10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu



Yüklə 60,59 Kb.
səhifə5/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Vulkanların coğrafi yayılması.Yer səthində tək-tək, qrup şəklində və düz xətt üzrə yerləşir. Tək vulkanlar vulkan dağı, qrupla yerləşmiş vulkanlar vulkan sahəsi, yaxud landşaftı, xətt üzrə yerləşən vulkanlar isə vulkan sıra dağı əmələ gətirir.

Vulkanlar yer qabığında müəyyən zonalar üzrə yayılaraq, qabığın inkişaf qanunauyğunluqları ilə bağlıdır. Ən aktiv müasir vulkanizm, eləcə də fəaliyyətdə olmayan, yaxın geoloji keçmişdə sönmüş vulkanlar cavan geosinklinal qurşaqlarda, yer qabığının ən hərəkətedici sahələrində yayılmışdır. Geosinklinal qurşaqlardan kənarlarda, platforma sahələrində rast gələn vulkanlar və bütöv vulkanik sahələr həmin ərazilərdə olan tektonik qırılmalar-riftlər zonası ilə əlaqədardır.

Müasir dövrdə yer səthində olan bir neçə min vulkandan 700-dən artığı fəaliyyətdə olan vulkanlardır. Bunların müəyyən hissəsi su altında, 275-i şimal yarımkürəsində, 155-i isə cənub yarımkürəsində yerləşir. Fəaliyyətdə olan vulkandan 400-dən çoxu Sakit okean ətrafında və daxilində, 100-dən çoxu isə Hind və Atlantik okean sektorlarında yerləşir.

Sualtı vulkanların böyük əksəriyyəti orta okean silsilələrinin rift zonalarında, bir qismi isə riftlərdən kənar tektonik qırılmalar zonasındadır. Say etibarı ilə fəaliyyətdə olan və yaxın keçmişdə sönmüş əksəriyyəti Sakit okeanı əhatə edən Kordilyer-And dağlıq qurşağında və müasir Şərqi Asiya geosinklinal qurşağında yerləşir. Şimalda hər iki qurşaq bir-birinə Aleut adaları qövsü ilə birləşir, cənubda isə onları geniş «okean platforması» ayırır.

Ikinci böyük qurşaq Tetis geosinklinal qurşağıdır. Bu, qərbdə Azor adalarından başlayıb, Aralıq dənizindən, Qabaq Asiya dağlıq yaylalarından və Himalay, Qərbi Hindi-Çin dağlarından keçərək cənub-şərqdə Malay arxipelaqı sahəsində Şərqi Asiya vulkan qurşağı birləşir. Göstərilən qurşaqlarda vulkan sahələri arasıkəsilməz areal əmələ gətirə bilmir. Bu qurşaqların ayrı-ayrı sektorlarının geoloji inkişaf xüsusiyyətindən asılı olaraq, bəzi yerlərində vulkanlara rast gəlinmir.

Geosinklinal qurşaqlardan kənarda, yaxın zamanlarda sönmüş və çox aktiv fəaliyyətdə olan vulkanlara İslandiyada, Şərqi Afrikada, Qvineya körfəzində Kamerun-Fernando-Po adası xətti üzrə, Mancuriyada, Şərqi Monqolustanda, Vitim yaylasında rast gəlmək olur.

14. Zəlzələlərin relyef əmələ gəlməsində rolu

Endogen amillərə aid olan zəlzələlər, Yer səthində müxtəlif relyef formaları yaranmasına səbəb olur. Lakin zəlzələlərin yaratdığı relyef formaları böyüklüyünə və coğrafi yayılmasına görə, tektonik hərəkətlər və vulkanizm nəticəsində əmələ gələn relyef formaları ilə müqayisə edilə bilməz. Zəlzələrin yaratdığı formalar əsasən mezorelyef və mikrorelyef formaları olmaqla az sahə tutur. Bu relyef formalarının bir çoxu isə qısa vaxt keçdikdən sonra denudasiya prosesləri tərəfindən dağılır və görkəmini itirir.

Relyef əmələ gətirən amillər sırasına yalnız güclü – katastrofik zəlzələləri aid etmək olar. Hər gün müxtəlif sahələrdə baş verən yüzlərlə zəif yer tərpənmələri relyef forması yaratmır.

Zəlzələlərin relyefə təsirini əsas iki növə bölmək olar: 1-bilavasitə təsir, 2-dolayı yolla olan təsir. Güclü zəlzələlər zamanı Yer qabığı səthində ani şaquli və üfüqi yer dəyişmə baş verir və bu yerdəyişmə bir qayda olaraq, ya əvvəllərdən yaranmış tektonik qırılmalar boyu ilə, yaxud da zəlzələ zamanı yaranan çatlar üzrə baş verir.

Zəlzələ təsiri altında Yer qabığının səthində adətən amplitudu bir neçə metrə çatan qırılmalar, horst və qrabenlər əmələ gəlir. Zəlzələdən yaranan çatlar on və yüz kilometrlərlə uzanır, onların eni və dərinliyi isə bir neçə metr olur.

Bir çox katastrofik zəlzələlər nəticəsində yerin səthində daha böyük dəyişikliklər baş verir. Yaponiyada 1923-cü ildə baş verən güclü Tokio zəlzələsi zamanı Saqmi körfəzi dibində şaquli amplitudu yüz metrlərlə ölçülən horst və qrabenlər əmələ gəlmişdir. Bəzi yerlərdə körfəzin dərinliyi 150-200 m artmış, bəzi yerlərdə isə körfəzin dibi 200-250 m yuxarı qalxmışdır. Ümumiyyətlə 150 km2 sahədə körfəzin dib relyefi ciddi dəyişilmişdir. Portuqaliyada 1775-ci ildə olan güclü Lissabon zəlzələsi zamanı şəhərin dəniz kənarı bulvarı su altına düşmüş və o yerdə dərinlik 200 m artmışdır. 1963-cü ildə Alyaskada Ankoric şəhərində də yer səthində böyük dəyişikliklər əmələ gəlmişdir.

Şamaxıda 1670-ci illərdə baş verən bir neçə dəfə təkrar olunan güclü zəlzələlər zamanı yer səthində böyük çatlar yaranmış, dağ yamacları uçmuş, relyefdə xeyli dəyişiklik olmuşdur.

Monqolustan Altay dağlarında 1957-ci ildə baş verən güclü Qobi-Altay zəlzələsi zamanı dağ yamaclarında uzunluğu yüz kilometrlərlə ölçülən çatlar, ayrı-ayrı yerlərdə horst və qrabenlər əmələ gəlmişdir. Zəlzələnin təsirindən yer səthində kiçik qırışlar da əmələ gəlir ki, bu da seysmodislokasiya adlanır. Seysmodislokasiya Qara dənizin Qafqaz sahillərində, Yaponiyada qeydə alınmışdır. Zəlzələnin Yer səthi relyefində yaratdığı belə dəyişikliyə, başqa seysmik zonalardan Çilidə, Meksikada, Orta Asiya dağlarinda, İranda, Türkiyədə, Yuqoslaviyada və s. rast gəlmək mümkündür.

Güclü zəlzələlər zamanı dağ yamanclarında uçqunlar və sürüşmələr də baş verir.

Tacikistanda 1949-cu ildə olan Hait zəlzələsi zamanı böyük uçqunlar əmələ gəlmiş və Hait kəndi tamamilə yamacla “axan” və qalınlığı on metrlərə çatan nəm qırıntı məhsullarla basdırılmışdır.

Pamirdə 1911-ci ildə baş verən zəlzələ zamanı nəhəng uçqun baş vermiş, uçqun materialları Murqab çayı dərəsini kəsmiş və nəticədə eni 5 km-ə, hündürlüyü 600 m-ə çatan bənd yaranmışdır.

Həmin ildə baş verən məşhur Alma-Ata zəlzələsi zamanı Zaili Alatau dağının şimal yamacında əmələ gələn böyük sürüçmə materialları 400 km2-ə yaxın sahəni basmışdır.

Zəlzələ nəticəsində çay şəbəkəsinin dəyişməsi, yeni göllərin yaranması, bəzi göllərdən suyun axıb getməsi, palçıq vulkanlarının yaranması, bulaqların quruması, yaxud yenilərinin əmələ gəlməsi kimi başqa hadisələr də olur. Zəlzələ zamanı dağ yamaclarında toplanan külli miqdar qırıntı materialları sel yaranmasına da səbəb olur.

Şübhəsiz, dəniz dibi relyefində də güclü zəlzələlər nəticəsində müəyyən dəyişikliklər baş verir.

Zəlzələlər yer qabığının tektonik fəal zonaları üçün səciyyəvi olan hadisədir. Onların yayılması sönmüş və fəaliyyətdə olan vulkanizmin yayılmasına müvafiq gəlir. Ən aktiv neotektonik zonalar eyni zamanda aktiv seysmik zonalardır. Beləliklə neotektonik hərəkətlər, vulkanizm və zəlzələlərin yayılması arasında sıx əlaqə vardır.

Yer səthində ən aktiv seysmik zonalara Alp-Himalay orogen zonası, Sakit okeanı əhatə edən odlu dairə vulkanizm qurşağı, Daxili Asiya fəallaşmış orogen zonası (burada vulkanizm yoxdur və orta okean silsilələri qurşağı) daxildir.

Güclü zəlzələlər zamanı Yer qabığı səthində ani şaquli və üfüqi yer dəyişmə baş verir və bu yerdəyişmə bir qayda olaraq, ya əvvəllərdən yaranmış tektonik qırılmalar boyu ilə, yaxud da zəlzələ zamanı yaranan çatlar üzrə baş verir.

Zəlzələ təsiri altında Yer qabığının səthində adətən amplitudu bir neçə metrə çatan qırılmalar, horst və qrabenlər əmələ gəlir. Zəlzələdən yaranan çatlar on və yüz kilometrlərlə uzanır, onların eni və dərinliyi isə bir neçə metr olur.

Bir çox katastrofik zəlzələlər nəticəsində yerin səthində daha böyük dəyişikliklər baş verir. Yaponiyada 1923-cü ildə baş verən güclü Tokio zəlzələsi zamanı Saqmi körfəzi dibində şaquli amplitudu yüz metrlərlə ölçülən horst və qrabenlər əmələ gəlmişdir. Bəzi yerlərdə körfəzin dərinliyi 150-200 m artmış, bəzi yerlərdə isə körfəzin dibi 200-250 m yuxarı qalxmışdır. Ümumiyyətlə 150 km2 sahədə körfəzin dib relyefi ciddi dəyişilmişdir. Portuqaliyada 1775-ci ildə olan güclü Lissabon zəlzələsi zamanı şəhərin dəniz kənarı bulvarı su altına düşmüş və o yerdə dərinlik 200 m artmışdır. 1963-cü ildə Alyaskada Ankoric şəhərində də yer səthində böyük dəyişikliklər əmələ gəlmişdir.

Şamaxıda 1670-ci illərdə baş verən bir neçə dəfə təkrar olunan güclü zəlzələlər zamanı yer səthində böyük çatlar yaranmış, dağ yamacları uçmuş, relyefdə xeyli dəyişiklik olmuşdur.

Monqolustan Altay dağlarında 1957-ci ildə baş verən güclü Qobi-Altay zəlzələsi zamanı dağ yamaclarında uzunluğu yüz kilometrlərlə ölçülən çatlar, ayrı-ayrı yerlərdə horst və qrabenlər əmələ gəlmişdir. Zəlzələnin təsirindən yer səthində kiçik qırışlar da əmələ gəlir ki, bu da seysmodislokasiya adlanır. Seysmodislokasiya Qara dənizin Qafqaz sahillərində, Yaponiyada qeydə alınmışdır. Zəlzələnin Yer səthi relyefində yaratdığı belə dəyişikliyə, başqa seysmik zonalardan Çilidə, Meksikada, Orta Asiya dağlarinda, İranda, Türkiyədə, Yuqoslaviyada və s. rast gəlmək mümkündür.

Güclü zəlzələlər zamanı dağ yamanclarında uçqunlar və sürüşmələr də baş verir.

Tacikistanda 1949-cu ildə olan Hait zəlzələsi zamanı böyük uçqunlar əmələ gəlmiş və Hait kəndi tamamilə yamacla “axan” və qalınlığı on metrlərə çatan nəm qırıntı məhsullarla basdırılmışdır.

Pamirdə 1911-ci ildə baş verən zəlzələ zamanı nəhəng uçqun baş vermiş, uçqun materialları Murqab çayı dərəsini kəsmiş və nəticədə eni 5 km-ə, hündürlüyü 600 m-ə çatan bənd yaranmışdır.

Həmin ildə baş verən məşhur Alma-Ata zəlzələsi zamanı Zaili Alatau dağının şimal yamacında əmələ gələn böyük sürüçmə materialları 400 km2-ə yaxın sahəni basmışdır.

Zəlzələ nəticəsində çay şəbəkəsinin dəyişməsi, yeni göllərin yaranması, bəzi göllərdən suyun axıb getməsi, palçıq vulkanlarının yaranması, bulaqların quruması, yaxud yenilərinin əmələ gəlməsi kimi başqa hadisələr də olur. Zəlzələ zamanı dağ yamaclarında toplanan külli miqdar qırıntı materialları sel yaranmasına da səbəb olur.

Şübhəsiz, dəniz dibi relyefində də güclü zəlzələlər nəticəsində müəyyən dəyişikliklər baş verir.

Zəlzələlər yer qabığının tektonik fəal zonaları üçün səciyyəvi olan hadisədir. Onların yayılması sönmüş və fəaliyyətdə olan vulkanizmin yayılmasına müvafiq gəlir. Ən aktiv neotektonik zonalar eyni zamanda aktiv seysmik zonalardır. Beləliklə neotektonik hərəkətlər, vulkanizm və zəlzələlərin yayılması arasında sıx əlaqə vardır.

Yer səthində ən aktiv seysmik zonalara Alp-Himalay orogen zonası, Sakit okeanı əhatə edən odlu dairə vulkanizm qurşağı, Daxili Asiya fəallaşmış orogen zonası (burada vulkanizm yoxdur və orta okean silsilələri qurşağı) daxildir.
15. Relyefin planetar formaları

platformalar materiklərin tektonik cəhətdən daha sakit (stabil) hissələridir. Lakin bu sakitliyi nisbi mənada başa düşmək lazımdır. Platformalarda vulkanizm və seysmik hərəkətlər də özünü zəif göstərir. Platformaları təşkil edən kristallik, metamorfik süxurlar hələ çox qədimlərdə, paleozoydan əvvəlki geoloji eralarda qüvvətli qırışıqlığa məruz qalmışdır. Həmin qırışıqlar, demək olar ki, paleozoya qədər dəfələrlə intruziv və effuziv hadisələrə məruz qalmış, onları təşkil edən süxur qatları qüvvətli metamorfizmə uğramış və kristallaşmışdır. Yüz milyon illər ərzində tektonik cəhətdən xeyli sakit olan platformalarda denudasiya prosesi geniş hamar, yaxud dalğalı təpəli düzənliklər–peneplen sahələr yaratmışdır. Həmin sahələrdə paleozoydan sonra dağəmələgəlmə hadisəsi və qırışıqlıq baş verməmişdir. Burada yalnız qırılmalar üzrə qalxma və enmə olmuşdur. Bəzi platformalarda qalxanlar arxey erasından bu vaxta qədər dəniz suları ilə örtülməmişdir. Bunlar, denudasion mənşəli relyefin müəyyən tiplərinin geniş yayılması ilə xarakterizə olunur. Bəzi platformalar isə paleozoyda, mezozoyda və hətta kaynozoyda böyük transqresiyalara məruz qalmış, platformanın kristallik-metamorfik süxurlardan təşkil olunmuş əsası müxtəlif qalınlıqda və əksərən normal yatımda olan çökmə süxur qatları ilə örtülmüşdür.

Platformaların çöküntü süxur örtüyü üçün xarakter olan normal yatım bəzən pozulur. Adətən, sineklizlərdə çökmə süxur layları hər tərəfdən mərkəzə yatır və onları təşkil edən möhkəm süxurlar dik yamacı kənara çevrilmiş kuest tirələri əmələ gətirir. Anteklizlərdə isə bu çöküntü layları gümbəzvari qırışmış olur. Bundan əlavə, platformaların ayrı-ayrı bloklarının tektonik rejimindən asılı olaraq, onların çökmə süxur örtüyü müxtəlif həcmli və istiqamətli sahəcə iri, şaquli amplitudu isə kiçik olan antiklinal qalxmalar və sinklinal çökəkliklər əmələ gətirir.

Geoloji inkişafına və yaşına görə platformalar iki yerə - qədim və cavan platformalara ayrılır.

Qədim platformalar arxey və proterozoy geosinklinalları yerində yaranmış və əsasən kristallik, metamorfik süxurlardan təşkil olunmuş platformalardır. Bunlara Şərqi Avropa (yaxud Rusiya platforması), Sibir, Çin (Şimali və Cənubi Çin platformaları), Şimali Amerika, Cənubi Amerika, Afrika, Ərəbistan, Avstraliya və Hindistan platformaları aid edilir. Sahəsinə görə qədim platformalar daha geniş əraziləri tutur.

Qədim platformalar tektonik rejiminə və hipsometrik vəziyyətinə görə fərqlənirlər. Cənub yarımkürəsi platformaları şimal yarımkürəsi platformasına nisbətən tektonik cəhətdən daha fəaldırlar.

Onlar aktiv vulkanizmə və seysmikliyinə görə də Şimal yarımkürəsi platformalarından fərqlənir. Sibir və Hindistan platformaları həmin xüsusiyyətlərin məcmuyuna görə Cənub yarımkürəsi platformalarına yaxındır. Bu platformalar son geoloji dövrlərdə də əsasən qalxma hərəkətlərinə məruz qalmışdır. Buna görə də həmin platformaların səthi Şimal yarımkürəsi platformalarında olduğunda xeyli yüksəkdir. Burada yüksək yaylalar, massivlər, hətta dağlar da yaranmışdır. Bu plarformanın başqa xüsusiyyəti platforma əsasının ümumi qalxması fonunda tektonik hərəkətlərin diferensial xüsusiyyət daşımasıdır. Buna görə Cənub yarımkürəsi platformalarında, xüsusilə Afrikada, nisbi amplitudu çox olan qalxanlar, anteklizlər və sineklizlər tutduqları sahələrə görə, onlara tam uyğun gələn yüksəkliklər, yaylalar, əksər halda dairəvi (yaxud ona yaxın) formada çökəklər (sineklizlər) əmələ gəlmişdir.

Bu platformaların yüksəklikləri kristallik süxurları kəsən müxtəlif hündürlükdə peneplen düzənliklərdən, çökəklikləri isə akkumulyativ batıq düzənliklərdən ibarətdir. Çay şəbəkəsinin inkişafında relyefin böyük formalarının paylanması böyük rol oynayır. Adətən suayırıcılar qalxanlar və anteklizlərdən keçir, əsas çay hövzələri isə sineklizlərdə cəmlənir. Buna Konqo, Amazon və başqa çay hövzələrini misal göstərmək olar. Yüksəkliklərdən axan çayların dərələri əsasən tektonik qırılmalara uyğun gəlir.

Şimal yarımkürəsindəki qədim platformalar kembridən sonrakı geoloji dövrlərdə əsasən tektonik əyilməyə (çökməyə) məruz qalmışdır. Burada yerləşən qədim platforma qalxanları, yalnız Lavrentiya yüksəkliyində, Baltik və Ukrayna qalxanlarında üzə çıxmaqla, alçaq yayla və yüksəkliklər əmələ gətirir. Yalnız Labradorda kristallik platforma yüksək gümbəzvari qalxan mürəkkəb relyefi olan yayla əmələ gətirmişdir.

Qədim platformaların daha geniş sahələri gömülmüş anteklizlər və kristallik əsasın səthi xeyli dərinə enmiş sineklizlərdən ibarətdir. Gömülmüş anteklizlərin üzərində çökmə süxur qatının qalınlığı azdır, yer səthində onlara çox halda yüksəkliklər müvafiq gəlir. Sineklizlər qalın çökmə süxur qatları ilə dolmuşdur. Yer səthində onlara əsasən düzənliklər (həm də ovalıq düzənliklər) müvafiq gəlir.

Şərqi Avropada olan böyük düzənliklərin əksəriyyəti sineklizlərdə yerləşir.

Cavan platformalar paleozoy qırışıqlıq zonalarında, paleozoyun axırı və mezozoyda əmələ gəlmişdir. Bunların əksəriyyəti qədim platformaların ətraflarında yaranmışdır. Avropada və Asiyada kaledon və hersin qırışıqlığı üzərində yaranan Skif, Turan, Qərbi Sibir və s. cavan platformaları buna misal göstərmək olar.

Cavan platformaların bir qismi mezozoy və kaynozoyda zəif əyilməyə və dəniz transqressiyasına məruz qalmışdır. Adətən belə sahələrdə geniş ovalıqlar və düzənliklər inkişaf etmişdir. Bir çox sahələrdə isə əyilmə zəif olduğundan qüvvətli qırışıqlığa məruz qalmış qədim çöküntülərin denudasion səthi üzərində müxtəlif mənşəli çökmə süxur örtüyü yatır. Belə sahələrdə ara-sıra platforma əsası çıxışları yer səthinə çıxaraq dalğalı-xırda təpəli və tirəli düzənliklər, yüksəkliklər əmələ gətirir. Turan ovalığının bəzi hissələri, Qazaxıstan xırda təpəliyi və s. buna misal ola bilər.

Cavan platformaların kaynozoyda, xüsusilə orogen mərhələdə tektonik fəallaşma sahələrində, bu fəallıq nisbətən zəif olan sahələrə alçaq və orta dağlar və çökəklər, məsələn, Orta Avropanın hersin qırışıqlığı zonası, Appalaçlar, Ural, Şərqi Avstraliya Alpları və s. güclü olan sahələrdə isə yüksək və orta dağ sistemləri, böyük dağarası çökəklər yaranmışdır (Tyan-şan, Altay dağları və s.).

Adətən belə alçaq və orta dağların səthində qədim peneplenlər yaxşı saxlanmışdır. Tektonik fəallaşma zamanı qalxma və enmə yalnız qırılmalar üzrə baş verdiyindən, dağların əksəriyyəti müxtəlif həcmli horst tipli qalxmalar, çökəklərin (geniş dərələrin) əksəriyyəti isə qraben tipli çökəklərdir. Buna ən tipik misallar Orta Avropadakı Reyn dərəsi (qrabeni), onu əhatə edən horst tipli Vogez və Şvarsvald dağları, Hars dağları və s.-dir.

Beləliklə, istər qədim, istərsə də cavan platformalar sahəsində relyefin ən geniş yayılmış elementləri düzənliklərdir. Bununla yanaşı tektonik fəallaşma zonalarında ara-sıra dağlıq relyef də yaranmışdır.

Platforma düzənlikləri mənşəyinə görə fərqlənir. Onların aşağıdakı əsas morfogenetik növlərini ayırmaq mümkündür.

A k k u m u l y a t i v d ü z ə n l i k l ə r əsasən platformaların (istər qədim və istərsə də cavan platformaların) əyilmə sahələrində-geniş sineklizlər yerləşir: akkumulyativ düzənliklərin səthi yumşaq, cavan – neogen – dördüncü dövr yaşlı çöküntülərdən təşkil olmuşdur. Akkumulyativ çöküntülərin yaranması geoloji vaxt etibarı ilə çox müxtəlifdir. Məsələn, Amazoniya düzənliyi hələ proterozoydan başlayaraq Amazon sineklizinin əyilməsi ilə əlaqədar yaranmağa başlamış və o vaxtdan etibarən həmin sahədə dəniz və kontinental çöküntü qatlarının toplanması nəticəsində əmələ gəlmişdir. Deməli bu düzənlik irsi inkişaf edən akkumulyativ düzənliklərdir. Qərbi Sibir ovalığı da irsi inkişaf edən düzənliklərdir; lakin bu əsasən paleozoy qırışıqlığı üzərində yaranmış akkumulyativ düzənliklərdir. Platformaların akkumulyativ düzənlikləri səthində ən geniş yayılan çöküntülər dördüncü dövrün allüvial çöküntüləri, dəniz kənarı sahələrdə isə dəniz və allüvial çöküntülərdir.

Tektonik əyilmə və akkumulyasiya şəraitində inkişaf edən bu düzənliklərin relyefinin başlıca xüsusiyyətləri – səthin ümumiyyətlə hamar və az maili olması – düzənliyi təşkil edən cavan çökmə süxur qatları ilə müəyyən edilir.

Dərinlikdə yatan qədim qırışıq strukturlar adətən düzənliklərin müasir relyefinə ciddi təsir göstərə bilmir. Lakin, cavan çökmə süxur qatının qalınlığı az olduqda qədim strukturlar zəif də olsa relyefdə təzahür edir. Bu təsir həm də strukturların irsi inkişafından asılıdır. Bəzi akkumulyativ düzənliklərdə inkişaf edən braxistrukturlar (bunlar qalın duz qatı olduqda xüsusilə inkişaf edir) səthdə gümbəzvari təpə, ya yüksəkliklər (bəzən hətta yer səthinə sıxışdırılan duz qatının əriməsi nəticəsində çökəklər) əmələ gətirir. Buna Xəzəryanı ovalıqdakı braxistrukturlara uyğun gələn çökəkləri misal göstərmək olar.

Akkumulyativ düzənliklərin səth meylliyi az olduğuna görə burada çaylar sakit axır, dərinə kəsilə bilmir, daşqın zamanı isə ətraf sahələri basır, bataqlıqlar və göllər əmələ gətirir. Akkumulyativ ovalıqların səthində yataqyanı akkumulyasiya nəticəsində, çaylar bəzən öz yatağını ətraf sahələrdən bir neçə yüksəyə qaldırır, bu isə daşqın sularının daha geniş sahələri basmasına səbəb olur. Adətən bir çox ovalıq düzənliklərin səthində müasir və qədim çay yataqları boyunca akkumulyativ tirələr uzanır.

Akkumulyativ düzənliklərin coğrafi mövqeyindən asılı olaraq morfoloji quruluşu müxtəlif olur. Pleystosen buzlaşmasına məruz qalmış düzənliklərin səthi daha kələ-kötürdür. Burada buzlaq akkumulyasiya formaları – moren tirələri, təpələri, buzlaq dislokasiyası formaları, morenlərarası çökəklər xüsusi zonalarda cəmlənərək, düzənliklərin ilkin, yeknəsək relyefini daha rəngarəng edir.

Arid iqlim sahələrindəki, akkumulyativ düzənliklərin səthini isə külək deflyasiya və akkumulyasiya formaları (deflyasiya çökəkləri, dün tirələri, barxanlar) mürəkkəbləşdirir.

Ümumi morfoloji xüsusiyyətlərinə görə akkumulyativ düzənliklər batıq, planda formalarına görə uzunsov (Amazon,Almaniya-Polşa və s.), ya dairəvi (Xəzəryanı ovalıq, Konqo çökəkliyi və s.) olur. Səthin morfologiyasına görə isə hamar, dalğalı, dalğalı-təpəli düzənliklər ayrılır.

Akkumulyativ düzənliklərin müxtəlif hissələri, onların səthini təşkil edən cavan çökmə süxur qatlarının mənşəyinə uyğun olaraq allüvial, dəniz, qlyasial (buzlaq), flüvio-qlyasial eol və s. növlərə bölünür.

Denudasion düzənliklər platformalarda relyefin geniş yayılmış elementlərindən biridir. Akkumulyativ düzənliklərdən fərqli olaraq, denudasion düzənliklər platformaların tektonik qalxma təmayülü üstün olan sahələrində, bir çox geoloji dövrlər ərzində denudasiya prosesinin üstün olduğu şəraitdə yaranır. Buna görə də denudasion düzənliklərdə yumşaq akkumulyativ çöküntülər yayılmamışdır. Lakin bəzi sahələrdə, xüsusilə dördüncü dövr buzlaşmalarına məruz qalan sahələrdə və arid iqlim vilayətlərində adda-budda buzlaq və eol akkumulyasiyası çöküntülərinə rast gəlmək mümkündür.

Adətən yumşaq çöküntü örtüyündən məhrum olan denudasion düzənliklərdə platforma əsasını təşkil edən qədim kristallik və metamorfik süxurlar yer səthinə çıxır. Qədim platforma qalxanlarında yayılmış denudasion düzənliklər buna tipik misaldır. Bu düzənliklərin səthində relyefin kiçik ştrixləri şimal enliklərdə buzlaq eqzarasiyası, cənub enliklərdə isə eroziya və deflyasiya fəaliyyəti ilə yaranmışdır.

Buzlaq fəaliyyətinə məruz qalmış düzənliklərin səthi daha çox kələ-kötürdür. Burada sahil xətti çox girintili-çıxıntılı olan külli miqdar göllərə, buzlaq akkumulyasiyası tirələrinə, təpələrə və kristallik süxurların cilalanmış çıxıntılarına (qoyun kəlləsi, qıvrım qayalar və s.) rast gəlmək mümkündür. Bu düzənliklərin səthində tektonik qırılmalarla əlaqədar olan lineamentlər də relyefdə özünü göstərir. Adətən tektonik qırılmalar zonasına çay dərələri uyğun gəlir, qırılmalar boyu buzlaq eqzarasiyası relyefə daha çox təsir göstərmışdir.

Ümumiyyətlə peneplen və pediplen tipli denudasion düzənliklər platforma qalxanlarının ən geniş yayılmış genetik növlərindəndir.
16. Materiklərin yenidən fəallaşmış qurşaqları

Kaynozoy erasında qədim və cavan platformaların ayrı-ayrı zonaları tektonik cəhətdən çox fəallaşmış və bu platforma strukturları əsasında öz hündürüyünə, tektonik fəallığına, relyefinin kontrastına görə alp orogenezi zonasından geri qalmayan dağlıq qurşaqlar yaranmışdır.

Yuxarıda göstərildiyi kimi, bu dağları V.V. Belousov «fəallaşmış platformalar», M.V. Muratov «Epiplatforma orogenezi vilayətləri», S.S. Şuls və N.İ. Nikolayev «cavan dağəmələgəlmə vilayətləri» adlandırmışlar.

Platformaların fəallaşmış qurşaqları əsasən Mərkəzi Asiyanı, Şərqi Afrikanı, Qərb yarımkürəsində isə Kordilyer dağlarını (sahil dağlıq zona müstəsna olmaqla) əhatə edir. Fəallaşmış platforma orogen zonaları Mərkəzi Asiyada əsasən paleozoy (kaledon və hertsin) qırışıqlığı zonalarını əhatə edir. Təbiidir ki, bu qədim qırışıqlıq zonalar uzun müddət denudasiya təsirinə məruz qalmış və həmin qədim qırışıqlıq sahələrində geniş platforma düzənlikləri yaranmışdır. Bu düzənliklər ideal hamar olmamış və onların səthində aşınma və denudasiyaya savamlı süxur kompleksləri səthdə yumşaq formalı yüksəklik və massivlər şəklində ucalırdılar. Lakin, onların nisbi və mütləq yüksəkliyi az olmuşdur.

Bu vaxta qədər əsaslı müəyyən edilməmiş səbəblərdən bu cavan platformaların bəzi sahələrində çox güclü tektonik fəallaşma baş vermiş və uca dağlar, yayla və çökəklər sistemi yaranmışdır.

M ə r k ə z i A s i y a d a tektonik fəallaşma daha güclü olmuş və burada hündürlüyünə görə Himalay dağlarından o qədər də geridə qalmayan yüksək dağ sistemləri əmələ gəlmişdir. Müəyyən edilmişdir ki, Mərkəzi Asiyada tektonik fəallaşma əsasən oliqosendən, yaxud neogenin əvvəllərindən başlamış və nisbətən qısa geoloji vaxt ərzində uca dağlar sistemi yaratmışdır.

Tyanşan, Hindquş, Qaraqorum, Kunlun, Tibet yaylasının şimal hissəsi fəallaşmış qurşaq dağlarından ən ucalarıdır (Tyanşan 7439 m, Qaraqorum 8611 m, Kunlun 7723 m və i.a.). Qərbi və Şərqi Sibirin cənubundakı dağlıq sahələri də fəallaşmış zona dağlarına misal ola bilər. Bunlardan Altay və Sayan dağlarının hündürlüyü 3,5-4 km-dən artıqdır.

Fəallaşmış qurşaq dağları müxtəlif qırışıqlıq zonaları əhatə etdiyinə görə, onların geoloji quruluşu olduqca mürəkkəbdir. Burada qədim kristallik süxurlardan tutmuş, paleozoy və mezozoyun intensiv qırışıqlığa məruz qalmış çökmə, metamorfik və maqmatik süxurları yayılmışdır.

Bir çox hallarda dağların uzanma istiqaməti qədim qırışıqlığın istiqamətinə uyğun gəlmir. Dağlar fəallaşma zamanı yaranan, yaxud bu zaman yenidən fəallaşan dərinlik tektonik qırılmalar üzrə qalxan nəhəng qaymalardan ibarətdir. Həmin qırılmalar üzrə dağların arasında yerləşən çökəklərin bir qismi nisbi əyilmə sahəsidir (Monqolustanda Böyük göllər çökəkliyi, Alaşan səhrası), bir qismi isə çox əyilməyə məruz qalmış və onlar dağlardan yuyulan qalın, cavan çökmə süxur qatları ilə dolmuşdur (Cunqariya, Təkləməkan çökəkləri).

Mərkəzi Asiya fəallaşmış sahəsində alp orogen mərhələsində tektonik hərəkətlərin amplitudu 5-10 km-dən artıq olmuşdur. Dağların ən uca zirvələri ilə, çökəklərdəki yumşaq çöküntülərin dabanı arasında yüksəklik fərqi 10-12 km-ə çatır.

Mərkəzi Asiya fəallaşmış zonasında neotektonik mərhələdə vulkanizm prosesi baş verməmişdir. Lakin, bura ən fəal seysmik sahələrdən biridir.

Mərkəzi Asiyanın dağları kontinental arid iqlim sahəsində yerləşməsinə baxmayaraq, burada da relyefin hündürlüyə görə zonallığı aydın nəzərə çarpır. Yüksək dağlıq qurşaq nival-buzlaq morfologiyası, orta dağlıq flüvial morfologiyası, alçaq dağlıq isə arid-denudasiya morfologiyası ilə seçilir. Daha kontinental iqlimə malik olan əsil Mərkəzi Asiya dağlarında səhra üçün xaraterik olan relyef formalarına 2-2,5 km (və artıq) hündürlüklərdə belə rast gəlinir (Kunlun və Altın Taq dağlarının şimal yamaclarında, Qobi Altay dağlarında və Saydam çökəkliyində).

Mərkəzi Asiyada fəallaşmış zona dağları ilə yanaşı relyefin böyük formalarına dağarası çökəklər və yaylalar da daxildir. Bunların bəzilərinin əsasında qədim platforma kristallik süxurları (Təkləməkan, Alaşan və s.), yaxud kaledon və hertsin qırışıq strukturları (Cunqariya çökəkliyi) yatır. Çökəklərin əsasını təşkil edən qədim kristallik və metamorfik süxur kompleksi üzərində əsasən mezozoyun və xüsusilə kaynazoyun müxtəlif qalınlıqda zəif qırışıqlı, yaxud heç dislokasiyaya uğramamış, əsasən kontinental mənşəli süxur qatları yatır. Bəzən bu qatların sanki qədim qalxmalar yarıb səthə çıxaraq, nisbətən alçaq massivlər və tirələr yaradır.

Çökəklərin əksəriyyətinin səthi 500-1000 m yüksəkdə yerləşir. Lakin, Saydam çökəkliyinin dibi 2700-3000 m hündürlükdədir.

Mərkəzi Asiyanın şimalında fəallaşmış proterozoy qırışıqlığı əsasında yaranmış platforma düzənliklərində 1500-3000 m-ə qədər hündürlüyü olan horst tipli xətti uzanan dağ silsilələri (Pribaykalyevə Zabaykalye dağları), geniş dağlıq yayla (Aldan yaylası) əmələ gəlmişdir. Bu sahənin ən əlamətdar geomorfoloji elementlərindən biri rift çökəkliyinin yaranmasıdır. Buna ən tipik misal Baykal riftidir. Bu rift zonasında relyefin amplitudu 4 km-dən artıqdır. O mənşə etibarilə Şərqi Afrika rift zonasını xatırladır.

Ş i m a l i A m e r i k a K o r d i l y e r l ə r i fəallaşmış orogen qurşağı əsasən paleozoy-mezozoy qırışıqlığı əsasında yaranmışdır. Bu qurşaq Şimalda Alyaskadan başlamış cənubda Meksika yaylasına qədər böyük bir məsafədə uzanan geniş dağlıq ərazini tutur. Şimali Amerika Kordilyerlərinin yalnız Sakit okean sahili silsilələri bu qurşağa aid deyil.

Şimali Amerika Kordilyerləri fəallaşmış dağlıq qurşağı bir-birinə paralel uzanan əsas iki zonadan ibarətdir. Birinci şərq, yaxud Qayalısıra dağlar zonasıdır. Bu zonaya Şimalda uzunsov geniş gümbəzvari Bruks və Makenzi dağlarıaiddir. Bu dağlar cənubda Kanada və ABŞ-da Qayalı dağlarana, daha cənubda Meksikada isə Syerra-Madre dağlarına keçir. Bütün dağlıq zona paleozoy və mezozoyun maqmatik, metamorfik və çökmə süxur qatlarından ibarətdir.

Kanada daxilində dağlar xətti uzanan bir çox paralel silsilələr yaradır. Onların arasında geniş tektonik dərələr uzanır. Dağlar kəskin asimmetrik quruluşda olub, sanki nəhəng monoklinal silsilələrdən ibarətdir. Paralel silsilə dağlarının şərq ətəyi boyu tektonik qırılmalar uzanır. Buna görə dağların şərq yamacları dik, qərb yamacları nisbətən mailidir. Bura nəhəng estəgəlmələr zonasıdır. Dağlar və dərlər dördüncü dövr buzlaqları ilə dəfələrlə örtülmüş və buna görə buzlaq relyef formaları burada geniş yayılmışdır.

ABŞ Qayalı dağları ayrı-ayrı uca dağ massivlərindən ibarətdir (Elbert dağı 4399 m). Paleozoy süxurları çox sıxılmış qırışıqlarda yığılmış, mezozoy süxurları nisbətən zəif qırışmışdır. Dağlar uzununa və köndələn qırılmalarla parçalanmışdır. Uca dağ massivləri səthi parçalanmış geniş pyedestal (yayla) üzərində yerləşir. onların arasında nisbi tektonik əyilmə sahələri vardır.

Şərq dağlıq zonadan qərbdə geniş dağlıq yaylalar zonası uzanır. Alyaskada Yukon yaylası alçaq və orta yüksəklikdə massivlərdən, dağlardan və səthi allüvial çöküntülərlə örtülmüş çökəklərdən ibarətdir. Massivlərin səthində qədim peneplen izləri yaxşı saxlanmışdır.

Kanada daxili yaylalar zonası bir qədər daralır. Burada xətti uzanan nsiz silsilələr və onlara paralel yerləşən dərələr (çökəklər) relyefin əsas elementləridir. Daxili yaylaların səthinin parçalanmasında buzlaqların da rolu olmuşdur. Yaylanın cənub hissəsində üçüncü və dördüncü dövr tektonik qırılmalar boyu güclü vulkan püskürmələri baş vermiş və bunun nəticəsində lava və tuf qatlarından ibarət vulkan yaylaları əmələ gəlmişdir (Freyzer və Kolumbiya yaylaları).

ABŞ daxilində yaylalar xeyli genişlənir. Burada müxtəlif hündürlüyə qalxmış qısa qayma dağlardan və geniş çökəklərdən barətdir. Sahəcə ən böyük çökəklik Böyük Duzlu göl çökəyidir. Yaylanın çox hissəsi axmaz hövzə olub, Böyük hövzə adlanır. Dağlar sanki yamaclardan yuyulub ətəklərində qalaqlanan qırıntı materiallarla (çöküntülərlə basdırılır. Böyük hövzədən cənubda geniş Kolorado yaylası ucalır. Bunun əsası qədim kristallik süxurlardan, səthi isə üfüqi vəziyyətdə yatan laylı süxurlardan təşkil olunmuşdur. Kolorado çayı və onun qolları burada dərin kanyonlar əmələ gətirmişdir. Böyük Kanyonun dərinliyi 2 km-ə çatır.

Meksika yaylası cənuba tərəf daralan, Qərbi və Şərqi Syerra-Madre dağları ilə əhatələnmiş mürəkkəb quruluşda yayladır. Yaylanın əmələ gəlməsində qırılmalar üzrə qalxma və çökmə, vulkanizm böyük rol oynamışdır. Vulkanizm müasir dövrdə də özünü fəal göstərir (Popokatepetl, Orisaba və i.a.).

Şimali Amerikada fəallaşmış Kordilyer dağlıq qurşağı qərbdə cavan alp orogenezi zonası ilə əhatələnir. Bu zona əsasən relyefin alp qırışıqlığı strukturları ilə tuş gəlməsi və seysmikliyi ilə səciyyələnir.

Ş ə r q i A f r i k a f ə a l l a ş m ı ş q u r ş a q d a ğ l a r ı yuxarıda təsviri verilən fəallaşmış qurşaq dağlardan kəskin fərqlənir. Hər şeydən əvvəl bu fərq Şərqi Afrikada tektonik fəallaşmanın qədim platforma əsasında baş verməsidir. Burada tektonik hərəkətlər diametri çox böyük olan (1000-1500 km-dən artıq) qədim platforma qalxanları daha yüksəyə (1 km-dən 3 km-ə qədər və artıq) qaldırmış və qalxma prosesi nəhəng dərinlik qırılmaları üzrə baş vermişdir. Dərinlik tektonik qırılmalar əksərən nəhəng gümbəzvari qalxmaların ox hissəsində, bəzən kənarlarında yaranmışdır.

Efiopiya-Ərəbistan gümbəzinin mərkəzi ilə uzanan qırılmalar sistemi arasında nəhəng qraben-çökəklər (Qırmızı dəniz, Ədən körfəzi çökəkləri) yaranmışdır. Bu sistemdən cənub şərqə xeyli daralan qraben çökəklər Efioriya və Somali qalxanlarının ayırır. Rudolf gölündən cənubda isə onlar üç sistemə ayrılır-qərb, mərkəz və şərq qırılmalar sistemi. Qərb qırılmalar sistemi morfoloji cəhətdən daha effektli olmaqla Şərqi Afrika rift zonasını əmələ gətirmişdir. Rift zonası çökəklərində cərgə ilə düzülmüş dərin göllər yaranmışdır (Tanqanika, Nyasa və s.). çökəklər ətraflardan horst tipli dağlar və massivlərlə əhatə olunur.

Efiopiya-Ərəbistan rift zonası şimalda Fələstin rift zonasına, oradan da alp qırışıqlığının cənub kənarına qədər uzanır. Bu böyük rift zonasının cənubunda tektonik hərəkətlərin amplitudu 4-5 km-dən artıqdır. Şərqi Afrika rift qurşağının əsas xüsusiyyətlərindən biri kaynozoyda fəal maqmatik proseslərin geniş yayılmasıdır. Efiopiya yaylasında geniş və yüksək lava yaylaları, vulkan massivləri, Şərqi Afrikada nəhəng vulkanik dağlar (Kilimacaro, Elqon və i.a.), kalderlər (Nqoronqoro) əmələ gəlmişdir. Vulkan püskürmələri dərinlik tektonik qırılmalar üzrə baş vermişdir.

Materiklərin müxtəlif yaşlı fəal planetar morfostrukturları müəyyən sahələrdə okean dibinin fəal planetar morfostrukturlarına (rift zonalarına) keçir. Şərqi Afrikanın əsas rift zonası Ədən körfəzindən Ərəbistan-Hind okeanı Orta okean silsiləsinə keçir. Bu əlaqə eyni zamanda Şərqi Afrika rift zonası vulkan süxurlarının (əsasən bazalt lavaları) okean tipli vulkan süxurlarına daha yaxın olmasında da özünü göstərir.

Amerika alimlərinin fikrinə görə Şərqi Sakit okean silsiləsinin şimal hissəsi materikə uzanaraq Kaliforniyada və Böyük hövzədəki qırılmalara, horst və qrabenlərə, oradan da Qayalı dağların əsas rift zonasına keçir. Kaloforniyadakı tektonik qırılmaların çox fəallığı və güclü seysmik hadisələr əsasən bununla əlaqələndirilir.

Alp orogenezi zonası Cənub-Şərqi Asiyada müasir geosinklinal qurşağında yerləşən adalar qövsünə, And dağları qurşağı cənubda okean dibindən yüksələn qövsvari Cənub Antil sualtı silsiləsi vasitəsilə Antarktida yarımadasındakı dağlara davam edir. Şimali Amerikada isə Alp orogenezində yerləşən Alyaska dağları vulkanik Aleut sualtı qövsünə davam edir.

Beləliklə, materiklərin bir sıra planetar relyef formaları okeanlarda olan sualtı silsilələrə (rift zonalarına) keçərək, Yer kürəsinin əhatə edən və uzunluğu on min kilometrlərlə ölçülən vahid planetar relyef formaları sistemləri əmələ gətirir.

17. Geosinklinal sahələrin böyük relyef formaları


Müasir geosinklinal, yaxud keçid qurşaqlar Yer kürəsi meqarelyefinin materiklər və okeanlardan fərqli olan xüsusi bir formasıdır. Yer qabığının səciyyəsindən bəhs etdikdə göstərilmişdir ki, keçid qurşağının ayrı-ayrı hissələri materik, yaxud okean tipli yer qabığına malikdir. Lakin okean tipli yer qabığı müasir geosinklinal qurşaqda daha geniş ərazilər tutur, materik yer qabığına isə ən böyük adalar və bəzi yüksək sualtı yaylalar sahəsində rast gəlinir. Bundan əlavə, bu qurşaq ərazisinin 80 %-dən artığı okean suları altında olmaqla, dərinliyi əksər hallarda 4-5 km-ə, bəzən 6 km-ə çatan böyük dəniz çökəklərinin, sualtı yayla və silsilələrin olması, bu qurşağın ümumiyyətlə materikdən okeana daha yaxınlığını göstərir. Müasir geosinklinal qurşaqlar ümumiyyətlə planetimizin səthində ən fəal seysmik və vulkanik sahələrdir. Qədim geosinklinal qurşaqların təkamülü və bunun nəticəsində materik yer qabığının yaranması onu göstərir ki, müasir geosinklinal qurşaqların ən fəal qırışıqlıq, vulkanizm və metamorfizm zonaları tədricən materikə qovuşub onun sahəsini artıracaqdır.

Müasir geosinklinal qurşaqların ümumi sahəsi O.K. Leontiyevə görə 32 milyon km2-dır. Bu əsasən Sakit okean ətrafında yerləşməklə Aleut, Kamçatka yarımadası, Kuril, Yapon, Filippin adaları, Yeni Qvineya, Solomon, Fici, Tonqa, Kermadek, Yeni Zelandiya adalarını və bunlara yanaşan dənizləri, sualtı silsilələri, ən dərin geosinklinal çökəkləri birləşdirən geniş qurşaqdır.

Sakit okeanın şərq sahili boyunda müasir geosinklinal qurşağa Mərkəzi Amerika (Atlantik okeanında yerləşən Vest Hind adaları da daxil olmaqla), Peru və Çili geosinklinal çökəkləri daxildir. Bundan əlavə müasir geosinklinal qurşağa Avropa və Afrika Aralıq dənizi də daxil edilir.

Müasir geosinklinal qurşaqlar fəal vulkanizm və seysmikliyinə, relyefin çox girintili-çıxıntılı olmasına, səthin şaquli amplitudunun maksimal kəmiyyətə (10-12 km və artıq) çatmasına və ümumiyyətlə, olduqca böyük kontrastlığına görə Yer kürəsinin qalan planetar morfostruktur qurşaqlarından kəskin fərqlənir. Bu qurşaqlar eyni zamanda Yer qabığının daha mürəkkəb quruluşda olması ilə də (materik və okean yer qabığının tez-tez növbələşməsi) başqa qurşaqlardan seçilir.

Müasir geosinklinal qurşaqlar öz struktur və morfoloji quruluşuna görə bir-birindən kəskin fərqlənən dörd tipə (yaxud növə) bölünür: Şərqi Sakit okean tipi, Qərbi Sakit okean tipi, İndoneziya tipi və Aralıq dənizi tipi.

Göstərilən sahələr arasında ən tipik geosinklinal qurşaq Qərbi Sakit okean qurşağı və İndoneziya tipi hesab edilə bilər.

Tipik müasir geosinklinal qurşaqların istər geoloji və tektonik quruluşu, istərsə də relyefi olduqca mürəkkəbdir. Lakin burada müxtəlif struktur-morfoloji elementlərin yerləşməsində müəyyən qanunauyğunluq özünü aydın göstərir. Bu qurşağın okean tərəfindən ən böyük morfostrukturu çox uzun, lakin ensiz müasir geosinklinal çökəkləridir (bunları geosinklinal troqlar, yaxud dibsiz çökəklər–depressiyalar da adlandırırlar). Bu depressiyaların materikə tərəf yamacında adalar və sualtı silsilələr qövsü zonası yerləşir.

Ən sadə quruluşda olan geosinklinal sahələr əsasən üç morfostruktur elementə (yaxud böyük relyef formasına) ayrılır. Bunlar bir-birinə paralel uzanan depressiyalardan, adalar qösündən və kənar dəniz çökəklərindən ibarətdir. Bəzən adalar qövsündə qoşa silsilə uzanır. Bunlardan depressiya yamacında uzanan birinci silsilə əksərən sualtı silsilə olub, çox nadir hallarda onların üzərində su səthinə kiçik adalar çıxır (Kiçik Kuril adaları). Əsas adalar qövsünü əmələ gətirən silsilələr bir çox yerdə dəniz dibindən çox yüksəyə qalxır, dəniz səviyyəsindən xeyli hündürə qalxan kiçik, orta və bəzən də çox böyük quru sahələri əmələ gətirir (Kamçatka, Aleut, Kuril və Yapon adaları, Böyük Zond adaları və i.a.).

Əksər hallarda adalar qövsü ilə materik arasında kənar dənizlərin çökəkləri yerləşir (Berinq, Oxot, Yapon, Şərqi və Cənubi Çin dənizləri və i.a.). Kənar dəniz çökəkləri okean tipli yer qabığına malik olsalar da onların dərinliyi okean dibi düzənliklərin dərinliyindən 1-2, bəzən 3 km azdır. Kənar dənizlərdə çökmə süxur qatları çox qalın olduğundan, bəzən onlarda yer qabığının qalınlığı, okeanda olduğundan 5-10 km-ə qədər (bəzən isə daha çox) artıqdır.

Adətən bu dənizlərin materikə yanaşan dayazlıqları materik tipli, dərin sahələri isə okean tipli yer qabığına malikdir.

Kənar dənizlərin adalar qövsünə yanaşan hissəsində bəzən daxili depressiyalar yerləşir. Lakin bunlar kənar depressiyalara nisbətən xeyli qısa və dayaz olur.

Bu dənizlərin dib relyefi ikinci dərəcəli sualtı silsilələr və dağlarla parçalanır. Dağlar arasında çox vaxt dibi hamar akkumulyativ düzənliklərdən ibarət çökəklər yerləşir. Bəzən kənar dənizlərin dibində vulkanik dağlar da yerləşir (Yapon dənizi).

Adalar qövsündə külli miqdarda vulkanlar var. Adaların əksəriyyəti vulkan mənşəlidir. Lakin qırışıq, faylı-qırışıq strukturlardan ibarət olan daha böyük adalar da var (məsələn, Yapon, Filippin adaları, Kamçatka). Böyük adalar materik tipli yer qabığı ilə səciyyələnir. Onlar geoloji quruluşun da mürəkkəb olmasına görə adalar qövsünün digər hissələrindən fərqlənir.

Adalar qövsü uzununa və köndələn tektonik qırılmalarla parçalanaraq, müxtəlif və mürəkkəb quruluşda morfostrukturlar yaradır. Bu xüsusiyyət Kamçatkada, Yapon adalarında özünü daha aydın göstərir. Məlum olduğu kimi, göstərilən ərazilərdə bir neçə paralel dağ silsilələri və tektonik dərələr, köndələn qalxmalar, yaxud qrabenlər yerləşir (Xonsyu adasında Fossa-Manqa).

Qövsvari sualtı silsilələrin bir-birinə qovuşduğu sahələrdə adalar daha böyük və yüksək olur (Yapon adaları, Kamçatka yarımadası və s.).

Qərbi Sakit okean geosinklinal qurşağı Xonsyu adasının mərkəzi hissəsindən cənuba daha da genişlənir. Burada əsas iki adalar qövsü və onların arasında geniş çökəklər və sualtı silsilələr zonası meydana gəlir. Qərb adalar qövsünü Rü-Kü, Tayvan və Filippin silsilələri, şərq adalar qövsünü isə Nampo (İdzu-Bonin adaları və Marian adaları qövsləri) əmələ gətirir. Aleut, Kamçatka, Kuril depressiyaları zonası bu şərq qövsün şərq ətəyi ilə uzanaraq İdzu, Bonin və dünyada ən dərin olan Marian depressiyasına (11022 m) keçir və beləliklə Sakit okeanın şimal, şimal-qərb və qərb kənarı ilə uzanan ən dərin depressiyalar («dibsiz» çökəklər) zonasını yaradır. Bu depressiyaların dibi bir-birindən astanalarla ayrılır. Onların okean yamacı nisbətən qısa və az maili olmaqla, parçalanmamışdır. Adalar qövsünə qovuşan yamac çox hündür və dik (8-10°, bəzən isə 20° və çox) olmaqla uzununa və köndələn tektonik formalarla (qırılmalar, qısa silsilələr, pillələr və i.a.) parçalanmışdır.

Qərb adalar qövsü də şərqdən onların ətəyi boyu uzanan depressiyalarla (Nansey, yaxud Rü-Kü, filippin-10497 m) əhatələnmişdir. Hər iki adalar qövsü arasında və qərb adalar qövsü ilə materik arasında kənar dənizlər yerləşir. Bu adalar qövsü arasında yerləşən Filippin dənizinin (dərinliyi 5-6 km-dən artıq) dib relyefi olduqca mürəkkəbdir. Onun dibini Kü-Sü – Palau sualtı silsiləsi və bir neçə enlik istiqamətdə uzanan sualtı yüksəkliklər üç əsas hissəyə bölür (Qərbi Marian, Filippin və şimalda Nampo çökəklikləri). Filippin dənizinin, eləcə də Cənubi Çin dənizinin dib relyefi bir sıra silsilələr, çökəklər və vulkanik dağlarla çox parçalanmışdır.

Qərbi Sakit okean geosinklinal qurşağı Halmahera adasından (burada yuxarıda təsviri verilən şərq və qərb adalar qövsü sanki bir-birinə qovuşur) şərq – cənub-şərqə yönəlir. Fici adaları rayonunda öz istiqamətini kəskin dəyişərək Yeni Zelandiya adalarına və oradan Makkuoru sualtı silsiləsinə qədər uzanır (burada geosinklinal qurşaq qurtarır). Bu böyük ərazidə geosinklinal qurşaq bir sıra geoantiklinal silsilələrdən (Solomon, Yeni Hebrid, Yeni Kaledoniya, Fici, Tonqo-Kermadek, Yeni Zelandiya, Makkuoru, Norfolk və i.a.), geosinklinal çökəklərdən (Şimali və Cənubi Fici çökəkliyi, Solomon və Mərcan çökəklikləri), sualtı yaylalardan (Yeni Zelandiya yaylası) və depressiyalardan (Yeni Qvineya, Malayziya, Yeni Britaniya, Buhenvil, Tonqa, Kermadek depressiyaları) ibarətdir.

Geosinklinal qurşağın bu geniş hissəsindəki silsilələr üzərində bir sıra böyük adalarla yanaşı (Yeni Qvineya, Yeni Zelandiya və s.), saysız kiçik adalar qrupu (Yeni Hebrid, Fici, Tonqa, Kermadek adaları və i.a.) yerləşir.

Solomon və Yeni Hebrid adaları silsiləsi hər iki tərəfdən depressiyalarla (dərinliyi 6-9 km olan ensiz çökəklərlə) əhatələnir. Geosinklinal qurşağın ən cənub hissəsində isə Kamçatka-Kuril zonasında olduğu kimi depressiyalar adalar qövsünü yalnız şərqdən əhatə edir (Tonqa-10882 m, Kermadek-10047 m).

Zond adaları geosinklinal qurşağı öz quruluşuna görə Kamçatka-Kuril zonasını xatırladırsa da, ondan bir qədər fərqlənir. Burada Hind okeanı tərəfdən geosinklinal qurşaq dərinliyi 6-7 km-dən çox olan (7450 m) Zond (Yava) depressiyası ilə başlanır. Depressiya, ona paralel uzanan ensiz geoantiklinal silsilə ilə əvəz olunur. Bu silsilə üzərində Andaman, Nikobar və Mentavay adalar qrupu yerləşir. Silsilə arxasında ensiz və dərinliyi cənub-şərqə tərəf artan (4865 m) depressiya uzanır. Bu depressiya isə Sumatra və Yava adaları zonasının fəal vulkanizmi ilə fərqlənən qırışıqlı geoantiklinalı ilə əvəz olunur. Şimalda bütün zona Arakan-Yoma alp qırışıqlığı zonasına davam edir. Bütövlükdə bu qurşaq fəal vulkanizmi və yüksək seysmikliyi ilə Kamçatka-Kuril - Yapon zonasını xatırladır.

Zond qövsü şərqdə ilgəkvari qövs əmələ gətirərək, şimala meyl edir və Qərbi Sakit okean geosinklinal qurşağı ilə qovuşur. Bu sahə olduqca mürəkkəb morfostruktura malikdir.

Burada müxtəlif istiqamətli uzanan bir sıra silsilələr (Palavan, Sulu, Sulavesi, Damar), dibi qalxma və çökəklərlə parçalanmış geosinklinal çökəklər (Sulu, Sulavesi, Banda, Flores) yerləşir.

Mərkəzi Amerika geosinklinal sahəsi relyefin böyük formalarına görə bir növ İndoneziya geosinklinal sahəsini xatırladır. Relyefin əsas formaları dərin depressiyalar (Kayman-7491 m, Puerto-Riko-8742 m), adalar qövsü (Antil adaları) və olduqca mürəkkəb relyefi olan dəniz çökəklərindən (Karib dənizindəki Venesuela və Kolumbiya çökəkləri) ibarətdir.

Ümumiyyətlə, Karib dənizinin şərq, şimal-şərq kənarında bir neçə qövsvari sualtı silsilələr, daxili hissələrində qayma dağlar, massivlər və dalğalı-təpəli geniş çökəklər, qərb hissəsində isə alçaq silsilələr, tirələr və vulaknik dağlar və çökəklər var.

Sakit okeanın şərq geosinklinal qurşağı yuxarıda təsviri verilən müasir geosinklinal qurşaqlardan kəskin fərqlənir. Burada min kilometrlərlə uzanan depressiyalar (Mərkəzi Amerika, Peru və Çili depressiyaları) materik tərəfdən adalar qövsü ilə yox, materik orogen qurşağı ilə əvəz olunur. Buna görə, bu qurşaqda relyefin ən böyük hipsometrik kontrastı (13-15 km-dən artıq) müşahidə edilir.

Depressiyalarda güclü akkumulyasiya prosesi gedir. And dağlarının qərb yamaclarından axan çayların okeana çıxardığı qırıntı materiallar ensiz şelfin kənarından çoxlu miqdar sualtı kanyonlar üzrə depressiyaların dibinə hərəkət edir (suspenziya axınları, sürüşmələr və s.).

Aralıq dənizi geosinklinal sahəsi yuxarıda təsviri verilən sahələrdən ciddi fərqlənir. Burada çökəklər 3000-4000 m və depressiyalar (5000 m) ə qədər də dərin deyil. Qərbdəki Əlcəzair-Provasan (Balear) çökəkliyinin dibi əsasən hamar abissal düzənliklərdir. Tirren çökəkliyi relyefi bir qədər mürəkkəbdir. Burada bir sıra sahəcə kiçik çökəklər və massivlər yerləşir. Dənizi kənardan əhatə edən qırılmalar zonası fəal vulkanizmlə fərqlənir. Mərkəz və Şərq (Levant) çökəkliklərinin relyefində bir sıra tirə və çökəklər yerləşir. Hər iki çökəkliyin daxili zonasında geniş mərkəzi Aralıq dənizi tirəsi yerləşir. Burada əsas depressiya Mərkəzi və Şərq çökəklərin şimal kənarı boyu qövsvari uzanan və şimalda adalar qövsü ilə (Krit, Rodos və s. adalar) əhatələnən, dərinliyi o qədər də çox olmayan (4-5 km-ə qədər) Ellin depressiyasıdır. Bunun yamacları çox dik, dibi hamardır. Adalar qövsünün davamı Tavr dağlarına keçir.

O.K.Leontiyev, Q.B.Udinsev və bir sıra başqa alimlər göstərirlər ki, müasir geosinklinal qurşaqlarda, hətta bu qurşaqların müəyyən vilayətində və zonasında yerləşən adalar qövsü müxtəlif yaşlı qırışıqlıqlardan və onlara müvafiq süxur komplekslərindən ibarətdir. Bəzən alimlər bu qurşaqda yerləşən dəniz çökəklərinin və depressiyaların da müxtəlif yaşlı olmasını, onların uzun geoloji dövrlər ərzində (bəzilərinin mezozoydan və hətta paleozoydan başlamış) irsi inkişaf etməsi fikrini söyləyirlər.
18. Okean dibinin böyük relyef formaları
Okean dibi relyefinin əyrilikləri çox qədimdən məlum olsa da, bu haqda konkret məlumat keçən əsrdən və xüsusilə, XX əsrin əvvəllərindən toplanmağa başlamışdır.

Əsrimizin əllinci illərindən başlamış bir sıra ölkələr (keçmiş SSRİ, ABŞ, İngiltərə və s.) okean dibinin quruluşunu öyrənmək məqsədilə xüsusi tədqiqat gəmilərində kompleks ekspedisiyalar təşkil edirlər. Lakin hər şeydən əvvəl okeanlarda dərinlik ölçmə, bir qədər sonralar müxtəlif geofizik işlər daha geniş miqyasda aparılır. Bunların nəticəsində okean dibinin quruluşu və relyefinə aid az-çox ətraflı məlumat toplanır. Hazırda okeana həsr olunmuş çoxcildli kompleks atlaslar, okean dibinin xeyli dəqiq batimetrik xəritələri və başqa materiallar nəşr edilmişdir. Okean dibi relyefinin geofizikasının, geoloji və tektonik quruluşunun öyrənilməsi materik və okeanların əmələ gəlməsinə dair yeni nəzəriyyənin də (yeni qlobal tektonika, yaxud tava tektonikası) yaranmasına səbəb olmuşdur.

Əsrimizin 50-ci və 60-cı illərindən başlamış okean dibi quruluşuna və relyefinə dair bir çox iri həcmli monoqrafik əsərlər nəşr olunmuşdur. Beləliklə Yer kürəsinin 2/3-dən çox ərazisinin relyefinə dair məlumat əsasən axırıncı 50-60 illik qısa bir vaxtda toplanmışdır.

Müəyyən edilmişdir ki, okean dibi də materiklərdə olduğu kimi hamar deyil. Burada tutduğu sahəyə görə çox böyük olan planetar relyef formaları ilə yanaşı, ayrı-ayrı sahələrin relyefini mürəkkəbləşdirən mezorelyef, hətta mikrorelyef formaları da geniş yayılmışdır.

Indiyə qədər toplanan zəngin faktik material okean dibində aşağıdakı planetar relyef formalarını ayırmağa imkan vermişdir. Bu formalara hər şeydən əvvəl orta okean silsilələri, okean yatağı, çökəkliklər və yaylalar daxildir. Bunlarla yanaşı okeanların dibində saysız-hesabsız vulkanik dağlar, tirələr, çökəklər, rift dərələri və s. yayılmaqla ayrı-ayrı sahələrin relyefini çox kələ-kötür hala salır. Okean dibinin meqaformalarından olan orta okean silsilələri bir-biri ilə birləşərək vahid planetar sualtı sistemi yaratdığı halda, okean yatağının çökəkləri qismən sualtı qalxmalarla təcrid olunmuş ayrı-ayrı böyük sahələri əhatə edir. Lakin O.K.Leontiyevin okean yatağı adlandırdığı bu çökəklər (yaxud abissal düzənliklər) planetin ən geniş sahələrini tutan böyük relyef formalarıdır.

Yerin quru sahəsinin 35 %-ə qədəri okean və dəniz suları ilə örtülüdür.

Qurunun okean hissəsi geoloji-geomorfoloji və hipsometrik xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən üç əsas hissəyə bölünür:

1. Şelf, 2.Materik yamacı, 3. Materik ətəyi.

Şelf materiklərdəki platforma düzənliklərinin dayaz dəniz suları ilə örtülü olan kənar hissələridir. Adətən dərinliyi 200 m-ə qədər olan sualtı düzənliklər şelfə aid edilir. Şelfin dərinliyi çox yerdə 100 m-dən az olduğu halda, Barens dənizində 300-400 m-ə qədər, Oxot dənizində isə 1000 m-ə qədər artır. Ən geniş dayaz şelf düzənlikləri Laptevlər, Şərqi Sibir, Çukot, Berinq, Şimal dənizi, Cənub-Şərqi və Şərqi Asiyada Cənubi Çin (cənub-qərb hissəsi) və Yava, Şərqi Çin və Sarı dənizləri, Avstraliyada şimalda Arafur və Timor dənizləri və Pataqoniya şelfləridir. Başqa sahələrdə şelf düzənlikləri ensizdir. Müasir təsəvvürlərə görə şelfin kənar sərhədi 200 m-lik izobat xətti ilə yox, onun kənarı ilə materik yamacı arasındakı kəskin keçid əmələ gətirən pillənin qaşı ilə keçilir. Şelfin bəzi yerlərdə 200 m-dən xeyli dərin olması materikin sualtı kənarının tektonik hərəkətlər nəticəsində çökməsinin göstərir.

Müxtəlif geoloji dövrlərdə şelfin sahəsi ciddi dəyişmişdir. Təbaşir dövründə dəniz transqressiyaları materik düzənliklərində daha geniş sahələri örtməsi nəticəsində, şelfin sahəsi müasir şelflərin sahəsindən xeyli böyük olmuşdur. Dördüncü dövrdə şelfin sahəsi bir neçə dəfə dəyişmişdir. Dördüncü dövr buzlaşmaları zamanı Dünya okeanının səviyyəsinin xeyli aşağı düşməsi nəticəsində şelfin sahəsi çox kiçilmiş, hazırda dərinliyi 100 m-ə qədər olan şelf materik düzənliklərinin tərkib hissəsi olmuşdur.

Müəyyən edilmişdir ki, axırıncı buzlaşma zamanı Dünya okeanı səviyyəsi müasir səviyyədən 100 m aşağı olmuşdur. Materik buzlaqları əridikcə quruda buz halında toplanan sular yenidən okeana axmış və onun səviyyəsini bərpa etmişdir. Bu proseslərlə əlaqədar olaraq, şelf düzənliklərində müxtəlif mənşəli relyef formaları əmələ gəlmişdir. Buna görə müasir şelf düzənliklərində istər kontinental, istərsə də dəniz şəraitində müxtəlif amillərin fəaliyyəti ilə yaranmış relyef formaları geniş yayılmışdır.

Dördüncü dövr buzlaşmaları təsirinə məruz qalan şelflərdə buzlaq akkumulyasiyası formalarından qədim və cavan moren tirələrini, buzlaq dərələrini (troqları) göstərmək olar. Bu formalar Skandinaviya buzlaq mərkəzinə yanaşan Barens və Norveç dənizləri şelfində Şpisbergen adaları şelfində, Şimali Amerikanın şimal və şimal-şərqində, Novaya Zemlyanın qərb sahili boyunda yerləşən dayazlıqlarda aşkar edilmişdir. Şelfdə subareal şəraitdə yaranan relyef formalarından qədim çay dərələri də geniş yayılmışdır. Bunlar Şimal dənizi, Sibir dənizləri şelfində və bir sıra başqa sahələrdə müəyyən edilmişdir.

Şelf dənizləri dibinin relyefinin bir sıra formaları dəniz fəaliyyəti ilə yaranan formalardır. Bunlara əsasən sahil prosesləri ilə əlaqədar olan formalar aid edilir (akkumulyativ sahil tirələri, benç, klif).

Tropik qurşaqda yerləşən şelf düzənlikləri üçün mərcan poliplərinin yaratdığı adalar səciyyəvidir. Bunlar həm dəniz səviyyəsindən yüksəkdə, həm də alçaqda (dəniz suyu ilə örtülü halda) rast gəlir.

Avstraliyanın şimal-şərq sahili şelfində 2000 km-ə qədər uzanan Böyük Mərcan səddi adaları buna ən tipik misaldır.

Şelf düzənliklərinin ən geniş yayılmış tipləri abrazion, abrazion-akkumulyativ düzənliklərdir. Abrazion düzənliklər ən çox şelfin daha dayaz hissələrində dəniz dalğalarının abrazion fəaliyyəti ilə yaranan düzənliklərdir. Şelfin bir qədər dərin hissələrində, abrazion səth üzərində müxtəlif qalınlıqda cavan yumşaq çöküntü süxurlar örtüyü yatır. Şelfdə gedən akkumulyasiya prosesi relyefin kiçik kələ-kötürlüyünü vaxt keçdikcə hamarlayır, geniş akkumulyativ düzənliklər yaradır.

Adətən şelf düzənliklərinin səth meyilliyi 1°-dən az olur.

Şelf düzənlikləri səthinin daha böyük əyrilikləri (müsbət və mənfi relyef formaları) tektonik strukturlara – antekliz və sineklizlərə uyğun gəlir. Bəzi şelf düzənliklərində rast gələn xeyli dərin, ensiz və uzunsov çökəklər tektonik qırılmalar sahəsində yaranan qrabenlərdir (Kanada Arxipelaqı şelfində yerləşən çökəklər, Müqəddəs Lavrentiya çökəyi, Barens dənizi şelfindəki uzunsov çökəklər).

Materiklərin tektonik cəhətdən fəal dağlıq sahillərinə yanaşan okean və dənizlərdə, elecə də qədim platformalardan Afrika materiki sahillərinə yanaşan okean və dənizlərdə şelf zəif inkişaf etməklə, ensiz zolaq əmələ gətirir. Adətən belə sahillərdə materiklə okean çökəkləri arasında keçid kəskindir.

Materik dayazlığında olduğu kimi, okeanlarda yerləşən müxtəlif mənşəli adalar ətrafındakı dayazlıqlar da şelf adlanır. Bunlardan İslandiya, Şpisbergen, Yeni Zelandiya ətrafındakı şelflər daha böyükdür. İslandiya adası ətrafındakı şelfin kənar sərhəddinin relyefi, öz planına görə adanın sahilində yerləşən relyef formalarına əksər halda uyğun gəlir.




Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin