AtəT hüququnun anlayışı


ATƏT-in əsas fəaliyyət istiqamətləri



Yüklə 36,35 Kb.
səhifə7/13
tarix27.04.2023
ölçüsü36,35 Kb.
#103363
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   13
143 movzu 6 atet huququ

ATƏT-in əsas fəaliyyət istiqamətləri


Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ATƏT zəruri fəaliyyət göstərir. ATƏT isə öz fəaliyyətini üç əsas istiqamətdə həyata keçirir. İlk növbədə, hərbi- siyasi məsələlər həmin əsas istiqamətlərdən biridir. Hərbi-siyasi məsələlərlə məşğul olmaq isə təsadüfi xarakter daşımır. Belə ki, Avropada sülh və təhlükəsizliyin təmin edilməsi ATƏT-in məqsədlərindən biridir. Bu məqsədə nail olmaq üçün isə tələb edilir ki, ATƏT hərbi-siyasi məsələlərlə məşğul olsun və həmin məsələlərin həllinə yönələn çoxcəhətli fəaliyyət göstərsin. ATƏT-in hərbi- siyasi məsələlərin həllinə yönələn fəaliyyəti, ilk növədə, Avropada təhlükəsizliyin beynəlxalq-hüqııqi əsaslarının möhkəmləndirilməsinə kömək edir.
Etibarın inamın möhkəmləndirilməsinə dair tədbirlər sisteminin formalaşması haqqında xüsusilə danışmaq lazımdır. Unutmaq olmaz ki, belə sistem Avropada təhlükəsizliyin təmin edilməsinin vacib elementi sayılır. Etibarın və inamın möhkəmləndirilməsinə dair tədbirlər sisteminə aşağıdakılar aiddir:

  • hərbi təlimlər keçirilməsi haqqında qabaqcadan məlumat verilməsi;

  • hər il hərbi informasiya mübadiləsi;

  • qoşunlann hərəkəti haqqında qabaqcadan məlumat verilməsi;

  • hərbi müşahidəçilərin dəvət olunması;

  • hərbi heyətin mübadilə olunması;

  • hərbi nümayəndələrin görüşlər keçirmələri;

  • məşvərət mexanizminin fəaliyyət göstərməsi;

  • qeyri-adi hərbi fəaliyyət sahəsində əməkdaşlığın həyata keçirilməsi.

Bu kimi tədbirlər ATƏT hüququnun müvafiq normalarında nəzərdə tu- tulmuşdur ki, həmin normalar beynəlxalq hüquq üçün yeni olub, Avropada qarşılıqlı etibar və inamın möhkəmləndirilməsini, habelə gərginliyin azaldılmasını təmin edir.
ATƏT-in fəaliyyətində Avropada adi silahlanmanın məhdudlaşdırılması mühüm yer tutur. Bu sahədə ATƏT çərçivəsində bir sıra vacib sənədlər qəbul edilmişdir. Söhbət, hər şeydən əvvəl, Avropada adi hərbi qüvvələr haqqında Müqavilədən gedir; 1990-cı ildə imzalanan həmin Müqavilə iştirakçı-dövlətlər üçün Avropada adi silahlanmaya kvota müəyyənləşdirir; 1999-cu ildə imzalanan müvafiq saziş bu Müqaviləyə uyğunlaşdırılma haqqındadır; 1992-ci ildə qəbul olunan müvafiq sənəd (danışıqların yekun aktı) Avropada adi hərbi qüvvələrin şəx- si heyətinin sayını müəyyənləşdirir və tənzimləyir.
ATƏT çərçivəsində imzalanan «Açıq səma» haqqında müvafiq Müqavilə (24.03.1992-ci il) iştirakçı-dövlətlərə imkan verir ki, onlar bir-birinin hərəkətlərinə nəzarət etsinlər; həyata keçirilən nəzarət, xüsusən də, təhlükəsizlik məsələsinə aiddir.

Yüklə 36,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin