Çoxluqların elementləri sayının bərabər olması və bərabər olmaması. Məktəbəhazırlıq qrupunda uşaqlar başa düşməlidirlər ki, istənilən əşyalar bərabər ola bilərlər: hər hər birindən 1 dənə, hər birindən 3 dənə, hər birindən 4 dənə, hər birindən 5 dənə, hər birindən 6 dənə və s.
İki-üç toplunun elementləri sayının vasitəli bərabərləşdirilməsini tələb edən çalışmalar faydalıdır. Məs. Bütün ayıların boynuna bant vurmaq üçün o qədər lent gətirin.
Miqdar münasibətlərinin mənimsənilməsindən ötrü çoxluqların elementləri saylarının bərabərləşdirilməsinə aid çalışmalarla yanaşı, bərabərliyin pozulmasına aid çalışmalardan da istifadə olunur: “Elə et ki, üçbucaqlar kvadratlardan çox olsun! İsbat et ki, üçbucaqlar çox oldu. Nə etmək lazımdır ki. kuklalar ayılardan az olsun? Onlar neçə dənə olacaq? Nə üçün?”
4. Müxtəlif analizatorların iştirakı ilə sayın öyrədilməsi. Miqdar münasibətlərinin öyrədilməsini müxtəlif analizatorların iştirakı ilə saymaqda məşq etməklə uzlaşdırırlar. Uşaqlar eşitdikləri səsləri, hərəkətləri saymaqda, əşyaları əl ilə toxunmaqla saymaqda məşq edirlər.Məs. Uşaqlar eşitdikləri səslər qədər oyuncaq sayıb ayırırlar, yaxud kartoçkadakı dairələr qədər oturub-dururlar. Onlar kartoçkaya bərkidilmiş düymələri əllərini vurmaqla sayırlar və o qədər dəfə, yaxud 1 dəfə az (çox) əl çalırlar. Məs. tapın, görək. Arzu 1 dəfə az (çox) əl çalmışsa, onun kartoçkasında neçə düymə var? və s.
Müxtəlif analizatorların iştirakı ilə çoxluqların elementlərinin sayılmasına və bərabərliyinə aid çalışmalar, demək olar ki. hər bir məşğələdə aparılır.
Ədədləri yadda saxlamağa aid çalışmalar.U.aqların hesablama fəaliyyətinə hazırlanmasında ədədi yadda saxlamaq qabiliyyətinin inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır.
Tərbiyəçi stolun üstündə bir neçə əşya qrupları qoyur. Növbə ilə uşaqlardan birini bu və ya digər qrupun əşyalarını saymaq üçün çağırır, əşyaların sayını yadda saxlamağı təklif edir.Bundan sonra əşyaların üstünü dəsmalla örtür və hər bir uşağın bu və ya digər əşyaların neçə dənə olduğunu yadda saxlayıb saxlamadığını yoxlayır. Oyuncaqları ürəkdə saymağı isə uşaqların hamısına təklif etmək olar.
Tərbiyəçi tədriclə çalışmaları mürəkkəbləşdirir: oyuncaq qruplarının miqdarını 2-dən 6-7-yə qədər artırırlar, əşyaların sayını onların keyfiyyət əlamətləri və fəzada yerləşmələri ilə əlaqələndirirlər. Məs. Uşaqlara təklif edirlər ki, stolun üstündə qırmızı, göy və yaşıl maşınların hər birindən neçəsi olduğunu, yaxud neçə uzun, neçə qısa və neçə orta ölçüdə lent olduğunu, bərabər qruplarda neçə maşın olduğunu və onların necə düzüldüyünü yadda saxlasınlar.
Analoji qayda ilə əşyaları sayıb ayırarkən ədədləri yadda saxlamağa aid çalışmaları mürəkkəbləşdirirlər. Əvvəlcə uşaqları müxtəlif əşyaların 2 qrupunu, məs. 4 yolka və 7 göbələk sayıb ayırmağı. 1 qədər sonra isə forması, yaxud ölçüsü ilə fərqlənən eyni növdən əşyaların 2 qrupunu sayıb ayırmağı və nəhayət nəinki əşyaların 2 qrupunu sayıb ayırmağı. Həm də onları müəyyən yerdə düzməyi təklif edirlər. Məs. 7 silindri stolun üstündə ortada, 7 kubu stolun sağ tərəfindən qoyun, 8 dairəni yuxarı sol küncdə, 7 üçbucağı isə vərəqin sağ kənarı boyunca düzün . və s.
Uşaqlar hər dəfə tapşırığı yerinə yetirib neçə dəfə hansı əşyadan vəharada yerləşdirdiklərini söyləyirlər.
Tərbiyəçi “Nələr olmadı?”, “Nə dəyişdi?” oyun-çalışmalarından da istifadə edə bilər. Məs. Tərbiyəçi stolun üstündə 2 qrup əşya qoyur. Uşaqlar “Gecədir!” siqnalında gözlərini yumurlar. Tərbiyəçi isə ya 1 əşya götürür, ya da 1 əşya əlavə edir. “gündüzdür!” siqnalında uşaqlar gözlərini açırlar və nə dəyişiklik olduğunu tapırlar, izah edirlər: neçə əşya vardı, neçə əşya əlavə etdilər, ya da götürdülər. Neçə əşya oldu.
Belə çalışmalar əşya toplularını təsəvvürdə müqayisəsinə və axır nəticədə ədədlərin müqayisəsinə keçməyə imkan verir.