3. Tam olaraq (Semantik adekvatlıq) amerika açmaq



Yüklə 27,53 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü27,53 Kb.
#41107
1   2   3   4   5   6   7
To add fuel to the flame (Saman altdan su yeritmək )– gizli şəkildə bir şeylər etmək, xəlvət iş tutmaq kimi anlamları ifadə edir. Alınma frazeologizmdir. Bu frazeoloji birləşmənin “şaquli kontekst”i “zappa” (kərki, toxa) İtalyan sözünün rus dilinə keçməsi və həmin hərbi terminin rus dilində işlədilməsi ilə əlaqədardır. İfadə sonradan Azərbaycan dilinə daxil olub və müasir dövrdə də istifadə olunur

Forbidden fruit” (Qadağan edilmiş meyvə) Uca Allah tərəfindən Adəm və yoldaşı Həvva üçün qoyulan bir imtahandan ibarət bu qadağa, ilk insan və nəslinin ən böyük düşməni olan şeytanı hərəkətə keçirmişdi. Özü Allahın rəhmətindən məhrum edilərək cənnətdən qovulmuşkən, qısqandığı və qarşısında əyilməkdən qaçdığı Adəmi və yoldaşının Cənnətdə qalmasına razı ola bilmirdi. Allahın nemətlərindən uzaqlaşdırılmasının səbəbi olaraq gördüyü Adəmi və yoldaşını da Cənnətdən çıxarmağa qəti qərar vermişdi. Allahın onlar üçün qoymuş olduğu qadağanı tapdalamaları üçün onları düzgün yoldan çəkindirməyə çalışmışdır. Onları aldada bilmək üçün dostca davranaraq hər cür yolu sınadı; nəticədə onları ən zəif nöqtələrindən vurdu. Onların zəif nöqtələri, ayədə ifadə edildiyi kimi, mələk olmaq (onlar kimi qüsursuz) və ya Cənnətdə əbədi qalmaq arzusu idi. Şeytan onların bu iki arzusunu təhrik edərək Adəm və Həvvaya belə demişdi: "Yaxşı bilin ki, Rəbbiniz bu ağacın meyvəsindən yeməməyinizi; ancaq sizin iki mələk olmanızı, yaxud Cənnətdə əbədi qalmanızı istəmədiyi üçün qadağan etmişdir. Başqa bir səbəbə görə deyil! Və o ikisinə “Əmin olun! Mən, bunu sizin yaxşılığınız üçün deyirəm, mən sizə öyüd verənlərdənəm.” deyə and içdi.”(Taha:117-119)"Deyərkən şeytan onun ağlını qarışdırıb belə dedi: Ey Adəm! Sənə əbədilik və sonu gəlməz bir səltənəti təmin edəcək bir ağacı göstərimmi?" (Taha, 120) Şeytan, bu səylərinin nəticəsində Adəm ilə Həvvanı aldatdı və ikisini qadağan ağacın meyvəsindən yeməyə razı saldı. Onlara qarşı Şeytanın düşmənliyini unudub onun tələsinə düşən Adəm ilə Həvva, onun sözlərinə aldanaraq Allah tərəfindən qadağan olunmuş ağacın meyvəsindən yeməyə qərar verdilər. Ancaq, daha bu meyvəni daddıqları zaman, heç gözləmədikləri bir şey oldu və hər ikisinin də övrət yerləri açıldı. Bunun üzərinə, böyük bir təlaş və tələsiklik içində açılan övrət yerlərini örtmək üçün yarpaq toplamağa başladılar.Bir az əvvəldə də qeyd etdiyimiz kimi, (Taha, 120) ayəsində şeytanın əvvəl Adəmə vəsvəsə verdiyini, daha sonra hər ikisinin birlikdə qadağan ağacın meyvəsindən yediklərini görürük; Bəqərə surəsinin 36-cı və Əraf surəsinin 20-ci ayələrində isə, şeytanın ikisinə birdən vəsvəsə verdiyi və ikisini birlikdə aldatdığı ifadə edilmişdir. Yəni Tövratdakı kimi şeytanın əvvəl Həvvanı aldatdığı, sonra da onun vasitəsiylə Adəmi yoldan çıxardığı şəklində, günahın işlənməsində Həvvanın zəifliklərini önə çıxaran və günahı az qala onun üzərinə yıxan bir məlumat verilməmişdir. Bunun nəticəsindədir ki, yəhudi-xristian ənənəsində ilk qadın olan Həvvanın şəhvətli və başdan çıxarıcı olaraq təqdim edilməsinə qarşılıq, Qurani Kərimə görə, Cənnətdən qovulmalarıyla nəticələnən hadisələrdə Adəm ilə Həvva bərabər bir şəkildə məsul tutulmuş; hətta əsl məsuliyyət Adəmə aid olduğu üçün, şeytanın birbaşa ona xitab etdiyi bildirilmiş və Həvvaya xitabından danışılmamışdır.(72)(sona)




Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin