AtəT hüququnun anlayışı


ATƏT hüququ üə Avropa hüququnun qarşılıqlı əlaqəsi



Yüklə 36,35 Kb.
səhifə2/13
tarix27.04.2023
ölçüsü36,35 Kb.
#103363
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13
143 movzu 6 atet huququ

ATƏT hüququ üə Avropa hüququnun qarşılıqlı əlaqəsi


ATƏT hüququ Avropa hüququnun tərkib hissəsi sayılmır; onlar ayrıca mövcud olan hüquqi qurumlardır. Bu onunla izah edilir ki, ATƏT və Avropa İttifaqı ayrı-ayrı qurumlar olub, bir-birindən fərqlənir. ATƏT beynəlxalq dövlətlərarası təşkilatdır. Avropa İttifaqı isə beynəlxalq dövlətlərarası inteqrasiya birliyi sayılır. Bəzi müəlliflər Avropa İttifaqım «sui generis» (xüsusi növ) beynəlxalq dövlətlərarası təşkilat hesab edirlər.
Lakin, ayn-ayn qurumlar olmasına baxmayaraq, ATƏT hüququ ilə Avropa hüququ arasında qarşılıqlı əlaqə mövcuddur. Hər şeydən əvvəl, demək lazımdır ki, ATƏT özündə bütün Avropa dövlətlərini birləşdirir. Avropa İttifaqının tərkibinə daxil olan dövlətlərin hamısı, demək olar ki, ATƏT-in üzvüdürlər. Digər tərəfdən, ATƏT elə bir siyasi proses nəticəsində yaranmışdır ki, bu proses Ümumavropa tə-
hlükəsizlik sisteminin formalaşdırılması məqsədini güdmüşdür; o, Ümumavropa təşkilatı sayılır. ATƏT bir neçə vacib istiqamətdə fəaliyyət göstərir ki, Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsi və onların arasında iqtisadi əməkdaş- lığın həyata keçirilməsi bu istiqamətlərdən biri hesab edilir. Avropa İttifaqı çərçivəsində də həm təhlükəsizlik siyasəti, həm də iqtisadi inteqrasiya (bu, iqtisadi əməkdaşlığın formasıdır) həyata keçirilir.
Digər tərəfdən, ATƏT-in təsis aktları sayılan iki sənəd Avropa miqyasında insan hüquqlarına əməl olunmasının təmin edilməsində vacib rol oynamışdır. Söhbət Helsinki Yekun Aktından (1975-ci il) və Yeni Avropa üçün Paris Xartiyasından (1990-cı il) gedir. Həmin sənədlərdə ifadə olunan müddəaları Avropa İttifaqı özünün həyata keçirdiyi həm ümumi xarici, həm də ümumi təhlükəsizlik siyasətinin prinsip və məqsədləri kimi qəbul etmişdir (Avropa İttifaqına dair Müqavilənin 11-ci maddəsi). Buna görə də, Helsinki Aktı və Paris Xartiyası Avropa hüququnun mənbəyi kimi çıxış edir; həmin sənədlər, eyni zamanda, ATƏT hüququnun da mənbəyidir. Məhz göstərdiyimiz səbəblərə görə Avropa hüququ haqqında danışarkən, ATƏT hüququna toxunmağı lazım bilirik. Təsadüfi deyildir ki, bəzi müəlliflər tərəfindən beynəlxalq hüquqa dair yazılan dərsliklərin «Avropa hüququ»na həsr edilmiş fəslində ATƏT-in fəaliyyətinə toxunulur. Bu cür yanaşma isə təbiidir. Belə ki, Avropa İttifaqı ilə ATƏT, eləcə də Avropa hüququ ilə ATƏT hüququ arasında sıx bağlılıq və əlaqə mövcuddur. Mövcud olan əlaqə və bağlılıq isə qarşılıqlı xarakterə malikdir.

Yüklə 36,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin