Mübahisələrin dinc yolla həll edilməsi Avropa təhlükəsizliyinin digər vacib elementi sayılır. Belə ki, ATƏT çərçivəsində mübahisələrin dinc vasitələrlə tənzimlənməsi mexanizmi yaranmış və fəaliyyət göstərir. Aşağıdakı sənədlər həmin mexanizmin hüquqi əsası sayılır: ATƏT-in Barışıq Komissiyası haqqında Əsasnamə, ATƏT çərçivəsində barışıq və arbitraja dair Konvensiya, Barışdırmaya dair Əsasnamə. Konvensiyanı imzalayan iştirakçı-dövlətlər arasında yaranan mü- bahisələri və münaqişəli vəziyyətləri tənzimləmək üçün Barışıq və Arbitraj Məhkəməsi yaradılmışdır; o, Cenevrə şəhərində yerləşir.
İkinci, iqtisadiyyatvəekologiyasahəsindəəməkdaşlığıninkişaf et- dirilməsi ATƏT-in fəaliyyətinin digər əsas istiqaməti sayılır. Belə ki, ATƏT həm iqtisadi, həm də ekoloji sahədə müvafiq əməkdaşlığın inkişafına yönələn fəaliyyət göstərir.
ATƏT hüququ dövlətlərarası əməkdaşlıq prinsipindən çıxış edir. Bu isə təsadüfi xarakter daşımır. Belə ki, ATƏT həm təhlükəsizlik, həm də əməkdaşlıq təşkilatıdır; o, nəinki, təhlükəsizlik, həmçinin əməkdaşlıq məsələləri ilə məşğul olur. Məhz bu səbəbdən sözügedən beynəlxalq təşkilatın adı «Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı» kimi terminlə ifadə edilir. Deməli, ATƏT həm də əməkdaşlıq sahəsində fəaliyyət göstərən təşkilatdır. Əməkdaşlıq, ilk növbədə, iqtisadi sahədə həyata keçirilir. İqtisadi əməkdaşlığın əsas prinsip və isti- qamətləri Helsinki Yekun Aktında müəyyən edilmişdir ki, həmin akt ATƏT-in təsis aktları (nizamnamə sənədləri) sırasına aiddir. İştirakçı-dövlətlərdə təsərrüfat sistemi bazar iqtisadiyyatı prinsipi üzərində qurulur. İqtisadi forum təsis edilmişdir ki, o, azad bazar sisteminin və iqtisadi əməkdaşlığın inkişafına yönələn fəaliyyət göstərir.
ATƏT-in fəaliyyəti həm də ekoloji məsələlərdə əməkdaşlığın həyata keçirilməsinə yönəlmişdir. Ekoloji əməkdaşlığın əsas prinsip və istiqamətləri Helsinki Yekun Aktında təsbit olunmuş, ATƏT-in sonrakı fəaliyyətində inkişaf etdirilmişdir.
Üçüncü, ATƏT həm də insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərir ki, bu onun gördüyü işlərin əsasistiqamətlərindən biridir. ATƏT çərçivəsində insan hüquqları (hüquq və əsas azadlıqlar) sahəsində əməkdaşlıq
həyata keçirilir. ATƏT çərçivəsində həyata keçirilən aşağıdakı üç konfrans məhz bu məsələyə həsr olunmuşdur:
Paris Konfransı (1989-cu il);
Kopenhagen Konfransı (1990-cı il);
Moskva Konfransı (1991-ci il).
Kopenhagen və Moskva konfransları haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, həmin konfranslarda yekun sənədləri qəbul edildi. Yekun sənədləri iştirakçı-dövlətlər üzərinə vacib öhdəlik qoyur. Bu öhdəliyə görə onlar insan hüquqlarını təmin etməlidirlər.
Beləliklə, ATƏT-in əsas fəaliyyət istiqamətləri üç sahəni əhatə edir ki, həmin sahələr aşağıdakılardan ibarətdir: