10. Dispersiyanınixtisar (momentvəyaşərtisıfır) üsuluiləhesablanması Orta kəmiyyətin və dispersiyanın xassələrindən istifadə etməklə dispersiyanı asan üsulla hesablamaq mümkündür.
1)
Nəticə: Öyrənilən sosial-iqtisadi hadisələr də variasiyanın yaranmasının səbəbi məcmunun ayrı-ayrı vahidlərinin mövcudluğunun müxtəlif şəraitidir. Statistik məcmu haqqında obyektiv xarakteristikanın əldə edilməsi yalnız orta kəmiyyətin hesablanmasını deyil, həm də onu təşkil edən ayrı-ayrı vahidlər və onların əlamətləri haqqında məlumatların araşdırılmasını zəruri edir. Belə yanaşmanın sosial-iqtisadi hadisələrdə variasiyanı yaradan əsas, təsadüfi, daxili və xarici və s. səbəbləri aşkar etməklə yanaşı, əldə edilən nəticələrin obyektivliyinin təmin edilməsində mühüm əhəmiyyəti vardır. Müasir dövrdə variasiya göstəricilərinin bir sıra praktiki məsələlərin həll edilməsində mühüm rolu vardır. Belə ki, variasiya göstəriciləri seçmə tədqiqatının aparılmasında, reqressiya-korrelyasiya təhlilində, yüksək dərəcəliliyi hesablanan statistik göstəriclərin obyektivliyini və etibarlılığını təmin edən məcmunun eyninövlüyünün qiymətləndirilməsində geniş istifadə edilir. Növbəti mühazirəmizdə biz informasiyanın əldə edilməsinin və statistik təhlilin operativliyinin təmin edilməsində mühüm əhəmiyyəti olan seçmə müşahidəsi haqqında bilgilər əldə edəcəyik. Bazar iqtisadiyyatı şəraitində məlumatların əldə edilməsinin və formalaşdırlan nəticələrin operativliyi vacib məsələlərdən biridir. Bu məsələlərin həll edilməsində seçmə müşahidəsi geniş imkanlara malikdir. Orada biz seçmə metodunun mahiyyəti, təcrübədə tətbiqi üstünlüyü, növləri, seçmə metodu əsasında baş məcmunun əsas xarakteristikalarının formalaşdırılması və s. kimi məsələləri öyrənəcəyik. Acar sözlər: