«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Xidmətlər göstərən auditor təşkilatları aşaüıdakılara əməl etməlidir



Yüklə 354,65 Kb.
səhifə10/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   6   7   8   9   10   11   12   13   ...   109
audit

Xidmətlər göstərən auditor təşkilatları aşaüıdakılara əməl etməlidir:

- auditor rəsmi qaydada (müqavilə, saziş, məktub-öhdəlik və s.) rəsmiyyətə salınmış və yerinə yetirilməsi tərəfindən gözlənilən tapşırıüa əsasən hərəkət etməli;

- işlərin yerinə yetirilməsivə xidmətlərin göstərilməsi qaydasını planlaşdırmaq;

- işlərin və xidmətlərin yerinə yetirilməsinin gedişini sənədləşdirmək;

- kənar təşkilat və əməkdaşlartərəfindən (auditor təşkilatının ştatında olmayan) tapşırıqların bir hissəsi yerinə yetirilərkən icraçıların məsuliyyətini və funksiyasını dəqiq fərqləndirmək;

- ən çох tez-tez yerinə yetirilən iş və xidmətlər üzrə nümunəvi hesabat forması hazırlamaq;

- auditlə bərabər yerinə yetirilən işlərin və xidmətlərin keyfiyyətinə nəzarət sistemi olmalıdır;

- auditor tapşırıqlarının yerinə yetirilməsinin nəticələrini və auditor təşkilatının gəldiyi nəticəni əks etdirən sənəd hazırlamaq;

- auditlə yanaşı aparılan işləri və xidmətləri yerinə yetirmək üçün auditor təşkilatı müvafiq lisenziya almalı və onun maddi-texniki imkanı olmalıdır. Onun xidmətlər göstərən mütəxəssisləri isə tələb olunan təcrübəyə və ixtisasa malik olmalıdır.

Auditor təşkilatı auditlə yanaşı aparılan (auditi müşayət edən) xidmətlərin keyfiyyətinə və icra olunma müddətinə qüvvədə olan qanunçuluğa və müqavilə şərtlərinə görə məsuliyyət daşıyır.

Auditor təşkilatları praktikada auditlə yanaşı aparılan işləri müşayət edən çохlu sayda əlavə xidmətlər göstərilir. Onlar aşağıdakılardır:

1. Auditor xidməti və biznes sahəsində məsləhət:

- maliyyə hesabatlarını beynəlxalq standartlara uyüunlaşdırmaq;

- təsərrüfat fəaliyyətinin diaqnostik təhlili;

- investisiyanın cəlbolunma imkanlarının qiymətləndirilməsi;

- mühasibat uçotunun aparılması sisteminin və daxili nəzarət sisteminin qiymətləndirilməsi;

- diaqnostik xülasəsini vermək;

- mühasibat hesabatının beynəlxalq standartlar üzrə tərtib edilməsinə dair məsləhətlər vermək;

- idarəetməyə kredit riskini öyrənmək və i.a.



2. Peşəkar öyrətmə sahəsində auditor xidməti:

- peşəkar öyrətməyə tələbatın müəyyən edilməsi və qiymətləndirilməsi;

- sifarişçinin arzusuna əsasən yerlərdə tədris kursları proqram təşkil etmək;

- peşəkarlar və yeni başlayanlar üçün xüsusi kurslara proqram təşkil etmək.



Xüsusi xidmətlər – struktur və funksional dəyişikliklər müştəri ilə birlikdə təşkilati və texniki məsələlərin yeni sisteminin tətbiqi və problemlərin mahiyyəti ilə tanışlıqdan sonra başlanılmaqla problemin qəti olaraq həllinə qədər həll olunması;

Informasiya və sistemli planlaşdırma – qarşıda qoyulan məqsədə çatmaq və nəzərdə tutulan plana nail olmaq üçün strateji məqsədlərin müəyyən edilməsi və baza məlumatlarının qurulması;

Məsrəflərlə idarəetmə - müştəriyə məsrəflərin və mənfəətin nisbətini daha yaxşı başa düşməkdə kömək edə bilən daha qabaqcıl metodların və texnologiyanın istifadə edilməsi;

- proqram təminatının seçilməsi və müştərinin tələbatına cavab verən və lokal şəbəkənin qurulması.





  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin