AtəT hüququnun anlayışı



Yüklə 36,35 Kb.
səhifə6/13
tarix27.04.2023
ölçüsü36,35 Kb.
#103363
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13
143 movzu 6 atet huququ

Avropada sülh təhlükəsizliyin təmin edilməsi ATƏT-in öz qarşısına qoyduğu məqsədlərdən biridir. ATƏT o məqsədlə yaradılmışdır ki, Avropada sülh və təhlükəsizliyi təmin etsin; onun belə məqsədə xidmət etməsi isə təsadüfi xarakter daşımır.
Beynəlxalq gərginliyin azaldılmasının qorunub saxlanılması ATƏT- in digər məqsədi sayılır. Təkcə bunu demək kifayətdir ki, ATƏT-in təsis sənədlərindən biri olan və 35 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanan Helsinki Yekun Aktı gərginlik prosesinin azaldılması sahəsində əməkdaşlığın proqramı olmuşdur. ATƏT Avropada gərginliyin azaldılması üçün müxtəlif işlər görür, ayrı-ayrı proqramlar həyata keçirir, adi silahlanmanın məhdudlaşdırılmasına böyük diqqət yetirir.
İnsan hüquqlarına əməl olunmasını təmin etmək ATƏT-in məqsədlərindən biri sayılır. Bu məsələ ilə məşğul olmaq üçün ATƏT-in strukturu çərçivəsində xüsusi orqan (büro) yaradılmışdır ki, həmin orqan Haaqa şəhərində fəaliyyət göstərir. Digər tərəfdən, ATƏT hüququnun mənbəyi olan sənədlərdə, məsələn, Kopenhagen (1990-cı il) və Moskva (1991-ci il) görüşlərində qəbul edilən yekun sənədlərində insan hüquqlarının təmin olunması sahəsində üzv-dövlətlər üçün insan meyarı üzrə vacib öhdəliklər müəyyən edilmişdir; Moskva görüşündə insan hüquqlarına əməl olunması üzərində müşahidə institutu təsis edildi. Həmin institutun mahiyyəti bundan ibarətdir ki, insan hüquqlarına aid bu və ya digər problemin həll olunmasına yardım etmək üçün ekspertlər missiyası göndərilir.
ATƏT öz qarşısına həm də belə bir məqsəd qoymuşdur ki, dövlətlər arasında beynəlxalq hüququn əsas prinsiplərinə əməl olunması təmin edilsin. Helsinki Yekun Aktının I bölməsinin vacib hissəsi olan Prinsiplərə dair Bəyannamə həmin prinsipləri sadalayır; dövlətlər öz qarşılıqlı münasibətlərində məhz həmin prinsipləri rəhbər tutmalıdırlar. Təsadüfi deyildir ki, sözügedən hissə «İştirakçı- dövlətlər arasında münasibətlərdə rəhbər tutulan prinsiplər haqqında Bəyannamə»
adlanır. Burada BMT Nizamnaməsinin təsbit etdiyi prinsiplərə əməl olunması göstərilir, habelə üç yeni prinsip təsbit edilir.

Yüklə 36,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin