AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali



Yüklə 1,16 Mb.
səhifə16/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   8   9   10   11   12   13   14   15   16

Bu müharibəyə mane olmağa imkanı olmayan alman fəhlə sinfi ona, Almaniyanın istiqlaliyyəti uğrunda, Fransanı və bütün Avropanı İkinci imperiyanın mənfur zülmündən azad etmək uğrunda aparılan bir müharibə kimi səylə yardım edirdi. Alman sənaye fəhlələri kənd fəhlələri ilə birlikdə qəhrəman qoşunların əsas hissəsini təşkil etdikləri halda, onların ailələri evdə yarıac qalmışdı. Sərhəd xaricində döyüş meydanında onların sıraları seyrəkləşdi, evdə isə onları eyni dərəcədə fəlakətli yoxsulluq gözləyir (1870-ci il Almanca nəşrində, sonra, əlavə edilmişdir: «Vətənpərvər hay-küyçülər onlara, təsəlli olmaq üçün deyəcəklər ki, kapitalın vətəni, yoxdur, əmək haqqı vətənpərvərlikdən kənar olan beynəlmiləl ərz və tələb qanunu ilə tənzim olunur. Buna görə də vaxt çatıb ki, fəhlə sinfi öz sözünu desin və burjuaziyadan olan cənablara bir daha onun adından çıxış etmək imkanı verməsin». Red.). Buna görə indi onlarda tələb edirlər«təminat» yaradılsın ki, verdikləri saysız-hesabsız qurbanlar əbəs olmamışdır, onlar azadlıq əldə etmişlər, Bonapart orduları üzərində onların qələbəsi heç də, 1815-ci ildə132 olduğu kimi, alman xalqının məğlubiyyətinə çevrilməyəcəkdir. Həm də onlar belə təminatdan birincisi olaraq Fransa üçün şərəfli sülh və Fransa respublikasının tanınmasını tələb edirlər.

Almaniya Sosial-demokrat fəhlə partiyasının Mərkəzi komitəsi sentyabrın 5-də elan etdiyi manifestdə bu təminat üzərində bərk təkid edirdi.

«Biz Elzas və Lotaringiyanın idhaq edilməsinə qarşı protest edirik. Biz başa düşürük ki, alman fəhlə sinfi adından danışırıq. Fransa və Almaniyanın ümumi mənafeyini, sülh və azadlıq mənafeyini, şərq barbarlığına qarşı Qərbi Avropa mədəniyyətinin mübarizəsi mənafeyini nəzərə alaraq, alman fəhlələri əsla dözməzlər ki, Elzas və Lotaringiya ilhaq edilsin... Bütün ölkələrdəki fəhlə yoldaşlarımızla birlikdə biz proletariatın ümumi beynəlxalq işini möhkəm və sədaqətlə qoruyacağıq!»

Təəssüf ki, biz onların bilavasitə müvəffəqiyyətinə ümid bağlaya bilmirik. Əgər fransız fəhlələri təcavüzkarı sülh zamanı dayandıra bilmədilərsə, hərbi qızğınlıq zamanı qalibin qarşısını almağa alman fəhlələrinin bundan çoxmu imkanı var? Alman fəhlələrinin manifesti Lui Bonapartın adi bir cinayətkar olaraq Fransa respublikasına təslim olunmasını tələb edir. Onların hakimləri isə, Lui Bonapartı ən münasib bir adam kimi var qüvvə ilə yenə Tüilri taxtına133 əyləşdirməyə çalışırlar ki, Fransanı məhv etsinlər. Necə olursa olsun, tarix göstərəcəkdir ki, alman fəhlə sinfi alman burjuaziyası kimi çürük materialdan yaradılmamışdır. Alman fəhlə sinfi öz vəzifəsini yerinə yetirəcəkdir.

Onunla birlikdə biz Fransada respublika təsis edilməsini alqışlayırıq, lakin eyni zamanda, əsassız olacağını ümid etdiyimiz təşvişlər bizi narahat edir. Bu respublika taxt-tacı yıxmadı, yalnız onun qoyub getdiyi boş yeri tutdu (1870-ci il Almanca nəşrində, sonra, mətnə «alman süngüləri sayəsində» sözləri əlavə edilmişdir. Red.). Bu respublika ictimai bir nailiyyət kimi deyil, milli müdafiə tədbiri olaraq elan edilmişdir. O, qismən qatı orleanistlərdən117, qismən də burjua respublikaçılarından ibarət olan müvəqqəti hökumətin əlindədir, burjua respublikaçılarından bəzilərinin üzərində isə 1848-ci il iyun üsyanından18 silinməz bir ləkə qalmaqdadır. Bu hökumətin üzvləri arasında vəzifələrin bölgüsündən yaxşı bir şey gözləmək çətindir. Orleanistlər ən möhkəm mövqeləri–ordunu və polisi ələ keçirmişlər, qondarma respublikaçılara isə boşboğazlıq etmək vəzifəsi verilmişdir. Bu hökumətin ilk addımlarından bəziləri çox aydın göstərir ki, bu hökumətə imperiyadan təkcə bir yığın xarabazarlıq deyil, imperiyanın fəhlə sinfindən qorxması da irs qalmışdır. Əgər indi onlar respublika adından uca səslə mümkün olmayan şeylər vəd edirlərsə,–bu onun üçün edilmirmi ki, «mümkün olan» hökumətin lehinə gurultu qaldırılsın? Respublika, özünün bəzi burjua başçılarının fikrinə görə, orleanist restavrasiyası üçün yalnız bir keçid pilləsi və körpü xidməti görməməlidirmi?

Beləliklə, fransız fəhlə sinfi ən çətin bir vəziyyətdədir. İndiki böhran zamanı, düşmən az qala Parisin qapılarına gəlib çıxdığı bir vaxtda yeni hökuməti yıxmaq üçün edilən hər bir cəhd son dərəcə ağılsız bir hərəkət olardı. Fransız fəhlələri öz vətəndaşlıq vəzifəsini yerinə yetirməlidirlər (1870-ci il Almanca nəşrində «vəzifə» sözündən sonra «onlar da belə hərəkət edirlər» sözləri əlavə edilmişdir. Red.), lakin onlar, Birinci imperiyanın milli ənənələrinə aldanmış olan fransız kəndliləri kimi, 1792-ci ilin milli ənənələrinə aldanmalarına yol verməməlidirlər. Onlar keçmişi təkrar etmək deyil, gələcək qurmalıdırlar. Qoy onlar respublika azadlığının onlara verdiyi bütün vasitələrdən sakitlik və qətiyyətlə istifadə edib öz sinfinin təşkilatını daha əsaslı surətdə möhkəmlətsinlər. Bu onlara Fransanı yenidən dirçəltmək uğrunda və bizim ümumi işimiz–əmək azadlığı uğrunda mübarizə üçün yeni nəhəng qüvvələr verəcəkdir. Respublikanın müqəddəratı onların gücundən və zəkasından asılıdır.

İngilis fəhlələri, öz hökumətinin Fransa respublikasını tanımamaq arzusunu134 qırmaq üçün kənardan sağlamlaşdırıcı təzyiq göstərmək istiqamətində artıq bəzi addımlar atmışlar. Yəqin ki, İngiltərə hökuməti indiki ləng hərəkəti ilə, 1792-ci il antiyakobin müharibəsinin və ləyaqətsiz bir tələsikliklə «coup detat»133 tanımış olmasının əvəzini çıxmaq istəyir. İngilis fəhlələri, bundan əlavə, öz hökumətindən tələb edirlər ki, Fransanın parçalanmasına,–ingilis mətbuatının bir hissəsinin (1870-ci il Almanca nəşrində bu cümlənin axırı aşağıdakı şəkildə verilmişdir: «ingilis mətbuatının bir hissəsi bunu alman vətənpərvərləri qədər gurultu qoparmaqla tələb edir». Red.) həyasızlıqla tələb etdiyi parçalanmasına var qüvvə ilə müqavimət göstərsin. Bu həmin mətbuatdır ki, tam iyirmi il ərzində Lui Bonaparta Avropanın tanrısı kimi səcdə edir və Amerika quldarlarının qiyamını coşğun alqışlayırdı136. Bu mətbuat o zaman olduğu kimi, indi də quldarların mənafeyi üçün çalışır.

Qoy Beynəlxalq Fəhlə Birliyinin bölmələri bütün ölkələrdə fəhlə sinfini fəal çıxış etməyə çağırsın. Əgər fəhlələr öz vəzifəsini unutsa, əgər onlar passiv qalsalar, onda hazırkı dəhşətli müharibə yeni, daha çox dəhşətli beynəlxalq müharibələrin başlanğıcı olar və hər ölkədə qılınc cəngavərlərinin torpaq mülkiyyəti və kapitalın fəhlələr üzərində yeni qələbələrinə gətirib çıxarar.

«Vive la Repuğlique!» (Yaşasın respublika! Red.)

256, Hay Holborn, London, Ueistern Sentral, 9 sentyabr 1870-ci il.



K.Marks tərəfindan 1870-ci il sentyabr ayının 6-sı ilə 9-u arasında yazılmışdır.

1870-ci il sentyabrın 11–13-də vərəqə şəklində ingilis dilində, həmçinin 1870-ci ilin sentyabr–dekabrında vərəqə şəklində və dövri mətbuatda alman və fransız dillərində çap edilmişdir.
Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin