Milli Azlıqlar üzrə Ali Komissar ATƏT-in funksional orqanı hesab edilir və mühüm postlardan biri kimi tanınır. Belə ki, Ali Komissar ATƏT çərçivəsində vacib və məsuliyyətli funksiya həyata keçirir; o, milli azlıqlarla bağlı məsələlərlə məşğul olan şəxsdir. Ali Komissarın fəaliyyəti mili azlıqlarla əlaqəli problemlərin vaxtında həll edilməsinə, təcili və təxirəsalınmaz tədbirlər görülməsinə yönəlmişdir. Bunun nəticəsində milli azlıqlarla bağlı problemlərin münaqişəyə çevrilməsinin qarşısı alınır. Bu kimi problemlərin tənzimlənməsində Ali Komissa-
rın rolu böyükdür. Onun fəaliyyəti sayəsində ATƏT regionunda milli zəmində yaranan münaqişələr dinc yolla həll olunur.
Kütləvi İnformasiya Vasitələrinin AzadlığıMəsələləri üzrə Nümayəndə ATƏT-in funksional orqanlarından biri sayılır. Nümayəndənin bürosu iştirakçı- dövlətlərdə kütləvi informasiya vasitələri sahəsində işlərin ümumi vəziyyətinə nəzarət etmək, öz fikrini azad ifadə etmək və kütləvi informasiya vasitələrinin azadlığına aid ATƏT çərçivəsində qəbul edilmiş prinsip və öhdəliklərin ciddi pozulmasına operativ cavab vermək məqsədi ilə yaradılmışdır. Nümayəndənin əsas vəzifəsi müstəqil və plüralist kütləvi informasiya vasitələrinin inkişafının təmin olunmasında iştirakçı-dövlətlərlə əməkdaşlıq edilməsi və onlara yardım göstərilməsindən ibarətdir.
N Ə T İ C Ə
Bəzi orqanlar ATƏT-ə yaxın və onunla yanaşı olan orqanlar sayılır. Lakin onlar ATƏT-in orqanları sisteminə daxil deyildir. Məsələn, Barışıq və Arbitraj Məhkəməsi, Açıq Səma üzrə Məşvərətçi Komissiya, Birgə Məşvərətçi Qrup və s. qurumlar belə orqanlar sırasına aiddir.