Helmintlərin orqanizmə patogen təsiri təkcə onların yer-
ləş diyi orqanların zədələnməsi ilə deyil, həm də xəstə şəxsin o r-
qa nizminə göstərdikləri ümumi təsirlə bağlıdır. Onun yaranma-
sında allergik və toksik reaksiyalar durur ki, bu da hel mint lərin
həyat fəaliyyətinin məhsulları tərəfindən törədilir. Allergik reak-
siyalar xüsusilə xəstəliyin kəskin mərhələsində nisbətən çox
təzahür edir, super- və reinvaziyalar zamanı daha da güclənir.
O r qanizmin allergik cavabı müxtəlif lokalizasiyalı və intensiv-
likli dəri səpgiləri, limfadenopatiyalar, hipereozinofili yalar, mi -
al giyalar, artralgiyalar, ağciyər və abdominal sindrom, hepatosp-
lenomeqaliyalar şəklində təzahür edir. Kəskin mərhələnin
a p a rıcı, proqnostik cəhətdən ciddi sayılan orqan və sistem zədə-
lən mələri bunlardır: allergik miokardit, diffuz-ocaqlı eozinofil
pnevmoniya, meninqoensefalit, ensefalomielit, hepatit, h e mos-
taz sistemində gedən pozğunluqlar. Helmintozun gedişinin x ro -
nik ləşməsi zamanı allergiyanın təzahürləri erkən mərhələyə
nisbətən zəif ifadə olunur. Bu fakt pasiyentin müayinəsi zamanı
çox vacibdir, belə ki, xəstə şəxs çox zaman həkimə xəstəliyin
ağır formasında müraciət edir və allerqoloji anamnez artıq elə
bir əhəmiyyət kəsb etmir.
Helmintozun toksik effekti iştahanın azalması, bağırsaqda
qida maddələrinin sorulması prosesinin zəifləməsi, boy artımının
ləngiməsi və yoluxmuş şəxsin əqli və fiziki inkişafdan geri qal-
ması şəklində təzahür edir. Bu əlamətlər boyun insulinəbənzər
amilinin (IGF-1) və şişlərin nekroz amilinin (TNT-a) hasilinin
artması, həmçinin kollagen sintezinin azalması ilə şərtlənir.
Məlumdur ki, bağırsaq helmintozları Th2-sitokinlərin xaric
edilməsinə köməklik edir, onlar isə öz növbəsində Th1- s i to kin-
lə rin hasilatını azaldır və sahib orqanizmin yerli və ü mu mi m ü-
606
qa vimətinin zəifləməsinə gətirib çıxarır. Bu proses öz növ bə-
sin də ikincili infeksiyanın daxil olmasını asanlaşdırır, b u nun la
əla qədar olaraq, helmintozlarla xəstə şəxslər digər təh lü kəli
infeksiyalarla, xüsusən də vərəmlə daha çox yoluxurlar.
Bu fakt, şübhəsiz ki, helmintozlarla mübarizəyə dair aktiv
təd birlərin aparılması zərurətini yaradır, belə ki, əhali arasında
v ə rəmin yayılması epidemiyanın bütün əlamətlərini özündə əks
etdirir. Belə məlumatlar var ki, hepatit, qarın yatalağı, şigelyoz
və digər yoluxucu xəstəliklər helmintozlarla xəstələrdə ağır
gedir, müalicəyə çətin tabe olur, tez-tez ağırlaşmalarla nəti cə lə-
nir. Qeyd etmək lazımdır ki, helmintozların patogen təsiri ən çox
hamilə qadınlarda və natamam qidalanan, əhalinin kasıb təbə qə-
sin dən olan uşaqlarda təzahür edir. Helmintozlarla invaziyalar
böyük yaşlı şəxslərdə əmək qabiliyyətinin intensivliyini azaldır
və bununla tibbi-sosial və iqtisadi zərər yetirir.
Orqanizmə parazitlərin ümumi təsiri bir sıra əlamətlərlə
təzahür edir: xronik intoksikasiya əlamətləri, immun disfunk-
siyalar, orqanizmin allergizasiyası, dispeptik pozğunluqlar, ağci-
yər sindromu (kataral əlamətdən pnevmoniyaya qədər), lim fo-
ade nopatiya, mialgiya, dəmir-defisitli anemiya, kanserogenez
(bağır saq şistosomozu zamanı yoğun bağırsağın xərçəngi).
Parazitlərin orqanizmə mexaniki təsirlərinə aiddir: öd
yolla rının və mədəaltı vəzin axacaqlarının tutulması; qaraciyərin
və mədəaltı vəzin absesi (irinli ocaq), bağırsaq keçməzliyi, a p en -
disit, bağırsağın perforasiyası (deşilməsi), peritonit.
Xəstəliyin başlanğıc mərhələlərində həzm orqanlarının p a ra-
zi tar xəstəliklərinin klinik təzahürləri, adətən, qeyri-spesifik nev-
roloji simptomatika, həddən artıq yorğunluq, qıcıqlanma, yuxu-
nun pisləşməsi ilə təzahür edir. Sonralar invaziyanın davametmə
müddəti uzandıqca həzm orqanlarının xəstəliklərini ifadə edən
simp tomlar: iştahanın azalması, ürəkbulanma, qarın da ağrılar,
q ey ri-müntəzəm nəcis inkişaf edir. Həzm orqanlarının parazitar
xəstəliklərinin gedişi bəzən heç bir dəyişikliklər aşkar edilməyən
mərhələlərlə və alimentar pozğunluqlar, sinir-psixi gərginliklə
bağ lı baş verən ağırlaşmalarla səciyyələnir. Onların böyük qis-
mini xəstəliyin təzahür etməyən silinmiş formaları ilə xəstələr
təşkil edir.
607
Həzm orqanlarının parazitar xəstəlikləri zamanı klinik simp-
tomatikanın qeyri-spesifikliyi, müxtəlif orqanların funksiya sının
nis bətən yavaş pozulması ilə müşayiət olunan xəstəliklərin xro-
nik gedişi, çox vaxt xəstəliyin subklinik əlamətləri ilə təzahür
edən latent gedişi onların mənfi təsirini gizlədir və klinik diaq-
nos tikanı xeyli çətinləşdirir. Ona görə də parazitar xəstəliklərin
diaq nostikasında həmçinin epidemioloji anamnez toplanmalıdır,
buraya xəstənin sosial-etnik mənsubiyyəti nəzərə alınmaqla coğ-
rafi və qidalanmasının anamnezi daxildir.
Epidemik prosesin xüsusiyyətləri. Kontagiozluğun olma-
yası toxuma helmintozlarının mühüm xüsusiyyəti sayılır, bu z a-
man insan parazitlərin təbii dövranında iştirak etmir və invaziya
zamanı bioloji dalana çevrilir. Helmintlər, insan orqa nizmində yal-
nız sürfə mərhələsində parazitlik edirlənlər, yetkin fərdlərə çevril-
mir və insan orqanizmindən təbii yolla xaric oluna bilmir. Onlar
nəcis kütlələrinin parazitoloji müayin əsində aşkar edil mir lər.
Törədicilərin həyat tsiklinin xüsusiyyətlərindən asılı olaraq,
yuxarıda göstərilən toxuma helmintozlarını iki qrupa bölmək
olar: geohelmintlər – yumurtaları mütləq torpaqda inkişaf etmə-
li dir (toksokarlar) və biohelmintlər – onların həyat tsikli aralıq
sahiblər iştirak etmədən başa çata bilmir (exinokoklar, donuz
soliteri). İnsan trixinellalar üçün həm son, həm də aralıq sahib
ola bilər. Nəzərdən keçirilən bütün hallarda yoluxma iki y o-
lux ma yolunun vasitəsilə peroral baş verir: geooral (torpaq
hissəcikləri və helmintlərin invazion yumurtaları ilə çirklənmiş
əllər, qida məhsulları və ya məişət əşyaları vasitəsilə) – toksoka-
roz, exinokokkoz və sisteserkoz zamanı və ya ksenotrof (içə ri-
sin də parazitin invazion sürfələri olan, kifayət qədər termiki
emaldan keçirilməmiş ətdən qidada istifadə etdikdə) – trixinel-
yoz və tenioz zamanı. Sisteserkoz xəstəliyində bəzi hallarda a n-
ti peristaltika zamanı onkosferaların atipik passacı nəticəsində
autoinvaziya müşahidə edilir.
İnsanın iştirakı olmadan həyat tsiklini başa çatdıra bilmə yən
helmintozlar antroponoz helmintozlara (məsələn, tenioz), təbii
şəraitlərdə həyat tsikli insanın iştirakı olmadan mövcud olan hel-
mintozlar isə zoonoz helmintozlara aiddir (toksokaroz, trixinell-
yoz, exinokokkoz).
608
İnsanın təsərrüfat fəaliyyətindən asılı olmayaraq, vəhşi hey-
vanlar arasında yayılan zoonoz helmintoz təbii-ocaqlı helmin-
tozlar (exinokokkoz, trixinellyoz) adlanır. Sinantrop heyvanlar
(ev heyvanları, qaramal, gəmiricilər) arasında zoonoz helmintoz-
ların yayılması antropurgik invaziya ocaqlarının formalaşmasını
şərtləndirir, bu zaman insanlar ev heyvanla rından və məişət
gəmiricilərindən yoluxur (toksokaroz, trixinel lyoz, exinokokkoz-
lar).
Toxuma helmintozlarının immunpatogenezi. İnsanın y o-
lux masından sonra formalaşan helmint yumurtaları bağırsaqdan
qana keçir və hematogen yolla orqanlara daşınır ki, burada bir
çox illər ərzində həyat qabiliyyətini saxlaya bilir və xəstəliyin
kli nik mənzərəsini yaradır. Bir sıra hallarda sürfələrin təkrar
miqrasiyası mümkündür.
Toxuma miqrasiyası insan orqanizmində gedən ciddi Patoloji
dəyişikliklərlə, həm spesifik – müəyyən törədiciyə xas olan, həm
də qeyri-spesifik – bütün helmintlər üçün ümumi sayılan də yi-
şik liklərlə bağlıdır. Helmintlərin patogenliyi təkamül prosesində
insan orqanizminə uyğunlaşmayan zoonoz helmintlərdə, həm çi-
nin parazitlərin sürfə mərhələlərində daha yüksəkdir.
Törədicinin növündən asılı olmayaraq, toxuma helmint lə ri-
nin miqrasiyası zamanı sürfələrin mübadilə məhsullarına qarşı
or qanizmin allergik reaksiyası əmələ gəlir. Toksokarozun sürfə
mərhələsi ağciyərlərin, qaraciyərin eozinofil infiltratları, poli-
morf dəri səpgiləri, hipereozinofiliya ilə müşayiət olunur. İnfek-
sion-toksik şoka qədər inkişaf edən ağır allergik reaksiyalar trav-
malar nəticəsində və ya cərrahi müdaxilə prosesində exinokokk
kistala rının tamlığının pozulması zamanı müşahidə edilir. Dəri-
altı piy toxumasının kəskin allergik ödemi, həmçinin ağır i m-
munPatoloji reaksiyaların inkişaf etməsi trixinelyozun gedişini
izləyir. Allergik reaksiyaların inkişafı immunsupressiyanın y a-
ran ması ilə müşayiət olunur. Eozinofil reaksiya helmintozlar z a-
manı immun prosesin fəallığını əks etdirir: qanın hipereozinofili-
yası ilə birgə yayılmış reaksiya Patoloji prosesin qənaətbəxş
gedişindən xəbər verir, lokal toxuma və ya orqan eozinofil infilt-
rasiyası isə bəzən ağır sitopatik proseslərin getdiyini göstərir.
609
İ m mun cavab T-hüceyrə tipi üzrə inkişaf edir. Eozinofillər lizo-
som fermentlərin hasil edilməsi, sərbəst radikalların, E sinfi i m-
munoqlobulinlərin (IgE) sekresiyasının stimulyasiyası hesabına
yetkin helmintlərə və onların sürfələrinə distant təsir göstərir.
Helmintozlar zamanı spesifik immunitetin inkişaf etməsi və
onun gərginliyi sahib orqanizmin ümumi vəziyyətindən, onun
h or monal statusundan, genotipindən asılıdır. Helmintin antigen-
lə rinin, onun həyat fəaliyyəti məhsullarının təsiri altında və p a-
razit məhv olduqda dağılması nəticəsində inkişaf edən spesifik
i m munitet steril deyildir: o yalnız helmintlərin sayının azalma-
sına səbəb olur, nəinki onların məhv edilməsinə. Spesifik immu-
nitetin effektivliyi müəyyən qədər parazitin növü ilə də bağlıdır.
Məlumdur ki, trixinellalar davamlı müdafiə immunitetini stimul-
yasiya edirlər. Exinokokk sürfələri kista əmələ gətirərək immun
sistemin təsirindən qorunur və bir qayda olaraq, kəskin eozinofi-
liya törətmirlər. Toksokaroz zamanı spesifik immunitet təkrar
invaziyaların yaranma riskini azaldır, halbuki onlar tamamilə
istisna olunmur, eyni zamanda toksokarlarla invaziyalaşmış şəxs-
lərdə immunsupressiya inkişaf edir ki, bu da diri və öldürülmüş
vaksinlərə və anatoksinlərə (qızılca, epidemik parotit, AGDT və
s.) qarşı postvaksinal əkscisimlərin titrlərinin kəskin azalması ilə
təsdiqlənir. Spesifik əkscisimlər müvafiq invaziyaların laborator
markerləri kimi işlədilir. Bəzi hallarda helmintlərlə invaziyaya
qarşı insanın anadangəlmə, genetik şərtlənmiş rezistentliyi
müşahidə olunur.
İnsan orqanizmi helmintlərə qarşı laqeyd deyildir, lakin b ə-
zən, demək olar ki, helmintozların simptomsuz gedişatı qeydə
alı nır. Lakin bu, çox nadir hallarda baş verir, çox vaxt isə aşağı-
dakı əlamətlər aşkar edilə bilir:
1)müxtəliftoksik-allergik,dahaçoxdərireaksiyaları. Bun-
dan əlavə, əgər belə reaksiyaların səbəbi aşkarlanmamışsa, yal-
nız klinik mənzərə ön plandadırsa, onda ilk növbədə qurd inva-
ziyasına görə ciddi müayinələr aparmaq lazımdır.
2)sinir-psixipozğunluqlar. Onlar qurd invaziyası ilə bağlıdır,
bu zaman qana daima toksiki maddələr daxil olur ki, bu da toksi-
nin müəyyən səviyyədə qalmasını təmin edir və nəticədə əsəbilik,
610
emosional dəyişkənlik, “əsassız” səbəbdən qəzəb lən mə, diqqətin
itiliyinin pozulması, hövsələsizlik, tez yorulma, yuxunun pozul-
ması kimi əlamətlər meydana çıxır. Getdikcə artan zəiflik çox
səciyyəvidir.
3) dispeptiksindrom rəngarəngdir, keçici formadan manifest
simptomatikaya qədər olub, aşağıdakı əlamətlərlə səciyyələnir:
qarında həm diskomfort, həm də ağrı (çox vaxt nadir lokalizasi-
yalı və müxtəlif intensivlikli), qurultu, şişmə, iştahanın pozul-
ması (həm artması, həm də azalması), hətta anoreksiya ola bilər;
nəcisin pozulması – qəbizlik və ya ishal; çoxamilli dərin disbak-
teriozların inkişaf etməsi;
4) bir çox helmintlərhematofaq olduqları üçün sahibin qanı
ilə qidalanır, B
12
vitaminini mənimsəyir və nazik bağırsaqda
anemiyaəleyhinə maddənin sorulması prosesini pozur, bağırsağın
selikli qişasını zədələyirlər (dərin olmasa da, böyük sahədə).
B üt ün bunlar xronik qan itkisinə və bir sıra hallarda anemiyanın
(qanazlığı) inkişafına səbəb olur. Burada qanyaradıcı orqanlara
toksinlərin ağır təsirini nəzərə almaq lazımdır ki, bu da anemiya-
nın inkişafında mühüm əhəmiyyət daşıyır. Helmintozlar zamanı
çox vaxt eozinofillərin yüksək miqdarı aşkar edilir (allergik reak-
siyalarda aktiv iştirak edən leykositar hüceyrələr);
5) anemiyanın inkişafı, xüsusilə də uşaqlarda, qurd invaziya-
sının olması, hətta iştahanın artması fonunda belə, uşaq ların boy
artımının ləngiməsinə və fiziki cəhətdən geri qalmasına gətirib
çıxara bilər;
6) uşaqlarda planlı profilaktik peyvəndlərin aparılması z a-
ma nı bəzən müxtəlif postvaksinal toksik-allergik reaksiyalar
qeyd olunur;
7) helmintozlar çox vaxt xronikxəstəliklərinkəskinləşməsinə
səbəb olur, bu halda helmintin yerləşdiyi yer və zədələnmiş o r-
qanın lokalizasiyası tamamilə müxtəlif ola bilər;
8) bəzən sahibin həyatı ilə uzlaşmayan şərait yaranır, məsə-
lən, qaraciyər exinokokkozu, baş beyin finnozu zamanı. Qeyd
et mək lazımdır ki, helmintlərin patogenliyi hətta helmintin para-
zitlik etdiyi obyektdən asılı olaraq geniş hüdudlarda dəyişir.
Məsələn, insan üçün exinokokk olduqca təhlükəlidir, iribuynuzlu
611
qaramal isə orqanları bir neçə kiloqram çəkiyə malik exinokokk
qovuqcuqları ilə zədələnmiş şəkildə uzun müddət y a şa ya bilir.
Parazitar infeksiyaların ən çox rast gəlinən əlamətləri.
Qəbizlik. Helmintlər formasından və ölçüsündən asılı olaraq
orqanizmdə bəzi axacaqları, bağırsaq mənfəzini mexaniki ş ə-
kil də tuta bilərlər. Qurdlarla massiv yoluxma ümumi öd və b a-
ğır saq axacaqlarını bağlaya bilər ki, bu da nəcis ifrazının azal-
masına və çətinləşməsinə gətirib çıxara bilər.
İshal. Bir sıra parazitlər, xüsusən də protozoylar hor mo na-
bən zər maddələr hasil edir. Bu isə natrium xloridin itkisinə g ə ti-
rib çıxarır ki, o da öz növbəsində tezləşmiş sulu nəcis ifrazına
s ə bəb olur. Beləliklə, parazitlər tərəfindən törədilən ishal əsasən
parazitin funksiyası sayılır, bu heç də özündə olan infeksiyadan
orqanizmin azad olma cəhdi və ya düzgün qidalanmamaq ilə
bağ lı deyildir.
Qazlar və köpmə. Parazitlərin çoxu nazik bağırsağın yuxarı
his səsində yaşayır, onların yaratdığı iltihab nəticəsində köpmə və
qazlar yaranır. Problem çətin həzm edilən məhsulların (məsələn,
maş, lobya, paxla) və ya çiy tərəvəz və meyvələrin istifadəsi
zamanı ağırlaşa bilər.
Mədə-bağırsaqsindromu. Parazitlər bağırsaq divarını qıcıq-
landıra və iltihab törədə bilər ki, bu da bir sıra mədə-bağırsaq
simptomlarının yaranmasına və həyati vacib qidalı maddələrin
və xüsusən də yağlı məhsulların az mənimsənilməsinə gətirib ç ı-
xarır. Bu, nəcisin bərkiməsinə də səbəb olur.
Oynaqlarda və əzələlərdə ağrılar. Məlumdur ki, parazitlər
insan orqanizmində onların həyatı üçün daha əlverişli olan o r-
qan larda, məsələn, oynaq mayesi və əzələlərdə yerləşmək məq-
sə dilə miqrasiya edə bilər. Bu, baş verdikdə insan ağrı hiss edir
ki, bəzən onu artritin nəticəsi hesab edirlər. Oynaqlarda və əzə lə-
lər də üzə çıxan ağrılar və iltihab da həmçinin toxumaların zədə-
lən məsinin nəticəsi sayıla bilər, o, bəzi parazitlər tərəfindən, y a-
xud da orqanizmin onlara qarşı immun reaksiyası zamanı y a ra nır.
Allergiya. Parazitlər bağırsaqların qişasını qıcıqlandıra, b ə-
zən isə onu deşə bilər, nəticədə bağırsaqlara iri həzm olun mamış
molekulların daxil olma riski yüksəlir. Bu, eozinofillərin yüksək
612
dozada hasil edilməsi şəklində meydana çıxan orqanizmin i m-
mun cavabını aktivləşdirə bilər. Eozinofillər orqanizmin toxuma-
larının iltihablaşmasına şərait yarada bilər ki, bu da öz növ bə-
sin də allergik reaksiyalara gətirib çıxarır.
Problemli dəri. Bağırsaq parazitləri səpgi, ekzema və aller-
gik xarakterli digər dəri reaksiyalarını törədə bilər. Dəri xorası,
şişlər və çiban, papilloma və dermatitlər ibtidai mikro orqa nizm-
lə rin parazitliyinin nəticəsi ola bilər.
Anemiya. Bağırsaq qurdlarının bəzi növləri bağırsaqların s e-
likli qişasına yapışır və sahibin qida maddələrini sorurlar. Çox lu
miqdarda məskunlaşdıqda onlar xeyli qan itkisinə səbəb olurlar
ki, bu da dəmir çatmazlığına (anemiya) gətirib çıxarır.
Qranulomalar. Bunlar şişəbənzər kütlə olub, parazitlərin
dağılmış yumurtalarını əhatə edirlər. Çox vaxt onlar düz və
yoğun bağırsağın damarlarında yaranırlar, lakin ağciyərdə, qara-
ci yərdə, qarın boşluğunda və uşaqlıqda da əmələ gələ bilərlər.
Əsəbilik. Parazitlərin mübadilə məhsullarının qalıqları və
toksik maddələr mərkəzi sinir sistemini qıcıqlandıra bilər.
Yuxununpozulması. Gecələr tez-tez yuxudan oyanma, xüsu-
sən də saat 2-3 arasında, qaraciyər vasitəsilə orqanizmin toksik
mad dələrdən azad olması cəhdinin nəticəsi sayıla bilər. Yuxunun
pozulması, həmçinin bəzi parazitlərin anusdan xaricə çıxması ilə
provokasiya oluna bilər ki, bu da xoşagəlməz hislər və qaşınma
ilə müşayiət edilir. Hemorroyun əsas səbəblərindən biri düz b a-
ğır sağın selikli qişasının altında parazitlərin (bizquyruq) inkişaf
etməsidir.
Dişləri qıcırdatma. Bruksizm – dişlərin qeyri-normal qıcır-
daltılmasıdır, o, çox vaxt parazitar infeksiyalar zamanı qeydə
alınır. Bu simptomlar yatmış uşaqlarda xüsusilə daha qabarıq
nəzərə çarpır.
Xronik yorğunluq. Xronik yorğunluq simptomlarına zəiflik,
qripəbənzər simptomlarla bağlı şikayətlər, iştahasızlıq, depres-
siya, diqqətin itiliyinin zəifləməsi və yaddaşın pisləşməsi kimi
əlamətlər daxildir. Bu simptomlar anemiya, intoksikasiya, o r qa-
nizm də qida maddələrinin çatmazlığını yaradan parazitlər tərə-
fin dən törədilir.
613
İmmunpozğunluqlar. Parazitlər A sinfi immunqlobulin lərinin
xaric edilməsini azaldaraq immun sistemi zəiflədir.
Parazitlərin orqanizmdə olmasından xəbər verən əlamətlərə
a ş a ğıdakıları da daxil etmək olar: çəkinin artması, ağızda diş lə-
rin pis yerləşməsi və pis qoxu, astma, diabet, epilepsiya, həd din-
dən artıq aclıq hissiyyatı, çəkinin azalması, sızanaqlar, güclü baş
ağrısı (miqren) və hətta ölümün daha çox başvermə səbəbləri:
ürək-damar xəstəlikləri və xərçəng.
Askaridoz
Askaridoz (Asjaridosis) – askaridalar tərəfindən törədilir.
Askarida (Ascarid lumbricoides) – yer üzərində ən geniş y a yıl-
mış qurd xəstəliyidir. Bunların erkək və dişi cinsləri olur. D i şi si-
nin uzunluğu 25-40 sm-dir, diametri (eni) 6 mm-dir, erkəyi isə
nisbətən kiçikdir: uzunluğu 15-20 sm, eni 3 mm-dir. Bədəni üç
hissədən ibarətdir, ağ və ya çəhrayı rəngli kutikula ilə örtül müş-
dür. Başında mikroskopun kiçik böyüdücüsü ilə görülə bilən üç
ədəd iri dodaqların olması xarakterikdir. Erkək fərdin quyruq
ucu adətən qarmaq şəklində əyilmişdir. Yumurtası oval for ma da-
dır, mayalanmış və ya mayalanmamış ola bilər.
Bu qurd insanın nazik bağırsağında yerləşir və oradan y u-
murta xaric edir. cinsi yetişmiş dişi askarida insanın bağırsa-
ğında gündə təxminən 200 minə qədər mayalanmış yumurta
if raz edir, onlar insanın nəcisi ilə ətraf mühitə düşürlər. Maya-
lanmasına baxmayaraq, bağırsaqda lazımi qədər oksigen olma-
dığı üçün onlar inkişaf edə bilmir, ona görə də həmin yumurtalar
ancaq xarici mühitdə torpaqda, daha doğrusu, onun üçün lazımi
rütubət, hərarət, həmçinin oksigen olduqda inkişaf edir.
Yumurtalar 24-30
0
С temperaturda 10-15 gün ərzində inkişaf
edərək invazion sürfə şəklinə düşür. Yüksək və aşağı tempera-
turda isə onlar inkişafdan qalıb məhv olurlar. Buna görə quraqlıq
və soyuq olan yerlərdə askaridoza az təsadüf olunur.
Ətraf mühitdə temperaturdan asılı olaraq onların inkişafı 3 a y-
dan bir neçə aya qədər davam edə bilir. Yumurtalar torpaqda həyat
qabiliyyətini bir neçə il saxlaya bilər. İnvazion yumurtalar, başqa
614
söz lə, yetkin sürfəyə malik yumurtalar ələ, tərəvəzə, mey və yə,
ora dan isə ağıza düşür. Milçəklər qidanın yumurtalarla çirk lən mə-
sin də rol oynayır.
Udulmuş yumurtalardan insanın bağırsağında sürfələr çıxır,
onlar venoz sistemə daxil olur və qan cərəyanı ilə ürəyin sağ his-
səsindən ağciyərə daxil olur. Burada sürfələr kapillyarları dağı-
daraq alveolun mərkəzinə keçir. Sürfələr təxminən 10-16 gün ə r-
zində miqrasiya edir. Onlar bronxlardan keçərək yenidən udlağa
daxil olur, ağız suyu ilə udulur və 2,5-3 aydan sonra bağırsaqda
yetkin askaridaya çevrilirlər. Askaridin insan orqanizmində y a-
şa ma müddəti bir ilə yaxındır.
Sürfələr miqrasiya dövründə bağırsağı, qaraciyəri, xüsusilə
a ğ ciyəri zədələyir. Burada uçucu eozinofil infiltratlar, qanaxma-
lar inkişaf edir. Xəstələrdə öskürək, döş qəfəsində ağrılar, bədən
temperaturunun artması müşahidə olunur (askaridozun ağciyər
m ər hələsi).
Parazitlər bağırsaqda parazitlik etdikdə isə (bağırsaq mər hə-
lə si) iştahanın azalması, ürək bulanması, qarında ağrılar, davam-
sız nəcis ifrazatı qeyd olunur. Xəstələri baş ağrısı, pis yuxu, q ı-
cıqlanmalar, əmək qabiliyyətinin aşağı düşməsi narahat edir.
A s ka ridlər bağırsaq keçməməzliyinin, əməliyyatdan sonrakı
a ğır laşmaların səbəbi ola bilər. Bəzən onlar öd yollarına, qida b o-
ru larına, tənəffüs yollarına keçirlər ki, bu da ölümlə nəticələnə
bilər. Askaridoz bir çox xəstəliklərin gedişini ağırlaşdırır.
Erkən, ağciyər fazasında askaridozun sürfələrini bəlğəmin
mikroskopiyası zamanı aşkar etmək olar. Qanda yüksək eozino-
filiya, ağciyərlərdə uçucu infiltratların olması, davamlı öskürək,
xüsusilə gecələr, askaridozun olmasından şübhələnməyə imkan
v e rir.
Bağırsaq mərhələsini aşkar etmək üçün yumurtaları tapmaq
məqsədilə nəcisin müayinəsini aparırlar. Müsbət nəticə aldıqda
məhz hansı yumurtanın – mayalanmış və ya mayalanmamış –
a ş kar edildiyini qeyd edirlər. Bu, həmin xəstənin mikroocaqda
mümkün olan epidemioloji rolunu qiymətləndirmək üçün əhə-
miy yətlidir. Əgər bağırsaqda yalnız erkək fərdlər və ya yalnız
cavan, cinsi yetişkənlik səviyyəsinə çatmamış askaridlər yaşa-
yırsa, onda nəcisdə yumurtalar olmur.
615
Müalicənin effektivliyini müəyyən etmək məqsədilə 2 həf tə-
dən sonra nəcisin laborator analizini həyata keçirirlər.
Askaridozla mübarizədə əsas tədbirlərdən biri – bu helmin-
toza görə əlverişli olmayan yaşayış məntəqələrində, həmçinin
mütəşəkkil kollektivlərdə, ambulator və stasionar xəstələrin küt-
ləvi şəkildə müayinəsi yolu ilə invaziyalaşmış şəxsləri aşkar e t-
məkdir. Aşkar edilmiş şəxslər qısa müddətdə dehelmintizasiya
olunur, torpağın askarida yumurtaları ilə çirklənməsinə yol ver-
mə mək üçün müalicə prosesində ifraz edilən nəcisi xlorlu ə həng lə
zərərsizləşdirirlər.
Torpağı fekal çirklənmədən qorumaq üçün yaşayış məskən-
lə rinin sanitar abadlaşdırmasının mühüm əhəmiyyəti vardır. Hər
bir həyətdə düzgün tikilmiş tualetlər olmalıdır, zibilləri kompost-
laşdırma yolu ilə zərərsizləşdirmək lazımdır, bostan və dir rik ləri
zərərsizləşdirilməmiş nəcis və tullantılarla gübrələmək q a dağan
olunur.
Əkinçilik – suvarma tarlalarının təşkili və istismar tələb lə-
ri nə əməl edilməsinə, təsərrüfat-məişət çirkab sularının daşın-
ması və zərərsizləşdirilməsi üçün xüsusi yerlərin seçilməsinə
diq qət verilir.
Dostları ilə paylaş: |