AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
#7305
1   2   3   4   5   6   7   8   9   ...   37
§ 1. YENĠ ĠQTĠSADĠ SĠYASƏT 

 

Ġqtisadi  və  siyasi  vəziyyət.  Sovet  respublikalarında  vətəndaĢ 

müharibəsi  əsasən  1922-ci  ilin   payızında  baĢa  çatdı.  Dinc  quruculuq  mürəkkəb  

beynəlxalq vəziyyətdə, sovet ölkəsinin iqtisadi mühasirəyə alın masını təĢkil edən 

Qərb imperialist qüvvələrinin müqaviməti Ģəraitində baĢlandı. 

Sovet Azərbaycanında dinc quruculuğa keçid müharibə,  xarici  müdaxilə 

və  vətəndaĢ  müharibəsi  nəticəsində  yaranmıĢ  ən  ağır  təsərrüfat  dağıntısı 

Ģəraitində  baĢ  verirdi.  Ġqtisadi  təcridolun ma,  Ermənistanla  sərhəddə  tez-tez  baĢ 

verən  hərbi  münaqiĢələr,  Qarabağda  daĢnakların  təxribatları,  daxili  çəkiĢ mələr 

respublikanı  var-yo xdan  çıxarırdı.  Ermənistanda sovet  hakimiyyəti  qurulduqdan 

sonra  "daĢnak  hökuməti"  Ġrana  qaçaraq  Təbrizdə  yerləĢdi.  1922-ci  il  oktyabrın  

22-də  RSFSR  höku məti  nota  ilə  Ġrana  müraciət  edərə k,  onu  öz  ə razisindən 

çıxarmasını tələb etdi. Maraqlısı budur ki, o höku mətin üzvü, notada adı çəkilən  

Xondakaryan sonralar mühacirətdə olan Kerenskin in müavini olmuĢdu. 

1921 -1922-ci illərdə RSFSR və Ermənistan SSR-in Ġranda olan səfirləri 

öz notalarında Ġran höku mətinin nəzərinə çatdırırdılar ki, Ġranda "daĢnaksutyun" 

toĢkilatının olması qonĢuluq əlaqələrin in yaradılması  və inkiĢafı üçün təhlükədir. 

"DaĢnaksutyun" Rusiyadan qaçmıĢ əksinqilabçıları və ağqvardiyaçıları pulla ələ 

alıb  öz  ətrafında  cəmləĢdirərək  sovet  respublikalarına  basqınlar  təĢkil  edirdi. 

Onların  1922-ci  ilin   aprelində  Ġran ın  xarici  iĢlər  naziri  Hakim  əl-Mülkə 

göndərdikləri  notada  deyilirdi:  "Təbrizdə  daĢnaklar  əvvəllərdə  olduğu  kimi, 

qayduk  dəstəsini  təĢkil  et mə k  və  silahlandırmaqla  məĢğuldurlar,  hə m  də  onlar 

eyni  zamanda,  Mujdubər  anbarından  silahları  Zəngəzura  daĢıyır,  orada  üsyan 

qaldıracaqlarına ü mid ed irlər"

1

. Notada eyni  za manda qeyd olunurdu ki,  RəĢtdə 



daĢnak ko mitəsinin sədri dr Terteryan sovet respublikalarına garĢı ən cinayətkar 

fəaliyyət  göstərir.  "DaĢnaksutyunun"  Ģərq  bürosunun  sədri  Ruben  paĢa  öz 

mau zerçiləri  ilə  birlikdə  Ġranın  mü xtəlif  Ģəhərlərin i  sərbəst surətdə gəzir  və  hər 

yerdə sovetlər əleyhinə qruplar yaradırdı

2



Ərdəbil dairəsi,  1922-ci  ilin  il k  aylarında sovet Azərbaycanına böyük 



basqınlar  təĢkil  o lunan  meydana  çevrilmiĢdi.  Dairənin  ərazisində  Azərbaycan 

SSR-ə  qarĢı  silah lı  basqınçıla rın  və  qarətçilə rin  mə rkə zləri  var  idi.  RSFSR -in  

Ġranda  olan  səlahiyyətli  nümayəndəsinin  1922-ci  il  avqustun  9-da  Ġranın  xarici 

iĢlər  naziri  Qavam-əs-Səltənəyə  göndərdiyi  notada  qeyd olunurdu  ki,  Astara  və 



73 

 

baĢqa  rayonlarda  quldur  ġahverən  bəyin  150  nəfərlik  dəstəsi,  əksinqilabçılar 



Əh məd  Rəsulov  və  Xalıq  bəyin  hər  b irində  50-dən  150-yə  qədər  adam  olan  

quldur 


dəstələri 

fəaliyyət  göstərirlər.  Onlar  müntəzəm  olaraq  sovet 

Azərbaycanının  ərazisinə  silahlı  basqınlar  edir,  sərhədyanı  kəndləri  qarət  edir, 

sərhədçiləri və kəndliləri qətlə yetirirlər. 

Azərbaycanın  iqtisadi  həyatının  bütün  sahələri  -  sənayesi,  kənd  

təsərrüfatı  və  nəqliyyatı  dərin  böhran  iç ində  idi.  1921-c i  ildə  respublikanın  

sənaye  istehsalı  1913-cü  ilin  istehsal səviyyəsinin  43  faizini  təĢkil  edird i

3

.  Bakı 



neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmıĢdı, 1913-

cü ildə istehsal edilmiĢ 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon 

tona enmiĢdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təĢkil edirdi

4



Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmıĢdı. 1920/21-ci 

ildə qazılan quyuların sayı 1913-cü ildə qazılmıĢ quyuların cəmisi 2 faizin i təĢkil 

edirdi

5

. Qa zma iĢində Ba kı neft sənayesi 1878-ci ilin səviyyəsinə enmiĢdi



6

40  neft  emalı  zavodundan  yalnız  18-i  fəaliyyətdə  idi,  onlar  da  lazımi 



avadanlıq  və  xa mma l  çatıĢ mazlığı  ü zündən  fasilə  ilə  iĢ ləyird i 

7

.  Neft  emalı  3,5 



dəfəyə qədər azalmıĢdı. 

Bakıda  H.  Z.  Tağ ıyevin  toxuculuq  fabrikində  (ona  Len inin  adı 

 

verilmiĢdi)  1921-ci  ildə  dəzgahla rın  yaln ız  üçdə  biri  iĢləyird i.  Gədəbəy 



misəritmə zavodu, Tovuz və KeĢlə sement zavodları, kərp ic zavodlarının 98 faizi 

dayanmıĢdı.  ġəkidə  olan  69  baramaaçan  fabrikdən  yalnız  üçü,  1914-cü  ildən 

Ordubadda  fəaliyyət  göstərən  on  iki  baramaaçan  fabrikdən  yeddisi,  Azərbaycan 

qəzalarında olan pambıqtəmizləmə zavodlarının yalnız ikisi iĢləyirdi. 

Azərbaycanın  balıq sənayesi  tam  tənəzzülə  uğramıĢdı.  1920-ci  ildə  balıq  

ovu 1913-cü ilə nisbətən on yeddi dəfə azalmıĢdı. Naxçıvan qəzasında duz istehsalı 

1913-cü il səviyyəsinin 52 faizini təĢ kil edirdi

8



Azərbaycan  dəmir  yolu  çox  zərər  çəkmiĢdi,  parovoz  və  vaqonlar 

çatıĢmırdı.  1920-ci  ilin  sonuna yaxın  54  paravozun  əsaslı  təmirə  ehtiyacı  var  idi. 

Bakıda əsas dəmir yol emalatxanalarının yalnız  iy irmi  faizi əvvəlki istehsal gücü 

ilə  iĢləy irdi. 

ZəhmətkeĢ  xalq,  əsasən  Ģəhərlərdə  fəhlələr  ço x  ağır  maddi  ehtiyac 

içərisində yaĢayırdı, paltar, ayaqqabı, ərzaq çatıĢmırd ı. Bakıda əhalini təmin etmək 

üçün kartoçka sistemi tətbiq olunmuĢdu

9

. Çörəklə təchizatın çətinləĢməsi bütün neft 



sənayesinin iĢi üçün təhlükə doğururdu. Fəhlələrin mənzillə təminatı da olduqca pis 

idi. Müəssisələrdə  əmək  intiza mı  pozulmuĢdu.  Çətinliklərlə  üzləĢən  fəhlələr  tez-

tez  iĢə  çıxmamaq  məcburiyyətində  qalırdılar,  onların  arasında  tətil  etmək  meyli 

artırdı. Əmək  məhsuldarlığı 1921 -ci ildə 1913-cü ilə nisbətən buruq qazma iĢində 

6,5, neft istehsalında 1,2 dəfə a za lmıĢdı

10



74 

 

Ġxtisaslı  fəhlələrin  ço xu  əmək  haqqı  yüksək  olan  kustar  emalatxanalara, 



yaxud  da  kəndlərə  gedirdilər.  1918-ci  ildən  1921-ci  ilə  qədər  Bakıda  neftçi 

fəhlələrin  sayı  azalaraq  52  mindən  23  minə  enmiĢdi.  Neft  sənayesi  təhlükə 

qarĢısında idi. 

Respublikanın  kənd  təsərrüfatı  da  ağır  böhran  keçirirdi.  Suvarma  

sisteminin  dağılması  nəticəsində  Azərbaycanda  iki  yüz  min  desyatinə  qədər 

suvarılan torpaq istifadəsiz qalmıĢdı. Kənd təsərrüfatı üçün yararlı olan torpaqların 

sahəsi 1921-ci ildə, 1914-cü ilə nisbətən 42 faiz azalmıĢdı

11



Azərbaycanda  pambıq  becərilməsi,  demək  olar  ki,  tamamilə 

dayandırılmıĢdı: 1921-ci ildə pambıq əkini sahəsi müharibədən əvvəlki səviyyənin 

2,3 faizini təĢkil edirdi. Bütün əkin sahələrinin 1914-cü ildə on iki faizi, 1921-ci ildə 

isə  0,7  faizi  pambıqçılığa  aid  idi

12

.  Bu,  qismən də  onunla  izah  olunurdu  ki,  aclıq 



pambıqçı kəndlilərin ço xunu taxıl məhsulları əkməyə məcbur edirdi.  

Ġpəkçilik  də  tənəzzülə  uğramıĢdı.  A zərbaycanda  tut  bağlarının  sahəsi 

yarıya  qədər  azalmıĢdı.  1921-ci  ildə  barama  istehsalı  cəmisi  altı  min  puda  çatırdı, 

halbuki  1913-ci  ildə bu rəqəm  180  min pud idi

13

.  Bağçılıq və üzü mçülü k güclü  zərə r 



çəkmiĢ,  bağ  və  üzümlü klərin  sahəsi  1921-ci  ildə  1913-cü  ilə  nisbətən  9  min 

desyatin azalmıĢdı

14



Azərbaycanda  əkinçilik  çəyirtkə  basqınından  da  tez-tez  zərər  çəkirdi. 



Təkcə  1920-ci  ildə  respublikada  iki  yüz  min  desyatinə  bərabər  kənd  təsərrüfatı 

sahələrinin məhsulları çəyirtkə basqını nəticəsində məhv olmuĢdu. 

Maldarlığa  da  ciddi  ziyan  dəymiĢdi.  Azərbaycanda  1921-ci  ildə  mal-

qaranın sayı, 1913-cü ilə nisbətən qırx faiz azalmıĢdı

15



Kəndli  təsərrüfatlarının  məhsuldarlığı  xeyli  aĢağı  düĢmüĢdü.  Kəndlilərin  



26 faizi iflasa uğrayaraq əkin sahəsindən məhrum olmuĢ

16

, 25 faizi isə əkin sahəsi 1 



desyatindən  çox  olmayan  kasıb  təsərrüfat  sahibinə  çevrilmiĢdi

17

.  Kəndlilərin  iĢ 



heyvanı  və  kənd  təsərrüfatı  alətləri  çatıĢmırd ı.  Onlar  öz  torpaqlarını  primitiv  

alətlərlə,  əsasən  ağac  xıĢla  becərirdilər.  1921-ci  ildə  Azərbaycanda hər yüz  kəndli 

təsərrüfatına cəmisi  9 dəmir kotan düĢürdü

18



Azərbaycan kəndliləri təkcə ö z təsərrüfatların ın dağılmasına görə deyil, 

eyni za manda sənaye istehsalının fəla kətli dərəcədə tənəzzülə uğramasına görə də 

ağır  maddi  vəziyyətə  düĢmüĢdülər.  Kəndlilər,  əhalinin  digər  zəhmətkeĢ  hissəsi 

kimi,  ən  vacib  olan  Ģeylərdən  korluq  çəkirdilər.  Sənaye  malları  fonduna  malik 

olmayan dövlət o  zaman  kənd təsərrüfatı  məhsullarını  sənaye  mallarına  dəyiĢmək 

yolu  ilə  onların  istehsal  marağını  artıra  bilmirdi.  Məsələn,  1921-ci  ilin  fevralında 

ġamaxı  qəzasının  vəziyyəti  barədə belə  məlumat  verilirdi:  "Hazırda  kəndlilərin  ağ 

nefti,  kibriti,  ayaqqabısı,  arĢınmalı,  sabunu  və  kənd  təsərrüfatı  alətləri  yo xdur. 

Kotanları təmir etmək üçün dəmir də yoxdur. Bir girvənkə ağ neft burada min manat, 

bir qutu kibrit 400 manatdır"

19



75 

 

Respublikanın iqtisadi vəziyyətini maliyyə böhranı da mürəkkəbləĢdirirdi. 



Xalq  təsərrüfatının  əsas sahələri  üzrə  gəlirin  azlığı  ayda    250-300  milyard  manat 

olan dövlət büdcəsində ciddi çatıĢmazlığa səbəb olurdu 

20



Manatın  çatıĢmaması  və  dəyərinin  aĢağı  düĢməsi  tez-tez  yeni  pullar 



buraxmağa  məcbur  edirdi.  Tə kcə  1921-c i  ildə  Azərbaycan  SSR-də  149  milyard  

manat pul buraxılmıĢdı. Tez-tez pul buraxılması və bununla əlaqədar olaraq onun 

qiymətdən  düĢməsi  təsərrüfat  həyatını  mürəkkəbləĢdirir,  xa lqın   maddi 

vəziyyətini pisləĢdirirdi. 

1921-c i  ilin  baĢlanğıcında  respublikada  dava m  et mə kdə  olan  "hərbi 

ko mmunizm"  siyasəti  ilə  bağlı  tətbiq  edilən  ərzaq  sapalağının   ağır  təsiri  ö zünü 

xüsusilə  göstərirdi.  Əvvəllərdə  olduğu  kimi  ərzaq  sapalağı  qaydasına  uyğun 

olaraq,  kəndlilər  bütün  kənd  təsərrüfatı  məhsullarının  qalıq larını  dövlətə 

verird ilər.  Buna  görə  də  onlarda  öz  təsərrüfatlarını  geniĢləndirmək  və 

yaxĢılaĢdırmaq həvəsi olmurdu. Kəndlilərin ço xu əkin sahələrin i geniĢləndirmək 

barəsində  fikirləĢ mir,  əksinə  onu  ailə  tələbatına  uyğunlaĢdıraraq  azaltmaq  

istəyirdilə r. 

1921-c i  ilin  əvvəlində  Azərbaycanda həyata  keçirilən  ərzaq  siyasətinin 

öz  xüsusiyyətləri  var  id i.  Sovet  Rusiyasında  olan  vəziyyətdən  fərqli  olaraq, 

Azərbaycanda 1921-ci  ilin baĢlanğıcında ərzaq sapalağı qis mən tətbiq olunurdu. 

Bu  va xt  respublikanın  bütün  qəzala rında  ət,  mal-qara  və  ye m  tədarükü  həyata 

keçirilird i.  Taxıl  tədarükü  yalnız    Lənkəran  və  Cavad  qəzalarında  aparılı rdı. 

1920-c i  ilin  sonu  -  1921-c i  ilin  əvvəllərində  ərzaq  siyasəti  Azərbaycan 

kəndlilərinin  vəziyyətini  nisbətən  yüngülləĢdirdi.  Lakin  ehtiyatla  həyata 

keçirilməsi  nəzərdə  tutulan  siyasətin  yerlərdə  pozulması  kəndlərdəki  ciddi 

təsərrüfat  çətinliklərini  aradan  qaldırmağa  mane  olurdu.  Kəndlilərin  yo xsul, 

qismən  də  ortabab  təbəqəsi  iflas  səviyyəsində  idi.  Bütün  bunlar  Azərbaycan 

kəndlilərinin  əhvali-ruhiyyəsinə  təsir  edir,  onların  narazılığına,  hətta  kəndlərdə 

sinfi mübarizənin kəskin ləĢməsinə səbəb olurdu. 

Varlılar,  hakimlikdən,  mü lkündən  məhru m  o lmuĢ  təbəqələr,  sovet 

hakimiyyətinə  qarĢı  olan  qüvvələr  hələ  də  sovet  üsuli-idarəsini  devirmək 

ümidində  id ilər.  Onlar  ağır  təsərrüfat  pozuntusu,  əhalinin  maddi  vəziyyətinin 

ağırlaĢ ması  və  1921-ci  ilin  əvvəlində  in zibati-amirlik  orqanların ın  fəaliyyəti  ilə 

bağlı  ölkən in  daxili  vəziyyətində  yaranmıĢ  siyasi  böhrandan  istifadə  edərək,  öz 

arzu və məqsədlərini həyata keçirməyə cəhd göstərirdilər. 

Petroqradda və Moskvada olduğu kimi,  1921-ci ilin yazında Bakıda bir 

sıra  müəssisədə tətillər oldu.  Buna səbəb Bakıda tez-tez baĢ verən ərzaq q ıtlığı, 

çörək  normasın ın  azald ılması  idi

21

.  1921-c  ilin  aprelində  Bala xan ıda    fəhlələr 



tətil etdilər. Tətildə əsasən Cənubi Azərbaycandan gəlmiĢ, kəndlə bağlı olan Ġran 

təbəələri iĢtirak edirdilər

22

. "Çörək verin, yo xsa evə qayıdırıq"



23

 - bu onların əsas 



76 

 

tələbi  id i.  1921-ci  ilin  payızında  isə  əmək  haqqının  gecikdirilməsi  ilə  əlaqədar 



Xəzər nəqliyyatçıları tətil etdilə r

24



1921-c i ilin iyununda sovet hökumətin in vergi siyasətindən narazı olan  

Bakı dükançıları tətilə çıxd ılar

25



Bir  sıra  qəzalarda  kəndli  həyəcanları  baĢ  verirdi.  Bu  çıxıĢlar  rəsmi 



hakimiyyət orqanları tərəfındən "əksinqilab" kimi q iy mətləndirilir və ya "siyasi 

quldurluq" hesab olunurdu. 

Belə  bir  Ģəraitdə  bəzi  antibolĢevik  qüvvələrin  və  təĢkilatların  

fəaliyyətləri  nəzərə  çarpırdı.  Ġttihadçı  gizli  "Azərbaycan  milli  müdafiə  islam 

partiyası"nın  qəzalarda  Ģəbəkələri  var  idi.  Onun  mərkəzi  ko mitəsi  Gəncədə 

yerləĢirdi,  sədri  Cəfər  QaĢqarov,  katib i  isə  A.Usubbəyov  idi.  Bakıda  bu 

təĢkilatın  Ģəhər  komitəsi  var  idi,  onun  özəkləri  ayrı-ayrı  məhəllə  və 

müəssisələrdə fəaliyyət göstərirdi

26

. 1921-ci ilin yazında ittihadçıların fəa liyyəti 



daha da gücləndi, onlar xalqı silah lı üsyana hazırlamaq f ikrində idilər. 

1921-c i  ilin  iyununda  hökumət  orqanları  tərəfindən  aĢkara  çıxarılan 

"Ġttihad" təĢkilatı ləğv olundu, onun 234 ü zvü isə həbs edildi

27



Bakıda  və  onun  ətrafındakı  neft  rayonlarında  eserlər  gizli  fəaliyyətdə 

idilər.  Onların  əsasən  rus  millətindən  olan  Bakı  fəh lələrin in  bəzi  xırda  burjua 

əhvali-ruh iyyəli  qruplarına  təsiri  var  idi.  Bakıdakı  eser  təĢkilatında  rəhbər  rolu  

M.N.Osintsov,  Y.ġterin,  R.M.Terohanyan  və  baĢqaları  oynayırdılar.  On lar 

V.Çernovun  Ģəxsində  özlərin in  xaricdə  olan  mərkəzi  ko mitəsi  və  Tiflisdə  olan 

Zaqafqaziya ko mitəsi ilə əlaqə saxlayırdılar

28



Bakıdakı  eserlər  də  1921-ci  ilin  baĢlanğıcında  silahlı  üsyan  vasitəsilə 



sovet hakimiyyətini devirmək  fikrinə düĢmüĢdülər

29

. 1921-ci  ilin yanvarın 25-də  



eserlər  partiyasının  MK-sı  yerli  təĢkilatlara  "bolĢevik  diktaturas ını  qətiyyətlə 

aradan  qaldırmaq"  Ģüarını  irəli  sürmək  göstəriĢini  vermiĢdi

30

.  La kin  KronĢtad 



qiyamının darmadağın edilməsi eserlərin sovetlər əleyhinə fəaliyyətini  müəyyən 

müddətə  zəiflətdi.  1921-ci  ilin  Ġkinci  yarısında  onların   gizli  fəaliyyəti  yenidən 

canlandı.  Eserlər  proletariatın  "bolĢevik  diktaturasına  qarĢı  silahlı  mübarizəsini 

təĢkil et məyə cəhd göstərir və xa ric i hərb i müda xiləyə ü mid bəsləyirdilər. 

Bakıda  və  respublikanın  bəzi  qəzalarında,  o  cü mlədən  Lənkəranda 

əslində  eserlər  partiyasının  filialı  olan  Azərbaycan  eser  təĢkilatı  -  "Xalqçı"  

fəaliyyət  göstərirdi.  Onun  baĢçıları  A.A.Səfikürdski  və  C.S.Hacınski  id ilər

31



"Xalqçı"  təĢkilatın ın  üzvləri  Balo  eserləri  ilə  birlikdə  bolĢeviklər  əleyhinə 

təbliğat aparırd ılar. 

DaĢnaklar  özlərinin  azərbaycanlılara  qarĢı  azğın  millətçi  fəaliyyətlərin i 

dayandırmamıĢdılar. Qarabağda Azərbaycan xalqına düĢmən münasibət bəsləyən 

qüvvələrə arxalanaraq, daĢnakların  mauzerçi quldur dəstələri 1921-ci ildə ġuĢanı 

ələ keçirməyə cəhd göstərirdilər, lakin həmin ilin  sonunda darmadağın edildilər. 



77 

 

Amiranə  birpartiyalı  sistem,  insanın  tam  azadlıq  hüququna  təminatın 



olmaması, onun hakim "ideologiyadan" asılılığ ı, siyasi hakimiyyət hərisliyi ona 

gətirdi  ki,  azad  fikirli  insanlar,  "proletariat  diktaturasının  cəzalandıran  əli" 

adlanan  FK-nın  (Fövqəladə  Ko missiya)  təqiblərinə,  repressiyalarına  məruz 

qaldılar.  Bu  ziddiyyətli  dövrün  faciəsi  onda  id i  ki,  M.C.Bağırovun  (sədr)  və 

L.P.Beriyanın 

(onun  müavini)  baĢçılıq  etdiyi  Azərbaycan  Fövqəladə 

Ko missiyası daha amansız d iktatorçu və  zorakı hərəkətləri  ilə respublikada ço x 

ağır, dö zülməz vəziyyət yaratmıĢdı. 

ÖzbaĢınalıq,  hakimiyyətdən  sui-istifadə,  amansızlıq,  təxribatçılıq  

Bağırovun,  Beriyanın  və  onların  əlaltılarının  iĢ  üsulunun  səciyyəvi  cəhəti  id i. 

Onlar  elə  o  dövrdə  görkəmli  Azərbaycan  xadimlərini  -  inqilabçıların ı, 

ziyalıların ı böhtan və saxtakarlıq vasitələri  ilə ləkələyərək həyatdan yox etməyə 

çalıĢırdılar.  Onların  ço xu  1937-1938-ci  illərdə  "Bağırov  cinayətkarlığ ının" 

qurbanı oldu. 1956-cı  ildəki  məh kəmə prosesində o, həyasızcasına elan etdi  ki, 

guya "onlar onun Ģəxsi düĢmənləri idilər". 

"Siyasi  düĢmənlərə"  divan  tutmaqda  "fövqəladə  üçlük"  adlanan 

ko missiya  xüsusilə  məkrli  ro l  oynayırdı.  Onun  tərkibinə  FK-nın  yerli 

orqanların ın  baĢçıları  ilə  birlikdə  qəza  partiya  ko mitələrin in  və  icra 

ko mitələrinin  nümayəndələri  daxil  olurdular.  Onların  cinayətkar  təqibləri 

nəticəsində  yüzlərcə  təqsirsiz,  namuslu  insanlar  həbsxanalarda,  düĢərgələrdə, 

sürgünlərdə əzab çəkir və məhv edilirdilər. 

Beləliklə,  digər  müttəfiq  respublikalarda  o lduğu  kimi,  Azərbaycanda 

da  inzibati-a mirlik  sisteminin  e le mentləri  bürokrat izm,  totalitarizm  re jimi  kök 

salırdı. 



Yeni iqtisadi siyasətə keçid. 1921-ci il ərəfəsində kəndlilərin fəhlələrin  

bir  h issəsini  əhatə  etmiĢ  narazılıq  göstərirdi  ki,  " hər  kormmun izm"  siyasəti 

əsasında  xalq  təsərrüfatını  bərpa  etmək  mükün  deyil.  Ərzaq  sapalağı  siyas əti, 

sosializmin  quruculuğunun  kommunist  üsulu  sistemi  bütün  kəndlilə rin  

mənafeləri  ilə  toqquĢmağa  baĢlamıĢdı.  Belə  bir  Ģərait  fəhlə  sinfi  ilə  kəndlilərin  

ittifaq ını,  sosialist  quruculuğunun  taleyini  təhlükə  alt ına  a lırdı.  Yen i  iqtisadi 

siyasətə keçmək  zəruriyyəti  meydana çıxdı.  Onun əsas məqsədi iqtisadi və sosial 

böhranın  qarĢısını  almaq,  sovet  hakimiyyətinin  sosial  bazası  sayılan  fəhlə  və 

kəndli ittifaqın ı möhkəmləndirmə k idi. 

1921-c i  ilin   mart ında RK(b )P  X qurultayı ə rzaq sapalağını  ləğv et mək, 

natural  ərzaq  vergisinə  keçmək  barəsində  qərar  qəbul  etdi.  Ərzaq  vergisinin  

miqdarı  ərzaq  sapalağından  az  idi.  Ərzaq  vergisi  ödənildikdən  sonra  qalan 

məhsul  kəndlinin  ixtiyarında  qalırdı  və  o,  bu  məhsulu  azad  surətdə  sata  da 

bilərd i. ġəhərlə kəndin, sənaye ilə kənd təsərrüfatının iqtisadi əlaqələrini qoruyub 

saxlamaq  üçün,  bir  müddət  əmtəə  istehsalını  (alğı-satqı  vasitəsi  ilə  mübadiləni) 


78 

 

saxla maq nəzə rdə tutulurdu,  müəssisələr öz  məhsulunun bir hissəs indən istədiyi 



kimi  istifadə edə bilirdi  ki, bu da fəhlələri  maddi cəhətdən həvəsləndirirdi.  Kiçik 

və  kustar  sənaye,  xüsusi  ticarət  Ģəbəkəsi  geniĢləndi,  YĠS-in  tətbiqi  ilə  torpağı 

icarəyə götürməyə, mu zdlu əmək tətbiq etməyə icazə verild i, sənaye müəssisələri 

təsərrüfat  hesabına  keçirildi,  onların  bir  ço xu  kooperativlərə,  Ģirkətlərə,  yaxud 

xüsusi  Ģəxslərə  icarəyə  verildi.  O  vaxt  V.Ġ.Lenin  etiraf  etmiĢdi:  "Biz  müəyyən 

dərəcədə  yenidən  kapitalizm  yaratdıq".  YĠS  hər  Ģeydən  əvvəl  ölkəni  iqtisadi  və 

siyasi böhrandan çıxarmaq, fəh lə sinfi ilə kəndlilərin ittifaqın ı möhkəmləndirmək 

məqsədini  daĢısa  da,  onu  "ciddi  və  uzun  müddətə",  "lakin...  hə miĢəlik  yo x", 

həyata  keçirmək  fikrində  idi.  Ġqtisadiyyatın  hakim  mövqeləri  "bolĢevik" 

dövlətinin  əlində  qalırdı  ki,  bu,  qüvvələri  yenidən  qruplaĢdırmaq,  pro letariat 

diktaturasının"  iqtisadi  hakimiyyətini  gücləndirmək  məkanı  yaradırd ı.  Be ləliklə, 

V.Ġ.Lenin  və  onun  həmfikirləri  təsərrüfatın  sosialist  formasının  in kiĢaf 

etdiriləcəyinə,  "kim-kimi"  məsələsinin  "sosializmin"  xeyrinə  həll  olunacağına 

ümid edird ilər. 

1921-c i  ilin  yazından  baĢlayaraq,  baĢqa sovet  respublikala rında  olduğu 

kimi,  Azərbaycan  SSR-də  də  "hərbi  ko mmun izm"  siyasətindən  YĠS-ə  keçid 

əməli  olaraq  həyata  keçirilirdi.  Bu  istiqamətdə  atılan  ilk  addımlardan  biri 

Azərbaycan  Ġnqilab  Ko mitəsinin  192l-ci  il  may ın  17-də  "Ərzaq  inhisarların ın 

bütün  formalarının  ləğv  edilməsi  barədə"  dekreti  oldu.  Bu  dekretlə  ərzaq 

sapalağının qalıqları

 

ləğv edildi,  müəyyən çərçivədə, ticarətdə  müstəqilliyə icazə 



verild i. 

YĠS  həyata  keçirilərkən  Azərbaycanda  və  digər  milli  respublikalarda 

iqtisadi  vəziyyəti,  tarixi  keçmiĢi,  məiĢət  və  mədəniyyət  xüsusiyyətlərin i  nəzərə 

almaq  tələb  olunurdu.  Bu  xüsusiyyətlər  sırasına  iqtisadi  gerilik,  milli 

proletariat ın  azsaylılığı,  yerli  kadrların  çatıĢma ması  da xil  idi.  Bunla rdan  baĢqa, 

demək  olar  ki,  milli  rayonlar  üçün  eyni  olan  xüsusiyyətlərlə  bərabər, 

Azərbaycanda  çoxmillətli  fəhlə  sinfin in  xeyli  h issəsi  Azərbaycan  kəndi  ilə 

bilavasitə  bağlı  olmadığ ından  vəziyyət  mürəkkəbləĢirdi.  Bu,  Bakı  fəh lələri  ilə 

Azərbaycan kəndlilərinin əlaqəsini çətinləĢdirird i. M illətlərarası  münasibətlər də 

mürəkkəb  idi.  Millətlər  arasında  düĢmənçiliyin  təzahürünü,  hakim  Ģovinist-

millətçiliy i, mərkəzin d iktatorluğunu ləğv etmək lazım idi.  

Azərbaycan  neft  Bakısı  kimi  ço x  böyük  sənaye  mərkəzi,  b ir  ço x 

Ģəhərlərdə  və  qəzalarda  da  kiç ik  sənaye ocaqları  olmasına  baxmayaraq,  əsasən 

aqrar ölkə olaraq qalırd ı. 

1921-c i  ildə  respublika  əhalisin in  77,6  fa izini  kənd  əhalisi  təĢ kil 

edirdi


32

.  Fəhlə  və  qulluqçular  əsasən  Bakı  rayonunda  cəmləĢ miĢdi,  qəzalarda 

əhalinin əksəriyyətini kəndlilər, az bir hissəsini fəhlələr təĢkil edird i. 


79 

 

Ġctimai-iqtisadi  ukladlar.  Yeni  cəmiyyətin  -  sosializmin  iqtisadi 

bünövrəsini  yaratmağı  nəzərdə  tutan  keçid  dövründə,  əksər  müttəfiq  

respublikalarda  olduğu  kimi,  Azərbaycanda  da  xalq  təsərrüfatına  ço xukladlılıq  

xas  idi.  Azərbaycanda  beĢ  müxtəlif  ictimai-iqtisadi  uklad :  patriarxal  təsərrüfat, 

xırda  əmtəə  istehsalı,  xüsusi  kapitalist  təsərrüfatı,  dövlət  kapitalizmi  və 

sosializm ukladları mövcud idi. 

Artıq  sovet  hakimiyyətinin  ilk  illərində,  respublikada  əsas  istehsal 

vasitələrində  bərqərar  olmuĢ  ictimai  sosialist  mülkiyyəti  xalq  təsərrüfatında 

aparıcı  rol  oynamağa  baĢladı.  QarĢıda  Azərbaycanda  sosialist  ukladını  hakim 

iqtisadi  uklad  etmək  vəzifəsi  dururdu.  Burada  ukladların  xüsusi  çəkisi  arasında 

nisbət  olduqca  fərqli  id i.  MilliləĢdirilmiĢ  iri  neft  sənayesinin  təmsil  etdiy i 

sosialist  uklad ı  əsasən  Bakıda  hakim  mövqe  tuturdu.  Qəzalardakı 

milliləĢdirilmiĢ bəzi sənaye müəssisələri də sosialist ukladına aid id i.  

Azərbaycan  kəndində  sosialist  ukladının  ilk  cücərtiləri  hakimiyyətin 

yuxarıdan  tələsik  yaratdığı  sovxozlar  və  ilk  kollektiv  təsərrüfatlar  idi.  Lakin 

qəzalardakı  sosialist  təsərrüfat  formaları  olan  bu  ilk  nü munələr  ço x  zəif  idilər. 

1920-c i  ilin  sonunda  respublikada  yüzə  qədər  sovxoz  var  idi

33

.  Sonralar  gəlirli 



olmayan  və  əksəriyyəti  xırda  təsərrüfatlardan  ibarət  olan  bu  sovxozların  ço x 

hissəsi  ləğv  edildi,  onların  ixtiyarında  olan  torpaqlar  isə  kəndlilər  aras ında 

bölüĢdürüldü.  Beləliklə,  1921-ci  ilin  aprelində  torpaq  sahəsi  12,5  min  desyatin 

olan 17 sovxo z qalmıĢdı

34



Sosialist  sənayesi  ilə  kəndli  iqtisadiyyatı  arasında  əlaqələri 



möhkəmləndirmək uğrunda mübarizə prosesində kənd əhalisinin kooperativlərdə 

birləĢdirilməsi  zəruriyyəti  meydana  çıxd ı.  Beləliklə,  A zərbaycan  SSR-də  xırda 

kəndli  təsərrüfatlarını  sosialist  inkiĢafı  yoluna salmaq  üçün  dayaq  olan sosialist 

kənd təsərrüfatı kooperasiyaları yaratmaq iĢləri görüldü.  

Azərbaycanda  kənd  təsərrüfatı  kooperasiyasının  inkiĢafının  baĢlanğıc 

mərhələsi  üçün  onun  aĢağıdakı  formaları  xarakterik  id i:  kənd  təsərrüfatı 

ko mmunaları, artellər və Ģirkətlər.  1921  -ci ilin  may ında respublikada 137  kənd 

təsərrüfatı arteli,  37  ko mmuna və bir Ģirkət var  idi.  On  minə kimi adamı ö zündə 

birləĢdirən bu təsərrüfatların sərəncamında on bir  min des. torpaq var idi.  Lakin  

1920-1921-c i  illə rdə  yaradılmıĢ  ko lle ktiv  təsərrüfatla rın  ço xu   o  dövrdə 

respublikada  onlar  üçün  zəruri  olan  te xniki-iqtisadi  və  siyasi  zə min  

olmadığından fəa liyyətini dayandırdı.  

Respublika  

qəzalarında  da  bazarlarla  əlaqədar  o lan  kəndli 

təsərrüfatların ın  çoxunu  əhatə  edən  xırda  əmtəə  istehsalı  üstünlük  təĢkil  edirdi. 

O, texniki bitkilər əkilən rayonlarda xüsusilə güclü idi. Ġstehsal olan əsas məhsul 

(pamb ıq, ipək) tamamilə bazara çıxarılırd ı. 


80 

 

Eyni  zamanda  Azərbaycanda  əmtəə  məhsulu  çox  az  olan  patriarxal 



uklad da var idi. Bu, köçəri ma ldarlıq təsərrüfatın ın mövcud olması ilə  bağlı id i. 

Azərbaycanda YĠS-in baĢlanğıcında  xüsusi kapitalın ələlxüsus ticarətdə 

canlanması  müĢahidə  olunurdu.  1921-ci  il  ərzində  respublikada  602  xüsusi 

ticarət  müəssisəsi  yaranmıĢdı.  Ġyul  ayı  ərəfəsində  onlar  bütün  ticarət 

müəssisələrinin  90  faizdən  çoxunu  təĢkil  edird i.  1922-ci  ilin  üç  ayında  təkcə 

Bakıda 3496 xüsusi ticarət müəssisəsi açıldı

35



YĠS-in  baĢladığı  dövrdə  dövlət  ticarəti,  kooperativlər  geniĢ  ticarət 



əməliyyatlarına  və  bazarda  kütləv i  istehlakçını  əhatə  etməye  hazır  deyildi. 

Dövlətin kooperativ ticarətinin zəifliyindən istifadə edən xüsusi kapital bazar ları, 

xüsusən də kənddə, ələ keçirməyə nail o ldu. 1922-ci  ilin sonunda Azərbaycanda 

ümu mi  mal  dövriyyəsinin  70  faizi  xüsusi  alverçilərin,  11  faizi  dövlət  ticarət 

orqanların ın, 19 faizi kooperasiyalarını əlində id i

36



Respublikanın  kənd  təsərrüfatında  xüsus i  təsərrüfat  kapitalını  tə msil 

edən varlı kəndlilərin, qolçomaq ların da müəyyən mövqeləri var idi. 1921 -ci  ildə 

qolçomaq təsərrüfatları kəndli təsərrüfatların ın altı faizini təĢkil edird i.  

YĠS-lə  bağlı  kəndlərdə  yaran mıĢ  Ģəraitlə  uyğunlaĢan  qolçomaqlar  ö z 

təsərrüfatların ı  geniĢləndirməyə  çalıĢırdılar.  Yo xsul  kəndlilərin  torpaq  paylarını 

becərmək  imkanında olmamasından istifadə edən qolçomaqlar A zərbaycan SSR 

Xalq  Ko missarları  ġurasının  müvəqqəti  olaraq  zəhmətkeĢ  əhali  arasında 

bölünməmiĢ,  kənd  təsərrüfatına  yararlı  torpaqların  icarəyə  verilməsinə  icazə  

verən  1922-ci  il  1  mart  tarixli  qərarına  arxalanaraq,  onların  pay  torpaqların ı, 

həmçinin fəaliyyətsiz qalmıĢ su nasoslarını icarəyə götürürdülər. 

Azərbaycanda dövlət kapitalizmi  konsessiyalarda deyil, ço x  məhdud da 

olsa, yalnız icarə yolu ilə, əsasən neft sənayesində mövqe tuturdu. 

1921-c i  ilin  əvvəllərində  neft  sənayesi  ağır  vəziyyətdə  idi,  vəsait 

çatıĢmazlığı  ü zündən,  hətta  Mərkəzi  sovet  dövlətinin  gücü  ilə  də  onun  yaxın  

zamanda  bərpası  mü mkün  olmadığından  neft  mədənlərini  xarici  kapitalistlərə 

konsessiyaya  vermək  məs ələsi  ortaya  çıxd ı.  Azərbaycan  neftinin  taleyi  əsasən 

"Mərkəzi  hakimiyyətin"  əlində  idi.  1921-ci  il  fevralın  1-də  RSFSR  Xalq  

Ko missarları  Soveti  qərar  çıxardı:  Bakının  və  Qro znın ın  ayrı-ayrı  neft 

rayonların ın,  həmçinin  baĢqa  mədənlərin  konsessiyaya  verilməsi  əsas  etibarilə 

bəyənilsin.  Rusiya  XKS-i  Ümu mrusiya  Xalq  Təsərrüfatı  ġurasına  tapĢırdı  ki, 

neft çıxarmağ ı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana b iləcək 

fəlakətlərin  səbəblərini  öyrənmək  üçün  Bakıya  və  Qrozn ıya  komissiyalar 

göndərsin

37



Lakin   Bakı  fəhlələri  arasında  belə  bir  inam  var  id i  ki,  onlar  ö z 

mədənlərin i konsessiyaya vermədən özləri bərpa edə bilərlər.  Bu  məsələ 1921-ci 

ilin ortalarında Moskvada keçirilmiĢ müĢavirədə Bakı neftçilərinin nümayəndəsi 


81 

 

–  Mədən  Fəhlələri  Hərnkarlar  Ġttifaq ı  MK-n ın  sədr  müavini  M.E.Sapunovun 



məruzəsində  qaldırılmıĢdı.  Bu  fikirlə  tanıĢ  olan  V.Ġ.Len in  onu  kifayət  qədər 

inandırıcı hesab etmə miĢdi

38

. V.Ġ.Lenin RK(b)P-n in X qurultayı öz iĢini qurtaran 



gün  (1921-ci  il  16  mart)  ö z  mövqeyini  əsaslandıraraq  demiĢdi:  "Konsessiyalar 

olmasa,  biz  yüksək  dərəcədə  təchiz  edilmiĢ  müasir  kapitalist  texn ikasından 

yardım görəcəyimizə ü mid edə bilmərik.  Bu te xnikadan istifadə etmədən isə biz 

bütün  dünya  təsərrüfatı  üçün  müstəsna  əhəmiyyəti  olan  neft  çıxarılması  kimi 

sahələrdə  öz  iri  istehsalımızın  əsasını  düzgün  qura  bilmərik...  .  Bu,  dünya 

bazarına çıxmağa imkan verər"

39



RK(b)P  X  qurultayının  qəbul  etdiyi  qətnamədə  göstərilirdi  ki, 



Azərbaycan Respublikasının partiya və hökumət dairələrinin razılığ ı olduğundan 

Bakı  neft  mədənlərinin   bir  hissəsi  konsessiya  obyekti  ola  b ilər

40

.  Lakin   məsul 



iĢçilər,  həmçinin  Bakı  fəh lələri  arasında  mədənlərin  konsessiyaya  verilməsinə 

mənfı  münasibət  bəsləyənlər  də  var  idi.  1921-ci  il  aprelin  11-də  Ümu mrusiya 

Həmkarlar  Ġttifaqının  Mərkə zi  ġu rasının  fraksiyasındakı  məru zəsində  V.Ġ.Len in 

Bakı  və  Qrozn ını  da  əhatə  edən  konsessiya  barədə  dekreti  təsdiq  edən  partiya 

qurultayının qərarın ı Ģərh edərkən bakılıların etirazına to xunaraq demiĢdi: "Mən 

bu  fikirlə  ta m  qətiyyətlə  mübarizə  aparmıĢa m...  ",  V.Ġ.Lenin  onu  "yerliçilik 

vətənpərvərliy i", "sex vətənpərvərliyi" kimi səciyyələndirmiĢdi

41



Bununla  belə  1921-ci  ilin  oktyabrında  rəhbər  dövlət  orqanların ın, 

Dövlət  Plan  Ko missiyasının  və  RSFSR  ÜXTġ-nin  Rəyasət  Heyətinin 

yığıncağında  bu  məsələnin  mü zakirəsi  zaman ı  Əmək  və  Müdafiə  ġurasının 

Bakıda o lmuĢ ko misiyyasının  məru zəsi din lənilmiĢdi.  Ko missiya da mədənlərin  

konsessiyaya  verilməsi  əleyhinə  çıxmıĢdı.  Onun  bu  təklifı  y ığıncağın  qərarı  ilə 

bəyənilmiĢdi

42



Bununla  belə  Bib iheybət  və  Suraxan ı  mədənlərinin  konsessiyaya 



verilməsi  artıq  həll  olun muĢ  hesab  edildi.  Buna  görə  Bakı  neftçiləri  ö z 

nümayəndəsini  —  AHĠġ  Rəyasət  Heyətinin  üzvü  A.NikiĢin i  V.Ġ.Len inin  

görüĢünə  göndərərək,  konsessiyalar  haqqında  müqavilənin  bağlan masını 

ləngitməyi  xahiĢ  etmiĢ  və  mədənləri  ö z  qüvvələri  ilə  bərpa  etməy ə  söz 

vermiĢdilər

43

.  Onlar  verdikləri  sözə  əməl  etdilər.  1921-1922-ci  illərdə  Bakı 



fəhlələrin in  istehsalat  uğurları  göstərdi  ki,  o  zaman  xarici  kapitalın  iĢtirakı 

olmadan  da  neft  sənayesini  dirçəlt mə k  mü mkündür.  Bakı  fəhlə lərinin  

qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa baĢladı. 

Azərbaycanda  YĠS-in  baĢlanğıcında,  təsərrüfat  dağınıqlığı  Ģəraitində  

fəaliyyətdən  qalmıĢ  kiçik  sənaye  müəssisələrinin  icarəyə  verilməsinə,  onların  

tezliklə bərpası üçün xüsusi kapitaldan istifadə etməyə icazə var  idi. A zərbaycan 

XKS-n in 1921-c i il 5 avqust tarixli dekret inə müvafıq olaraq, respublikanın XTġ 

gəlirli olmayan, dayanmıĢ kiçik və kustar müəssisələrdən yaxa qurtarmaq imkanı 



82 

 

qazandı



44

.  Həmin  ildən  xüsusi  Ģəxslərin  də  balıq  vətəgələrini  icarəyə  

götürmələrinə icazə verilmiĢdi

45



1922-c i  il  24  fevra l  tarixli  dekretlə  dövlət  dəyirman larının,  on  kiç ik 

ipəkəyirmə  və  pambıq  emalı  zavodların ın,  həmçin in  un  üyüdən  müəssisələrin 

də icarəyə verilməsi qanuniləĢdirildi

46



1922-c i ilin  mart ayına qədər Azərbaycan Xalq Təsərrüfatı ġurası iyirmi 

müəssisəni,  o  cümlədən  Bakıda  dörd,  Gəncə  qəzasında  dörd,  Lənkəranda  beĢ, 

Salyanda  bir  və  s.  keçmiĢ  sahiblərinə  qaytardı,  yaxud  icarəyə  verdi

47

.  Onların  



arasında iki qənnadı, iki kolbasa fabriki, iki gön-dəri  zavodu, rəng fabriki,  Gəncə 

tütün fabriki, doqquz dəyirman və s. var idi

48

. Ümu miyyətlə, 1922-ci ilin yazında 



13 pambıqtəmizləyən zavod, 71 balıq vətəgəsi, 37  kimyəvi  müəssisə, ġəkinin 37 

xırda  baramaaçan  müəssisəsi  icarəyə  verildi

49

.  Beləliklə,  YĠS  Ģəraitində 



Azərbaycanda  nepmanların  (nep man  burjuaziyasının)  formalaĢması  prosesi 

baĢlandı. Ġnsanlar yaradıcılıq, təĢəbbüskarlıq və iĢgüzarlıq azad lığ ı aldılar. 



Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin