Azərbaycan miLLİ elmlər akademiyasi


XII əsr şeirində qəzələ diqqət



Yüklə 6,47 Mb.
səhifə158/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   154   155   156   157   158   159   160   161   ...   232
XII əsr şeirində qəzələ diqqət: Samanilər dövründən və XI əsr şairlə­rin­dən dövrümüzə qədər qəzələ bənzər şeir formaları gəlib çatmışdır ki, bunlar daha çox qəsidələrin əvvəlində işlənən aşiqanə hissəyə - nəsibə ox­şa­yır və aşiqanə vəsflərdən ibarətdir. Amma XII əsr şairləri qəzəlin inki­şafında böyük addım atdılar və qəsidənin əvvəlindən götürülmüş bu şeir formasını şairin daxili hisslərinin vəfsi qəlibinə saldılar. Bu dövrün divan­la­rının çoxunda qəzəl olsa da, Sənai, Xaqani, Ənvəri və Əttar fars qəzəlinin inkişafında böyük rola malik olmuşlar. Xaqani və Ənvərinin qəzəlləri Sədi və Hafizin diqqət mərkəzində olmuşdur və Sənai irfani qəzəllərin yaradıcı­sıdır. Əttar onun üsulunu davam etdirərək, qəzəli yeni inkişaf mərhələsinə daxil etdiyi kimi, Mövləvi də Sənainin qəzəllərinə xüsusi diqqət yetir­miş­dir. Bu dövrün qəzəllərində şairin təxəllüsünün qeyd olunması hələ geniş yayılmamışdı. Bu əsrin şairlərinin qəzələ diqqətinin səbəbini iki məsələdə axtarmaq olar: birincisi odur ki, fars şeiri XII əsrə qədər daha çox saray şeiri xarakteri daşıyırdı və ona uyğun janr da qəsidə janrı idi. Zöhd yolunu seçmiş Nasir Xosrov da həmin janrı öz məqsədlərinin bəyanı üçün seç­mişdir. XII əsrdə mədhiyyəçi şairlərə etinasızlıq daha da artmışdı və şeir tədricən saraydan çıxdığı üçün şair öz şəxsi hisslərinin bəyanına fürsət ax­tarırdı. Beləliklə də, qəsidə özünün əvvəlki qüdrətini əldən verdi və onun ye­rini qəzəl tutdu. İkincisi budur ki, Samanilər və Qəznəvilərin dövründə cəmiyyətə hakim olan baxış döyüşkənlik ruhu idi və dövrün qəsidələri bu ruhiyyəyə uyğun gəlirdi. Halbuki, XII əsrdə irfan, təsəvvüf və dini təəs­süb­lər həmin ruhiyyəni üstələdi və nəticədə şairlər tədricən qəzələ diqqət ye­tirməyə başladılar. Bu dövrdən də qəzəldə olan lətafət və gözəllik yavaş-ya­vaş qəsidələrin üstünlüyünü aradan qaldırmağa başlamışdı.

Qitə. Qitə XII əsrdə diqqətəlayiq bir janr kimi formalaşmağa başla­mış­dı. Bu əsrin məşhur şairi Ənvəri gözəl və çoxsaylı qitələr yazmışdır ki, on­lar­da qısa mövzuları bəyan etmiş, eyni zamanda ədəb və sənət gözəl­lik­lərini də nəzərə almışdır. Onun qitələrinin çoxu fars poeziyasının ən yaxşı qitələri sırasındadır. Zöhd, əxlaq, şikayət, həcv, giley, mərsiyə, xahiş və mədh mövzuları Ənvərinin qitələrində üstünlük təşkil edir.

Məsnəvi. Bu dövrdə məsnəvi də mühüm şeir janrlarından biri olmuş­dur. Nizami, Sənai və Əttarın məsnəviləri bu əsrdə yazılmış və farsdilli ədə­biyyatda dəyişiklik yaratmışdır. Məsnəvi forma baxımından əvvəlki dövr­dən fərqlənmirdi.

Rübai. Bu dövrdə məşhur rübai ustadı Əttar Nişapuri olmuşdur. Onun «Mux­tarnamə» əsəri rübailər məcmuəsidir və şair onları mövzuya görə qrup­laşdırmışdır. Divanların sonunda digər şairlərin də rübailərini görmək olar.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin