Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə56/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

Trixosefalyoz 

Trixocephalyozun  (Trichocephalyosis) törədicisi  –  Tricho-



cerhalus  trichiurus  –  tükbaş  qurddur  (  “Trichocephalus”  y u-

nanca – “thrix” – tük, “cephale” – baş deməkdir).

Bu parazitə ancaq insanda təsadüf edilir. Erkəyinin uzunluğu 

30-45 mm, dişisinin 30-50 mm-dir. Parazitin ön hissəsi tük şək-

lin də olur, arxa hissəsi isə yoğundur. Erkəklərin quyruq hissəsi 

spiral şəklində olub, bir ədəd spikulası vardır. Yumurtası limon 

şək lindədir, qütblərdə tıxacşəkilli törəmələr görünür, rəngləri q ı-

zı lı, ya sarımtıl-qonurdur. Parazitin bədəni ağ rəngdədir.

Bu parazitin yumurtası sadə üsulla xarici mühitdə inkişaf edir. 

İnsan  müxtəlif  yollarla  invazion  yumurtalarla  yoluxduqda,  bu 

sürfələr  yumurtanın  qabığından  çıxaraq  bağırsağın  selikli  q i şa -

sına  yapışır.  Bundan  10  gün  sonra  sürfələr  kor  bağırsağa  daxil 



616

olur  və  burada  inkişaf  edir.  Yoluxmadan  30  gün  sonra  nəcisdə 

parazitin  yumurtasına  təsadüf  edilir.  Parazit  orqanizmdə  5  ildən 

artıq yaşaya bilir.

Trixosefal insanın yoğun bağırsağında və bəzi hallarda nazik 

bağırsağın aşağı hissəsində parazitlik edir. cinsi yetişkənliyə çat-

mış dişi fərd sutka ərzində 1000-dən 3500-ə qədər yumurta q o-

yur.  Yumurtaların  invazion  sürfə  mərhələsinə  qədər  inkişafı 

12

0

C-dən 36-37



0

C temperaturda torpaqda gedir. Sürfələr 26-30

0



optimal  temperaturda  və  kifayət  qədər  rütubət  olduqda  17  gün 



ərzində yetişir.

Bu qurd orqanizmə müxtəlif şəkildə təsir edir ki, bu da y o lux -

manın  intensivliyindən  və  orqanizmin  müqavimətindən  asılıdır.

Trixosefalyoz zamanı mədə şirəsində dəyişiklik baş verir, b ə zən 

də  12  barmaq  bağırsaq  xorasında  olduğu  kimi  ağrılar  mey  dana 

çıxır. Bundan başqa, xəstənin sinir sistemi də pozula bilir. İnten-

siv yoluxma zamanı mexaniki təsirdən, həmçinin z ə hər lənmə n ə-

ti cəsində bağırsağın selikli qişasında qanaxmalar, xırda yaralar və 

nekroz müşahidə olunur. Parazitin iştirakı ilə bağır saqlarda iltihab 

baş verir. Bu zaman parazitin asanlıqla bağırsağın daha dərin qat-

larına keçməsinə əlverişli şərait yaranır.

Trixosefalyozun  epidemiologiyası  askaridozun  epidemiolo-

gi yasına  bir  qədər  oxşayır,  lakin  onun  yayılma  sərhədi  cənuba 

meyillidir.  Yayı  bir  qədər  qısa  və  soyuq  keçən  şimal  rayonla-

rında və isti, quraqlıq iqlimə malik olan zonalarda trixosefalyoz 

nadir hallarda təsadüf edilir. Əhalinin il ərzində cinsi yetkinliyə 

çat mış tükbaş qurdlarla invaziyalaşma dərəcəsi o qədər də dəyiş-

mir.  Bu  parazitin  insan  orqanizmində  uzun  müddətli  parazitlik 

etməsindən asılıdır və profilaktik tədbirlərin təşkilində öz əksini 

tapır. Profilaktik tədbirlərdə əsas məqsəd invaziyalaşmış şəxsləri 

vaxtında aşkar edib, onları müalicəyə cəlb etməkdir.


617

Ankilostomidozlar 

 

Ankilostomidoz  (Ancylostomidosis)  iki  xəstəlikdən  –  anki-

lostomoz (törədicisi – Ancylostoma duodenale) və nekatorozdan 

(törədicisi – Necator americanus) ibarətdir.

Hər iki helmint ankilostomid fəsiləsinə daxildir. Bu hel mint-

lə rin biologiyası, törətdiyi xəstəliyin klinikası və müa li cə si çox 

oxşar olduğu üçün xəstəliyin adı ümumiləş di ri lə rək  “ankilosto-

midoz” adı altında birləşir.

Ancylostoma yunanca “Ancylos” – əyilmiş, “stoma” – ağız 

söz lərinin birləşməsindən əmələ gəlmişdir. Bu helmintin erkəyi 

8-11,  dişisi  isə  10-18  mm-dir.  Diri  halda  rəngi  açıq-qırmızı, 

öldükdən sonra ağ rəngdə olur. Arxa tərəfə əyilmiş başı xitindən 

ibarət  kapsulla  örtülüdür.  Kapsulun  ventral  hissəsində  iki  cüt 

qarmaq şəklində dişciyi, arxa hissədə isə bir cüt xırda iti dişciyi 

vardır. Yumurtası şəffafdır, içərisində 2-4 kürəvari bölmə yer lə-

şir. Ölçüsü 56-61x34-40 mikrondur.

“Necator” – roman dilində “öldürən” mənasındadır. Nekato-

run  erkəyi  5-10,  dişisi  isə  7,7-13,5  mm-dir.  Baş  hissəsi  dorzal 

əyilmişdir  və  kapsula  ilə  örtülüdür.  Kapsulanın  ventral  his sə-

sin də iki ədəd kəsiçi lövhə yerləşir, dorzal hissədə isə iki cüt iri 

dişi  vardır.  Spikulalar  ox  şəklindədir,  yumurtası  ankilostoma-

nınkı  kimidir.  Ancaq  ondan  bir  qədər  uzundur  (64-76x38-40 

mikron).


Ankilostomidoz, əsasən, tropik və subtropik ölkələrdə yayıl-

mışdır. Azərbaycanda bu xəstəliyə iki zonada – Zaqatala zona-

sında  (Zaqatala,  Balakən,  Qax),  Lənkəran  zonasında  (Masallı, 

Lən kəran, Astara)  təsadüf  edilir.  İnvaziyanın  əsas  mənbəyi  i n-

san dır. Ankilostomidozların  sürfələri  adətən  torpağın  üst  qatla-

rında yaşayır, lakin əlverişsiz şəraitdə bu sürfələr 1 m dərinliyə 

miq rasiya edib, yenidən torpağın üst səthinə çıxa bilir. Bitkilərin 

nəm gövdələri boyunca sürfələr 30 sm hündürlüyə qalxa bilirlər. 

Onların horizontal istiqamətdə miqrasiyası məhduddur. Yumur-

taların və sürfələrin inkişafı 14- 37

0

C temperaturda gedir. Belə 



şəraitdə  invazion  sürfələr  öz  yaşama  qabiliyyətini  bir  həftə 

ərzində  saxlaya  bilir.  Ankilostomidoz  ocaqlarının  formalaşma-



618

sında rütübətin də həlledici əhəmiyyəti vardır. Torpağın və nə ci-

sin  qurudulması sürfələri bir neçə saat ərzində ləğv edir. Onlar 

üçün boş, məsaməli və reaksiyası neytral və ya zəif qələvi olan 

torpaqlar daha əlverişli hesab olunur. Torpaqda normal şəraitdə 

invazion sürfə öz həyat qabiliyyətini 7-8 həftə saxlaya bilir.

Parazitin sürfəsi dəridən orqanizmə daxil olduqda həmin yer-

də iltihabi proses əmələ gəlir. Bəzən xəstədə örə və subfebril h  ə-

ra rət  olur.  Sürfə  ilə  birlikdə  orqanizmə  müxtəlif  mikroblar  da 

keçir. Parazit on iki barmaq bağırsaqda yaşadığı üçün bağırsağın 

selikli qişasına yapışaraq onu yaralayır, nəticədə yara və qanax-

maya səbəb olur. Bundan əlavə, parazitin ağzında xüsusi vəzilər 

vardır ki, bunların ifraz etdiyi maddənin təsiri ilə sahibin orqa-

niz mində  qanın  laxtalanma  prosesi  olduqca  zəifləyir  və  daimi 

q a naxma nəticəsində insanda hipoxrom qanazlığı əmələ gəlir.

Bu parazit orqanizmə əksərən dəridən daxil olduğu üçün h ə-

min yerdə qaşınma və iltihabi proses müşahidə olunur. Xəs tə  də 

subfebril hərarət və ağciyərdə Patoloji dəyişiklik müşa hi də e di -

lir.  Klinikanın  gedişi  invaziyanın  dərəcəsindən  və  orqanizmin 

im mun  qabiliyyətindən  asılıdır.  Xəstəliyin  ağır  gedişində  qarın 

n a hiyəsində ağrılar, mədədə ağırlıq, ürəkbulanması, qusma və s. 

k i mi hallar müşahidə olunur.

Diaqnozu Fülleborn üsulu ilə nəcisdə yumurtaların tapıl ması 

ilə xəstəlik təyin edilir.

Ankilostomidozla yoluxma çox vaxt becərmə sahələrində kənd 

təsərrüfatı işləri aparılarkən baş verir. Nekatorozla insan a y aq yalın 

gəzərkən  (dəri  vasitəsi  ilə),  çirklənmiş  torpaqla  t ə mas  da  olduğu 

zaman  (yerdə  uzandıqda,  təsərrüfat  və  torpaq  i ş ləri  gör  dükdə) 

yoluxur. Ankilostomidozla yoluxma ağızla, yəni i n va zion sür fə-

ləri  çirklənmiş  qida,  göyərti,  tərəvəz,  gilə mey və lər,  su  qəbul 

edilməsi nəticəsində və nadir hallarda perkutan yol la baş verir. 

Ankilostomidozlar  əleyhinə  profilaktik  tədbirlərin  əsa sını  vax-

tın da xəstələrin aşkar edilməsi, onların dehelmintizasiyası və x a-

rici mühitdə nəcisin yayılmasına qarşı mübarizə təşkil edir.



619

Strongiloidoz 

Strongiloidozun (Strongyloidosis) törədicisi – Strongyloides 

stercoralis – xırda nematodadır. Strongyloides yunanca “strong-

ylas” – girdə, “eidos” – forma, “stercoralis” isə “stercos” – p e-

yin mənasındadır.

Parazitin daimi sahibi insan, fakültativ sahibi isə pişik və i t-

dir. Bunlar həm parazitar, həm də sərbəst həyat tərzi sürürlər. Bu 

p a razitin  uzunluğu  2,2,  eni  isə  0,03-0,07  mm  olur,  quruluşu  iy 

formasındadır. Ağız aparatında dodağı vardır. Qida borusu silin-

drik dir, bədənin uzunluğunun ¼ hissəsini təşkil edir.

Yumurtası çox nazik qabıqlı olub, ankilostomanın yumurta-

sına oxşayır. Sürfəsinin ikiqat qabarıq halda qida borusu vardır.

cinsi yetişkənliyə çatmış helmintlər adətən nazik bağırsağın 

yuxarı hissələrində və on iki barmaq bağırsaqda yaşayır. Belə ki, 

dişi  parazitlər  bağırsağın  xovlarına  daxil  olur.  Erkək  parazitlər 

isə bağırsaq boşluğunda qalır.

Dişi  parazit  yoluxmadan  təxminən  17  gün  sonra  yumurta 

qoyur. Yumurta qoyulan vaxt onların içərisində formalaşmış sür-

fə lər olur ki, onlar yumurtadan çıxan kimi sahibin nəcisi ilə bir-

lik də  xarici  mühitə  yayılır.  Xarici  mühitdə  sürfələrdən  sərbəst 

həyat keçirən parazitlər inkişaf edir. Dişilər mayalandıqdan son-

ra torpağa yumurta qoyur, həmin yumurtalardan isə rab dit şə kil  li 

sürfələr  çıxır.  Bu  sürfələr  qabıqdəyişmədən  sonra  silindr  şək-

lində qida borusu olan filyarşəkilli sürfələrə çevrilir. Onlar insan 

orqanizminə düşən kimi yeni nəsl verir. Əlverişsiz şəraitdə b a-

ğır saqdan  ifraz  olunmuş  sürfələr  rabditşəkilli  sürfə  mər hə lə si ni 

keçirmədən filyarşəkilli invazion sürfəyə çevrilir.

Strongilid insana dəri və ağız vasitəsi ilə yoluxur. Qeyd e t-

mək  lazımdır  ki,  hər  iki  halda  sürfələr  yetişkən  parazit  halına 

keçmək üçün, hər şeydən əvvəl, sahibin qan damarlarında miq-

rasiya  etməlidir.  Dişisinin  cinsi  yetişkənliyə  qədər  inkişafı  və 

m a ya lanması yalnız bağırsaqda deyil, ağciyərdə də gedir. Bun-

dan sonra parazitlər adi yolla on iki barmaq bağırsağa düşür.

Rabditşəkilli  sürfələr  bağırsaqda  bir  gündən  artıq  qaldıqda 

onlar xarici mühitə çıxmadan filyarşəkilli sürfələrə çevrilir və qan 


620

damarlarında miqrasiya etdikdən sonra bağırsaqda yetkin para-

zi tə çevrilirlər.

Sürfələr miqrasiya etdikdə damarların divarını zədələyir, b u-

nun nəticəsində orqanlarda çoxlu kiçik qanaxmalar baş verir. Sür-

fələr  ağciyərin  toxumalarını  da  zədələyir,  bu  da  çox  vaxt  pnev-

moniyaya səbəb olur. Sürfələrin həyat fəaliyyətinin məh s u  lu və 

onların  parçalanması  orqanizmdə  allergiyanın  yaranması  ilə 

təzahür edir. Strongiloidoz zamanı qanda eozinofiliyanın o l ma sı 

allergiyanı göstərən xarakterik əlamətdir.

Yaşlı  dişi  parazitlər  xovların  içərisinə  daxil  olmaqla  onları 

y a ra layır. Mexaniki zədələmə ilə birlikdə sahib orqanizmə para-

zit zəhərlərinin təsiri mədə və bağırsaqların funksiyasının pozul-

masına səbəb olur.

Strongiloidoz tipik geohelmint olub, yer kürəsinin bütün q i-

tə   lərində,  xüsusən  də  rütubətli  tropik  iqlimə  malik  ölkələrdə 

qey də alınıb. Azərbaycanda isə yüksək zonaları çıxmaq şərti ilə 

bütün yerlərdə müxtəlif səviyyədə təsadüf edilir. İsti iqlimə m a-

lik zonalarda strongiloidozun yayılması üçün torpağın rütubətli 

olmasının mühüm əhəmiyyəti vardır.

Tropik  və  subtropik  ölkələrdə  strongiloidoz  əksərən  kəskin 

mədə-bağırsaq xəstəliyi şəklində təzahür edir, bəzən də kaxeksi-

yaya səbəb olur. Mülayim iqlim zonalarında strongiloidoz xro-

nik  xəstəlik  şəklində  davam  edir.  Xəstəliyin  əvvəlində  bəzən 

kəs kin enterokolit müşahidə olunur. Sonra isə bu hal kəskin ləş-

mək lə bərabər xroniki xarakter alır. Xəstəlik kəskinləşdikdə n ə-

cis də qan və selik müşahidə olunur. Əksərən temperatur artır, q a-

rında  ağrılar,  ürəkbulanma,  qusma  qeyd  olunur.  Ağır  hallarda 

dispeptik əlamətlərlə yanaşı, sağ qabırğa altında ağrılar baş verir.

Xarici mühitdə parazitlərin yaşaması və inkişafı üçün 28-34

0



temperatur lazımdır. Sürfələr soyuğa və quraqlığa qarşı çox həs-



sas dır. Xarici mühitdə sürfələr üçün oksigen, torpaqda kifayət d ə-

rə cədə nəmlik, üzvi qidalı maddələr və s. olmalıdır.

Strongiloidozun diaqnozu əsasən on iki barmaq bağırsaq ş i-

rə sinin tərkibində və ya nəcisdə rabditşəkilli sürfələrin tapılması 

ilə qoyulur. Sürfələr təzə nəcisdə Berman və ya Şulmanın “B u-

rul  ma” üsulu ilə tapılır.



621

İnsan strongiloidozla torpaqda ayaqyalın gəzdikdə, şaxtalarda, 

tikinti  də  torpaq  işləri  gördükdə  yoluxur.  Yoluxma  daha  çox 

zərərsizləşdirilməmiş  insan  nəcisini  gübrə  kimi  istifadə  e t dik də 

baş verir.

Əhali arasında strongiloidozun profilaktikasının əsasını inva-

ziya laşmış şəxsləri vaxtında aşkar edib müalicəyə cəlb etmək və 

x a rici mühiti nəcislə çirklənmədən qorumaq təşkil edir.



Trixostrongiloidoz

Trixostrongiloidozların  (Trichostrongyloidosis)törədiciləri  –

Trishostrongylusfəsiləsinə aid parazitlərdir. Bu parazitlər sap (0,5 

sm-ə qədər) şəklindədir. Trixostrongilidlərin əsas sahibi otyeyən 

heyvanlar, ilk növbədə iri və xırdabuynuzlu mal-qaradır. Müxtə-

lif cinslidirlər, yumurtaları oval, incə və şəffafdır, bir tərəfi nis bə-

tən  nazikdir.

Bütün  növ  trixostrongilidlər  təxminən  eyni  şəkildə  inkişaf 

edir. Xarici mühitə düşən yumurtalar əlverişli şəraitdə öz inkişa-

fını  tamamlayır.  16-18

0

C  hərarətdə  təxminən  40  saata  sürfələr 



y u murtadan çıxır. Bu sürfələr 14 gün ərzində torpaqda iki dəfə 

q a bı ğını dəyişərək invazion sürfə şəklinə düşür. İnva zi on sür fə-

lər qida vasitəsi ilə on iki barmaq və nazik bağırsaqlara daxil o  la  -

raq yetişkən parazitə çevrilir. Bəzən də parazitin sürfəsi d ə ri dən 

orqanizmə daxil olaraq qan vasitəsi ilə bədəndə miqrasiya edir.

Trixostrongiloidozda mədə-bağırsaq yolunda baş verən poz-

ğunluq simptomları üstünlük təşkil edir: xəstələr dəqiq lokaliza-

siyası məlum olmayan qarın nahiyəsindəki ağrılardan, iştahanın 

p o zulmasından,  ürəkbulanması,  bağırsaq  pozğunluq larından  ş i-

ka yət edirlər. Eyni zamanda xəstələrdə ümumi zəiflik, əsəbilik və 

baş ağrıları qeyd olunur. Xəstəliyin gedişi uzunmüddətli o l duq da 

öd yollarının diskineziyası, xolesistit və hipoxrom anemiya qeyd 

edilir. Bəzi hallarda 54-58% eozinofiliya nəzərə çarpır.

Trixostrongiloidozlar  geohelmintozlara  aid  olub,  onların  y a-

yılması, əsasən, iqlim şəraitindən asılıdır. Törədicilərin embrio-

nal inkişafı xarici mühitdə keçir. İnsanın yoluxması çiy tərəvəz, 

mey  və və giləmeyvə ilə qidalandıqda baş verir. Sürfələr isə insan 

o r qanizminə torpaqla təmasda olan çirklənmiş əllə keçə bilər.



622

Trixostrongiloidozla mübarizə aparmaq üçün yoluxmuş xəstə 

heyvanlar  arasında  müalicə  işləri  daima  aparılmalıdır.  Müalicə 

z a manı toplanan peyin zərəsizləşdirilməlidir ki, invazion mate-

rial yenidən başqa yerlərə yayılmasın. İnvaziyalaşmış şəxslərin 

m  ü a licəsi ilə yanaşı, yaşayış yerlərində sanitar abadlığa da fikir 

verilməlidir. Bundan başqa, əhali arasında geniş səhiyyə maarifi 

işləri aparmaq lazımdır.



Toksokaroz

Toksokarozun  (Toxocarosis)  törədicisi  insan  askaridinə 

bənzəyən  iri,  girdə  nematodadır  –  Toxocara.  O,  çoxlu  sayda 

müx təlif  növ  ev  heyvanlarının  və  vəhşi  yırtıcıların  bağırsaqla-

rında parazitlik edir. Lakin itlərdəki toksokar daha mühüm əhə-

miy yət kəsb edir.

Helmintozların arasında geniş yayılmasına və insanın patolo-

giyasında mühüm əhəmiyyətinə baxmayaraq, praktik həkimlər t ə-

rəfindən  kifayət  qədər  öyrənilməyən  larval  toksokarozu  xüsusi 

qeyd etmək lazımdır.

İtlərin yetkin fərdlərin bağırsaqlarında orta yaşama müddəti 4 

ay,  maksimum  6  aydır. Toksokaranın  dişi  fərdi  200000-ə  qədər 

yumurta  qoyur. Yumurtaların  xarici  mühitdə  invaziv  mərhələyə 

q ə dər yetişməsi insanın digər geohelmintlərinin yumurtaları k i mi 

tem peraturdan  və  rütubətdən  asılıdır.  Optimal  temperaturda  o, 

15-20 gün ərzində tamamlanır. İnvazion yumur talarda 2 dəfə q a-

bıqdan çıxmış sürfələr yerləşir. Yumurtalar torpaqda uzun müd-

dət həyat qabiliyyətini və invazion xüsu siyyətini saxlayır ki, bu 

da toksokarozun geniş yayılmasına səbəb olur.

İnsanın bağırsağına düşdükdə invazion yumurtalardan sür fə-

lər çıxır və bağırsağın selikli qişasından keçərək qan damarları 

ilə qaraciyərə və ürəyin sağ payına daxil olur, digər üzv və toxu-

malara miqrasiya edir. Sürfələrin miqrasiyasına maneçilik törə-

dən diametri kiçik (0,02 mm) olan damarlardan sürfələr üzvlərin 

parenximasına daxil olur və burada orqanizmin cavab reaksiya-

sından və xarakterindən asılı olaraq bir neçə il öz həyat qabiliy-

yə tini saxlayırlar.



623

Toksokarozda əsas Patoloji proseslərdən biri ocaqlı və ya g e-

ne ralizə olunmuş eozinofil qranulematoz törəmələrin əmələ gəl-

mə sidir.  Bu  zaman  qanda  yüksək  (30%-dən  çox)  eozinofiliya 

m ü şahidə olunur.

İnsanda  helmint  yalnız  sürfə  mərhələsində  parazitlik  etdiyi 

üçün o, toksokaranın fakültativ sahibi sayılır. İnsan əksərən i n-

va  zion  yumurtalar  mədə-bağırsaq  yoluna  düşdükdə  yoluxur. 

Yumurta ağıza çirkli əllərlə daxil olur və bu çox zaman uşaqlar 

tor paqla  oynadıqda,  təmizlənməmiş  tərəvəz,  meyvə,  giləmey və 

və çirkli su qəbul etdikdə baş verir. Toksokarozun profilak tikası 

tibbi-baytar  xarakter  daşıyır.  Gigiyenaya  yüksək  səviyyədə  ria-

yət etmək yoluxmanın qarşısını effektiv alır.

Enterobioz

Enterobioz (Enterobiosis,Oxyurosis) invaziyasını bizquy ruq 

törədir. Bizquyruq (Enterobius vermicularis) – ağ rəngli, 0,5-1 sm 

uzunluqda kiçik qurddur. Bədənin quyruq hissəsi itidir, “bizquy-

ruq”  adını  da  buradan  almışdır.  Mikroskopun  kiçik  böyüdü cü-

sündə baxdıqda bizquyruğun ön ucunda kiçik şişginlik görünür, 

qida  borusu  xarakterik  şarabənzər  genişlənməyə  malikdir.  Dişi 

fərdin  bədəni  boyunca  yumurtalarla  dolu  olan  yumurtalıq  k e çir. 

Erkək qurdlarda quyruq hissə burulmuşdur.

Yumurtası  rəngsiz,  şəffafdır,  qişası  yaxşı  görünür,  hamardır, 

n a zikdir. Yumurtanın daxilində inkişafının müxtəlif mərhə lə sin də 

olan sürfələr görünür.

Bizquyruqlar insanın nazik bağırsağının aşağı şöbəsində və y o-

ğun bağırsaqda yaşayır.  Onlar  ön  ucları  ilə  bağırsaq  divarlarına 

yapışırlar.  Yetkin  dişi  qurdlar  anal  dəlikdən  çox  zaman  gecə, 

yuxu vaxtı çıxaraq perianal sahənin, aralıq, sağrı nahiyəsinin d ə-

risi üzərinə 5 mindən 15 minə qədər yumurta qoyur. 4-5 saatdan 

sonra yumurtaların içərisində sürfələr inkişaf edir və onlar inva-

zion, başqa sözlə, insan üçün yoluxucu olurlar.

Dərini qaşıdıqda (bizquyruqların hərəkəti qaşınma ilə müşa-

yi ət olunur) bizquyruğun yumurtaları dırnağın altına, yatacaq a ğ-

larına, sonra qidaya, oyuncaqlara, qab-qacağa, ora dan isə ağıza 


624

düşür və udulur. Bağırsaqda yumurtadan sürfələr çıxır və inkişaf 

etməyə başlayır (yetkin mərhələ).

Bizquyruqların insan orqanizmində yaşama müddəti 1-2 aya 

q ə dərdir. Lakin şəxsi gigiyena qaydalarını pozduqda özünü dai-

ma yoluxdurma nəticəsində bizquyruqlar bəzi xəstələrdə a y lar  la 

və hətta illərlə parazitlik edirlər.

Bizquyruq enterobiozun törədicisidir. Parazitin mexaniki və 

a l lergik təsiri nəticəsində bir aparıcı simptomdan başqa (perianal 

nahiyədə  qaşınma),  qarın  nahiyəsində  ağrılar,  iştahanın  pozul-

ması, baş ağrıları qeyd olunur.

Bəzən bizquyruqlar qadın cinsiyyət orqanlarına daxil olur və 

onun iltihabını törədir. Bizquyruğun parazitlik etməsi disbakteri-

oza, başqa sözlə, bağırsağın normal mikroflorasının pozulmasına 

gətirib çıxarır. O da öz növbəsində bağırsaq disfunksiyasının və 

infeksiyalarının inkişaf etməsi təhlükəsini artırır.

Çox zaman xəstələrin özləri və ya yoluxmuş uşaqların vali-

deyn ləri  anal  dəlikdən  “kiçik  sapşəkilli  qurdların”  –  bizquy-

ruqların xaric olmasını qeyd edirlər. Xaric olan helmintləri tap-

maq dəqiq diaqnoz qoymağa imkan verir.

Laborator metodlardan daha əhəmiyyətlisi yumurtaları aşkar 

etmək  məqsədilə  perianal  nahiyədən  alınmış  qaşıntı  kütləsinin 

mik roskopiyasıdır. Bu zaman 50%-li qliserin məhlu lunda isladıl-

mış pambıq tampondan istifadə etməklə bizquy ruğun diaqnosti-

kası daha yaxşı nəticə verir. Diaqnostikanın etibarlılığını artırmaq 

üçün 2-3 gün fasilə ilə perianal nahiyədən üç dəfə qaşıntı materi-

alı götürmək lazımdır. Nəcisdə bizquyruq yumurtaları az hal larda 

tapılır, çünki dişi qurdlar bağırsaqda, adətən, yumurta qoymur.

Enterobioza hər yerdə rast gəlinir. Lakin daha çox sanitar reji-

min  gözlənilmədiyi  uşaq  kollektivlərində  qeydə  alınır.  Profi-

laktika  tədbirlərini  təşkil  etdikdə  enterobiozun  makroocaqlarını 

(uşaq evləri, məktəb, internat), mikroocaqlarını (uşaq bağçasının 

qrupu  və  ya  ailə),  qəsəbəni  və  ya  bir  rayonu  əhatə  edən  ərazi 

mak  ro ocaqlarını nəzərə almaq lazımdır.

Məktəbəqədər  müəssisələrdə  uşaqları,  həmçinin  aşağı  sinif 

şagirdlərini ildə 1 dəfə laborator müayinədən keçirirlər. Bu z a-

man perianal nahiyədən qaşıntı kütləsini 2-3 gün fasilə ilə 3 dəfə 


625

götürürlər. Əgər enterobiozla xəstələnmə 15%-dən yüksəkdirsə, 

sonrakı müayinələri dayandırır və həmin kollektivin bütün uşaq 

əhalisini müalicəyə cəlb edirlər.

Xəstə aşkar edildikdə ailənin bütün üzvləri mütləq müayinə 

olunmalıdır. Uşaq kollektivinin xəstələnməsi 10% və daha yük-

səkdirsə, bu kollektivə gələn bütün uşaqların ailələrini də müayi-

nə dən keçirirlər. Uşaq kollektivində müalicə-profilaktika təd bir-

ləri həyata keçirilməsə, enterobiozla mübarizə faydasız o la  caqdır.

Şəxsi  gigiyena  qaydalarına  da  mütləq  əməl  etmək  lazımdır. 

Dırnaqları qısa kəsdirmək, yataqdan durduqdan və tualetdən isti-

fadə etdikdən sonra, həmçinin yeməkdən əvvəl əlləri sabunla y u-

maq, yatmazdan əvvəl dar tuman geymək, səhər yataq və alt pal-

tarlarını isti ütü ilə ütüləmək lazımdır.

Uşaq bağçalarında sanitar və dezinfeksiya rejimi gözlənil mə-

lidir.


İctimai qidalanma müəssisələrinin işçilərini və onlara bəra bər 

şəxslərin işə daxil olmazdan əvvəl, sonralar isə sanitar-helminto-

loji  göstərişlərə  görə  laborator  müayinəsini  həyata  keçir mək 

lazımdır.  Uşaq  bağçasına  yeni  gəlmiş  uşaqları  laborator  m ü a-

yinədən keçirmək, aşkar edilən yoluxmuş şəxsləri isə əvvəlcədən 

müayinə etmək lazımdır.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin