ƏDƏBĠYYAT
1.
Xələfov A.A, Qurbanov A.İ.: Kitabxanaların kompüterləşdirilməsinin əsasları:
Dərslik.-B.: Bakı Universiteti nəşriyyatı, 2007.- 200 s.
2.
Xələfov A., Musayeva N. Avtomatlaşdırılmış kitabxana – informasiya idarəetmə
sistemləri // Bakı Universitetinin xəbərləri: Humanitar elmlər seriyası.- 2002.- № 2.-
S. 243- 250.
3.
Rüstəmov Ə., Mustafayeva N. Avtomatlaşdırılmış kitabxana – informasiya idarəetmə
sistemləri və şəbəkələri (nəzəri və metodiki məsələləri). – Bakı, 2007.- 236 s.
Aygun Huseynova
USĠNG AUTOMATED LĠBRARY ĠNFORMATĠON
SYSTEMS ĠN LĠBRARĠES
Summary
Modernizing libraries. Works on making digital catalog, digital library. Orginizing the
training of the use of Azerbaijan Automated Library Information System (ALISA). Orginizing
ALISA in libraries.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 96 -
Samirə Nadir qizi Cəlilova
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzi
celilova_samire@mail.ru
KĠTABXANAÇILARIN PEġƏ FƏALĠYYƏTĠNĠN ARTIRILMASINDA
“MƏDƏNĠYYƏT HAQQINDA” AZƏRBAYCAN RESPUBLĠKASI
QANUNUNUN ROLU
Açar sözlər: Mədəniyyət Qanunu, mədəni müxtəliflik, mədəniözünüifadə, maddi və
qeyri-maddi mədəni irs,sosial tədbirlər, mədəniyyət sənayesi, multimedia, multikulturalizm.
Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü
boyu maariflənsin. (A.V.Lunaçevski)
Peşəkarlıq-öz ixtisasını mükəmməl bilmək, yüksək peşəkarlıq nümayiş etdirmək
deməkdir. Peşəkarlıq insana əmək fəaliyyətindən həzz almağa stimul verir. İnsanın həyatının
ən vacib, mürəkkəb məsələlərindən biri peşə seçimidir.
Kitabxanaçı bu gün peşəsini nə səviyyədə bilir?
Bu günün kitabxanaçısı əvvəlki dövrlərlə müqayisədə komputeri mükəmməl bilir, infor-
masiya resurslarından istifadə edə bilir, avtomatlaşdırılma sisteminə görə kitabların elektron
sistemini yarada bilir, təşkil olunmuş proqramlarla işləyir, sosial əhəmiyyətli tədbirlərin ikt-
dən istifadəsini təmin edir və s.
Kitabxanada fəaliyyət göstərən bütün şöbələr üzrə kitabxanaçı öz vəzifə borcunun
öhdəsindən layiqincə gələ bilir. Kitabxanaçının, bununla yanaşı, Azərbaycan Respublikasının
Konstitusiyasını (1995-ci il), ―Mədəniyyət haqqında‖ Azərbaycan Respublikasının Qanunu
(2012-ci il), Azərbaycan Respublikasının ―Mədəniyyət Konsepsiyası‖nı (14 Fevral, 2014-cü
il), Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Res-
publikasının Prezidenti tərəfindən 20 aprel 2007-ci il tarixdə ―Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması barədə‖6 oktyabr 2008-ci il tarixdə ―Azərbaycan Respublika-
sında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı‖nı
və s. bilməyi vacib şərtlərdəndir. Xüsusi olaraq qeyd edilməli ən vacib məsələ ondan ibarətdir
ki, kitabxanaçı Azərbaycan Respublikasının Qanunlarını mükəmməl bilərsə, o, davranış nor-
malarını, milli mədəni irs nümunələrini təbliğ və təşviq etməyi, kitabxana işinə dair normativ-
hüquqi aktları işinə tətbiq etməyi bacaran bir şəxs kimi formalaşmış olar.
Kitabxanaçı mədəniyyət sahəsində çalışan bir şəxs olaraq, mədəniyyətin bütün növ və
formalarını, mədəniyyətə dair anlayışları bilməli, o cümlədən, tətbiq etməyi bacarmalıdır.
Mədəniyyət nədir?
―Mədəniyyət haqqında‖ Azərbaycan Respublikası Qanununda mədəniyyətə verilən
tərif, həqiqətən də, öz inkişaf aspektinə görə əvvəlki təriflərdən fərqlənir. ―Mədəniyyət haq-
qında‖ Azərbaycan Respublikası Qanunu Maddə 1-də mədəniyyətə verilən tərif:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 97 –
1.0.1.Mədəniyyət, ədəbiyyət və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupla-
rın maddi, mənəvi, intellektual və emosional xüsusiyyyətlərini müəyyənləşdirən, insanların
həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin
məcmusudur.[1]
Kitabxanaçı sosial qruplar - mədəniyyət, turizm, idman, səhiyyə, elm, təhsil sahələri ilə
əlaqə yaradan şəxs kimi formalaşır. Bu səbəbdən kitabxanaçı, eyni zamanda, insanların həyat
tərzini, birgə yaşayış qaydalarını öyrənmək baxımından maraqlıdır.
Kitabxanaçının peşə fəaliyyətindən danışarkən bir məsələni də xüsusi qeyd etmək la-
zımdır ki, kitabxanaçı bu gün şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məq-
sədilə yaradılan şəraitə uyğun mədəniyyət xidmətini nə səviyyədə göstərir.
Bu gün kitabxanalarda mədəniyyət xidmətini göstərən subyekt kitabxanaçıdır. Mədəniy-
yət xidmətinin yüksək səviyyədə göstərilməsi üçün şəraitin yaradılması vacib şərtlərdəndir.
Müasir multimedia işinin yüksək səviyyədə qurulması xidmətlərin istehsalının yaranma-
sına səbəb olmuşdur. Bu səbəbdən mədəniyyət sənayesi bu gün müasir anlayış kimi çox pers-
pektivlidir.
Mədəniyyət sənayesi dedikdə, mədəniyyət məhsulları və xidmətlərinin istehsalını və
realizə edilməsini təmin edən fəaliyyət sahəsi başa düşülür. Kitabxana sahəsində nəşriyyat,
elektron nəşriyyat, multimedia işi mədəniyyət sənayesinə daxildir. Məlum məsələdir ki, çap
məhsulları, elektron kitablar ən əsas mədəniyyət vasitəsi olaraq ünsiyyət yaradır.
Mədəniyyət sənayesi baxımından aparılan işlərdən danışdıqda kitabxanaların avtomat-
laşdırılma məsələsini xüsusi olaraq qeyd etmək lazımdır. Bu səbəbdən Nazirlik tərəfindən
―2011-2012-ci illər kitabxanaların avtomatlaşdırılması ili‖ elan olunmuşdur. Kitabxanaların
avtomatlaşdırılması kitabxanaçı və oxucuların işini asanlaşdırmışdır. Mədəniyyət sənayesinə
daxil olan istiqamətlərdən biri kimi multimedia işinin də adını xüsusi qeyd etmək lazımdır.
Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində kitabxanalarımızda təşkil olunmuş
multimedia zalının böyük əhəmiyyəti vardır. Kitabxanaçı mədəniyyətimizi- maddi və qeyri-
maddi mədəni irsimizi təbliğ etmək məqsədilə Qanunda öz yerini tapmış məsələlərə xüsusi
diqqət yetirməlidir.
Kitabxana eyni zamanda sosial institut olaraq cəmiyyətin təhsillə bağlı təlabatını ödə-
məyə xidmət edir. Bu səbəbdən kitabxanada dərslərin və dərnəklərin təşkili, uşaqlara mütaliə
mədəniyyətinin aşılanması, valideynlər və uşaq mütaliəsinə rəhbərlik edənlərlə iş qeyri-maddi
mədəni irsin təbliğinə həsr olunmalıdır. Multimedia imkanlarından düzgün istifadə kitabxana-
çının əsas vəzifəsi olmalıdır. Müxtəlif mövzular üzrə təqdimatların, video çarxların hazırlan-
ması bərabərlik, demokratiklik, humanistlik, keyfiyyətlilik, dünyəvilik, səmərəlilik və s. prin-
siplərə əsaslanmalıdır.
Kitabxana sahəsində qanunvericiliyə əsasən keçirilən tədbirlər milli mədəniyyətin bərpa
edilməsi, qorunması, inkişafı və təşviqinə yönəldilməlidir. İnsanların Azərbaycan və dünya
mədəniyyəti nümunələrinə, mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli
tədbirlərin təşkilinin böyük əhəmiyyəti vardır. Sosial əhəmiyyətli tədbirlərə mədəniyyət gün-
ləri, festivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də, mədəniyyət
və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbir-
ləri aid edilir.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 98 -
İnsanlarda kitaba marağı daha da artırmaq məqsədi ilə ölkəmizdə çox əhəmiyyətli təd-
birlər keçirilmişdir. IV dəfə keçirilmiş Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təşkil
olunmuş tədbirlər, təqdimat mərasimləri, yubileylər, yazıçı-şairlərlə görüşlər öz əhəmiyyətinə
görə fərqlənmişdir.
Kitabxanaçı eyni zamanda sərgilərin təşkil edilməsinin ən əsas təşkilatçısı, dəyərli ədəbi
-əsərlərin təbliğatçısı olan bir şəxs kimi fəaliyyət göstərir. O, dekorativ-tətbiq sənət növləri ilə
dekorativ-tətbiqi sənət nümunələrini seçməyi, daşınar və daşınmaz mədəni irs nümunələrini,
milli mədəni irs nümunələrini təbliğ etməyi bacarmalıdır.
―Mədəniyyət haqqında‖ Qanun - Maddə 5-də dövlətin vəzifələrindən biri də mədəniyyət
sahəsində tədbirlərin hazırlanması və icrası işinin fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq
şəraitində həyata keçirilməsindən bəhs edir.
Son illərdə ədəbi həyatda baş verən ən mühüm hadisələrdən biri də ―Qızıl Kəlmə‖
Ədəbi Mükafatının təsis edilməsidir. Dövlətimiz tərəfindən dəyərli əsərlərə qiymət verilməsi,
qeyri-maddi mədəni irsin qorunması baxımından mühüm addım sayıla bilər. Bu layihəyə görə
―Qızıl Kəlmə‖ mükafatı 2009-cu ildən başlayaraq hər iki ildən bir təqdim olunur.
Mənəvi sərvətimiz olan klassiklərimiz hər zaman dövlətin nəzərində olmuşdur. Onların
xatirəsini əbədiləşdirmək məqsədi ilə keçirilmiş sosial əhəmiyyətli tədbirlərdə kitabxanaların
iştirakını xüsusi olaraq qeyd etmək lazımdır.
―Mədəniyyət haqqında‖ Qanun- Maddə 7-də mədəni həyatda iştirak etmək hüququna
görə hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradı-
cılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında, mədəni nemətlərdən bərabər
istifadə etməkdə tam sərbəstdir. Maddə 8-də mədəni özünəməxsusluq hüququna görə hər kə-
sin öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mənəvi, estetik və digər dəyərlə-
rini sərbəst seçmək hüququ vardır. Dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsuslu-
ğunun qorunmasına və inkişafına dəstək göstərir.
Kitabxanaçı yaradıcılıq fəaliyyəti ilə məşğul olan bir şəxs olaraq, ―Mədəniyyət haqqın-
da‖ Qanun- Maddə 9-da yaradıcılıq azadlığına görə ―Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında‖ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq fəaliyyəti-
nin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanu-
nun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, ha-
belə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir.
―Mədəniyyət haqqında‖ Qanuna görə Azərbaycan Respublikası vətəndaşları xaricdə
mədəniyyət fəaliyyəti ilə məşğul olmaq, mülkiyyət hüququ, sahibkarlıq hüququ, təhsil hü-
ququ, mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququna ma-
likdir.
Azərbaycan Respublikasında mədəniyyət fəaliyyətinin subyektləri dövlət orqanları, fizi-
ki, o cümlədən, yaradıcı şəxslər, hüquqi şəxslər, həmçinin mədəniyyət müəssisələri və qeyri-
hökumət təşkilatları ola bilərlər.[8]
Kitabxanaçı eyni zamanda mədəniyyət sahəsində təşkilati fəaliyyət göstərən bir insan-
dır. Maddə 21-də mədəniyyət sahəsində təşkilati fəaliyyətə Azərbaycan mədəniyyətinin milli
və bəşəri dəyərlərin təbliği, təşviqi, mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, on-
ların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkilinə xüsusi yer verilir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 99 –
Mədəniyyət sahəsində fəaliyyətin xüsusiyyətlərindən danışarkən, bir məsəni də xüsusi
olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respubliasının milli mədəni irsinə aid sərvətlər
bank zəmanəti kimi istifadə edilə bilməz.
―Mədəniyyət haqqında‖ Qanun - 22.5. Milli mədəni irsə aid, o cümlədən, muzey, arxeo-
logiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin
hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə
edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.[9]
Mədəniyyət sahəsində fəaliyyət göstərən kitabxanaçı yuxarıda göstərilən qaydalara uy-
ğun olaraq işini qurmalıdır. Eyni zamanda kitabxanaçı mədəniyyət sahəsində dövlət reyestri-
nə, beynəlxalq təşkilatlar tərəfindən qorunan milli mədəni irs nümunələrimizə hörmətlə ya-
naşmalı, onların təbliği və təşviqi işini qurmağı bacarmalıdır.
Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi məqsədilə yerli və mərkəzi
elektron məlumat sistemini ehtiva edən elektron məlumat sisteminin yaradılması da mühüm
hadisədir. Bu məsələ də Qanunda öz əksini tapmışdır.
Mədəniyyət sahəsində məlumatların obyektivliyinin və müqayisəliliyinin təmin edilmə-
si məqsədi də ―Mədəniyyət haqqında‖ Qanun, Maddə 28-də öz əksini tapmışdır. 2015-ci ilin 1
iyul tarixinə olan statistik məlumatlara görə Azərbaycan Respublikasında 3002 kütləvi kitab-
xana (4 respublika əhəmiyyətli kitabxana, 76 mərkəzi kitabxana, 369 şəhər, qəsəbə kitabxana
filialı,(o cümlədən, Bakıda 75) 2358 kənd kitabxana filialı) fəaliyyət göstərir. 2008-2014-cü
illərdə 891 kitabxana filialı fəaliyyətini dayandırmış, yaxud birləşdirilmişdir[155]. Mədəniy-
yət müəssisələrinin yaradılması və fəaliyyətinə xitam verilməsi bu Qanunun 20.2-ci maddə-
sinə uyğun olaraq həyata keçirilir.
2016-cı il Hörmətli Prezidentimiz İ.Əliyev tərəfindən ―Multikulturalizm ili‖elan
olunmuşdur. Multikulturalizm məsələsi ―Mədəniyyət haqqında‖ Qanun Maddə 1. Əsas
anlayışlar-1.0.19.-da mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) adı ilə izahını
tapmışdır. Mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik)-ayrı-ayrı qrupların və
cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və
onların daxilində ötürülən müxtəlif formalardır.
Kitabxanaçı multikulturalizm məsələsini dərindən öyrənməli, tək sərgilənmə işində
deyil, təhsil müəssisələri ilə də əlaqə yaradarkən tətbiq etməlidir. Sərgilənmə işində mədəni
müxtəliflikdə hansı ədəbiyyatın təbliğinə və təşviqinə dəyər verilməlidirsə, onu bilməlidir.
ƏDƏBĠYYAT
1.‖Mədəniyyət haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 2012, 21 dekabr.
2.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2006-2016. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, 2016.
3.Azərbaycan Respublikasının ―Mədəniyyət Konsepsiyası‖ 14 Fevral 2014-cü il.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 100 -
Samira Jalilova
LEARNING “THE LAW OF AZERBAIJAN REPUBLIC ABOUT CULTURE” ON
INCREASING LIBRARIANS ACTIVITIES AS AN ACTUAL PROBLEM
Summary
The Libraian who works at the library serves culturally. He (she) must know the law of
the Azerbaijan Republic which is about “Culture”, must be able to use it while working must
try to propagate the cultural heritage examples.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 101 –
Tamilla Əsgərova
ADMİU, Kitabxana müdiri
asgerova.70@mail.ru
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNĠYYƏT VƏ ĠNCƏSƏNƏT
UNĠVERSĠTETĠNDƏ TƏHSĠL PROSESĠNĠN KĠTABXANA-ĠFORMASĠYA
TƏMĠNATININ MÜASĠR VƏZĠYYƏTĠ VƏ PERSPEKTĠVLƏRĠ
Açar sözlər: elektron kataloq, informasiya cəmiyyəti, tədris ədəbiyyatı, monoqrafiya,
layihə.
“Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb
saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında
və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz
rol oynayır.”
İlham ƏLİYEV
Azərbaycanda mədəniyyət və incəsənət sahələri üzrə yüksəkixtisaslı mütəxəssis kadr
hazırlayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ali təhsil və
elm məbədgahı kimi yarandığı gündən indiyə qədər şərəfli tarixi inkişaf yolu keçmiş, bir
məşəl kimi təhsilin, elmin yolunu aydınlatmaqla qüdrətli bir elm ocağına çevrilmiş, öz elmi-
intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə nəinki respublikamızda eləcə də, ölkə-
mizin hüdudlarından kənarda da tanınaraq böyük nüfuz qazanmışdır.
Azərbaycan Maarif Komissarlığının qərarı ilə 1923-cü ildə yaradılmış Bakı Teatr Mək-
təbinin bazası əsasında 1945-ci ildə təşkil olunmuş Teatr İnstitutunda (indiki ADMİU) həmin
dövrdə təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər
regionlar üçün də aktyor və rejissor kadrları hazırlanırdı [3].
Ölkəmizin dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildə ADMİU Bakı Dövlət Univer-
sitetindən sonra respublikamızda universitet statusu əldə etmiş ilk institut olmuşdur.
Bəşər sivilizasiyasının elm və mədəniyyət tarixindən məlum olduğu kimi, heç bir təhsil
və elm müəssisəsi kitabxanasız fəaliyyət göstərə bilməz. Müəllim və tələbələrin elmi mütaliə
prosesini təşkil etmək məqsədilə bu təhsil ocağında yaradılmış kitabxana hələ 1925-ci ildən
fəaliyyətə başlasa da, zəngin kitab fonduna malik kitabxananın formalaşması və kitabxana-
biblioqrafiya xidmətinin səviyyəsinin yüksəlməsi, ali təhsil müəssisəsinə çevrildikdən sonrakı
ADMİU-nun fəaliyyəti dövründə əldə etdiyi ən mühüm elmi-mədəni nailiyyətlərdən biri ol-
muşdur.
Bu gün ADMİU-nun kitabxanası (bundan sonra - Kitabxana) möhtəşəm kitab məbədi
olaraq ölkəmizdə mədəniyyətin müxtəlif sahələri, eləcə də sosial, ictimai və humanitar elm
sahələri üzrə ən iri ali təhsil müəssisəsi kitabxanasıdır və hazırda dünya xalqlarının bir çox
dillərində (ingilis, alman, fransız, rus, türk, fars, ərəb və s.) 100 mindən artıq informasiya re-
sursları fonduna malikdir. Bu zəngin xəzinəyə Azərbaycan, Şərq və Avropa xalqlarının
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 102 -
dillərində nəşr edilmiş elmi monoqrafiyalar, dissertasiyalar, dövri nəşrlər, məlumat nəşrləri,
təsviri sənət materialları və elektron nəşrlər daxildir.
Müstəqillik illəri Kitabxananın həyatında yeni mərhələnin başlanğıcı, yenidənqurma və
böyük islahatlar illəri kimi xarakterizə olunur. Müstəqil Azərbaycanda əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycanda kitab-
xanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı və “Azərbaycan Respublika-
sında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”
Kitabxananın fəaliyyətinin inkişafına təkan vermişdir.
Hazırki mərhələdə də ölkəmizdə kitabxanaların davamlı inkişafının stimullaşdırılmasına
yönəlmiş, dolğun, təşkilati-struktur cəhətdən yenilənməsi, bütün proseslərin texnoloji cəhət-
dən müasirləşməsi, həmçinin personalın peşəkar şüurunda pozitiv dəyişikliklərin meydana
gəlməsi hesabına reallaşdırılan kitabxana işinə dair innovativ dövlət siyasəti həyata keçirilir.
[1, 70].
Bu günə qədər Kitabxanada formalaşmış informasiya sərvətləri Azərbaycan elminin in-
tellektual potensialı, onun qüvvəsi və qüdrətinin mühüm tərkib hissəsidir. Fəaliyyət göstərdiyi
dövrdə Kitabxana ölkəmizdə kulturologiya və sənətşünaslıq üzrə elmi araşdırmalar aparan
alim və mütəxəssislərin informasiya təminatının optimallaşdırılması istiqamətində məqsəd-
yönlü tədbirlər həyata keçirmiş, onların dünya informasiya məkanına inteqrasiyası üçün lazı-
mi şərait yaratmışdır və bu sahədə fəaliyyətini uğurla davam etdirməkdədir.
Hər il Kitabxananın oxucularının sayı artmaqdadır, hazırda Kitabxananın 5 mindən artıq
istifadəçisi var. Müəllim və tələbə heyətinin, eləcə də alim və mütəxəssislərin informasiya tə-
ləbatlarının ödənilməsində 150 mindən artıq biblioqrafik informasiyanı əks etdirən təkmilləş-
miş informasiya-axtarış sisteminin xüsusi rolu vardır.
Oxuculara xidmət işinin informasiyalaşdırılması istiqamətində Kitabxanada iş aparılır,
―ИРБИС-64‖ avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) vasitəsilə elektron ka-
taloq yaradılır. Elektron kataloqda kitablar, avtoreferatlar, dissertasiyalar, jurnal və dövri mət-
buat materialları ayrı ayrı bazalarda yığılır.
―ИРБИС-64‖ AKİS-i Kitabxananın fondunun komplektləşdirilməsini və uçotunu, abo-
nement və axtarış-məlumat xidmətini avtomatlaşdırır, internet şəbəkəsi vasitəsilə oxucuların
uzaq məsafədən ―online‖ rejimində ədəbiyyat axtarışı və sifarişini təmin edir. Eyni zamanda
Kitabxanada elektron məlumat bazalarının yaradılması və zənginləşdirilməsi üzərində də işlər
davam etdirilir.
Müxtəlif elmi mövzulara, əlamətdar və tarixi günlərə, ayrı-ayrı alim və yazıçı, görkəmli
mədəniyyət və incəsənət, dövlət xadimlərinin yubileylərinə həsr edilmiş ənənəvi və virtual
ədəbiyyat sərgiləri və eyni zamanda yeni daxil olan kitabların sərgiləri də Kitabxananın fəa-
liyyətində mühüm yer tutur. Hər il orta hesabla 35-40 sərgi təşkil edilir. Son illərdə dövlətçili-
yimizlə, azərbaycanşünaslıqla, həmçinin multikulturalizm üzrə ədəbiyyat sərgilərini təşkilinə
xüsusi diqqət yetirilmişdir.
İşgüzar münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə Kitabxana
ADMİU-nin əməkdaşlıq etdiyi dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət mü-
əssisələri ilə olan əlaqələrini daha da möhkəmləndirməyə başlayıb. Belə ki, hazırda ADMİU
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 103 –
22 xarici dövlətin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 24-i ilə arasında
əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilələr əsasında Kitabxana beynəlxalq kitab
mübadiləsi həyata keçirməyə çalışır.
Hazırda Kitabxananın fondunun, onun informasiya resurslarının inkişafı mövcud prob-
lemlərə baxmayaraq mövzu tərkibi baxımından əsasən sistemli xarakter daşımış, ADMİU-da
tədris olunan fənlərin və burada aparılan tədqiqatların mühüm istiqamətlərinə uyğun olmuş və
komplektləşdirilmə prosesində universitetdə nəzəri ixtisaslardan dərs deyən professor-müəl-
lim heyətinin elmi-tədqiqat işləri, dərsliklər və monoqrafiyalarının əldə edilməsinə xüsusi
önəm verilir.
Qeyd edək ki, son beş ildə ADMİU-da 49 monoqrafiya, 53 dərslik, 70 dərs vəsaiti, 260
proqram və metodiki göstəriş nəşr edilmiş, müəllim və tələbələrin respublika və xarici elmi
jurnallarda yüzlərlə elmi məqalələri çap edilmişdir. Bu dövrdə universitetdə 800-ə yaxın mə-
qalə və resenziya çap olunmuşdur.
Kitabxana fondunun komplektləşdirilməsində ADMİU-da çap olunan ―Mədəniyyət dün-
yası‖ və ―Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri‖ adlı
elmi-nəzəri məcmuələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası Prezidenti ya-
nında Ali Attestasiya Komissiyasının nəşrləri siyahısına daxil edilmiş bu məcmuələrdə sənət-
şünaslıq, kulturologiya, muzeyşünaslıq, fəlsəfə və onların tədrisi metodikası ilə bağlı elmi
əsərlər çap olunur.
Kitabxana çoxillik fəaliyyəti dövründə müxtəlif diplom və fəxri fərmanlarla mükafat-
landırılmışdır. Əldə edilmiş nailiyyətlər Kitabxananın kollektivinin səmərəli əməyinin nəticə-
sidir. Bu illər ərzində Kitabxana Bakıda 4 dəfə təşkil olunmuş ənənəvi Beynəlxalq kitab sərgi-
yarmarkasında fəal iştirakına görə, Azərbaycan Turizm və Mədəniyyət Nazirliyi tərəfindən
diplomlarla təltif olunmuş, əməkdaşlara fəxri fərmanlar təqdim edilmişdir. Qeyd edək ki, Ki-
tabxana Azərbaycanın mədəniyyətinə, incəsənətinə, tarixinə, elminə və s. aid Azərbaycan və
xarici dillərdə ədəbiyyatı həmin sərgilərdə nümayiş etdirib.
2016-cı ildən ADMİU-nun rəhbərliyinin göstərişi ilə Kitabxananın fondu yenidən yox-
lanılmış, universitetin fakültə və ixtisaslarına müvafiq ədəbiyyat saxlanılmış, siyasi-ideoloji
cəhətdən köhnəlmiş və qeyri-ixtisasa aid ədəbiyyatlar fonddan çıxarılmışdır. Eyni zamanda
sənəd-informasiya fondu seçilərək yenidən inventarlaşdırılaraq sistemli şəkildə yığılır. Kitab-
xananın fondu ADMİU-nun 2 korpusuna uyğun şəkildə yığılır: 1-ci korpus - rəssamlıq, teatr
sənəti, kino-televiziya, 2-ci korpus-musiqi, kulturologiya fakültələrinə dair ədəbiyyat. Bunun-
la yanaşı bu fakültə və ixtisasalarla birbaşa bağlı elm sahələri - filologiya elmləri, bədii ədə-
biyyat, tarix, dövlətçilik, siyasət və s. sahələri əhatə edən ədəbiyyat da bu korpusda yerləşdi-
rilir.
Müasir mərhələdə ADMİU-da təhsil prosesinin kitabxana-informasiya təminatının opti-
mallaşdırılması istiqamətində mühüm layihələr də həyat keçirilir. Xarici ölkələrdə müvəfəq-
qiyyətlə davam etdirilən tərbiyəvi və mədəni təsisatlar vəzifəsini yerinə yetirən sosial institu-
tun yeni forması olan ―Kitab köşkü‖ xidmətindən qaynaqlanaraq, ölkəmizdə ilk dəfə ADMİU-
nun rektoru, professor Fərəh Əliyevanın göstərişi ilə ―Seç.Oxu.Qaytar‖ adlı layihənin icrasına
başlanılmışdır.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 104 -
Kitabxana innovatikasının yeni xidmət növlərindən biri olan ―Kitab köşkləri‖nin istifa-
dəsində məqsəd insanların sıx olduqları məkanlarda (dayanacaqlar, metrolar, istirahət parkla-
rı, təhsil müəsissələri və s.) kitabxana (kitab) - oxucu fəaliyyətinin təcrübi əhəmiyyətinin
yüksəldilməsi, cəmiyyətin mədəni sərvətlərinin xalqa çatdırılması, insanların bir-birlərini tə-
mənnasız surətdə savadlandırması və elmi-mədəni xidmətdir. ―Kitab köşkü‖nü kitabxananın
işçiləri yaxud müəyyən fiziki şəxslər idarə edə bilərlər. Beləliklə, ictimaiyyətin sıx oldugu
məkanlarda təqdim oluan bu köşklər əslində bir ölkənin inkişafı, mədəniyyəti, elmi, təhsili de-
məkdir.
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən mütamadi olaraq tənzimlənə-
cək bu layihə çərçivəsində nümayiş olunacaq kitablar kitabxananın fondunda artıq olan nüs-
xələr yaxud ayrı-ayrı fiziki şəxslərin təklif etdiyi kitablardan ibarət olacaqdır.
Universitet həyatında təbiidir ki, müəllim və tələbələri istirahət vaxtlarının müəyyən
hissəsini universitet yeməkxanasında keçirirlər. Məhz bu səbəbdən layihədə təqdim olunacaq
kitablar ADMİU-nun yeməkxanasında yerləşdirilən vitrinlərdə nümayiş olunacaqdır. Oxucu-
lar istədikləri ədəbiyyatı bu vitrindən əldə edəcəklər. İstifadəyə təqdim olunan ədəbiyyatların
içərində bu layihənin məqsədi və istifadə qaydaları haqqında məlumat veriləcəkdir. Cari ildə
rüblük olaraq Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları ―Seç.Oxu.Qaytar‖ layihəsinin
―ən yaxşı mütaliəçi‖sini aşkar edəcək və nəticədə qalib oxucu rəhbərlik tərəfindən mükafat-
landırılacaqdır.
Onu da vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin
proqmatik iqtisadi və siyasi nailiyyətlərinin nəticəsidir ki, son illər ölkəmiz biri-birindən
uğurlu beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir [2, 9]. Hər il çoxlu sayda xarici vətən-
daşlar şəhərimiz və regionlarımızda qonaq olurlar. Bütün bunları nəzərə alaraq, elmimizin,
təhsilimizin və mədəniyyətimizin göstəricisi kimi ―Kitab köşkləri‖nin şəhərimizi bəzəməsi
labüddür. Çünki oxucular əsasən ənənəvi qaydada kitabxanaya müraciət edirlər, yaxud da
müasir formada internetdən istifadə etməklə elektron kataloq və ya elektron kitabxananın xid-
mətlərindən istifadə edirlər. Lakin ―Kitab köşkü‖ vasitəsilə oxucu kitabla bilavasitə təmasda
olur.
Apardığımız araşdırmada əldə etdiyimiz nəticə bizə deməyə imkan verir ki, bu gün
ADMİU-nun kitabxanasının informasiya cəmiyyətinin tələbləri səviyyəsində fəaliyyəti mədə-
niyyət və incəsənət sahələrində elmin və təhsilin informasiya potensialının optimallaşdırılma-
sını, müəllim və tələbələrə, alim və mütəxəssislərə göstərilən kitabxana-informasiya xidməti-
nin modernləşdirilməsini, beynəlxalq standartlar səviyyəsinə çatdırılmasını və inkişafını
təmin edəcəkdir.
Dostları ilə paylaş: |