri, röyaları, supsensor qavrayışı aid etmək olar.
.
Mövzu 3. Fəaliyyətin psixologiyası.
Plan.
1.Fəaliyyət haqqında anlayış. Fəaliyyətin əsas xüsusiyyətləri.
2. Fəaliyyət və fəallıq. Tələbatlar və onların növləri. Təlabat və fəaliyyətin motivləri.
3. Fəaliyyətin qurluşu. İş və hərəkətlər. Fəaliyyətin idarə olunması və ona nəzarət.
4. Fəaliyyətin mənimsənilməsi. İnteriorizasiya və eksteriazasiya. Mümarisələr və məşqlər nəticəsində vərdişlərin əmələ gəlməsi. Vərdişlərin köçürülməsi. Bacarıqlar. Vərdişlər və adətlər.
5. Fəaliyyətin əsas növləri. Oyun, təlim, əmək. Onların psixoloji xüsusiyyətləri və uşaqların psixi inkişafında rolu.
1. Fəaliyyət haqqında anlayış. Fəaliyyətin əsas xüsusiyyətləri.
Fəaliyyət insanın müəyyən tələbatları əsasında əmələ gələn dərk olunmuş, məqsədlə tənzim olunan daxili(psixi) və xarici(fiziki) fəallığının məcmuyudur.
Fəaliyyətin 2 planı ayrılır.
1.Daxili(psixi)
2. Xarici (praktiki)
Daxili (psixiki) –olana fəaliyyətin bələdləşmə hissəsi. (Nəyi necə icra etməyi planlaşdırmaq)
Xarici(praktiki) –olana isə fəaliyyətin icra hissəsi deyilir. Bunların hər 2 si bir biri ilə sıx əlaqədardır, biri digərsiz mümkün deyildir.
Fəaliyyət yalnız insana məxsusdur. Fəaliyyət sözünün kökündə”fəallıq” durur.
İnsanın bütün psixi proseslərinin gedişatı psixi fəallıq adlanır.
2.Fəaliyyət və fəallıq. Tələbatlar və motivlər.
Tələbatlar fəallığın mənbəyi hesab edilir. Onlar insanın konkret şəraitdə ehtiyacları kimi çıxış edirlər. Tələbatlar bütün canlı orqanizmlərin fəallığının əsasında durur. Təlabat olmasa istehsalda olmaz. Tələbat istehsalı genişləndirir, dəyişdirir və inkişaf etdirir. Mənşəyinə görə tələbatlar 2 növə ayrılır.
1.Təbii tələbatlar- üzvi tələbatda deyilir. İnsana xass olan tələbatdır.
2. Mədəni tələbatlar.
Təbii tələbatlara- qidayla bağlı özünü qoruma tələbatları, uyğunlaşma tələbatları, əks cinsə maraq tələbatları aid edilir. Təbii tələbatlara vital tələbatlarda deyilir.( latınca vitalis- həyati deməkdir.)
Mədəni tələbatlara- şəxsiyyətin mədəni həyatı ilə bağlı tələbatlar aid edilir. Hər bir təbii tələbatın insana xas olan formada ödənilməsi mədəni tələbatlar hesab edilir. Məs. Adam çəngəllə yeyir amma heyvanlarda belə deyil, Nəsiminin əsərlərini əldə etmək tələbatları və s aid etmək olar.
Predmetinə görədə tələbatların 2 növü ayrılır.
1.Maddi tələbatlar.
2.Mənəvi tələbatlar.
Maddi tələbatlar- maddi istehsal predmentlərinə (əşyalara) olan tələbatlardır. Məs mənzilə olan tələbat , istiliyə, geyimə olan tələbatlar və s.
Mənəvi tələbatlar- mənəvi istehsala olan tələbatlardır. Məs. dinlə məşqul olmaq, kitab oxumaq, qəzet oxumaq, ünsiyyət musiqi dinləmək və.s olan tələbatlardır.
Motivlər- Motiv dedikdə şəxsiyyəti fəaliyyətə təhrik edən subyekt halətlər( vəziyyətlər) başa düşülür.Ümumiyətlə psixologiyada motivləşmə və tələbatlar 1-1 lə sıx bağlıdır.Ona görədə şəxsiyyətin motivləşmə tələbatı anlayışından istifadə olunur. Bu o deməkdir ki, şəxsiyyət nə istəyir(tələbat) nə üçün istəyir(motiv)
Tələbatın motivləşməsi dedikdə - Onların müəyyən tərzdə odənilməsi başa düşülür. Tələbatlar ödənilməyənə qədər öz predmentini tanımır. Tələbatlar həmişə obyektlərə yəni nəyə isə olan tələbat, motivlər isə subyektə aid edilir. Məs . mən susamışam, susuzluq hissi motiv rolunda çıxış edir yəni, məni susuzluğumu aradan qaldırmaq üçün fəaliyyətə təhrik edir. Su mənim tələbatım kimi çıxış edir suyu içərək susuzluğumu aradan qaldırmağım isə motivləşmə hesab edilir.
Motivin fəaliyyət göstərməsi motiv adlanır. Motivlərin aşağıdakı növləri ayrılır. Dərk olunma səviyyəsinə görə dərk ounan və dərk olunmayan motivlər.
1.Şüur səviyyəsinə qalxan motivlər- başqa sözlə dərk olunan tələbatların ödənilməsinə yönəldən motivlər.
2. Dərk olunmayan motivlərə isə-şəxsiyyətin dərk etmədiyi şüur altında olan tələbatların motivləşməsi aid edilir. Məs. buna irticaçılıq və libidos tələbatları aid etmək olar.
Fəaliyyət kotoqoryasını psixologiya elminə gətirən və geniş işləyən S.L.Rubinşteyndir. O eyni zamanda şüurla fəaliyyətin vəhdəti prinsipini elmə gətirmişdir.
Fəaliyyət növünə görə 3 növə ayrılır.
1). Oyun fəaliyyətinin motivlıri.
2). Təlim fəaliyyətinin motivləri.
3). Əmək fəaliyyətinin motivləri.
Məs: I. Oyun fəaliyyətinə misal olaraq göstərmək olar ki, uşaqları oynamağa təhrik edən motivləri qeyd etmək olar. Məktəbəqədər yaş dövrünə təsadüf olunur.
II. Təlim motivlərinə- idrak motivlkərini öyrənmək, qiymət almağa görə oxumaq.
III.Əmək motivlərinə- pul almağa görə işləmək, və yaxud işlədiyi işdən zövq almaq və s.
Şəxsiyyətin istiqamətinə görə motivlər.
1.Şəxsi motivlər- öz istəklərinə görə şəxsi motivlər.məs: şagird ona görə oxuyur ki, yaxşı qiymət alsın.
2.Geniş ictimai motivlər- yalnız öz istəklərini yox, digərlərinin də istəklərini və mənafeyini nəzərə almaq. Məs: şagird ona görə oxuyur ki, sinfin ümumi səviyyəsini qaldırsın.
3. Fəaliyyətin quruluşu
Fəaliyyətin quruluşu- aşağıdakı komponentlər aid edilir.
1.İş
2.Əməliyyatlar (hərəkətlər)
İş- fəaliyyət prosesində qarşıya qoyulan müxtəlif mərhələli məqsədlərə nail olmaq üçün həyata keçirən fəallıqdır. Məs: Şagirdin təlim fəaliyyəti, bilik, bacarıq və vərdişlər əldə etmək bacarığına yönəlmişdir. Burada iş kimi şagirdin konkret fənn üzrə kitab oxuması, yazı işlərinin yerinə yetirilməsi və s. qiymətləndirilir.
Əməliyyatlar- Fəaliyyətin ən kiçik hissələri hesab olunur. Onların icrası fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır. Məs: Şagirdlərin təlim fəaliyyətində yazı yazmaq, oxu vərdişləri və s. aid edilir.
Fəaliyyətin idarə olunması və ona nəzarət.
Fəaliyyətin idarə olunmasına nəzarəti insanın şüuru həyata keçirir. Şüur psixiklanın insana məxsus forması olduğu üçün onun komponentinə bütün idrak prosesləri aid edilir. Buradan belə bir məntiq nəticə çıxır ki, fəaliyyətin tənzim olunmasında və idarə olunmasında (qavrayış, təfəkkür və s.) fəal rol iynayır. Fəaliyyətin icrasına n\əzarət əsasən diqqət və iradə vasitəsilə həyata keçilir. Diqqət bütün psixi prosesləri məqsədə müvafiq istiqamətləndirir, mərkəzləşdirir, iradə isə fəaliyyətin icrası prosesində qarşıya çıxan çətinlikləri dəf edir.
Fəaliyyətin mənimsənilməsi
Fəaliyyətin mənimsənilməsi dedikdə insanın hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə icra edilməsi başa düşülür. Fəaliyyətin mənimsənilməsi məşqlər və mümarisələr (məqsədyönlü təkrar) nəticələr şəraitində həyata keçir. Fəaliyyətin mənimsənilməsində interiorizasiya və xüsusi rol oynayır. Ümumiyyətlə bu anlayışları psixologiya elminə Y. Piaje (İsveç psixoloqu) gətirmişdir.
L. S. Vqotski özünün “Mədəni tarixi inkişaf yaxud ” ali psixi funksiyaqların mədəni inkişaf haqqında nəzəriyyəsində interioriaziasiya əsas götürmüşdür. Bu anlayışların mahiyyətini eksperimental səviyyədə açan Vqotski olmuşdur.
İnterioziasiya- dedikdə (xarici praktiki) fəaliyyətin mənimsənilərək daxili (əqli) plana keçməsi başa düşülür. Məs: Uşaq ən əvvəl barmaqları ilə sayıb elementar əməliyyatlar aparıb, sonralar məşqlər nəticəsində bu əqli plana keçir və uşaq hesablamanı beynində barmaqlarından istifasə etmədən aparır.
Viqotski hesab edirdi ki, bütün ali psixi funksiylar interiorizasiyanın məhsuludur.
Eksteriorizasiya- bunun əksidir, insan beynində olan praktikada tədiq edir. Fəaliyyətin mənimsənilməsində qeyd olunduğu kimi məşqlər və mümarisələrin də rolu böyükdür. Belə ki, məşqlər nəticəsində fəaliyyətin müəyyən əməliyyatları (yaxud hərəkətləri) avtomatlaşır. Yəni, şüurun bilavasitə nəzarəti olmadan həyata keçir. Nəticədə vərdişlər əmələ gəlir. Beləliklə, şüurun bilavasitə nəzarəti olmadan fəaliyyətin avtomatlaşmış əməliyyatlarını həyata keçməsi vərdişlər adlanır.
Vərdişlər və onların köçürülməsi.
Fəaliyyət eynilədə iş bütövlükdə avtomatlaşa bilməz. Avtomatlaşma yalnız fəaliyyətin ən kiçik komponentləri olan əməliyyatları yaxud hərəkətlərdir. Bu cür avtomatlaşma məşqlər və mümarisələrin nəticəsidir. Məs: insanda olan vərdişlərə: yazı vərdişləri, oxu vərdişləri, hesablama vərdişləri və s. aid edilir.
Təkrar nəticəsində vərdişlərin əmələ gəlməsi fəaliyyətin müvəffəqiyyətlə icra olunmasına şərait yaradır. İnsanın şüuru fəaliyyətin gedişi prosesinə deyil, nəticəsinə yönəlir. Vərdişlərin əmələ gəlməsinin aşağıdakı mərhələləri ayrılır.
I mərhələ- Bu mərhələdə fəaliyyətin icra üsulu dəyişir. Qismən tətəkminləşir.
II mərhələ- Fəaliyyətin icrasına sensor (hissi) nəzarət artır.
III mərhələ- Hərəkətlər, ıməliyyatlar avtomatlaşır və vərdişlər əmələ gəlir.
Məşqlər nəticəsində əmələ gələn vərdişlər daha da təkminləşir. Mövcud olan vərdişlərin əmələ gəlməsinə mane olur, bu vərdişlərin mənfi köçürülməsi deyilir və interferensiya adlanır. Məs: Təyyarəçi havada istiqamətini dəyişəndə yəni. Təyyarəni döndərəndə sürəti artırmalıdır. O, avtomobili idarə edəndə bu vərdişlər ona mane olur, yəni avtomobili döngədən döndərən zaman sürəti azaltmaq əvəzinə daha da artırır.
Vərdişlərin müsbət köçürülməsi halları da mövcuddur. Belə ki, mövcud vərdişlərin yenilik əmələ gəlməsinə köməklik göstərir. Buna vərdişlərin müsbət köçürülməsi deyilir. Və o, proses vərdrişlərin induksiyası adlanır. Məs: makinada yazmaq, kompyuterdə işləməyə köməklik göstərmək.
Bacarıqlar- Fəaliyyətin müvəffəqiyətinin icrasına bacarıqlar deyilir. Burada biliklərin və vərdişlərin rolu çox böyükdür. İnsan fəaliyyətə yiyələndikdə onun bacarıqları daha da artır. Bu ona görə baş verir ki, konkret fəaliyyət sahəsi insan zaman keçdikdə daha da mükəmməl biliklər əldə edir və təkrarlar nəticəsində onda həm də fəaliyyətin icrası ilə bağlı bir sıra vərdişlər yalnız müsbət olanlara bölünür. Yəni. Onlar yalnız xeyirli olanlardırt. Ona görə ki, onlar fəaliyyət prosesində əmələ gəlir və buna görədə fəaliyyətin müvəffəqiyətlə icrasına xidmət edirlər. Ona görə də onlar zərərli olmurlar.
Adətlər- Şəxsiyyət üçün tipik şəraitdə tələbatlar kimi çıxış edən avtomatlaşmış hərəkətlərdir. Onlar fəaliyyətin icrası prosesində yaranada bilər, yaxud icrası prosesindən kənarda da yarana bilər. Və fəaliyyətlə heç bir əlaqəsi olmayada bilər. Buna görədə adətlərin həm mənfi həmdə, müsbət olanları ayrılır.
Müsbət adətin icrası prosesində də yaranan adətlərə deyilir. Məs. səhər tezdən durmaq adəti, vaxtında yemək, əlləri yuyub stol arxasında oturmaq və s aid etmək olar.
Mənfi adətlər. Məs dırnaq yemək, siqaret çəkmək, əyağını yelləmək və.s
Vərdişlər fəaliyyətin icrasına yönəlmiş, avtomatlaşdırılmış hərəkətlərdir, adətlər isə tipik şəraitdə fəallaşan avtomatlaşmış hərəkətlərdir..
Fəaliyyətin növləri.
1.Oyun fəaliyyəti- Oyun fəaliyyətinin psixologiya sahəsində ən məşhur mütəxəssislərindən biri D.B.Elkonindir. Oyun əsasən məktəbəqədər yaşlı uşaqların həyatında qeydə alınır. Oyunun əsas xüsusiyyəti müxtəlif rollardan istifadə edərək böyükləri yamsılamaqdan ibarətdir. Oyunun özünə məxsusluğu ondadır ki, o uşaqlara zövq verir və onların həm psixikasını, həmdə şəxsiyyətini8 inkişaf etdirərək gələcək həyata hazırlayır. Ətraf aləmi dəyişdirməyə yönəlmiş fəaliyyət deyil.
2.Təlim fəalliyyəti – Yeni bilik, bacarıq, vərdiş və keyfiyyətlərin formalaşmasına yönəlmiş fəaliyyət növüdür.
Təlimin özünə məxsusluğu ondadır ki, o öyrənənin özünün dəyişməsinə, inkişaf etməsinə yönəlmiş fəaliyyətdir. Əsasən məktəbli yaşı dövründə səciyyəvi xarakter daşıyır, kiçik məktəblilərdə aparıcı rol oynayır. Təlim fəaliyyətində bütün hər şey inkişaf edir.
3.Əmək fəaliyyəti- Əmək fəaliyyəti əsasən yaşlıların həyatında geniş yer tutur. Maddi və mənəvi istehsal prosesinə yönəlmiş fəaliyyətdir. Özünə məxsusluğu ondan ibarətdir ki, əmək fəaliyyəti nəticəsində insan ətraf aləmi dəyişdirir nəsə istehsal edir.
Mövzu 4. Qruplar və qruplarda şəxsiyyətlər arası münasibətin psixologiyası.
Plan.
1.Qruplar haqqında anlayış. Qrupların təsnifatı. Qrupun həcmi və sturukturu.
2. Qrupdaxili proseslər. Psixoloji uyuşma. Qrup təzyiqi. Liderlik və rəhbərlik, onların üslubları. Qrup idendifikasiyası.
3. Etnik psixologiyanın əsas problemləri. Stereotiplər və yönümlər, milli adət və ənənələr. Milli hislər və xarakterlər.
4. Qrup və kollektivdə şəxsiyyətlərarası münasibətlər. Qrup differensiyasının xüsusiyyətləri. İşgüzar münasibətlər. Şəxsi qarşılıqlı münasibətlər və onların tipləri.
5. Şəxsiyyətlərarası seçmə. Onun sosiometriya baxımından təhlili. Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə öyrəniləsi.
Qrupdaxili inteqrasiya. Qrup həmrəyliyi. Birgə fəaliyyət. Məsuliyyət fenomeni.
Qrup haqqında anlayış- Qrup 2 və daha artıq adamların müəyyən məqsədlər əsasında birliyin insasnlar məcmuyuna deyilir.
Qrup anlayışı həm keçmiş SSR-i psixoloqları tərəfindən, həmdə Avropa psixoloqları tərəfindən qəbul olmuş anlayışdır. Qrupun həcmi məsələsi mübahisəlidir. Beləki bir sıra psixoloqlar xüsusilə də Avropa və Amerika psixoloqları hesab edirlər ki, qrupun aşağıdakı həddi Diadadır. (2 nəfərdir) məs. Yeni qrulmuş ailə 2 nəfərdən ibarətdir və bu qrupdur.
Bir sıra psixoloqlar isə xüsusilə, rus psixoloqları hesab edirlər ki, qrupun aşağıdakı həddi Triadadır(3nəfərdir). Hər 2 tərəf öz dediklərini həqiqət olduğunu sübuta yetirmək üçün dəlillər gətirirlər. Rus psixoloqları o mövqedən çıxış edirlər ki, diadada qarşılıqlı münasibət mövcutdur lakin qarşılılqlı təsir yoxdur. Qarşılıqlı təsir yalnız truadada mövcutdur.
Qrupun yuxarı həddi məsələsi də qismən mübahisəlidir, beləki bəzi psixoloqlar onun aşağı həddini 10, bəzisi 15 bəzisi 20, hətta 30 göstərənlər var.
Q.M.Andriyeva (moskva psixoloqu) tədqiqatlar nəticəsində belə qənaətə gəlmişlər ki, qrupun yuxarı həddini kəmiyyətlə göstərmək mümkün deyil. Ona görə ki, bu həcm qrupun hansı fəaliyyət növü ilə məşğul olmasından çox asılıdır. Məs. hərbi birləşmələrin ən kiçik bölmələri 10-12 nəfərdən artıq olmur. Ona görədə onun yuxarı həddi göstərilən qədərdir. Məs. cinayətkar qrup öz cinayət işini müvəfəqiyyətlə neçə nəfərlə həyata keçirə bilərsə, onun yuxarı həddi o qədərdir. Bu 3,5,7,8,9 və daha artıq ola bilər. Beləliklə Andreyevanın fikrincə qrupun yüksək həddi onun birgə fəaliyyəti neçə nəfərlə müvəfəqiyyətlə icra edə bilməsi ilə müəyyən edilir.
Qrupun təsnifatı- Qruplar 2 böyük təsnifata ayrılır.
1. Böyük qruplar(xalq, millət, partiya və.s)
2. Kiçik qruplar(sinif, briqada və.s)
Böyük qruplar öz növünə görə 2 yerə ayrılır
a. mütəşəkkil qruplar(təşkil olunmuş qrup partiya)
b. qeyri mütəşəkkil böyük qruplar(kütlə)
Kiçik qrupların növləri aşağıdakılardır.
a. Formal qruplar rəsmi qruplar(siyahıya alınmış, qeydiyyata alınmış və.s) Bu qruplarda münasibət inzibati- hiquqi yolla müəyyən olunur və tənzim edilir.
b. Qeyri formal qruplar- qeyri rəsmi qruplar( məhəllə uşaqlarının qrupu, cinayətgar qruplar, sinif içərisində bir neçə nəfər olan qruplar).
c. Kontakt qruplar- əlaqə bir biri ilə bu və ya digər formada əlaqəsi olan kiçik qruplar məs. formalın və qeyri formalın içərisində kontakt ola bilər.
d. Referent qruplar- elmə Amerika psixolqu Q.Haylin gətirmişdir. Bu qrupların üzvləri bir biri ilə bilavasitə kontakta olmur, lakin inların davranış normaları və digər meyilləri eyni olur. Məs. metalistlər qrupu, panklar, xibilər qrupu, başıqırxıqlar qrupu, liberslər qrupu və.s. konkret məşhur aktyoru yamsılayanlar qrupu.
Referent- əhəmiyyət kəsb edir deməkdir. 1942ci ildə Referent qrup fenomeni müəyyən edilmişdir. Kiçik tələbə qruplarını ekspermental surətdə öyrənərkən Amerika psixolqu Q.Haymenin diqqətini belə bir cəhət cəlb etdi ki, qrupun müəyyən üzvləri mənsub olduqları qruplardır. Referent qrupa etalon qrupda deyirlər. O, bu maraqlı faktlar əsasında kiçik qrupların 2 növünü fərqləndirməyi, I qrupu üzvülük qrupu,Iiqrupu isə referent qrup adlandırmağı təklif etdi. Sonralar həmin faktlar başqa psixoloqlar tərəfindəndə təsdiq olundu.
e. Şərti qruplar- tədqiqatcının müəyyən məqsədə görə formalaşdığı qruplar.
Şərti və ya nominal qrup dedikdəbir biri ilə real surətdə əlaqəsi olan, lakin müəyyən şərti əlamətə görə şərti qrupa aid edilir. Məs. cinsi əlamətə görə qadınlar, yaş əlamətinə görə yeniyetmələr, peşə əlamətinə görə şoferlər və.s.
ə. Kollektiv qrup- kollektiv anlayışını elmə gətirən Makorenko olmuşdur, və onun nəzəriyyəsini pedoqoji aspektə işləmişdir. Kolektiv heçdə çoxlu sayda insanların məcmuyu deyildir. Kollektiv qrupun inkişafını ən yuxarı səviyyəsidir. Killektivdə şəxsiyyətlər arası münasibətlər inkişaf etmiş olur. Məqsəd və mənafe birliyi ön plana keçir, bir nəfər hamı üçün, hamı bir nəfər üçün prinsipə əməl edirə Kollektivin məqsədi ilə cəmiyyətin məqsədi üst üstə düşür. Hər kollektiv kiçik qrup olur lakin hər kiçik qrup kollektiv deyildir. Kollektiv qrupun inkişafının ən yüksək formasıdır. Qrup dinamikası kollektiv adlanır. Əmək, uşaq, hərbi, idman və.b kollektivləri fərqləndirirlər. Tədris müəssisələrində pedaqoji kollektevi və şagird kollektivini fərqləndirirlər. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Kollektiv eyni zamanda özlərinin inkişaf səviyyəsi etibarı ilə bir-birilərindən fərqlənirlər. Kollektiv mütəşəkkil qrupun yüksək formasıdır.
Cəmiyyətdə elə qruplar vardır ki, onlarda həmrəylik yüksəkdir, birgə fəaliyyət hamı tərəfindən qəbul olunur, ümumi digər5 meylləri var, bir nəfər hamı üçün hamı bir nəfər üçün əməl olunur, lakin, kollektivdən kolektivdən fərqli olaraq onların məqsədləri, cəmiyyətin məqsədləri ilə üst-üstə düşmür. Belə qruplara assosasiyalar deyilir. Assosasiya- rabitə, əlaqə deməkdir. Mütləq deyildir ki, assosasiyanın məqsədi cəmiyyətin məqsədi ilə üst-üstə düşməsin. Elə assosasiyalar vardır ki, cəmiyyət məqsədləri ilə üst-üstə düşür, onlar sadəcə assosasiya adlanır. Əslində mahiyyətcə onlar kollektiv hesab olunur. Mafya da assosasiyanın bir növüdür. Assosasiyada qrupun hər bir üzvü üçün onun fəaliyyətinin əhəmiyyətliliyi ön plana çəkilir. Assosasiyalar sosial və assosial ola bilərlər.
Qrup normaları və sərvətləri- Qrup normaları dedikdə qrupun bütün üzvləri tərəfindən məqbul hesab edilən, icrası mütləq hesab edilən və heç kim üçün güzəşt yeri qoyulmayan qaydalar və qadağalar başa düşülür. Qrupun normaları bəzən məqsədyönlü, bəzən də kortəbii formalaşır. Qrup nor5maları qrupun özünün xüsusiyyətlərindən asılıdır. Məs: Etnik qrupların normaları bir-birindən fərqlənir, yaxud şagird qrupunun normaları, tələbə qrupunun normaları bir-birindən fərqlənir. Sosial qruplar asosial qrupların normaları bir-birindən fərqlənir.
Asosial- cəmiyyətə zidd olan, qeyri-sosial deməkdir. Qrup sərvətləri (dəyərləri) dedikdə-qrupun öz fəaliyyəti də ən çox nəyə yüksək dəyər verməsi başa düşülür ki, bu da qrupun xüsusiyyətlərindən, yəni yaş tərkibindən, peşəsindən, cinsindən və s. Məs: cinayətkar qrupunun sərvəti ilə, tələbə qrupunun sərvəti köklü sürətdə fərqlənir.
Qrupun strukturu və fəaliyyətinin səmərəliliyi.
Qrupun strukturuna aid edilir qrupn lideri yaxud rəhbəri orta mövqedə olan qrup üzvləri, liderə yaxın qrup üzvləri və nəhayət və qismən t\crid olunan.
Qrupun fəaliyyətinin səmərəliliyi onun tərkibindən, yəni qrupun fəaliyyətini müvəfəqiyyətnən icra etmək üçün kəmiyətcə nə qədər qrup üzvü lazımsa tərkibin bundan ya az, ya çox olmaması qrupun rəhbəri yaxud liderindən, qrupdakı sosial psixoloji iqlimdən və qrupun icra etdiyi fəaliyyət növündən asılıdır.
Dostları ilə paylaş: |