Göstəricilər
|
İlin əvvəlinə
|
İlin sonuna
|
Kənarlaşma (+; -)
|
Mütləq
istifadədə
|
Faizlə
|
1
|
2
|
3
|
4
|
5
|
1.Məhsul (iş və xidmətlər) satışından əldə olunan pul gəlirləri, min manatla
|
28298 803
|
103636933
|
+75338130
|
366.22
|
2.İşçilərin orta siyahısı sayı, nəfərlə
|
456
|
561
|
+105
|
123.03
|
3.Bir işçi hesabı ilə əmək
|
62058.
|
184736
|
+122677
|
297.68
|
məhsuldarlığı, min manatla
|
78
|
.07
|
.29
|
|
4.Əsas fondların orta illik dəyəri, min manatla
|
79667 20
|
222432 09
|
+142764 89
|
279.20
|
5.Əməyin fondla təchiz olunması ( bir işçi hesabı ilə), min manatla
|
17470. 88
|
39649. 21
|
+22178. 33
|
226.94
|
6.Əsas fondların fonverimi, manatla
|
3.55
|
4.66
|
+1.11
|
131.27
|
Hazırda fəaliyyətini təhlil etdiyimiz təşkilatda fondveriminin səviyyəsinin 131.275 çoxalması əmək məhsuldarlığının dinamikasının (297.68%) əməyin fondla təchis edilməsinin artım tempindən (226.94%) artan olması ilə xarakterizə olunur. Təcrübədə amilli təhlil vasitəsilə amillərin fondverimi parametrlərinin səviyyəsinə təsirini hesablamaq eləcə qiymətləndirmək mümkündür. Bu zaman, zəncirvari yerdəyişmə metodunun vasitəsi ilə ardıcıl olaraq göstərilən hesablamalar aparılır:
F
F
F
Ümumiyyətlə, əsas fondların fondveriminin səviyyəsinin 1,11 pul vahidi artmasına yuxarıda sadalanan faktorların təsiri aşağıdakı kimi ola bilər :
Əmək məhsuldarlığının artması hesabına: F01- F0=10.57-3.55=7.02 manat (3.10)
Əməyin fondla təchiz edilməsi səviyyəsinin dəyişməsi hesabına:
F1-F01= 4.66-10.57=5.91 manat (3.11)
Deməli, iki amilin birgə təsiri 1,11 pul vahidi ((7,02+(-5,91)) təşkil edir.
Nəzəri və praktiki ədəbiyyatlardan aydındır ki, təşkilatın əmlak vəziyyətinin dəyişmə səbəblərinin araşdırılmasında növbəti mərhələni dövriyyə kapitalının quruluşu və dinamikasının təhlili təşkil edir. Göründüyü kimi, fəaliyyətini təhlil etdiyimiz müəssisədə dəyər ifadəsində əmlakın quruluşunda dövriyyə kapitalının xüsusi çəkisi xeyli artmışdır. Əgər bu artım eyni zamanda borc vəsaitləri hesabına olmuşdursa, onda belə vəziyyəti birmənalı formada qiymətləndirmək mümkün deyildir. Çünki, bəzi hallarda bu çoxalma əvvəlki proporsiyada olmaya bilər. Fikrimizcə, iqtisadi ədəbiyyatda əsaslı olaraq bu əmlakın mobilliyinin çoxalmasının qeyri-sabit xarakter daşıdığı xüsusi vurğulanır. Bunun əksinə olaraq artımın lazımi mənbəyini əsasən vəsaitdən təşkil olunur. O müsbət qiymətləndirilir və təşkilatın daimi maliyyə göstəricisi kimi nəzərə alınır (bax cədvəl 3.10)
Cədvəl 3.10
Təşkilatın dövriyyə kapitalının artımına təsir edən amillərin strukturu
Göstəricilər
|
|
Min manatla
|
Artıma nisbətən %-lə
|
1.Xalis mənfəət
|
|
-
|
-
|
2.Köhnəlmə məbləğinin artması
|
|
+4647018
|
+50.37
|
3.Xüsusi fondların artımı
|
|
+32477339
|
+352.03
|
4.Kreditlər üzrə borcların artması
|
|
+1254280
|
+13.60
|
5.Kreditor borclarının həcminin artması
|
|
+1350326
|
+14.64
|
6.Uzunmüddətli maliyyə qoyuluşlarının artması
|
məbləğinin
|
-300000
|
-3.25
|
7.Qeyri-maddi aktivlərin çəkisinin artması
|
|
-61802
|
-0.67
|
8.Sair öhdəliklərin artımı
|
|
-
|
-
|
9.Artım amilləri üzrə yekun məbləği
|
|
+39728966
|
-
|
10.Azalma amilləri üzrə yekun məbləği
|
|
-30503289
|
-
|
11.Dövriyyə kapitalının artımı (sətir 9-sətir 10)
|
+9225677
|
100.00
|
Nəzəri cəhətdən aydındır ki, bölüşdürülməmiş mənfəət, xüsusi eləcə borc kapital dövriyyə vəsaitlərinin artım mənbələri ola bilər. Bundan başqa, müasir dövrdə özəl vəsait mənbələri və köhnəlmə miqdarı əsas vəsaitlərin eləcə sair dövriyyədənkənar aktivlərin çoxalmasını formalaşdıran maddələr rolunda çıxış edir. 3.10 saylın cədvəl göstərir ki, təşkilatda dövriyyə kapitalının artımı ilə yanaşı, dövriyyədənkənar aktivlər üzrə artım meyli müşahidə olunur. Bu zaman uzunmüddətli maliyyə qoyuluşları eləcə qeyri-maddi aktivlər xüsusi mənbələr əsasən dövriyyə kapitalının artımının 71.77%-ni (50.37+352.03-326.71-3.25-0.67) örtür. Bunda kreditlər üzrə borcların miqdarının eləcə kreditor borclarının həcminin çoxalması müvafiq olaraq dövriyyə kapitalının artımının
13.60% və 14.64%-ni təmin edir. Göründüyü kimi, təhlil olunan təşkilatda dövriyyə kapitalının artımının xeyli hissəsi təşkilatın xüsusi vəsaitləri hesabına olmuşdur. Bu isə, öz növbəsində, təşkilatın sabit maliyyə vəziyyətinə malik olduğunu göstərir.
Təcrübədə, bir qayda olaraq təşkilatın maliyyə vəziyyətinin qiymətləndirilməsi prosesində təşkilatın əmlakına yönəldilmiş xüsusi eləcə borc vəsaitlərinin və onların yaranma mənbələrinin strukturu təhlil edilir. Bu zaman, balansın öhdəlikləri aşağıdakı kimi qruplaşdırılır.
3.11 cədvəli göstərir ki, təşkilatda hesabat dövründə bazis dövrü ilə nisbətdə əmlakın əmələ gəlmə mənbələrinin quruluşunda xeyli miqdarda dəyişiklik olmuşdur. Belə ki, həmin ildə xüsusi vəsaitin çəkisi 9.35% eləcə borc vəsaitlərinin xüsusi çəkisi 8.56% olmuşdur. Bundan başqa, borc vəsaitlərinin quruluşunda dəyişiklik baş verməmiş eləcə təşkilat hesabat ilində əsas vəsaitlərin eləcə dövriyyədənkənar aktivlərin örtürülməsinin fərqli mənbələri hesab olunan uzunmüddətli ssudalardan istifadə etməmişdir. Qeyd etmək lazımdır ki, iqtisadi təhlil işi aparılan il ərzində təşkilatda immobil vəsaitlərin xüsusi çəkisi artmış eləcə bu artım kapital qoyuluşları hesabına baş vermişdir. Fikrimizcə, uzunmüddətli kreditlərin payının azalması şəraitdə qısamüddətli kreditlərin xüsusi faizinin dəyişməz qalması banklar üçün vacib problem sayılan maliyyə riski ilə əlaqəli ola bilər. Şəraitdə, kreditor borclarının həcminin aşağı düşməsi (6.96%-dən 4.76%-ə) təşkilat üçün müsbət hal sayılır.
II mərhələ: Ödəmə qabiliyyətinin təhlili və qiymətləndirilməsi. Bir qayda olaraq təhlilin sonrakı mərhələsində milli mühasibat balansının likvidiliyi qiymətləndirilir. Məlumdur ki, milli mühasibat balansının likvidiliyinin təhlili hər şeydən əvvəl təşkilatın və təsərrüfat subyektlərinin kredit-ödəmə qabiliyyətini qiymətləndirməklə onların təyinatını, məqsədini, istifadə dərəcələrini öyrənməklə təşkilatın maliyyə vəziyyətinə və maliyyə sabitliyinə eyni zamanda, gündən-günə artmaqda olan dövlətimizin maliyyə siyasətinin möhkəmlənməsinə dəlalət etməklə innovasiyalı iqtisadiyyatın bazasında radikal iqtisadi islahatların aparılması fəaliyyətdə olan təşkilat və təsərrüfat subyektlərinin ödəmə qabiliyyətlərinin milli maliyyə hesabatları əsasında bir daha kompleks təhlil etməyə və audit qiymətləndirməsinə tam şərait yaratmış olur. Təşkilat və təsərrüfat subyektlərinin qiymətləndirilməsndə qeyd etdiyimiz kimi ödəmə qabiliyyətinin rolu böyükdür. Belə ki, təşkilatın maliyyə vəziyyətinin ümumiləşdirici göstəricilərindən biri onun ödəmə qabiliyyətidir. Maliyyə hesabatları əsasında strateji yol xəritəsinin tətbiqi şəraitində analitik prosedurların öyrənilməsi və ödəmə qabiliyyətinin xarakterizə edilməsi üçün auditor aşağıdakı məsələlərə diqqət yetirməlidir :
Təşkilatda ödəmə vəsaitlərinin tərkibinə ;
Təşkilatın ən vacib öhdəliklərinə ;
Ödəmə mənbələrinin mövcudluğuna ;
Ödəmə qabiliyyətlərinin dəyişməsinə təsir edən amillərə .
Ümumiyyətlə təşkilatlarda ödəmə vasitələrinə aşağıdakılar daxildir : - Pul vəsaitləri ;
Göndərilmiş əmtəələr ;
Yerinə yetirilmiş iş və xidmətlərin dəyəri ;
Hesabat dövrünün sonuna təşkilatın anbarında hazır məhsul qalığı ; - Digər debitor borcları .
Ümumiyyətlə, təşkilatlarda ödəmə öhdəliyinə hesabat dövrünün sonuna fəhlə və qulluqçulara əmək ödəmələri və sosial fondlara ayırmalar və maliyyə orqanlarına növbəli ödəmələr, eyni zamanda digər kredit borcları da aid edilir.
Təşkilatların ödəmə qabiliyyətinin audit prosesində onun pul vasitələrinin, göndərilmiş əmtəələr, yerinə yetirilmiş iş və xidmətlərin dəyərinin dəyişməsinə, təşkilatın anbarında hesabat dövrünün sonuna hazır məhsul qalığının biznes planına nisbətən dəyişməsinin, bitməmiş istehsal qalığının, anbarlarda olan xammal , əsas material, satın alınmış yarımfabrikatlar və məmulatların dəyərinin müvafiq istehsal ehtiyatlarının biznes plan məbləğindən kənarlaşmasına və bu kənarlaşmaların səbəblərinin öyrənilməsində böyük iqtisadi əhəmiyyəti vardır.
Bazar iqtisadiyyatı şəraitində auditor öhdəlikləri araşdırarkən aşağıdakı göstəriciləri diqqətdə saxlamalıdır :
Büdcənin qarşısında öhdəliklərin ödənilməsi ;
Fəhlə və qulluqçuların hesablaşmalarının vəziyyəti ;
Mənfəətdə büdcəyə vergilərin ödənilməsi ;
Bankın ssuda borclarının vaxtında qaytarılması ;
Bankın kredit üzrə təminatı .
Bu göstəricilər bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq analitik prosedurları tətbiq etməklə mütləq və nisbi kənarlaşmaların vasitəsilə öyrənilir və müəssisənin maliyyə vəziyyətinə təsir göstərir.
Ümumiyyətlə təşkilat və təsərrüfat subyektlərində maliyyə vəziyyəti, onun əsası olan ödəmə qabiliyyətinə təsir edən amillərin günün tələblərinə görə araşdıırlması auditorun diqqət mərkəzində olmalıdır. Ona görə ki, hazırkı şəraitdə maliyyə hesabatlarının əsasını təşkil edən cəlb edilmiş vəsaitlərin öyrənilməsi və qiymətləndirilməsində analitik prosedurlar tətbiq edilərkən aşağıdakı mənbələr nəzərə alınmalıdır :
Sabit mənbələr ;
Qeyri – sabit mənbələr ;
Maliyyə çətinliklərini xarakterizə edən vəsait mənbələri .
Ümumiyyətlə sabit mənbələri araşdırarkən auditor bank ilə hesablaşmalar üzrə minimum borc məbləğinin istehsal ehtiyatlarının ayrı – ayrı maddələr üzrə müntəzəm olaraq yerinə yetirilməyən hissəsini nəzərə almalıdır. Lakin qeyri – sabit mənbələr araşdırılarkən biznes- plandan nəzərdə tutulduğundan artıq əmək ödəmələri və sosial müdafiə fonduna olan borclar və eyni zamanda, plandan artıq kreditlər nəzərə alınmalıdır. Çox vacib olan maliyyə çətinliklərini xarakterizə edən vəsait mənbələrinə fəhlə və qulluqçuların əmək ödəmələri və sosial müdafiə fondlarına vaxtı keçmiş borclar, eyni zamanda büdcəyə tədiyyələr üzrə olan borclar nəzərə alınmalıdır.
Təşkilat və təsərrüfat subyektlərində ödəmə qabiliyyətinin göstərilən istiqamətdən başqa analitik prosedurların tətbiqi nəticəsində öyrənilməsində və qiymətləndirilməsində ümumiləşdirici göstəricilərlə yanaşı olaraq, yuxarıda qeyd etdiyimiz kimi likvidlik dərəcəsindən də istifadə olunur. Auditor təşkilat və təsərrüfat subyektlərində analitik prosedurları öyrənərkən aşağıdakı likvidlik dərəcələrinə diqqət yetirməlidir :
Yüksək likvidli aktivlər ;
Tez satıla bilən aktivlər ;
Ləng satılan aktivlər ;
Çətin satılan aktivlər .
Bununla yanaşı olaraq, ödəmə qabiliyyətinin auditi zamanı müxtəlif likvidlik əmsallarından da analitik prosedurlarının tətbiqində də istifadə olunur :
Mütləq likvidlik əmsalı ;
Aralıq likvidlik əmsalı ;
Mobil likvidlik əmsalı ;
Ödəmə qabiliyyəti əmsalı ;
Əmtəə - material dəyərliləri ehtiyatının likvidlik əmsalı ;
Özünümaliyyələşdirmə əmsalı ;
Biver əmsalı ;
Qısamüddətli öhdəliklərin pul vahidi daxilolmaları ilə örtülməsi əmsalı ;
Fazilərin örtülməsi əmsalı ;
Alınmış borc səviyyəsi əmsalı ;
Dividentlərin örtülməsi əmsalı ;
Xalis pul gəliri əmsalı ;
Xüsusi dövriyyə kapitalının manevrlik əmsalı .
Bütünlükdə təşkilatlarda və təsərrüfat subyektlərində analitik prosedurların həyata keçirilməsində və müqayisəli araşdırılmasında yuxarıda qeyd edilən göstəricilər , eyni zamanda maliyyə vəziyyətini, ödəmə qabiliyyətini xarakterizə edən mövcud əmsallar strateji yol xəitəsinin tətbiqi şəraitində maliyyə hesabatlarına əsaslanmaqla mütləq və nisbi mənada bunların hər birinin dəyişməsini və bu sahədəki nöqsanların bilərək və bilməyərək baş vermiş səhvlərin araşdırılmasında və öyrənilməsində auditorlar üçün sübut hesab edilir. Ona görə təşkilatlarda və təsərrüfat subyektlərində hər təsərrüfat ili ərzində onların mövcud vəziyyəti, aktivlərin, kapitalın və öhdəliklərin ilin əvvəlinə nisbətən dəyişməsi vəziyyəti və bunların hər birinin maliyyə sabitliyinə və maliyyə dayanıqlığına mövcud təsiri bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq, müqayisəli analitik balansın köməyi ilə öyrənilir və qiymətləndirilir. ( bax :cədvəl 3.11 )
Cədvəl 3.11
Təşkilatların 01.01.2018 tarixinə müqayisəli analitik balansı ( min manatla )
Aktiv hesabların № si
|
Sətr kodu
|
Hesabat ilinin əvvəlinə
|
Hesabat ilinin sonuna
|
I.
111,112
|
010
|
7911075
|
7099212
|
101
|
020
|
12963
|
33699
|
113
|
040
|
8936724
|
14660003
|
151,152
|
050
|
5516
|
5516
|
I bölmə üzrə cəm
|
080
|
16866278
|
21798430
|
II.
201
|
100
|
3492396
|
7010997
|
207
|
120
|
79223
|
168231
|
202
|
130
|
148511
|
697199
|
204
|
150
|
1158179
|
2399564
|
203
|
175
|
851004
|
1294026
|
II bölmə üzrə cəm
|
180
|
5822166
|
12315640
|
II. 205
|
199
|
707109
|
893780
|
211,214,215,216,217,218
|
200
|
620027
|
1867508
|
243
|
260
|
1280957
|
3787130
|
221
|
280
|
1355
|
852
|
223
|
290
|
829229
|
828789
|
225
|
300
|
|
3203936
|
III bölmə üzrə cəm
|
330
|
5233732
|
13633688
|
Zərərlər
|
|
|
|
811
|
340
|
|
|
811
|
350
|
|
|
Balans
|
360
|
27922176
|
47747758
|
Öhdəliklər üzrə hesabların № si
|
|
|
|
304
|
400
|
8829720
|
8829720
|
311
|
401
|
5704595
|
9228540
|
311
|
402
|
|
|
311
|
410
|
2691932
|
5130240
|
Mənfəət
|
|
|
|
801
|
470
|
8699
|
669
|
800
|
471
|
|
|
801
|
480
|
|
|
I bölmə üzrə cəm
|
481
|
19438934
|
26798810
|
II.
|
|
|
|
501
|
500
|
187748
|
187748
|
501
|
500
|
|
|
501
|
600
|
1611993
|
2781132
|
501
|
610
|
|
|
504
|
620
|
|
|
512,513,514
|
680
|
921863
|
2331140
|
543
|
720
|
4792427
|
12894276
|
534
|
725
|
|
|
II bölmə üzrə cəm
|
770
|
8483242
|
20948948
|
Balans
|
780
|
27922176
|
47747758
|
Fikrimizcə, mühasibat balansının öhdəliyinin II bölməsində əks olunan alıcılardan və sifarişçilərdən alınmış qısamüddətli avansların məbləğinin artması birinci növbədə yüklənmiş malların dəyərinin nisbi ifadədə azalması eyni vaxtda anbarda olan hazır məhsul saldosunun azalması ilə izah olunmalıdır. Bundan başqa auditor yoxlamaların planlaşdırma mərhələsində balansın aktivində debitorlarla hesablaşmalar maddəsinin formalaşmasına fikir verməlidir. Ona görə ki, təcrübədə debitorlarla hesablaşmalar qeyri – adi xarakter daşıyır. Eyni zamanda, səhvlərin mümkünlüyünü ehtiam edir. Bu zaman auditor öz düşüncəsini aşağıdakı prinsiplər əsasına qurur. Məlumdur ki, məhsulun bir çoxunun dəyərinin alıcılar tərəfindən əvvəlcədən ödənilməsi qaydası tətbiq olunduqda məhsulun təşkilatın anbarından buraxılma vaxtına qədər səhvən maya dəyəri vasitəsi ilə malalanlar və sifarişçilər hesabına silinə bilər. Ona görə ki, praktikada təşkilatın mühasibatlığı alıcıya əvvəlcədən ödəniş üçün təhvil verən hesablaşma sənədlərini əsas götürür eləcə malların yüklənməsi zamanı 431 saylı hesabda öz əksini görən debitor borcları satış hesabının debetinə slinir. Bu vaxt hazır məhsulların anbar uçotu ilə yanaşı mühasibatlıqda təşkil olunan miqdarla uçot arasında fərq olur və auditor bu mövqedən çıxış edərək balansın aktivinin quruluşunu qeyri-məqbul hesab edir.
Ümumiyyətlə, təşkilatlarda və təsərrüfat subyektlərində balansın uzunmüddətli aktivlərinin , yəni əsas vəsaitlər, qeyri – maddi aktivləri, maliyyə qoyuluşları – bunların hər birinin hesabat dövründə dəyişməsi təşkilat və təsərrüfat subyektlərinin maliyyə vəziyyətlərinin və maliyyə sabitliyinin yaxşılaşmasına şərait yaratmaqla , eyni zamanda analitik prosedurların tətbiqinə və yaxud da həyata keçirilməsinə imkan verir ki, bu sahələr üzrə bilərəkdən və bilməyərəkdən mövcud səhvlərin aşkar edilməsi və auditorlar
tərəfindən əsaslı sübut kimi istifadə edilməsinə şərait yaratmış olur.
Ümumiyyətlə, maliyyə hesabatlarının əsası olan mühasibat balansının qısamüddətli aktivlərinin hər birinin normativə, normaya, ilin əvvəlinə nisbətən müqayisəli şəkildə öyrənilməsi analitik prosedurların metodunun əsasını təşkil edir. Deməli, analitik prosedurların bu metodlarını tətbiq etməklə təşkilat və təsərrüfat subyeklərinin şəffaflığı öyrənilir və qiymətləndirilir.
Dostları ilə paylaş: |