Dispersiyanın növləri, onların cəmlənməsi qaydası və iqtisadi məzmunu. Nəticə əlamətinin dispersiyası müxtəlif amillərin fəaliyyəti ilə şərtlənir və onların bir neçəsinin təsirini qiymətləndirmək üçün amil əlaməti üzrə satatistik məcmu qruplara ayrılır. Bu zaman məcmuda əlamətin ümumi variasiyasının öyrənməklə yanaşı, hər bir qrupda, həmçinin qruplararası əlamətin variasiyasının öyrənmək mümükün olur. Əlamətin variasiyası müxtəlif amillərin təsiri altında baş verir. Deməli, statistik məcmunun hər hansı bir əlamət üzrə qruplara ayırması variasiyanın da parçalanmasına gətirib çıxarır. Sadə halda (yəni statistik məcmu bir amil üzrə qruplara ayrılarsa) variasiya üç növ dispersiyanın köməyi ilə təhlil edilir və öyrənilir. Bunlara ümumi, qruplararası və qrupdaxili dispersiya aiddir.
Ümumi dispersiya bütün amillərin fəaliyyətinin təsiri nəticəsində məcmu üzrə nəticə əlamətinin variasiyanı xarakterizə edir. O, əlamətin ayrı-ayrı qiymətlərinin ümumi orta kəmiyyətdən orta kvadratik kənarlaşmasınasına bərabərdir, sadə və çəkili formada aşağıdakı düsturlarla hesablanılır.
Qruplararası dispersiya qruplaşdırmanın əsasında duran amil əlamətinin təsiri nəticəsində nəticə əlamətinin müntəzəm variasiyasını xarakterizə edir. O, qrup orta kəmiyyətin ümumi orta kəmiyyətdən orta kvadratik kənarlaşmasına bərabərdir. Qruplararası dispersiya ( ) delta hərfi ilə işarə olunun və aşağıdakı düsturla hesablanır:
Burada, - qrupda vahidlərin sayın, - qrup orta kəmiyyəti göstərir.
Qrupdaxili dispersiya təsadüfü variasiyanı, yəni qrupplaşdırmanın əsasında duran amil əlamətindən asılı olmayan və nəzərə alınmayan amillərin təsiri ilə şərtlənən variasiyanı əks etdirir. O, qrup daxilindəki ayrı-ayrı əlamətin qiymətlərinin ( ) qrup üzrə orta kəmiyyətdən ( ) orta kvadratik kənarlaşmasına bərabərdir. Qrupdaxili dispersiaya sadə və çəkili formada uyğun olaraq aşağıdakı düsturlarla hesablanır:
Hər bir qrupun qrupdaxili dispersiyası ( ) əsasında orta qrup daxili dispersiya hesablanır. Bu düstur şəklində aşağıdakı kimi yazılır:
Qeyd edilən dispersiya gösriciləri arasında qarşılıqlı əlaqə vardır və buna dispersiyanın cəmlənməsi qaydası deyilir. Dispersiyanın cəmlənməsi qaydasına uyğun olaraq ümumi dispersiya orta qrupdaxili və qruplararası dispersiyanın cəminə bərabərdir. Yəni.
Deməli, məcmuda əlamətin ümumi variasiyası nəzərə alınmayan bütün amillərin fəaliyyəti nəticəsində ayrı-ayrı qrup daxilində yaranan əlamətin variasiyasından və yalnız bir qruplaşdırma əlamətinin fəaliyyəti nəticəsində qruplararasında yaranan variasiyadan formalaşır. Dispersiya göstəricilərinin və onların cəmlənməsi qaydasını işçilərin əmək məhsuldarlğının sə viyyəsinə görə bölgüsü misalında izah edək (Cədvəl 20).
Cədvəl 20
Orta saatlıq məhsul istehsalın görə işçilərin bölgüsü