Azərbaycan Dövlət İqtisadi Universiteti “Riyaziyyat və statistika” kafedrası müəllim I.ü. f d. S.İ. Abdullayeva


Variasiya göstəricilərinin hesablanması zəruriliyi



Yüklə 277,95 Kb.
səhifə2/11
tarix14.11.2022
ölçüsü277,95 Kb.
#69070
1   2   3   4   5   6   7   8   9   10   11
UNEC 1668138511.docx

6.1. Variasiya göstəricilərinin hesablanması zəruriliyi. Orta kəmiyyət öy­rənilən məcmunun qüsursuz xarak­teristikası deyil­dir. Onun arxasında əlamətin fərdi qiymət­l­ə­rinin orta kəmiy­yətdən tərəddüdü, variasiyası gizlənir. Əlamə­tin variasiyası məcmunun ayrı-ayrı vahidlərinin qiymətlərin­dəki fərqlilikdir. Bu fərqli fərdi qiymətlər çoxlu sayda amillərin birgə fəaliyyəti nəticəsində formalaşır.
Orta kəmiyyət öyrənilən məcmu əlamətinin ümumi­ləşdirilmiş xarakte­ristikasını verir, lakin onun dərk edilməsi üçün mühüm əhəmiyyəti olan məcmunun düzülüşünü açıb göstərmir. Orta göstərici ayrı-ayrı variant­ların əlamətin orta səviyyəsi ətrafında necə yerləşdiyini, ona yaxın cəmləşdiyini yaxud uzaq olduğunu göstərmir. İki məcmuda əlamətin orta kəmiyyəti eyni ola bilər, lakin bir halda fərdi qiymətlər ondan az, digər halda çox fərqlənə bilər. Başqa sözlə desək, əlamətin variasiyası (tərədüdü) bir halda yüksək, digər halda az ola bilər. Bu məsələnin orta kəmiyyətin etibarlı­lığının səciyyəsi üçün də mühüm əhəmiyyyəti vardır. Əgər əlamətin variasiyası nə qədər az olarsa onda orta göstərici bütün məcmunu daha real təsvir edir (əks etdirir).
Variasiyanın həcmi öyrənilən hadisənin eyninövlü olub-olmaması, onun üçün orta kəmiyyətin xarakterik (tipik) olduğunu müzakirə etməyə imkan verir. Variasiyanın öyrənil­mə­sinin böyük nəzəri və praktiki əhəmiyyəti vardır. Belə ki, hadisənin inkişafı tərəddüdlərdə təzahür edir. Variasiya obyektiv xarakter daşıyır və öyrənilən hadisənin mahiyyətini dərk etməyə kömək edir. Bu bazar iqtisadiyyatı şəraitində xüsusilə aktualdır. Variasiyanın ölçülməsi, onun səbəb­lərinin aydınlaşdırılması, ayrı-ayrı amillərin təsirini aşkar etmək, elmi cəhətdən əsaslandırılmış idarəetmə qərarları qəbul etmək üçün mühüm inforasiya verir.
Variasiyanın yaranmasının səbəbi məcmunun ayrı-ayrı vahidlərinin mövcudluğunun müxtəlif şəraitidir. Məsələn, in­sanın boyuna, işçinin əmək haqqına və s. çoxlu sayda səbəblər təsir göstərir. Variasiyanın mənbələri və səbəbləri müxtəlifdir. Variasiya müxtəlif amillərin (zəruri, təsadüfi, daxili, xarici) təsiri altında ortaya çıxır. Deməli, hər bir variantın kəmiyyəti obyektivdir. Variasiyanın dərəcəsinə görə məcmunun eyni­növ­lüyü, əla­mətin qiymətlərinin sabitliyi, orta kəmiyyətin tipik­liyi, hansısa əlamətlər arasındakı qarşılıqlı əlaqə haqqında fikir irəli sürmək olar.
Eyni növlü məcmuyun tərkibindəki vahidlərin fərdi qiy­mətlərinin müxtəlifliyi həmin məcmuyun əlamətinin varasiyası adlanır. Məsələn, hər hansı bir zavodda işçilərin aylıq əmək haqqı, ayrı-ayrı əkin sahələrindən götürülən məhsulun həcmi arasındakı fərq əlamətin variasiyası adlanır.

Yüklə 277,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin