AtəT hüququnun anlayışı


Xarici İşlər Nazirləri Şurası



Yüklə 36,35 Kb.
səhifə10/13
tarix27.04.2023
ölçüsü36,35 Kb.
#103363
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13
143 movzu 6 atet huququ

Xarici İşlər Nazirləri Şurası ATƏT-in əsas orqanları sırasına daxil olan qurumlardan biridir. Əvvəllər, sadəcə olaraq, «Şura» (ATƏT Şurası) adlanan bu orqan hüquq ədəbiyyatında «Nazirlər Şurası» termini ilə ifadə edilir. Nazirlər Şurası ATƏT-in mərkəzi direktiv, əsas icra-sərəncam orqanı kimi tanınır. Bu orqan ATƏT-in üzvü olan dövlətlərin xarici işlər nazirlərindən ibarətdir; o, ATƏT-in mərkəzi rəhbər orqanı hesab edilir.
Nazirlər Şurası ildə bir dəfədən gec olmayaraq, üzv-dövlətlərin xarici işlər nazirləri səviyyəsində toplanır. Bu orqan müəyyən edir ki, hansı üzv-dövlətin nümayəndəsi (xarici işlər naziri) ATƏT-ə sədrlik edəcəkdir, yəni ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsini icra edəcəkdir. ATƏT-in fəaliyyətdə olan sədri öz vəzifəsini bir il müddət ərzində yerinə yetirir; o, həmin müddət ərzində Nazirlər Şurasının iclaslarına sədrlik edir. Nazirlər Şurası üç illik müddətə ATƏT-in Baş Katibini seçir.
Nazirlər Şurası, sanki, «əvəzedici» funksiyasını yerinə yetirir. Belə ki, bu orqan ATƏT-in sammitini, yəni üzv-ölkələrin dövlət və hökumət başçılarının müşavirəsini (görüşünü) bir növ əvəz edir. O, adətən, dövlət və hökumət başçılarının görüşü (müşavirəsi) keçirilmədiyi vaxtlarda toplanır.
Nazirlər Şurası ATƏT-in fəaliyyətinə aid olan bütün məsələlərə dair siyasi konsultasiya və qiymət verir, habelə həmin məsələlər haqqında müvafiq qərar qəbul edir. Həmin orqan Dövlət və Hökumət Başçılarının Müşavirəsində qəbul edilən qərarların tam yerinə yetirilməsi üçün lazımi tədbirlər görür, Avropada təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönələn məsələləri öyrənir. Nazirlər Şurasının üzərinə həm də dövlət və hökumət başçılarının görüşünü hazırlamaq vəzifəsi düşür.
Nazirlər Şurası çərçivəsində «Üçlük» kimi orqan mövcuddur ki, bu orqan ATƏT-in funksional orqanları sırasına aiddir. Bu orqanın tərkibinə ATƏT-in fəaliyyətdə olan sədri, keçmiş sədr (ötən ildə ATƏT-ə sədrlik funksiyasının icra etmiş xarici işlər naziri) və gələcək sədr (növbəti ildə ATƏT-ə sədrlik funksiyasını icra edəcək xarici işlər naziri) daxildir; keçmiş və gələcək sədrlər fəaliyyətdə olan sədrə onun öz funksiyasını həyata keçirməkdə kömək edirlər.
ATƏT-in əsas orqanlarına həm də Ali Şura daxildir. Bu orqan Nazirlər Şurasının (Xarici İşlər Nazirləri Şurasının) iclaslarının keçirilməsi üçün hazırlıq işləri görür və onun qərarlarını yerinə yetirir. O, ATƏT-in fəaliyyətini müşahidə edir, əlaqələndirir və həmin fəaliyyətin idarə olunmasını həyata keçirir. Bu kimi işləri əvvəllər Yüksək Vəzifəli Şəxslər Komitəsi görürdü; indi həmin işlərin yerinə yetirilməsi Ali Şuranın funksiyasına daxildir. Hal-hazırda həmin Komitə fəaliyyət
göstərmir. Sözügedən Komitə böhranlı vəziyyət yarandıqda ortaya çıxan məsələləri həll edir, habelə dinc tənzimetmə vasitələrindən istifadə olunmasını müəyyənləş- dirirdi. Zəruri olduqda və lazım gəldikdə o, sülhün qorunub saxlanılması üçün ATƏT-in əməliyyat aparması haqqında qərar qəbul edirdi. Hazırda Ali Şura həm də gələcəkdə görüləcək işlərlə bağlı olan məsələlərə baxır, ATƏT-in gördüyü cari işləri yekunlaşdırır.
Ali Şura xarici işlər nazirliklərinin məsul əməkdaşları səviyyəsində Praqa şəhərində öz adi iclaslarını keçirir (ildə üç dəfə). İldə bir dəfə Ali Şura İqtisadi Forumun iclasını keçirir. Başqa sözlə, Ali Şura ildə bir dəfə İqtisadi Forum kimi toplanır; zəruri olduqda Ali Şura öz fövqəladə iclasını keçirə bilər.

Yüklə 36,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin