17. Maddi stimullara aiddir:
A) sosial, mənəvi, yaradıcı və sosioloji-psixaloji, istirahət və müalicə üçün putyovkalar, mənzil və s.
B) əmək haqqı, mükafat, əmək haqqına əlavələr, istirahət və müalicə üçün putyovkalar, mənzil və s.
C) sosial, mənəvi, yaradıcı və sosioloji-psixaloji, əmək haqqı, mükafat, əmək haqqına əlavələr və s.
D) yaradıcı və sosioloji-psixaloji, istirahət və müalicə üçün putyovkalar, mənzil və s.
E) sosial, mənəvi, yaradıcı və sosioloji-psixaloji
18. Strateji plan nədir?
A) seçilmiş strategiyanın həyata keçirilməsi və müxtəlif maraqların, ideyaların, davranışların toqquşması nəticəsində yaranmış ziddiyyətlərin məcmusudur
B) yalnız dəyişilməyən mühit şəraitində təşkilat qarşısında duran məqsədlərə nail olmaq üçün zəruri olan ardıcıl hərəkətlərin məcmusudur
C) seçilmiş strategiyanın həyata keçirilməsi və qoyulmuş məqsədə nail olunması üzrə sistem tədbirlərinin hazırlanması və reallaşmasıdır
D) təşkilatın məqsədinin seçilməsi və həlli prosesini, həmçinin buna nail olmaq üçün nələr edilməli olduğunu birləşdirir
E) firmanın real imkanları əsasında qarşıya qoyulan məqsədə nail olmaq üçün əsas yolların müəyyən edilməsidir
19. Heyətin idarə edilməsi xidmətinin strukturu əsasən hansı aspektdən səciyyələndirilir?
A) təşkilatın həcmi, briqada üzvlərinin illik fəaliyyəti haqqında informasiya almaqla
B) təşkilatın həcmi, briqada və onun üzvlərinin əmək davranışının tənzimlənməsi ilə C) təşkilatın xarakteri , informasiyanın təhlili və ondan obyektiv nəticələr çıxarmaqla
D) briqada üzvlərinin gündəlik fəaliyyəti haqqında informasiya almaqla
E) təşkilatın xarakteri və həcmi, iriliyi ilə, əsasən də istehsal olunan məhsul ilə
Dostları ilə paylaş: |