1. Müasir psixologiyanın mövzusu, vəzifələri və metodları



Yüklə 0,95 Mb.
səhifə2/12
tarix24.12.2019
ölçüsü0,95 Mb.
#30004
1   2   3   4   5   6   7   8   9   ...   12
Psixologiyanın əsasları


Sallivenin nəzəriyyəsi.

Neofreydizmin başqa bir nümayəndəsi Sallivin (1892-1948) əvvəllər öz fəaliyyətinə psixatr-psixoterapevt kimi, sonralar isə psixoloq kimi başlayır. O belə bir fikri irəli sürür ki, şəxsiyyət subyektin birgə fəaliyyətinin məhsuludur. Uşaq dünyaya addımlarla, ünsiyyətdə olmaq təlabatı ilə, əzizlənməyə,həyəcandan yaxa qurtarmağa olan tələbatlarla gəlir. Deməli,sayılan sosial təlabatlar anadangəlmədir. Yeni dünyaya gələn uşağı heç də yaxşı, zərif qarşılamır. Ona atmosfer təzyiqi göstərir, ona soyuqdur, o narahaqtlıq keçirir. Uşaqda bu narahatlıqlara qarşı cavab reaksiyası olaraq həyəcan yaranır. Bu həyəcan hissi anadangəlmə mövcud olur. Beləliklə, Salliven şəxsiyyətin inkişaf mexanizmini əzizlənməyə, zərifliyə olan təlabatlarda və həyəcandan can qaçmağa can atmaqda görür ki, bu da insanı başqa insanların köməyinə möhtac qoyur.

Deməli, şəxsiyyətlərarası münasibətlər insan şəxsiyyətinin inkişafında həlledici rol oynayır. Ətrafdakılar heç də həmişə şəxsiyyətdə mövcud olan həyəcan hissini aradan qaldırmağa köməklok etmir nevrozlar yaranır. Deməli, şəxsiyyət xarici aləmlə mübarizədə başqa sözlə xarici aləmin insanda yaratdığı narahatlıqla mübarizədə formalaşır. Bu mübarizə şüursuzluq səviyyəsində gedir.

Sallivenə görə narahatlıq hissi uşağı, yeniyetməni sonralar isə yaşlıları başqalarının köməyinə müraciət etməyə məcbur edir.

Deməlı, şəxsiyyəti formalaşdıran mexanizm rolunu şəxsiyyətlərarası münasibətlər oynayır. Tənqidi: şəxsiyyət cəmiyyətə qarşı qoyulur. Onda mövcud olan sosial anadangəlmədir. Onlar idrak proseslərini öyrənirlər. Ən çox xüsusilə qavrayışı öyrənirlər. Məs: Qavrayış fiqur, fon anlayışını elməgətirmirlər.

Eyni zamanda insanın əhval ruhiyyəsi də fon adlanır. Fon-cərəyan etdiyi şərait, qavranılan şərait adlanır.



Erik Frommın nəzəriyyəsi (1900)

O, Almaniyada doğulub, lakin ABŞ-da yaşayıb və işləyib. Onun nəzəriyyəsi özgələşdirmə (uzaqlaşma) adlanır. Fromm Marksın əsrləri ilə tanış idi və Marksın “Əməyin nəticələrinin özgələşməsi ” təlimini əsas götürürdü.

Əməyin nəticələrinin özgələşməsi nədir?

O, Marksın bu mövqeyini psixi fəaliyyətə şamil edir. Fromm göstərirdiki, kapitalizm cəmiyyətində əmək feodalizm cəmiyyətindən daha çox özgələşdirilir. Buna səbəb urbanizasiyadır və birdə texniki tərəqqidir.

Deməli, əməyin özgələşməsi insanların bir-birindən ayrılmasına yəni özgələşməsinə, tənhalaşmasına gətirib çıxarır. Fromma görə kapitalizm cəmiyyətində insan azaddır. Onun qayğısına heç kim qalmır.Fromm bu azadlığı neqativ azadlıq sayır. Bu azadlıq insanı özgələşdirir, tənhalaşdırır, nevrozlar yaranır, çünki, insanın insanın başqalarının qayğısına böyük ehtiyacı var.

Fromma görə belə azad olmağı istəmir, o, başqa adamlarla müəyyən əlaqəyə girmək istəyir, onlarla ünsiyyətdə olmaq istəyir. Ətraf aləm isə buna imkan vermir və nəticədə insanlar özünü tənha hiss edirlər.

Fromm deyir ki, özgələşməklə mübarizə aparmaq lazımdır və bu mübarizənin bir yolu var. O da insanların bir-birinə humanist münasibət bəsləməsidir. Belə olarsa özgələşmədə olmaz. İnsanların ünsiyyətə, məhəbbətə can atması özgələşmədən xilas olmaq yoludur. Bu psixoloji müdafiədir. Fromma görə özgələşmədən yaxanı qurtarmağa eyni zamanda məhəbbət də imkan verir. Özünə və başqalarına qarşı məhəbbət özünəqarşı məhəbbəti olmayanın başqasına qarşı məhəbbəti ola bilməz. Məhəbbət insanları bir-birinə yaxınlaşdırır və onları tənhalıqdan xilas edir. Fromma görə məhəbbət insanı xilas edir, özgələşmə isə onu nevroz vəziyyətinə gətirib çıxarır.

Bu metodoloji prinsinplər aşağıdakılardır.

1). İnkişaf prinsipi-Psixika insanların məhsuludur. Psixi hadisələr daima inkişafdadır. Ona görə də onları öz inkişaf prosesində öyrənmək lazımdır. Psixikanın ontogenetik və filogenetik inkişafı.

2). Determinizm prinsipi- “Səbəbli şərtlənmə”(müəyyən etmək) deməkdir. Bütün psixi hadisələrin əmələ gəlməsi müəyyən səbəblərlə şərtlənir və konkret ictimai-tarixi şəraitlə şərtlənir.

3). Şüurla fəaliyyətin vəhdəti prinsipi- Şüur fəaliyyət prosesində təşəkkül tapıb, inkişaf edir və öz növbəsində fəaliyyəti tənzim edir.

4). Psixikanın fəaliyyətdə inkişafı prinsipi- Psixika fəaliyyət prosesində inkişaf edir, bunu ayrı-ayrı yaş dövrlərinə xas olan aparıcı fəaliyyətdə daha aydın görmək olar.

5). Sistemlilik prinsipi- Bu prinsipə görə bütün psixi hadisələr (psixi proseslər, halətlər, xassələr) bir-biri ilə qarşılıqlı əlaqədədir, yəni sistemli xarakter daşıyır. Hal-hazırda bu prinsip psixologiyanın əsa prinsiplərindən biri hesab edilir.

6). Tarixilik prinsipi- Psixika tarixi inkişafın məhsuludur.

7). Genetik prinsip- Şəxsiyyətin psixoloji xüsusiyyətlərini biruzə verir.

8). Nitqlə təfəkkürün vəhdəti prinsipi- Nitq təfəkkürün alətidir, nitqin inkişaf səviyyəsinin göstəricisidir.

3.Metodologiya konkret metodiki priyomların məcmusu kimi.

Hər bir tədqiqatın konkret metodikası mövcuddur. Konkret metodika ümumi və xüsusi metodologiya əsasında işlənir. İşlənənbütün konkret metodikalar aşağdakı meyarlara (nəyə əsaslanan) cavab verməlidir.



Eriksonun nəzəriyyəsi (1900)

O da Almaniyada doğulub. ABŞ-da yaşayıb və işləyib. Onun nəzəriyyəsi enigenetik nəzəriyyə adlanır. O, Freydin şəxsiyyətlə cəmiyyətin barışmaq mövqedə olması müddəasını rədd edir və göstərir ki, şəxsiyyət sosial mühitdə inkişaf edir və o sosial mühitdən ayrı mövcud ola bilməz.

Cəmiyyətin dəyişməsi şəxsiyyətin dəyişməsinə səbəb olur. Cəmiyyət dəyişilir və şəxsiyyət dəyişilərsə onda şəxsiyyətdə nevroz yaranır. Əlbətdə cəmiyyətdə gedən dəyişiklik heç də həmişə şəxsiyyəti nevroz vəziyyətinə salmır. Erikson erkən uşaqlıq yaşındakı tərbiyəyə böyük əhəmiyyət verir. O, şəxsiyyətin inkişaf mərhələlərini ayırır. Özünüqiymətləndirmənin formalaşmasını münaqişəsiz keçmir tez-tez özünüqiymətləndirmə ətrafdakıların verdiyi qiymət ilə uyğun gəlmir. Bu zaman insan bilmir başqalarının ona verdiyi qiymətiqəbul etsin, yoxsa özünün özünə verdiyi qiyməti ətrafdakıların ona verdiyi qiymətlər əsasında qurmağa başlayır.

K. Rocers – qeyd edir ki, insanlar özləri haqqında əksər hallarda düzgün təsəvvürə malik olurlar, yəni özlərini düzgün qiymətləndirmirlər. Onun nəzəriyyəsi şəxsiyyətə yönəlmiş nəzəriyyədir. Bəzən də onlar başqalarının onlara verdiyi qiyməti deyil, özlərinin özlərinə verdiyi qiyməti təhrif edirlər. məs: “Mən pis adamam”. Məhz buna görə də psixoterapevt və insanı əhatə edən adamlar özünü düzgün dərk etməkdə köməklik göstərməli və onda elastiki özünüqiymətləndirmə formalaşdırmalıdır.

K. Rocersin fikrincə psixiatr admı müalicə etmək üçün onun haqqındakı təsəvvürlərini dəyişdirməlidir. Fərdin psixi sağlamlığının əsas şərtlərindən biri onun özünüqiymətləndirməsinin elastiki olmasıdır. Həyatın daima dəyişən şəraitə asan uyğunlaşmaq üçün fərdin özünüqiymətləndirməsi gərək elastik olsun. Bu elastiklik insan nə qədər özünü yaxşı tanısa bir o qədər yüksək olar.

1). Validlilik meyarı ( metodun əsaslı olması ) – Yəni seçilən metodun öyrənilən parametrə uyğun olması. Diqqət testiylə təfəkkürü öyrənmək olmaz.

2). Metodikaların mötəbərliyi meyarları- Bu meyara görə metodika hətda müxtəlif şəraitdə təkrar edildikdə belə eyni nəticə verməlidir.

3) Metodikanın reprezantativliyi.-Metodika vasitəsilə alınan nəticələri ümumiləşdirib, digər obyektlərə aid etməyin mümkünlüyü. Məs: metodikanı məhdud kontengent üzərində tədbiq edərək alınan nəticələri qismən böyük kontengentdə (adama) şamil etmək.

4) İnformasiyanın dəqiqliyi-Öyrənilən adamların miqdarından asılıdır. Metodika nə qədər çox adam üzərində tətbiq olunarsa informasiya bir oqədər dəqiq olar.

Psixoloji tədqiqatların aparılması mərhələləri. (konkret metodiki priyomların tədbiqi mərhələsi)

1. Hazırlıq mərhələsi-Bu mərhələdə müxtəlif yollarla məs: müşahidə, anket və.s. ilkin məlmat toplamalar: omların əsasında tədqiqatların emprik(faktların aid edilməsi, tədqqat metodikanın işlənilməsi), məntiqi (bir müddəadan çıxarılması, onların arasında əlaqənin müəyyən edilməsi) və nəzəri (səbəbin axtarılması, prinsiplarin aşgar edilməsi, fərziyyə və qanunların müəyyən edilməsi) vəzifələri həll edilir.

Fərziyyənin formula edilməsi psixoloji tədqiqat da olar mühüm yrr tutur. Bir çox psixoloji tədqiqatların müasir tələblərə cavab verməməsi, onlarda fərziyyənin olmaması və ya zəyif olması ilə bilavasitə əlaqədardır.

Rocersə görə insan daima ətrafdakıların müsbət qiymətinə ehtiyac duyyulur.

Şəxsiyyət inkişaf etdikcə onun müsbət qiymətə olan tələbatıda artır. Bu hətda o həddə gəlib çıxır ki, insan özünün orqanizminin tələbatlarını ödənilməsindən çox başqalarının rəğbətinə və hörmətinə olan tələbatlarının ödənilməsinə ehtiyac duyulur. Hörmət əsasında özünə hörmət yaranır. Beləliklə Rocors şəxsiyyətin daxili psixoloji strukturunu tədqiq və təhlil edir.



Humanist psixologiyada şəxsiyyətin nəzərriyyəsi.

Humanist psixologiyaya görə şəxsiyyətin psixoloji əmələgəlməlidir. Şəxsiyyəddə anadan gəlmə humanist, təlabatlar mövcuddur və bu tələbatlar onun davranışının mənbəyidir.

Bu istiqamət keçən əsrin 50-60-cı illərdə sürətlə inkişaf etməyə başlamışdır. Bu istiqamətdə sosial psixologiyanın inkişafında böyük rol oynayırdı. Bu istiqamətdə freyolist neoqreyolist istiqamətlərin əksini təşkil edir.

Humanist psixoloq üçün insanın mərkəzi nüvəsini onun özü, məni haqqındakı təsəvvürü təşkil edir.

K.Rocersin nəzərriyyəsi-Humanist psixoloq nümayəndələrindən birinci Rocersdir.(1902-1987) O ilk əvvəl fəaliyyətə psixiatr-terapevt kimi başlayır, sonra isə psixologiyanın problemləri ilə məşğul olmağa başlayır.

Rocers özünün müalicə metodunu inderektiv (diqqətin pasiyentə cəmlənməsi) metod adlandırır. O deyir ki, həkim xəstəyə təlqinedici təsir göstərməməlidir. O xəstənin şəxsiyyətinə hörmət etməli vəunutmamalıdır ki, onların hər ikisi bərabərhüquqlu adamdır, ünsiyyətdə iştirakçısıdır. Həkim xəstənin daxili aləmini dərk edərək, ehtiyatla nüfuz etməlidir. Bu zaman xəstə özünü sərbəst hiss edir, qəlbini bütövlükdə həkimə açır və inanır ki,həkim onu başa düşür və onun dərdinə şərik çıxır.



  1. Emprik mərhələ.- Bu mərhələ ekspermental xarakter daşıyır. Burada tədqiqatın konkret metodikası reallaşdırılır. Yəni müxtəlif metodikaların tədbiqi və emprik faktları toplanır.

  2. Nəticələrin kəmiyyət v. keyfiyyət baxımından emalı mərhələsi.- Yəni tədqiqat materialı kəmiyyət baxımından təhlil olunur.

  3. İnterpretasiya( şərh) mərhələsi.- Burada nəticə konkretləşir. Materialları psixoloji nəzəriyyə əsasında şərh edilir., nəticə ehtibarı ilə fərziyənin düzgünlüyü və səhv olması aydınlaşdırılır və tədqiqatın nəticələri şərh olunur.

Metodların təsnifatı.-

Tədqiqat metodlarının təsnifatı.- Bu təsnifatı B.Q.Ananiyev vermişdir. I qrup metodları.- Təşkilatı metodları.- Buraya aiddir Langityudalar (uzunmüddətli) və Transpersal (qısa müddətli) aparılan metodlardır. Onlara təşkilatı metodlarda adlandırılır.

a.Müqayisəli metodlar.- tədqiqatcı özünün aldığı nəticələrlə digərlərini müqayisə edir. Hətta özünün aldığı nəticələri bir neçə nəticələridə müqayisə edir.

Kompleks.- Hamısından istifadə etmək.

II qrup metodlar adlanır. Yəni təcrübə metodları bunlara aid edilir.

a.Müşahidə və özünümüşahidə.

b.Eksperimental metodu.

c.Psixodioqnostik metodu.

d.Fəaliyyət məhsullarının təhlili və ya praksimetrik metodlar.

Modelləşdirmə(riyazi kibernetik – istehsal göstəricisinin riyazi emalı).

Bioqrafik metodlar.(tərcümeyi hal metodları)III qrup metodlar.- Materialların kəmiyyət, keyfiyyət təhlili metodları.Kəmiyyət təhlili.(riyazi statistik) (dispesiyasını tapmaq – cavabını səpələmək.)təhliliKəmiyyət təhlili.(nəticələri qruplaşdırmaq,variantlara ayırmaq,təhlil üçün səciyəvi nümunələr seçmək.)IV qrup metodlarışərh metodları.- Əsasən məntiqi təhlil metodları aiddir.ın struktur və genetik metodlarım müxtəlif variantlardan ibarətdir. Bu metodları köməti ilə öyrənilən psixi proses və ya xassənin, məs. təfəkkür, hafizə, təxəyyül, qabiliyətləri və s. strukturu təhlil olunur

5. Psixologiyanın tədqiqat metodları.

Metod dedikdə - elmin öz predmetinə yanaşma tərzi öyrənilməsi üsulları başa düşülür. Metod olan yerdə elm var, elm olan yerdə də metod var. Bütün elmlər öz predmetini müəyyən üsullarla öyrənirlər. Bu metod adlanır.

Metodologiya – metodlar haqqında təlim deməkdir. Metod və loqos sözlərinin birləşməsindən yaranmışdır. Metodologiya dedikdə elmin öz predmetinə hansı fəlsəfə aspektinə (baxımdan) yanaşması başa düşülür. Başqa sözlə desəkşüurun gerçəklikdə baş verən hadisələrin necə dərk etməsi başa düşülür.

Metodologiyanın 3 səviyyəsi ayrılır.

1). Ümumi metodologiya-ümumi metodologiyanın 3 əsas prinsipləri mövcuddur.

a). Hadisələri öz inkişaf prosesində öyrənmək, tədqiq etmək.

b). Hadisələri təcrid olunmuş şəkildə deyil, digər hadisələrnən qarşılıqlı təsir prosesində öyrənmək lazımdır.

c). Bütün hadisələri sadədən mürəkkəbə doğru keçmişi yeni məzmunda təkrarlayaraq inkişaf edir.

2). Xüsusi metodologiya-dedikdə konkret elm sahəsində məsələn, psixologiya sahəsində tətbiq olunan metodoloji prinsiplər nəzərdə tutulur.

Dialektika-inkişaf, dəyişmə deməkdir.



Psixologiyanın metodları.

Psixologiyanın metodlarının təyinatına görə 2 böyük qrupa ayrılır.

1.Sırf elmi tədqiqat işi aparmaq üçün tətbiq olunan metodlar.

a.Müşahidə metodu.- Müşahidə öyrənilən psixoloji parametrin məqsədyönlü, planlı şəkildə öyrənilməsi deyilir. Müşahidə zamanı mütləq öyrəniləcək parametr(müşahidə vahidləri. Qabaqcadan ayrılır. və müşahidəci tərəfindən qeydə alınır. (pratakolda, maqnitafonda, videp, kamera vasitəsi ilə 1 tərəfli görünən güzgü qeydə alınır.)

Müşahidənin ən ənəvi olaraq özünü müşahidə növünü təbii müşahidə və labarator müşahidəsi növləri ayrılır.

Bundan başqa sosial psixologiyada daxildən müşahidə metodları istifadə olunur.

Daxildən müşahidə.- zamanı müşahidəçi psixoloq müşahidə apardığı qrupun üzvi olur.

Müşahidə metodunun ən önəmli növütəbii müşahidə hesab olunur. Ona görə bu metodun köməyo ilə alınan nəticələr daha dəqiq və ehtibarlı olur. Yəni müşahidə aparan şəxs nəticələri qeydə alanda, onları şərh edəndə, şəxsi münasibətini,öz fikirlərini ön plana çəkir.

Eksperment metodu.- Təyinatına görə tədqiqat metodudur. Eksperiment metodunun özünəməxsusluğu ondan ibarət dir ki, öyrənilən ekspermental faktla, ona təsir edən digər faktlar arasındakı əlaqə və asılılıq öyrənilir və nəzərdən keçirilir.

Eksperment aparmazdan əvvəl eksperimentator mütləq(fərz eliyir ki, belə eləsən bu cür olacaq) Buna uyğun ekspermental şərait yaradır və nəticələri qeydə alaraq təhlil edib ümumiləşdirir.

Eksperimental metodun 2 növü var.

1.Təbii eksperimental.- Elmə ilk dəfə 1910 –cu ildə A.F.Laruriski gətirmişdir. Təbii eksperimental nəticəsində alınan faktlar daha ehtibarlı olur, lakin labaratorda ekspermental aparmaq daha asandır. Ona görə ki, təbii ekspermental zamanı ekspermental şəraiti yaratmaq asan olur.

Sosial psixologiyada ekspermentin 1 növü olan sahə ekspermentindən istifadə olunur. Bu ekspermentin növünü Kurt Levinin ekspermenti hesab olunur. Pedoqoji psixologiyada ekspermentin 1 növü olan formalaşdırıcı ekspermentdən də istifadə olunur. Hər hansı psixi prosesi formalaşdıraraq öyrənir. Məs: Məktəbəqədər yaşlı uşaqların təfəkkür keyfiyyətlərini formalaşdırmağı öyrənir.

Psixodioqnostiq metodlar.- Psixikaya diaqnoz qoymaq üçün metodlardır. Bu metodların köməyi ilə şəxsiyyətin qabiliyətləri öyrənilir.

Şəxsiyyətin qabilliyi kimi onun idrak proseslərinin təzahür xüsusiyətlərini, müxtəlif psixi vəziyətləri, psixi xassələri münasibətləri və.s psixod metodların köməyi ilə öyrənilir.

Ən əsas psixod metod psixoloji test hesab olunur.

Testlərin növləri aşağıdakılardır.

1.İdrak proseslərinintəzahür xüsusiyyətlərini öyrənmək

üçün tətbiq olunan testlərdir.

2.Şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətlərini öyrənmək üçün testlərdir.- Sosiometriya və referontemetriya .

3.Proyektiv testlər.- Münasibətlərin sistemlərini motiv- tələbat sferasını (sahəsini) psixi vəziyyətlərini öyrənmək üçün tətbiq olunan testlərdir.

Test metodunun ilk yaradıcısı Haltondur. Psixodioqnostik metodlarına aid edilir sorğu və onun növləri.

1. İntervyu- Qabaqcadan planlaşdırılmış sorğu.

2.Müsahibə- sərbəst söhbətdir.

3. Anket- yazılı sorğu.

Fəaliyyət məhsullarının təhlili metodu.- Fəaliyyət məhsulları işləri, rəsm əsərləri, qeyitdir.

1 sözlə şəxsiyyətin yaratdıqları ola bilər.

Tərcümeyi hal metodu- Hər bir insanın keçdiyi həyat yolu tərcümeyi halı olur, psixikanın inkişafı və şəxsiyyətin formalaşması haqda dəyərli məlumat verir

Psixologiyanın metodları.

Psixologiyanın metodlarının təyinatına görə 2 böyük qrupa ayrılır.

1.Sırf elmi tədqiqat işi aparmaq üçün tətbiq olunan metodlar.

a.Müşahidə metodu.- Müşahidə öyrənilən psixoloji parametrin məqsədyönlü, planlı şəkildə öyrənilməsi deyilir. Müşahidə zamanı mütləq öyrəniləcək parametr(müşahidə vahidləri. Qabaqcadan ayrılır. və müşahidəci tərəfindən qeydə alınır. (pratakolda, maqnitafonda, videp, kamera vasitəsi ilə 1 tərəfli görünən güzgü qeydə alınır.)

Müşahidənin ən ənəvi olaraq özünü müşahidə növünü təbii müşahidə və labarator müşahidəsi növləri ayrılır.

Bundan başqa sosial psixologiyada daxildən müşahidə metodları istifadə olunur.

Daxildən müşahidə.- zamanı müşahidəçi psixoloq müşahidə apardığı qrupun üzvi olur.

Müşahidə metodunun ən önəmli növütəbii müşahidə hesab olunur. Ona görə bu metodun köməyo ilə alınan nəticələr daha dəqiq və ehtibarlı olur. Yəni müşahidə aparan şəxs nəticələri qeydə alanda, onları şərh edəndə, şəxsi münasibətini,öz fikirlərini ön plana çəkir.

Eksperment metodu.- Təyinatına görə tədqiqat metodudur. Eksperiment metodunun özünəməxsusluğu ondan ibarət dir ki, öyrənilən ekspermental faktla, ona təsir edən digər faktlar arasındakı əlaqə və asılılıq öyrənilir və nəzərdən keçirilir.

Eksperment aparmazdan əvvəl eksperimentator mütləq(fərz eliyir ki, belə eləsən bu cür olacaq) Buna uyğun ekspermental şərait yaradır və nəticələri qeydə alaraq təhlil edib ümumiləşdirir.

Eksperimental metodun 2 növü var.

1.Təbii eksperimental.- Elmə ilk dəfə 1910 –cu ildə A.F.Laruriski gətirmişdir. Təbii eksperimental nəticəsində alınan faktlar daha ehtibarlı olur, lakin labaratorda ekspermental aparmaq daha asandır. Ona görə ki, təbii ekspermental zamanı ekspermental şəraiti yaratmaq asan olur.

Sosial psixologiyada ekspermentin 1 növü olan sahə ekspermentindən istifadə olunur. Bu ekspermentin növünü Kurt Levinin ekspermenti hesab olunur. Pedoqoji psixologiyada ekspermentin 1 növü olan formalaşdırıcı ekspermentdən də istifadə olunur. Hər hansı psixi prosesi formalaşdıraraq öyrənir. Məs. Məktəbəqədər yaşlı uşaqların təfəkkür keyfiyyətlərini formalaşdırmağı öyrənir.

Psixodioqnostiq metodlar.- Psixikaya diaqnoz qoymaq üçün metodlardır. Bu metodların köməyi ilə şəxsiyyətin qabiliyətləri öyrənilir.

Şəxsiyyətin qabilliyi kimi onun idrak proseslərinin təzahür xüsusiyətlərini, müxtəlif psixi vəziyətləri, psixi xassələri münasibətləri və.s psixod metodların köməyi ilə öyrənilir.

Ən əsas psixod metod psixoloji test hesab olunur.

Testlərin növləri aşağıdakılardır.

1.İdrak proseslərinintəzahür xüsusiyyətlərini öyrənmək

üçün tətbiq olunan testlərdir.

2.Şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətlərini öyrənmək üçün testlərdir.- Sosiometriya və referontemetriya .

3.Proyektiv testlər.- Münasibətlərin sistemlərini motiv- tələbat sferasını (sahəsini) psixi vəziyyətlərini öyrənmək üçün tətbiq olunan testlərdir.

Test metodunun ilk yaradıcısı Haltondur. Psixodioqnostik metodlarına aid edilir sorğu və onun növləri.

1. İntervyu- Qabaqcadan planlaşdırılmış sorğu.

2.Müsahibə- sərbəst söhbətdir.

3. Anket- yazılı sorğu.

Fəaliyyət məhsullarının təhlili metodu.- Fəaliyyət məhsulları işləri, rəsm əsərləri, qeyitdir.

1 sözlə şəxsiyyətin yaratdıqları ola bilər.

Tərcümeyi hal metodu- Hər bir insanın keçdiyi həyat yolu tərcümeyi halı olur, psixikanın inkişafı və şəxsiyyətin formalaşması haqda dəyərli məlumat verir



Mövzu 2 Psixikanın filogenezdə inkişafı və şüurun əmələ gəlməsi.

Plan.

  1. Psixikanın filogenezdə inkişaf mərhələləri. Sinir sisteminin filogenetik inkişafı və davranış formaları (tropizmlər, taksislər, vərdişlər və intellektual davranış).

  2. Beyin və psixika. Psixi funksiyalar və mühit.

  3. İnikasın yüksək formasına- insan şüuruna keçid şəraiti. Psixika və şüur. Şüur və şüursuzluq. Şüurun strukturu və əsas psixoloji xarakteristikaları.

  4. Heyvan və insan psixikaları arasındakı fərqlərin mahiyyəti. Ali psixi funksiyalar haqqında anlayış.

1.Psixikanın filogenezdə inkişaf mərhələləri. Sinir sisteminin filogenetik inkişafı və davranış formaları (tropizmlər, taksislər, vərdişlər və intellektual davranış).

Psixikanın felogenezdə inkişaf mərhələlərini rus akademiki A. N. Leontiyev ayırmışdır. Filo- növ, genezis isə mənşə mənasını verir. Psixikanın felogenezdə inkişafı dedikdə - üzv aləmin təkamülü prosesində psixikanın əmələ gəlməsi, inkişafı və müasir insanların şüuru səviyyəsinə çatması başa düşülür. Psixikanın əmələ gəlməsi üçün əsas şərt- həssaslıqdır.

Psixikanın felogenezdə inkişafının aşağıdakı mərhələləri ayrılır.

1.Elementar-sensor psixika mərhələsi-(duyğulara əsaslanır)- Bu mərhələdəqıcıqlandırıcının ayrı- ayrı xassələri və əlamətləri inikas (əks) olunur. Orqanizmin davranışında bunun əsasında qurur. Bu mərhələdə qıcıqlandırıcının bütöv inikasından söhbət gedə bilməz. Yəni qıcıqlandırıcının bütöv inikası yaranır.Psixikası bu mərhələyə aid edilən əsas orqanizmlər: bitgilər ibtidailər və bəzi onurğalılar.

2.Perseptiv psixika mərhələsi- Psixikanın filogenezdəki bu mərhələsindəqıcıqlandırıcının bütöv inikasını yaranır. O biri instinklərə, bu isə vərdişlərə uyğun gəlir. Bütün onurğalıların davranışı bura aid edilir.

3. İntillek(zəka, ağıl) mərhələsi.- (Təfəkkürə əsaslanır.)- Psixikanın bu mərhələdə qıcıqların arasında mövcut olan əlaqə, münasibət və asılılıq əks olunur. Ali heyvanlarda və insanlarda intelekt mərhələdə psixi inikas baş verir.



Filogenezdə davranışın aşağıdakı formaları ayrılır.

1. Tropizmlər və takzislər –Filogenizdə davranışın ən elementar formalarıdır. Tropik bitgilərin ətraf aləmin qıcıqlanmasına qarşı davranış formasıdır. Bitgilərin canlı orqanizmdə olduqları üçün onlarda həssaslıq mövcutdur. Həssaslıq isə psixikanın əmələ gəlməsinin əsas şərtidir. Başqa sözlə həssaslıq olan yerdə psixika əmələ gəlmişdir.

1.Foto tropizm- Bitgilərin işığa qarşı cavab reaksiyası.məs: günəbaxanın günə tərəf çevrilməsi. Bitgilərin isti havada yarpaqlarının tökülməsi və s.

2. Teplotropizm- Bitghilərin istiliyə qarşı cavab reaksiyası. Məs: Bitgilərin istiliyə qarşı cavab reaksiyası. Məs: Bitgilərin isti havada yarpaqlarının tökülməsi və s.

3. Xemotropizm- Bitgilərin kimyəvi maddələrinin təsirinə qarşı cavab reaksiyası.

Taksizlər- hərəkət mənasını bildirir. İbtidai heyvanları ətraf aləmin qıcıqlarına qarşı cavab reaksiyası taksizlər adlanır. Taksizlər aşağıdakı növlərə ayrılır.

1.Foto taksiz- işığa qarşı cavab reaksiyası.

2.Teplo taksiz- istiliyə qarşı cavab reaksiyası.

3. Xemo taksiz- kimyəvi maddələrin təsirinə qarşı cavab reaksiyası.

Taksizlər - yalnız ibtidai 1 hüceyrəli heyvanlarda məs: adi amöbdə, imfuzor tərlikdə, yaşıl volvoksda, evqlendə müşahidə olunur. Bu davranış formaları elem-sensor psixika səviyyəsində yaranan davranış formasıdır.

İnstinktiv- latınca oyanma deməkdir. İnstinktiv davranış forması bağırsaqboşluqlar və buğumayaqlılardan başlayaraq müşahidə olunur. İnstinktiv davranış forması bütöv növə aiddir. Məs: quşların instin, canavarların instinkti, arıların ınstinktləri və s. dəyişməzdir.İrsən nəsildən-nəsilə keçir. Yəni anadan gəlmə davranış forması-instinktdir. İnstinktiv davranışın əsasında şərtsi9z anadangəlmə refleksləri durur. İnstinktiv davranış həm həşəratlarda həm sürünənlərdə, həm quşlarda, həm də məməlilərdə müşahidə olunur.

Quşların və heyvanların instinktinə yuvaqurma, balaçıxarma, nəsil artırma, özünə qida tapmaqla bağlı instinktiv aid edilir. Eləcədə digər heyvanlarda müşahidə olunan instinktivlər nəsil artırmaq, övlad böyütmək, qida ilə bağlı instinktivlər vardır.

İnsanlarda müşahidə olunan instinktlərə özünümüşahidə instinktləri aid edilir. İnstinktiv davranış elementar-sensor psixi inikas səviyyəsində yaranan davranışdır. İnstinktiv davranışı həyata keçirən 1) torlu, 2) düyünlü, və 3) borulu sinir sistemidir.

Ən ibtidai heyvanlarda sinir sistemi yoxdur. Sinir sistemi ilk dəfə özünü bağarsaq boşluqlarında biruzə verir.

Vərdişlər yaxud öyrənmə- vərdişlər anadangəlmə deyil yəni, fərdidir, ( hər 1 heyvanın vərdişi digərindən fərqlənir ) dəyişəndir. Onların əsasında şərti reflekslər durur. Vərdişlər perspektiv psixika mərhələsində yaranmışdır.(qavrayış)

Öyrənmə-yalnız onurğalılarda, borulu sinir sistemi mövcud olan heyvanlarda və insanlarda mümkündür. Ona görə ki, borulu sinir sistemi olan heyvanlarda və insanlarda baş beyin yarım kürələri mövcuddur və həmin yarımkürələrdə vərdişlərinin, öyrənilməsinin əsasında müvəqqəti sinir rabitələri yaranır.

İntelektual davranış- İntelektual davranış da fərdidir. İntelektual davranış intalekt mərhələsinə aid edilir. Onun da əsasında şərti reflekslər durur. Lazım gəldikdə dəyişməyə meyllidir. Ali heyvanların intelektual davranışına qida ilə bağlı, bələdləşmə ikə bağlı və s. Problemləri həll etməsi aid edilmişdir: məs: meymunun Babuq budaqlarını bir-birinə birləşdirərək qəfəsin tavanından asılmış bananı vurub salması, başı gödək zəncirlənən ıtın uzun cəhdlərindən sonra arxa pəncəsi ilə qidanı özünə tərəf çəkməsi və s. aiddir.İntelektual davranış həyata keçirən borulu sinir sistemidir. İntelektual davranışın həyata keçirilməsində yarımkürələr qabığı müstəsna rol oynayır. Ona görə ki, intelektual davranışın əsasında qarşıya çıxan hər hansı bir məsələnin həlli durur. Heyvanlarda məsələni həll etmək üçün əqli iş aparır. İntelektual davranışın insanların həyatında daha çox qeydə alınnr.

İnikasın iki əsas forması ayrılır.

1.Passiv inikas yaxud mexaniki inikas.

2.Aktiv inikas yaxud fəal inikas.

Passiv inikas – zamanı inikas etdirilməsinə öz münasibətini bildirmir.

Aktiv inikas – zamanı isə əksinə. İnikas edən inikas etdiyinə öz münasibətini bildirir və davranışını inikas əsasında qurur. Psixi iniks aktiv inikasedır.



  1. Yüklə 0,95 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin