PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN ƏTİRLƏNMƏSİ VƏ MİSVAQLANMASI
Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəlbi təmiz, bədəni təmiz, qoxusu xoş bir kimsə idi. Ətirlənməyi sevər və heç vaxt gözəl ətirdən imtina etməzdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gəlişi xoş qoxusundan bilinərdi»296. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona ikram edilən xoş ətirdən heç vaxt imtina etməzdi»297. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç şeyi rədd etməyin: Yasdıq, ətir və süd (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – ətirdən heç vaxt imtina etməzdi»)»298. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişilərin ətirinin qoxusu açıq, rəngi isə görünməyən olmalıdır. Qadının ətri isə rəngi bəlli olub, qoxusu isə gizli olan olmalıdır»299. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kimə reyhan ikram edilərsə onu geri çevirməsin. Çəkidə yünkül olsada, qoxusu xoşdur (Başqa rəvayətdə: «Çünkü o,Cənnətdən çıxandı»300)»301. Misvaqlanmağı da sevərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər ümmətimə çətin olmasaydı hər namazdan qabaq onlara misvaqlanmağı əmr edərdim»302. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Misvaq ağzın təmizləyicisi, Rəbbin rizasını da qazanmağa səbəbdir»303. Aişə - radıyallahu anhə - dən Peyğəmbər – sallallahu aleyhi və səlləm – evinə girdikdə ilk öncə nə edərdi?» deyə soruşulduqda o: «Misvaqdan istifadə edərdi» dedi. Soğan, Sarmısaq yeyərək insanlara əziyyət verməyi qadağan edərdi. Cabir - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sarmısaq və soğan yeyən bizdən ayrı dursun (Başqa rəvayətdə: Çünki mələklər Adəm övladının narahat olduğu (əziyyət çəkdiyi) şeylərdən narahat olurlar»304. Evinə daxil olduqa: «Allahın adı ilə daxil olduq, Allahın adı ilə çıxdıq. Rəbbimizə təvəkkül etdik» deyər sonra da ailə üzvülərinə salam verərdi305. Təmiz bir şəkildə girmək və salam verməklə ailəni sevindir.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN HƏDİYYƏ VERMƏSİ VƏ MÜSAFİRƏ OLAN İKRAMI
Hədiyə verər və alardı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədiyyə qəbul edər və ona qarşılıq verərdi»306. Müsafira ikram edərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və Axirət gününə iman edirsə qonağına ehtiram etsin…»307. Müsafir də öz növbəsində ev sahibinə çox qalmaqla əziyyət verməməlidir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və Axirət gününə iman edirsə qonağının bəxşişini versin». Səhabələr: «Ey Allahın Rəsulu! Qonağın bəxşişi nədir?» deyə soruşdular. Peyğəmbər: «Bir gecə və bir gündüz (evində qonaq saxlamaq) Qonaq saxlamağın müddəti üç gündür. Bundan artıq isə ev sahibi üçün sədəqədir. Lakin qonaq ev sahibinə əziyyət verənə qədər onun yanında qalmamalıdır»308. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən bir loxmaya dəvət edilmiş olsaydım qəbul edərdim, mənə bir hədiyyə verilmiş olsaydı qəbul edərdim»309.
Heç vaxt bir şeyə yoxdu deməzdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bir şey istənilib də onun xeyr (yox) dediyi əsla olmamışdır»310. Allaha and olsun ki, dağlar, çöllər, ərəb yarmadası, bütün dünya Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən daha əxlaqlı, daha uca sifətli bir kimsə görməmişdir. Onun böyük bir əxlaq sahibi olduğunu görmək üçün özünü hazırla. Səhl b. Sad - radıyallahu anhu - rəvayət edir ki, bir qadın öz əlləri ilə toxuduğu bir paltarı Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə gətirdi. Sən geyinəsən deyə onu öz əllərimlə toxudum. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona ehtiyacı olduğu üçün aldı. Yanımıza onunla beldən aşağı hissəsini örtərək çıxdı. Bir nəfər: «Nə qədər gözəldir, bunu mənə verərsən» dedi. Peyğəmbər: «Olur» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o, paltarı ona göndərdi. Orada olanlar o, kişiyə: «Heç yaxşı iş görmədin. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ona ehtiyacı olduğu üçün geyinmişdi, sən də ondan bir şey istəyənin istədiyini boş qaytarmadığını bildiyin halda ondan bunu istədin» dedilər. O: «Allaha and olsun ki, mən onu geyinmək üçün ondan istəmədim. Onu kəfənim olsun deyə ondan istədim». Səhl deyir ki: «Həqiqətən də o, paltar o, kimsənin kəfəni oldu»311. Həkim b. Hizam - radıyallahu anhu - deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bir şeylər istədim mənə verdi, sonra yenə də ondan bir şeylər istədim mənə verdi, sonra yenə də ondan bir şeylər istədim yenə də mənə verdi və buyurdu: «Ey Həkim! Heç şübhəsiz ki, bu mal yaşıldır, şirindir. Kim bunu könül xoşluğu ilə alarsa bu malda ona bərəkət ehsan edilər. Kim də verənin gözü qaldığı halda alarsa bu malda ona bərəkət ehsan edilməz. Yeyib və doymayan kimsəyə bənzər. Yuxarı əl aşağı əldən xeyirlidir»312.
Yanında olduğu hər kəsə gülər üz olmağı, sevinclə qarşılamağı sevərdi. Cərir b. Abdullah - radıyallahu anhu - rəvayət edir ki, Müsəlman olduğum vaxtdan bəri hər dəfəsində Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni gördükdə və ayrıldıqda mütləq gülümsəyərdi»313. Abdullah b. Həris - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən daha çox təbəssüm edən bir kimsə görmədim»314. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sənin qardaşının üzünə gülümsəmən də bir sədəqədir»315. Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanlar arasında ən yumşaq kimsə idi. Birisi ondan bir şey istədimi ona qulaq verir, dinləyərdi. Ondan bir şeylər istəyən kimsə ondan ayrılmadıqca, ayrılan Peyğəmbər – sallallahu aleyhi və səlləm – olmazdı. Bir kimsə onun əlini tutmaq istədikdə mütləq ona əlini verərdi. Onun əlini tutmaq istəyən kimsə əlini çəkmədikcə o, əlini çəkməzdi»316.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – EVİNDƏ
Bu ev təməli təqva və iman üzərində olan bir evdir. Onun divarlarında günümüzdə bir çix kimsələrin asdığı kimi canlı surətlər yoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz»317.
İnsanın gözəl əxlaqını, mükəmməl ədəbini, xoş keçimini ortaya qoyan evidir. Çünki evində divarların arxasından onu heç kəs görməz. Bununla belə o, bu evin əmiri, əmir edəni və qadağa qoyanıdır. Bu ümmətin Rəsulu, lideri və müəllimi bu cür mövqeyə sahib olmaqla bərabər evində necə idi? Aişə - radıyallahu anhə – dən soruşuldu: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – evində nə edərdi?». O: «O, insanlardan bir insan idi. Paltarını tikər (ayaqqabılarını təmir edər), qoyununu əli ilə sağar, öz işini özü görərdi»318. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – yerdə oturar, yerdə yemək yeyər, qoyunu tutar, kölələrin arpa çörəyinə dəvəti qəbul edərdi»319. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i Allaha itaətdən və ibadət etməkdən yayındıra biləcək bir şey yox idi. O, müəzzinin HƏYYƏ ALƏS SALƏH - HƏYYƏ ALƏL FƏLƏH nidasını eşidən kimi həmən o, çağrışa cavab verib dünyanı arxasında buraxardı. əl-Əsəd b. Yəzid - radiyallahu anhu – rəvayət edir ki, Aişə - radıyallahu anhə – dən soruşdum: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – evində nə edərdi?». O: «O, ailə haqlarının işlərini edər. Azanı eşidən kimi çıxıb gedərdi»320. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in fərz namazlarını evində qılması barədə bir şey varid olmayıb. Yalnız xəstəliyi ağırlaşdığı və çölə çıxmağı çətinləşdiyi zaman evində qılardı. O, ümmətinə qarşı olduqca mərhəmətli və şəfqətli olmaqla bərabər cəmaat namazına gəlməyənlər barəsində sərt sözlər də buyurmuşdu: «İçimdən elə bir şeylər keçir ki, əmir verim odun toplansın. Sonra namaz üçün iqamə verilsin və bir kimsəyə cəmaata namaz qıldırmaq üçün əmir verim. Sonra cəmaat namazına gəlməyənlərin evinə gedərək evlərini yandırım»321. İbn Abbas - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim azanı eşidib və cavab verməzsə səbəb olmadan onun namazı qəbul olunmaz». Səhabələr: «Ya Rəsulullah! Səbəb nədir?» deyə soruşdular. O: «Qorxu və xəstəlik» deyə buyurdu322.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN YUMŞAQLIĞI VƏ SƏBRİ
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir kimsənin üzünə qarşı onu üzəcək şeyi söyləməz və heç kəsin də ayıbını üzünə vurmazdı (Başqa rəvayətdə: Əgər Allahın haram etdiyi bir şeylər edilsəydi o, zaman insanların ən qəzəblisi olardı. Öz nəfsi üçün deyil, Allah rizası üçün intiqam alardı)»323. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lazımsız bir şey söyləməz və etməzdi. Bazarda kimsə ilə münaqişə etməzdi, ona pislik edənə pisliklə qarşılıq verməz, bağışlayar və intiqam almazdı. Mübarək əli ilə heç kəsi döyməmişdi. Cihad istisna olmaqla, heç bir xidmətçisini və zövcəsini döyməmişdir»324. Əbu Hureyrə - radıyallahu anhu – dedi ki: «Ey Allahın Rəsulu! Müşriklərə bəd dua et» dedim. O: «Mən lənət edən birisi olaraq göndərilmədim. Mən ancaq rəhmət olaraq göndərildim»325. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Aişə - radıyallahu anhə – yə buyurdu: «Sərt davranmaqdan çəkin. Şübhəsiz ki, yumşaqlıq hər nədə olursa mütləq o, işi gözəlləşdirər. Hər nədən alınarsa onu qüsurlu edər»326. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumşaqlıqdan məhrum edilən bütün xeyirdən məhrum edilmiş olar»327. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən rəhmət ilə göndərildim»328. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlara rəhm etməyənə Allah rəhm etməz»329. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhmət ancaq bədbəxt olan birisindən sökülüb alınır»330. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idim. Əynidə kobud bir parçadan olan Nəcran toxunması olan paltar var idi. Bədəvi bir ərəb ona yaxınlaşaraq paltarından tutdu və sərt şəkildə özünə tərəf çəkdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in çiyninə baxdım. Paltar boynunda iz salmışdı. Ey Muhəmməd! Yanında olan Allahın malından mənə bir şeylər ver - dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona baxdı və güldü. Sonra ona bir şeylər verilməsini əmr etdi»331. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, biz məsciddə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər oturmuşduq. Bir bədəvi gəldi və məsciddə bövl etməyə başladı. Həmən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələr onun üstünə qışqıraraq: «Nə edirsən? Nə edirsən?» (Başqa rəvayətdə: Səhabələr onun üzərinə hücum çəkmək üçün yerlərindən durdular)» dedilər. Peyğəmbər: «Toxunmayın ona, qoy işinə davam etsin» deyə buyurdu. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – o, kimsəni çağıraraq: «Bu məscidlər bövl etmək və s. (çirkin) işlər etmək üçün yaradılmamışdır. Allahı zikr etmək, namaz qılmaq, Quran oxumaq üçün yaradılmışdır» deyə buyurdu. Sonra cəmaatdan bir nəfərə bir qab su gətirib (bövl edilən) yerə tökməsini əmr etdi. Adam suyu gətirdi və o, yerə tökdü (Başqa rəvayətdə: Həmən Bədəvi dua edərək: «Allahım mənə və Muhəmmədə mərhəmət et, başqa heç kimə mərhəmət etmə. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən geniş olan bir şeyi daraltdın)332«333.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dəvət yolunda göstərdiyi səbr ona uymağı, onun yolu ilə getməyi, nəfsi istəklərə görə intiqam almamağı lazım bilir. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: «Sənin üçün Uhuddan da ağır bir gün olubmu?». O: «Sənin qövmündən çox şeylər çəkdim. Onlardan çəkdiyim ən böyük sıxıntı Əqabə günü etdikləridir… Allah istədiyini əmr etməyin üçün dağlar mələyini sənin yanına göndərdi. Dağlar mələyi məni səslədi, mənə salam verdi və: «Ey Muhəmməd! Allah qövmünün sənə söylədikləri sözləri eşitmişdir. Mən dağlar mələyiyəm. Rəbbim məni sənə dilədiyini əmr etməyin üçün göndərdi. Əgər istəsən Məkkənin iki tərəfindəki dağları onların üzərinə salım. Peyğəmbər: «Xeyr, mən Allahın onların bellərindən Allaha heç bir şeyi şərik qoşmadan ibadət edən kimsələrin gələcəyini ümüd edirəm» deyə buyurdu334. Əsil bağışlamaqda budur. Onlardan intiqam almağa qadir olduğun halda bağışlayırsan. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərdən bir Peyğəmbəri xatırlayaraq sanki gözlərimin önündədir. Qövmü o, Peyğəmbəri vurmuş, yaralayıb qanını axıtmışlar. O, isə üzündən axan qanı silərək: «Allahım qövmümə məğfirət et. Çünkü onlar bilmirlər»335.
Bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələri ilə birlikdə bir cənazədə idi. Bu vaxt Zeyd b. Sunə adında bir yəhudi gəlip, ondan borcunu istədi. Peygamber – sallallahu aleyhi və səlləm – in əbasından tutaraq sərt şəkildə onunla davrandı və ona baxaraq: «Ey Muhamməd! Mənim hakkımı ödəməyəcəksənmi?» ağır sözlər də söylədi. Ömər b. əl-Hattab - radıyallahu anhu – qəzəbləndi, (qaşları) və gözləri qəzəbli şəkildə ona baxdı və: «Ey Allahın düşməni! Səndən eşitdiyim bu sözləri Rəsûlullahamı söylədin, bu gördüklərimi onamı etdin? Onu haqq ilə göndərənə and olsun ki, əğər onun qınamasından çəkinməsəydim bu qılıncımla başına vurardım. Peygamber – sallallahu aleyhi və səlləm – isə Ömərə sükutla baxırdı. Sonra: «Ey Ömər! Mənim də, onun da bu etdiyimizdən başka bir şeyə ehtiyacımız vardır. Sən mənə borcumu gözəl ödəməyi tövsiyə etsəydin, ona da borcunu gözəl bir şəkildə istəməsini əmir etsəydin? Ya Ömər! Bunu al, get və ona haqqını ver! Əlavə ona 20 sa xurma da ver (artıq). Yəhudi Zeyd deyir: «Ömərin 20 sa xurma artıq verdiyini gördükdə: «Bu nə üçündür ey Ömər!» dedim. Ömər: «Rəsûlullah – sallallahu aleyhi və səlləm – mənə səninlə bu pis davranışımın yerinə hakkından artığını verməmi əmr etdi». Zeyd: «Məni tanıyırsan?» dedim. Ömər: «Xeyr, sən kimsənki» dedi. Yəhudi: «Mən Zeyd b. Sunəyim» dedi. Ömər: «O rahib (Yəhudilərdə din adamı) olanmı» dedi. Yəhudi: «Bəli, o rahib olan» dedim. Ömər: «Yaxşı, onda səni Rəsûlullah – sallallahu aleyhi və səlləm – ə qarşı bu cür hərəkət və söz söyləməyinə vadar edən nə idi» dedi. Zeyd dedi ki: «Ey Ömər! Peygəmbərlik əlamətlərinin Rəsûlullah – sallallahu aleyhi və səlləm – in üzünə baxdıqda gördüm. Onun mülayimliyi, cahilcə hərəkət edəcəkmi, yoxsa ona qarşı cahillik edənlərə qarşı cahil olacaqmı. Bunları da onda görmədim. Artıq səni şahid tuturam ey Ömər. Mən Rəbb olaraq Allahı, din olaraq İslamı, Peygambər olaraq Muhamməd – sallallahu aleyhi və səlləm – i qəbul etdim. Səni şahid tuturam ki, malımın yarısı Muhamməd – sallallahu aleyhi və səlləm – in ümmətinə sədəqə olsun. Ömər: «Onların bir qismi üçün olsun de. Çünkü sən hamısına çatdıra bilməzsən». Zeyd: «Bəli, bir qiminə olsun» dedi. Yahudi Rəsûlullah – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «ƏŞHƏDU ƏNLƏ İLƏHƏ İLLƏLLAH VƏ ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏR RƏSULULLAH – deyərək ona iman edib təsdiq etdi»336.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN ÜMMƏTİNƏ OLAN ŞƏFQƏTİ VƏ MƏRHƏMƏTİ
«(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!». (ət-Tövbə 128). «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!». (əl-Əraf 199). «(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!». (Ali İmran 159). Abdullah b. Amr əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – İbrahim surəsindəki: «Rəbbim! Onlar insanlardan bir çoxunun sapmasına səbəb oldular. İndi kim mənə uyarsa o, məndəndir…» ayəsini oxudu və Maidə surəsindəki İsa – əleyhissəllam – ın: «Əgər onlara əzab versən şübhəsiz ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan şübhəsiz ki, sən İzzzət və Hikmət sahibisən» ayəsini oxudu və əllərini qaldıraraq: «Allahım! Ümmətimi bağışla, ümmətimi bağışla» deyə dua etdi və ağladı. Allah Cəbrail – əleyhissəllam –: «Ey Cəbrail! Sənin Rəbbin ən gözəl bir şəkildə bildiyi halda sən Muhəmmədin yanına get və nə üçün ağladığını soruş. Cəbrail – əleyhissəllam – gəldi və soruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə üçün ağladığını ona xəbər verdi. Halbuki Allah bunu ən gözəl şəkildə bilirdi. Allah: «Ey Cəbrail! Muhəmməd - səllallahu aleyhi və səlləm – in yanına get və ona de ki: Rəbbin ümmətinlə bağlı səni sevindirəcək və səni üzməyəcəkdir»337. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir Peyğəmbər də bu duasını etmişdir. Lakin mən duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar»338.
Peyğəmbər - səllallahu aleyhi və səlləm – yaşlıların, zəiflərin, qadınların qayğısına qalır və daima onları düşünərdi: Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – yolda gedərkən arxada qalmazdı, zəiflərə kömək edərdi, miniyinə mindirər və onlara dua edərdi»339. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazı uzun qılmaq üçün girirəm, lakin bir körpənin ağladığını eşitdikdə anasının onun ağlamasına dayana bilməyəcəyindən qorxduğum üçün namazı qısa edərəm»340. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Sizin içinizdə nifrət etdiricilər vardır. Kim insanlara imam olursa namazı xəfif qıldırsın. Çünki onların içində yaşlısı, uşağı, xəstəsi və ehtiyac sahibi olanı vardır»341. Muaz insanlara namazı uzun qıldırdığı üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Sən fitnəkarsan ey Muaz!»342.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN YEMƏYİ
Bu ümmətin Peyğəmbərinin halını düşün: Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəfat edənə qədər masa (süfrə) üzərində yemək yeməmişdi, yenə vəfat edənə qədər buğda çörəyi yeməmişdi»343. Məsruq deyir ki, Aişə - radıyallahu anhə – nin yanına gəldim mənə yemək gətirməyi xahiş etdi və: «(Mən də ona yemək gətirdim) Doyunca yemək yedikdən sonra gözləri yaşarır və ağlayırdı». Məsruq: «Nə üçün ağlayırsan?» dedi. Aişə: «Dünyadan Axirətə köçdüyü zaman olan halını xatırlayıb ağlayıram. Vallahi! Bir gündə iki dəfə çörək və ət yemədi»344. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – iki gün ard-arda arpa çörəyi yeməmişdir»345. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun yanına gələr və buyurardı: «Yeməyə bir şeylər varmı?». Aişə: «Xeyr» dedikdə o: «O, halda mən bu gün orucam» deyə buyurardı346. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir yeməyi pisləməz, yemək bişirən heç bir kimsəni qınamaz, mövcud olanı geri çevirməz, olmayanı istəməzdi, yeməyə görə Allaha həmd edərdi. O, bu ümmətin Peyğəmbəri idi. Onun dərdi qarnı və yeməyi deyildi.
Daha sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gündəlik həyatında istifadə etdiyi əşyalarına baxaq. Saxsıdan düzəldilmiş kasası. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu kasa ilə su, süd və bal içərdi. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi»347. Əbu Cuhayfə Vəhb b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: « O, ki qaldı mənə (mən) dirsəkləndiyim (yaslanaraq) halda yemək yemirəm «348. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz yemək yediyi zaman barmaqlarını yalamadıqca onları silməsin»349. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışan (toz və s.) silsin və loxmanı yesin. Onu şeytana buraxmasın. Barmaqlarını yalamadıqca da əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)»350. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman BİSMİLLƏH deyin. Qurtardığınız zaman ƏLHƏMDULİLLƏH deyin (Başqa rəvayətdə: İçərkən üç dəvə nəfəs alardı, verərdi)»351. Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Suya doğru nəfəs almağı qadağan etmişdir»352. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir»353. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızardılmış qoyun ətinin bud hissəsini çox sevərdi»354.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu qədər mallara və qənimətlərə rəğmən, Uca Allahın ona müyəssər etdiyi fəthlərə baxmayaraq miras olaraq nə bir dinar, nə də bir dirhəm buraxdı. O, sadəcə elmi miras olaraq buraxdı. O, da Peyğəmbərlik mirasıdır. Hər kim bu mirasdan bir şey almaq istəyirsə məharətlə irəli keçsin və belə bir mirasdan götürsün. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – miras olaraq nə bir dinar, nə bir dirhəm, nə bir dəvə buraxmadı. heç bir şey də vəsiyyət etmədi»355. Çünki onun dərdi dünya, mal, mülk, cah-cəlal və s. deyildi. Dərdi Allahın razılığı və rəhmətini qazanmaq idi. Utbə b. Həris - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə əsr namazını qıldırdı. Namazdan sonra dərhal qalxaraq evinə tələsdi və sonra evindən çıxdı. Mən ondan bunun səbəbini soruşdum. O: «Evdə zəkat malından bir miqdar qızıl var idi. Evimdə qalması məni narahat etdi. Ona görə də paylaşdırdım»356. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – müsəlman olmaq istəyənə istədiyini verirdi. Bir nəfər onun yanına gəldi və iki dağ arasında olan qoyunları ona verdi. O, kimsə qövmünə dönərək dedi: «Qövmüm müsəlman olun! Muhəmməd kasıblıqdan qorxmayan bir kimsənin (mal payladığı kimi) mal verir»357.
Dostları ilə paylaş: |