11 yanvar 2008.
Qafar Qələndər oğlu Mehdiyevin “Erməni məsələsi”nə dair tarixi
həqiqətlərin aĢkarlanmasında mətbuatın rolu (erməni və Türkiyə
mətbuatının materialları əsasında 1890-1920)” mövzusunda
namizədlik dissertasiyasına
R Ə Y
Qondarma «erməni məsələsi»nin yaranma tarixinin, ortaya atılma
səbəblərinin, məqsədinin, mahiyyətinin araşdırılması, dəyərləndirilməsi və ondan
düzgün nəticələrinin çıxarılması aktualdır, eyni zamanda bu «problemin»
ideoloqlarının,
icraçılarının
istəklərinin
zərərsizləşdirilməsi
baxımından
əhəmiyyətlidir. Odur ki, ilk növbədə aşağıda sadalananlara ciddi məxəzlər, etibarlı
mənbələrə istinadən ardıcıl və kompleks halda aydınlıq gətirilməlidir:
- nə üçün məhz «erməni məsələsi?»
- «erməni məsələsi»nin gündəmə gətirilməsinin sosial-siyasi, dini, iqtisadi,
tarixi kökləri, onun qabardılması, qidalanması mənbələri hansılardır?
- mənfur «erməni məsələsi»nin regionda yaşayan xalqların tarixinə və
taleyinə təsiri, onun acı nəticələri;
- miasum «erməni məsələsi»nin bir həlqəsi və onun reallaşdırılması
istiqamətində düşünülmüş ideyadır.
Bəzən iddia olunur ki, «erməni məsələsi» müəyyən tarixi mərhələlərdə,
sovet hakimiyyəti illərində gündəlikdən çıxarılmışdır, yaxud ortaya atıldığı
dövrdəki məzmununu, mahiyyətini itirmişdir. Əlbəttə, bu cür mülahizələrlə
razılaşmaq olmaz. Sovet rejimi, kommunist ideologiyası bu «məsələnin» tarixi
şəraitə uyğun formatını, formasını dəyişdirmişdir. 1948-1953-cü illərdə
Azərbaycanlıların kütləvi şəkildə Ermənistan SSR-dən deportasiyası əslində
«erməni məsələsi»nin müxtəlif bəhanələrlə yeni şəraitdə həyata keçirilməsi idi.
İdeya kimi də «erməni məsələsi» bəslənir, ona yeni ruh, qan-can verilirdi,
148
yaddaşlardan silinməməsi üçün təbliğat maşını işləyirdi. Rejim və kommunist
ideologiyası lazım hesab etdiyi məqamlarda tarixin təhrif edilməsinə, qərəzli
qələmə alınmasına rəvac verir, eyni zamanda xəstə erməni təxəyyülünün məhsulu
olan əsərlərin kütləvi tirajlarla nəşrinə göz yumurdu. Nəticədə, Henri Azadyanın
təbiri ilə desək, «partiya və dövlət xadimi, alim, pedaqoq, kommunist və vətəndaş»
Con Kirokosyanın «Gənc türklər tarixin məhkəməsi qarşısında» (Yerevan,
«Ayastan» nəşriyyatı, 1986) kimi əsərlər nəşr olunur, milyonlarla insan yalanlarla
məlumatlandırılır, əsl həqiqət diqqətdən yayındırılır, ermənilərə qarşı regionda
ardıcıl şəkildə genosid həyata keçirildiyi həyasızcasına qeyd olunur, əsl qatillər –
erməni terrorçuları, başkəsən və qaniçənlər «xalq qisasçıları», «xalq qəhrəmanları»
kimi təqdim və təbliğ edilirdi.
Bax, bütün bunların və bunlardan daha artığının üzə çıxarılması, ifşa
edilməsi, problemlə bağlı ölkəmizdə və beynəlxalq aləmdə, o cümlədən elmi
ictimaiyyətdə düzgün rəyin formalaşdırılması tədqiqatçıların üzərinə çox ciddi və
məsul vəzifələr qoyur.
«Erməni məsələsi» mövzusunda ölkəmizdə ilk ciddi əsərlər Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra işıq üzü görməyə başlamışdır. Yeri gəlmişkən,
qeyd etmək vacibdir ki, problemi illər boyu susmayan və susdurula bilməyən tək
səs – mühacir nəşrlər – «Yeni Qafqasya», «Azəri-türk», «Odlu yurd», «Bildiriş»,
«İstiqlal», «Qurtuluş», «Azərbaycan» kimi qəzet və jurnallar gündəmdə
saxlamışdır.
Son illər «erməni məsələsi» tədqiqat predmeti kimi daha çox müraciət
edilən, diqqət mərkəzində duran mövzulardandır. Ataxan Paşayev, İsmayıl
Vəliyev, İsrafil Məmmədov, Bəxtiyar Nəcəfov, İslam Sadıq kimi müəlliflər bu
istiqamətdə dəyərli araşdırmalar aparmış, sanballı əsərlər yazmışlar.
Qafar Qələndər oğlu Mehdiyevin elmi-tədqiqat işi bir sıra keyfiyyətlərinə
görə xüsusi ilə əhəmiyyətlidir:
- problemlə bağlı bilavasitə erməni dilindəki mətbu orqanlara istinad
olunması və bu qəbildən olan faktların elmi dövriyyəyə buraxılması;
- tədqiqatçının daha xarakterik, maraqlı faktları seçməsi, təhlil etməsi,
ümumiləşdirməsi və onları elmi-nəzəri cəhətdən düzgün dəyərləndirməsi;
-
mülahizə
və
mühakimələrinin
məharətlə
əlaqələndirilməsi,
əsaslandırılması;
- qənaətlərində, elmi nəticələrində qətiyyətliliyin, prinsipiallığın olması;
- zəngin faktoloji bazadan bacarıqla istifadə sayəsində opponentlərin «tərk-
silah» edilməsi, başqa sözlə, ermənilərin və onların havadarlarının qondarma
«erməni soyqırımı» iddialarının tutarlı dəlillərlə alt-üst olunması;
- «erməni məsələsi»nin hansı məqsədlərlə ortaya atıldığının təkzibolunmaz
sənədlərlə bir daha təsdiq edilməsi, maraqlı dövlətlərin regiondakı çirkin
siyasətinə, problemin süni şəkildə daha da şişirdilməsinə xidmət edən bu və ya
digər amillərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi.
Qafar Mehdiyev uzun illər boyu mətbuatda çalışmış, ötən əsrin 80-ci
illərinin sonundan – mənfur erməni qonşularımızın növbəti separatçılıq hərəkatına
başladığı illərdən şahid kimi yox, iştirakçı, zərərçəkən kimi bilavasitə hadisələrin
içində, qaynar nöqtələrdə olmuşdur. Bu problem ümumilikdə xalqımızın tarixində,
149
taleyində ağır izlər qoymuşdur. Q.Mehdiyev bir fərd kimi bu acını öz həyatında,
tərcümeyi-halında yaşayan kəslərdəndir. Bunun nəticəsi kimi o, problemi daha
dərindən dərk etmiş, mənimsəmişdir desək, yəqin ki, yanılmarıq.
Q.Mehdiyevin erməni əlifbasını, dilini bilməsi, Türkiyə və Azərbaycanın
müxtəlif bölgələrində – erməni vəhşiliklərinin törədildiyi yerlərdə – məzarlıqlarda,
kitabxana və muzeylərdə tədqiqat işi aparması dissertasiyanın kamil əsər kimi
ortaya çıxmasına yardım etmişdir.
Dissertasiya giriş, «XIX əsrin ikinci yarısında Şərqi Anadoluda və Cənubi
Qafqazda ictimai-siyasi vəziyyət və «erməni məsələsi»nin ortaya atılmasında Qərb
dövlətlərinin rolunun mətbuatda əksi» və «Erməni dövlətinin yaradılması planları
və onun həyata keçirilməsi istiqamətində hərbi və diplomatik fəaliyyətlərə
mətbuatın münasibəti» adlı 2 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Tədqiqatçı 3 yarımbənddən ibarət I fəsildə «erməni məsələsi»nin ortaya
atılmasında, əvvəl Şərqi Anadoluda, bu xülya baş tutmadıqda isə Cənubi Qafqazda
erməni dövləti qurmaq ideyasının yayılmasında missionerlərin, erməni millətçi
cəmiyyət, komitə, siyasi təşkilatlarının, erməni, eləcə də ermənipərəst mətbu
orqanların rolundan, Osmanlı imperiyasının süqutunda maraqlı olan dövlətlərin
bölgədəki çirkin siyasətindən geniş bəhs etmişdir. Osmanlı imperiyasının
çökdürülməsi üçün dəridən-qabıqdan çıxan Avropa dövlətləri regiondakı ən zəif
həlqədən – xisləti xəyanətlə yoğrulmuş ermənilərdən bacarıqla istifadə etmişlər.
XIX yüzilliyin II yarısında – əsrin sonlarına doğru havadarlarının maddi-mənəvi
dəstəyi ilə qısa müddət ərzində imperiyanın sadiq təbəələrindən «mübariz»,
«döyüşkən», «hüquq və azadlıqlarını tələb edən» topluma çevrildilər. Ermənilər
çox sayda qəzet buraxmağa, sürətlə təşkilatlanmağa başladılar. Bu dönəmdə ciddi
sosial-iqtisadi, hərbi-siyasi böhran keçirən Osmanlı imperiyasının hüdudlarında
düşmən dövlətlər ermənilərin gücündən yararlanaraq dağıdıcı şəbəkə qururdular.
Tədqiqatçı bu məsələləri araşdırarkən dövrün tarixi sənədlərindən, xüsusi ilə mətbu
orqanların materiallarından yetərincə istifadə etmişdir.
Elmi-tədqiqat işinin II fəslində Q.Mehdiyev Qərb dövlətləri və Rusiyanın
canfəşanlığı nəticəsində zəifləmiş Osmanlı Türkiyəsinin Şərq və Cənub-Şərq
ərazilərində erməni dövləti yaratmaq ideyası cəhdlərini o dövrün mətbuatı vasitəsi
ilə bütün cəhətləri ilə üzə çıxarır və tutarlı faktlarla təqdim edir. Birinci Dünya
Müharibəsi dövründə ermənilərin Şərqi Anadoludan köçürülməsinin əsl
səbəblərini, bu prosesin gedişatını, nəticələrini tarixi və təkzibolunmaz faktlara
istinad edərək araşdıran, təhlil edən, dəyərləndirən tədqiqatçı, həm də köçürülməni
«erməni soyqırımı» kimi təqdim edən, on illər boyu tarixi saxtalaşdırmaqla məşğul
olan yalançı mütəxəssislərin, o cümlədən, ah-nalədən yorulmaq bilməyən erməni
mətbuatının qondarma arqumentlərinin əsassız olduğunu göstərmişdir.
Digər tərəfdən isə tədqiqatçı «yazıq», «zavalı» ermənilərin əllaməliyinin
arxasında əslində məkrli, murdar niyyətlərinin durduğunu və onların bütün bu hay-
küylərinin xəyali «dənizdən-dənizə» Böyük Ermənistan» dövləti yaratmaq
ideyasından qidalandığını əsaslandırmışdır.
Bütövlükdə tədqiqatçı problemi əhatəli və dərindən araşdırmışdır. Bununla
belə, ciddi elmi-tarixi əhəmiyyət kəsb edən dissertasiyada mövzunun yeniliyindən,
150
eyni zamanda genişliyindən qaynaqlanan bir sıra mülahizələr var ki, onlar bəzi
iradlar üçün zəmin yaratmışdır. Onlardan bəziləri üzərində dayanmaq istərdim:
1. XIX əsrin II yarısından etibarən Cənubi Qafqazda, o cümlədən Tiflisdə,
Gəncədə, Bakıda, Şuşada 70-ə yaxın erməni dilində qəzet və jurnal buraxılmışdır.
Dissertasiya xüsusi ilə erməni mətbuatının materialları əsasında yazlığından və
«erməni məsələsi»nin tarixdə ən ağır zərbəsinin bizə dəydiyindən fikrimcə,
problemin ortaya atıldığı illərdə Azərbaycan ərazisində nəşr olunan erməni mətbu
orqanlarının proqramı, mövzusu və istiqaməti barədə də yazılması
məqsədəmüvafiq olardı.Tədqiqatçı «erməni məsələsi»nin aktuallaşmasında
missionerlərin rolundan və fəaliyyətindən haqlı olaraq geniş bəhs etmişdir. Lakin
bir sıra məqamlarda missionerliyin mahiyyəti, məzmunu ilə yanlışlıqlara yol
verilir. Müəllif yazır ki, 1860-cı ildən sonra missionerlər yəhudi və müsəlmanları
xristianlaşdırmağın çox çətin olduğunu görüb fəaliyyətlərini ermənilər üzərinə
keçirmişdilər (səh.23). Əslində, ermənilər xristian idi və ənənəvi dini mərkəzlər
tərəfindən rədd edilən, müxtəlif sektaları təmsil edən missionerlərin fəaliyyəti
dövlətin əsaslarını dağıtmağa, müsəlman əhalini öz dinindən soyutmağa, onların
şüuruna və mənəviyyatına hakim olmaqla mənfur ideyalarını yeritməyə çalışırdılar.
Görkəmli ictimai-siyasi xadim, istedadlı publisist Əhməd bəy Ağaoğlu hələ 1912-
ci ildə yazırdı ki, bizə həyat verəcək Qərbin mədəniyyətidir, Qərbin missionerləri
deyildir. Çocuqları missioner məktəbinə vermək mənsub olduğu xalqa bir
xəyanətdir və cinayətdir («İqbal» qəzeti, 1912, 29 avqust, № 148). Katoliklər
tərəfindən də qovulan rahiblər və rahibələr türkçülüyə, islama can və ruh verə
bilməzlər. Elə hesab edirəm ki, Ə.Ağaoğlunu həyəcanlandıran, narahat edən
missionerlik hərəkatı Azərbaycan ərazisində də o dönəmdə ciddi problemlər
yaradırdı və müəllif Osmanlı imperiyasında missionerlik hərəkatı ilə Azərbaycan
torpaqlarındakı missionerlik fəaliyyətini əlaqəli şəkildə təqdim və təhlil etsəydi,
daha effektiv qənaətlərə gələ bilərdi.
2. «Erməni məsələsi» siyasi dövriyyəyə buraxılandan regionun coğrafi
xəritəsi dəfələrlə dəyişmişdir. «Erməni məsələsi»nin nüvəsi saxlanılsa da, taktiki
gedişlərə, tətbiqi məkanına uyğun də cildi, forması dəyişdirilmiş, yeniləşmişdir.
Heç şübhəsiz ki, «miasum» «erməni məsələsi»nin həlli variantlarından biridir və
bu ideyadan da ən çox zərərçəkən Azərbaycandır. Odur ki, «erməni məsələsi»nin
yaranması və yayılmasının sonrakı mərhələlərindən bəhs edərkən tədqiqatçının bu
cəhətə diqqət yetirməsi, fikrimcə, lazım idi. Həm də, bu zaman tarixdə şərəfsiz iz
qoymuş enozis, anşlüs təcrübəsindən ermənilərin «bəhrələndiyi» vurğulanmalıdır.
Müəllif bəzən eyni fikri müxtəlif formalarda təkrarlayır. Məsələn,
E.Melkonyandan sitat gətirilir: erməni köçü olmasaydı, indi Ermənistan dövləti
çox böyük ərazini əhatə edərdi (səh.90), bir qədər sonra (səh.94) həmin fikir
olduğu kimi səsləndirilir. Yaxud, səhifə 15-də «1970-ci illərdən başlayan erməni
terroruna» sözləri ilə başlayan cümlə 93-cü səhifədə «Ermənilərin bu terrorçu
ənənələrini ötən əsrin 70-ci illərindən başlayaraq» sözləri ilə, 155-ci səhifədə isə
«1973-cü ildən başlayaraq qanlı erməni terroru» sözləri ilə başlayan cümlələrlə
əvəz olunur.
Tədqiqatçının kiçik diqqətsizliyi bəzən faktların təhrif edilməsi ilə müşayiət
edilir. «Azərbaycanın SSRİ tərkibində (1920-1991) olduğu illərdə» (səh.12) yazan
151
müəllif şübhəsiz ki, SSRİ-nin elan olunduğu tarixi bilir. Qatil Andronikin
məzarının köçürülmə tarixini bir yerdə 2002-ci il (səh.49), digər yerdə 2000-ci il
(səh.53) göstərir. Köçürülmə zamanı türk daxili qoşunlarının 20 min əsgər itirdiyi
(səh.58) faktı da inandırıcı görünmür, dəqiqləşdirilməsinə ehtiyac var. «Təhcir»
Qanununun qəbulu tarixi gah 14 may 1918-ci il (səh.80), gah da 27 may 1915-ci il
göstərilir (səh.89, 91). «Soyqırımı» tarixinə münasibət bildirərkən də müəllif
mülahizələri təkrarlayır (səh.89, 99). Görünür, tədqiqatçının peşəsindən və
mövzunun ağırlığındandır ki, bəzən mətnə elmi üsluba xas olmayan ritorika,
emosionallıq hakimlik edir. Bəzən isə yumşaq ifadə ilə desək, müəllifin yazdıqları
adamı təəccübləndirir. Məsələn, o, Qars qaçqınlarına «Qardaş köməyi»ndən bəhs
edərkən yazır: «Çox qəribədir ki, istər bu qəzetə dəvət olunanlar, istər qəzeti çap
edən Orucov qardaşları təmənnasız işləmişlər» (səh.129).
3. Erməni terrorçularının ötən əsrin iyirminci illərində törətdiyi cinayətlər
haqqında yazanda (səh.93, 101) zənnimcə, bu siyahıya qatil Torlakyan tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbudxan Cavanşirin də
qətlə yetirilməsi problem üçün xarakterik olduğundan xatırlanmalı idi. Murad
Çulçunun «Erməni intriqalarının pərdə arxası» adlı əsəri bu qanlı olay, onun şou-
məhkəməsi «erməni məsələsi»ni bütün incəliklərinədək dərk etmək və ona nifrət
oyatmaq baxımından ibrətamizdir.
Hesab edirəm ki, «İttihad və Tərəqqi» partiyasına müxalif qüvvələrin
ermənilərlə həmrəylik məsələsinə dissertasiyada lazım olduğundan qat-qat çox yer
ayrılmışdır və əslində bunun «erməni məsələsi»nə də heç dəxli yoxdur. Tədqiqatçı
«erməni məsələsi»nin yaranma tarixini XIX əsrin II yarısından ortaya atıldığını və
bu gün də onun gündəlikdə olduğunu bildirir, eyni zamanda yazır ki, artıq bir əsrə
yaxındır ki, daim dünyanın siyasi gündəmində olan «erməni məsələsi» ilə alver
olunur» (səh.99). Dissertasiyada adı çəkilən və sitat gətirilən bir çox mənbə
«Ədəbiyyat siyahısı»nda əksini tapmamışdır: «Deyli teleqraf» (səh.100), «Los-
Anceles Eqzamener» (səh.111) və s.
4. Q.Mehdiyevin ötən əsrin 20-ci illərində erməni qatillər tərəfindən qətlə
yetirilən bir sıra tanınmış türk xadimlərinin adlarını ehtiramla çəkməsi yerinə düşür
və təqdirəlayiqdir. Yaxşı olardı ki, tədqiqatçı, həm də 1970-ci illərdən daha geniş
və daha amansız xarakter alan erməni terroru, onun qurbanları və hədəfləri barədə
ətraflı bəhs edəydi. «Erməni məsələsi»ni ortaya atan dövlətlər erməniləri maddi
cəhətdən dəstəkləyərək, mənəvi baxımdan ruhlandıraraq, şirnikləşdirərək onların
güclü siyasi, dini, sosial xidmət, terrorçu təşkilatlarını, eləcə də məktəbli, tələbə,
təhsil, xeyriyyə cəmiyyətlərini, KİV şəbəkəsini, ideoloji mədəni mərkəzlərini
yaratmışlar. Çox sayda erməni terror təşkilatları dünyanın müxtəlif ölkələrində
yüzlərlə terror aktı həyata keçirmişdir. Tədqiqatçı «erməni məsələsi»ndən bəhs
edərkən, bu ideya ilə «əkiz doğulmuş» erməni terroruna, onun törətdiyi faciələrə də
toxunmuşdur. Fikrimcə, erməni terror şəbəkəsi, onun fəaliyyəti ilə bağlı materiallar
daha geniş şəkildə tədqiqata cəlb olunmalı idi.
Deyilən çoxsaylı irad və mülahizələr Q.Mehdiyevin zəngin fakt və sənədlər
əsasında məsuliyyətlə, səriştəli mütəxəssis qələmi ilə yazılmış sanballı
dissertasiyasının elmi-nəzəri və tarixi-siyasi əhəmiyyətini azaltmır, problemin
aktuallığına, genişliyinə və tədqiqat sahəsi kimi yeniliyinə dəlalət edir.
152
Deyilənləri yekunlaşdıraraq bu nəticəyə gəlmək olar ki, elmi-tədqiqat işi
AAK-ın tələblərinə bütünlüklə cavab verir və onun müəllifi Qafar Qələndər oğlu
Mehdiyev fəlsəfə doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.
Rəsmi opponent
:
Abid Tahirli
filologiya elmləri doktoru
Bəxtiyar Qibləli oğlu Məmmədovun «Azərbaycan bədii publisistikasının
inkiĢaf meylləri və sənətkarlıq məsələləri (XX əsrin II yarısında)»
mövzusunda namizədlik dissertasiyasının avtoreferatı haqqında
R Ə Y
Publisistikanın elmi-nəzəri problemləri, onun mövzusu, predmeti, dil-üslub
sənətkarlıq məsələləri, digər yaradıcılıq növləri ilə fərqli və ümumi cəhətləri
haqqında bir sıra tədqiqat əsərləri yazılmışdır. Cəmiyyətin inkişafının müxtəlif
mərhələlərində publisistikanın yeri və rolu, funksiyası, daşıdığı vəzifə və ona
uyğun forması da dəyişdiyindən, publisistikanın nəzəri problemləri ilə bağlı irəli
sürülən mülahizə və mühakimələrin yeniləşməsi, zənginləşməsi də tamamilə
təbiidir. Bu mənada Azərbaycan öz müstəqilliyini bərpa etdikdən – 1991-ci ildən
sonra milli-mənəvi sərvətin, o cümlədən jurnalistika sahəsinin, xüsusilə
publisistikanın yeni, müasir tələblər baxımından təhlil süzgəcindən keçirilməsinə,
dəyərləndirilməsinə ehtiyac yarandı. Sovet rejim və ideologiyası yaradıcılıq
sferasına da ciddi nəzarət etdiyindən, ədəbi-mədəni irsə də partiyalı və sinfi
münasibət bəslənildiyindən bir çox tarixi hadisələr təhrif olunur, qərəzli
münasibətə tuş gəlir və ciddi saxtakarlıqlara yol verilirdi. Bununla yanaşı, həmin
dövrdə ayrı-ayrı ədiblər, sənət adamları, tədqiqatçılar bu gün də aktuallığını,
əhəmiyyətini itirməyən qiymətli əsərlər qələmə almışlar. Həmin irsin doğru-
düzgün tədqiqini, obyektiv dəyərləndirilməsini bir tərəfdən əsərə, onun müəllifinin
əməyinə verilən qiymət, digər tərəfdən dövrün ədəbi-mədəni mühitinin tam
mənzərəsini yaratmağa xidmət hesab etmək olar.
Bu nöqteyi-nəzərdən istedadlı tədqiqatçı Bəxtiyar Məmmədovun
«Azərbaycan bədii publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələləri (XX
əsrin II yarısında)» mövzusundakı namizədlik dissertasiyası təqdirəlayiq
tədqiqatlar və xüsusi əhəmiyyət kəsb edir. B.Məmmədov Azərbaycan
publisistikasının 50 ildən də çox bir dövrünün bütün problemlərini çox diqqətlə,
ədalətli, obyektiv, ciddi şəkildə araşdırmış, tutarlı və sanballı elmi-nəzəri nəticələr
əldə etmişdir. Müəllif müraciət etdiyi dövrün materiallarını məharətlə seçmişdir.
Məhz həmin nümunələr publisistikanın XX əsrin II yarısından əsrin sonuna qədər
olan inkişaf yolunu tam səciyyələndirməyə imkan vermişdir.
153
Əsası «Səfərnamə» əsəri ilə İsmayıl bəy Qutqaşınlı tərəfindən qoyulan 150
yaşlı Azərbaycan publisistikası, əslində ədəbi-mədəni, ictimai-siyasi, fəlsəfi fikir
tariximizin salnaməsidir. Lakin təəssüf ki, bir-iki təşəbbüsü, xüsusi ilə Famil
Mehdinin dəyərli araşdırmasını nəzərə almasaq, bütövlükdə Azərbaycan
publisistikası, o cümlədən bədii publisistikası bu günədək kifayət qədər
araşdırılmamışdır. B.Məmmədovun tədqiqatı, həm də ona görə diqqət çəkir ki, bu
dissertasiya XX əsrin ikinci yarısı Azərbaycan bədii publisistika nümunələrini
ayrıca tədqiq etməyə ilk, həm də uğurlu cəhddir.
Dissertant Elçin, Anar, Əkrəm Əylisli kimi görkəmli sənətkarların əsərlərinə
istinad edərək bir janr kimi bədii publisistikanın bütün məziyyətlərini üzə çıxarmış,
nümunələri mövzu, süjet, müəllif obrazı, konflikt, dil-üslub, sənətkarlıq
xüsusiyyətləri baxımından əhatəli təhlil etmişdir. Tədqiqatçı toxunduğu problemə
müxtəlif rakurslardan nəzər salır, kiçik detalları belə diqqətdə saxlayır. O,
predmetə nüfuz edir, faktları ümumiləşdirməyi, dəyərləndirməyi bacarır, maraqlı
mülahizə və mühakimələr irəli sürür, dolğun nəticələr əldə edir.
Avtoreferat ona verilən tələblərə uyğun tərtib edilmişdir və dissertasiyanın
məzmunu, məqsəd və vəzifələri, mövzunun aktuallığı, əhəmiyyəti barədə tam
təsəvvür yaradır.
Deyilənlərdən
bu
qənaətə
gəlmək
olar ki, «Azərbaycan bədii
publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələsi (XX əsrin II yarısında)»
mövzusunda namizədlik dissertasiyası səriştə ilə işlənmiş bitkin elmi əsərdir və
AAK-ın bütün tələblərinə cavab verir. Dissertasiyanın müəllifi Bəxtiyar
Məmmədov filologiya elmləri namizədi elmi dərəcəsi almağa tam layiqdir.
04.04.07
Ülviyyə Nəriman qızı Hüseynovanın «Əhmədbəy
Ağaoğlunun ədəbi-tənqidi görüĢləri» mövzusunda
namizədlik dissertasiyası haqqında
R Ə Y
Avtoreferatın birinci abzasında tədqiqatçı qeyd edir ki, «onların (XX əsrin
əvvəllərində formalaşan ədəbi tənqidin mütərəqqi təfəkkürlü nümayəndələri
nəzərdə tutulur – T.A.) ədəbi-tənqidi irsini araşdırmaq, sistemli tədqiq hədəfinə
çevirmək müasir Azərbaycan ədəbiyyatşünaslığının elmi maraq dairəsinə
yaxındır». Müəllifin mülahizəsi və mövqeyi ilə razılaşır və dərhal da əlavə edirik
ki, mövzunu «dairənin yaxınlığından» mərkəzinə gətirmək lazımdır və bunun üçün
çox ciddi əsaslar var. On illər boyu – sovet dövründə milli-mənəvi – mədəni irsə də
sinfi və partiyalı münasibət bəslənildiyindən, yazılmışlar, yazılanlar – bütün sərvət
sovet rejim və ideologiyasının tələblərinə uyğunlaşdırıldığından, senzuranın
amansız süzgəcindən keçirildiyindən saxtalaşdırılır, təhrif olunur, qərəzə tuş
gəlirdi. Odur ki, çox vaxt mütərəqqi mürtəce, yaxşı pis kimi təqdim və təbliğ
edilirdi. Bu gün – Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ədəbi-
mədəni, ictimai-siyasi həyatın bir sıra nəzəri problemlərinə yenidən müraciət
154
olunması, təhlil edilməsi və dəyərləndirilməsi təbii olduğu qədər də maraqlı, aktual
və əhəmiyyətlidir. Bu mənada Azərbaycanın, ümumiyyətlə, Şərq – islam
dünyasının parlaq simalarından sayılan Əhmədbəy Ağaoğlunun həyat və
yaradıcılığına, zəngin və çoxşaxəli irsinə, xüsusilə ədəbi-tənqidi görüşlərinə
müraciət etmək, onu araşdırmaq, təhlil süzgəcindən keçirmək, dəyərləndirmək
təqdirəlayiqdir. Diqqətçəkəndir ki, tədqiqatçı Ü.Hüseynova «çoxşaxəli yaradıcılıq
yolu keçən və ziddiyyətli tale yaşayan» Əhmədbəy Ağaoğlunun irsinin mövzu
baxımından təsnifatını uğurla aparmış, toxunduğu problemi diqqətlə, ədalətli,
obyektiv, ardıcıl, prinsipial şəkildə, bir sözlə desək, professionallıqla araşdırmış,
ciddi, sanballı, elmi-nəzəri qənaətlər əldə etmişdir. Müəllif avtoreferatda tədqiqata
cəlb etdiyi, mövzunun aktuallığını tutarlı faktlarla, maraqlı mülahizə və
mühakimələrlə əsaslandırmağa nail olmuş, Əhmədbəy Ağaoğlu irsinə bu gün də
müraciət etməyin mühüm və faydalı olduğuna diqqəti yönəldə bilmişdir.
Avtoreferatda tədqiqatın məqsəd və vəzifələri yığcam, eyni zamanda aydın
şəkildə əksini tapmışdır.
Bu qənaətə gəlmək olar ki, tədqiqat işində qarşıya qoyulan vəzifələrin
müəyyənləşdirilməsi və ardıcıllıqla göstərilməsi Ülviyyə Hüseynovaya problemə
müxtəlif rakurslardan nəzər salmağa, ilk baxışda diqqəti çəkməyən xırda detalları
belə öyrənməyə, təhlil etməyə, bütövlükdə mövzunu müasir tələblər baxımından
işləməyə imkan vermişdir.
Tədqiqatçı Ü.Hüseynovanın araşdırmasında bir cəhəti də vurğulamaq
lazımdır. O, Əhmədbəy Ağaoğlu haqqında yazılan əsərlərə münasibətdə
prinsipiallıq və cəsarət nümayiş etdirir, öz mövqeyini çəkinmədən bildirir və
fikirlərini əsaslandırmağa çalışır. Bu isə problemlə bağlı yeni və qəti rəyin
formalaşmasına, tədqiqatın elmi çəkisini və dəyərini artırmağa xidmət edir. Yaxşı
ki, tədqiqatçı Əhmədbəy Ağaoğlunun ədəbi-tənqidi görüşlərini işləyərkən, onun
«Həyat», «İrşad», «Tərəqqi», «Kaspi» kimi mətbu orqanlarındakı məqalələrindən,
elmi-nəzəri mülahizələrindən, monoqrafiya və xatirələrindən bəhs edərkən «müasir
elmi-nəzəri prinsipləri və ictimai-mədəni ehtiyacları», qısaca desək, «müasir
meyarları» əsas götürmüşdür, rəhbər tutmuşdur.
Avtoreferatda işin əsas məzmunu kifayət qədər əhatə edilmişdir.
«Əhmədbəy Ağaoğlunun yaradıcılığında ideya-estetik prinsiplər» adlanan birinci
fəsil və onun üç bölümü, «Klassik ədəbiyyat problemləri Əhmədbəy Ağaoğlunun
tənqidində» adlı ikinci fəsil və onun dörd bölümü, «Çağdaş ədəbi prosesin inkişaf
problemləri» adlanan üçüncü fəsil və onun iki bölümü dissertasiyanın məzmunu
haqqında əhatəli, dolğun rəy yaradır.
Avtoreferat ona verilən tələblərə uyğun tərtib edilmişdir, məzmunu,
quruluşu qənaətbəxşdir.
Deyilənləri yekunlaşdıraraq bu qənaətə gəlmək olar ki, «Əhmədbəy
Ağaoğlunun ədəbi-tənqidi görüşləri» mövzusunda namizədlik dissertasiyası səriştə
ilə işlənmiş elmi əsərdir və Ali Attestasiya Komissiyasının tələblərinə cavab verir.
Dissertasiyanın müəllifi Ülviyyə Nəriman qızı Hüseynova filologiya elmləri
namizədi elmi dərəcəsi almağa tam layiqdir.
Dostları ilə paylaş: |