Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə34/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

190

 

 



 

 

qaydada  sona  kimi  davam  olunur  və  çıxış  edənlərin  əl  çalmaları  ilə  tamamlanır.  “Meteliça”  rəqsi 



2/4 ölçüdədir, qaçış templidir. Onu da bildirək ki, ukrayna xorovodları üçün cəld, alovlu ritm xüsusi 

hərəkətlilik səciyyəvidir [7].  

Yəhudilərin  miladdan  əvvəl  və  sonrakı  illərdə,  həmçinin  də  XVI  əsrdə  İran  ərazisindən 

Azərbaycan  torpaqlarına  gəldikləri  söylənilir.  Onlar  Avrasiya  dil  qrupuna  aid  edilirlər.  “Hora” 

onların  milli  rəqsidir.  Bu  məşhur  rəqs  çox  illər  ərzində  bütün  dünyada  bayram  tədbirlərində,  toy 

mərasimlərində    ifa  edilib.  “Hora”  milli  gücü  simvolizə  edir.  Onu  ifa  etməkdə  məqsəd  insanların 

yığıncaqlarda  əl-ələ  verərək  birləşməsi  və  birlikdə  olmasıdır.  “Hora”  Şərqi  Avropadakı  bəzi 

ölkələrdə ifa olunan dairəvi rəqslərdən bir qədər fərqlənir. “Yəhudi hora”sı  3/4 yaxud 3/8 ölçüləri 

ilə ifa olunur. Əsasən  İzrail folklor mahnısı ilə və bəzən də “Hava Nagila” tipli yəhudi mahnısı ilə 

müşayiət olunur. Bu rəqs hal-hazırda Yəhudi toylarında ifa edilir. 

 “Hine ma tov” rəqsi qadınlar tərəfindən ikili dairə yaradılaraq ifa olunur. Onlar əl-ələ tutaraq 

saat  əqrəbinin  əksinə dövrə vururlar.  İştirakçılar  dairənin  mərkəzinə  tərəf  əllərini  yuxarı qaldırmış 

vəziyyətdə  irəliləyir  və  geri  çəkilirlər.  Sonra  yenidən  saat  əqrəbinin  əksi  istiqamətində  fırlanırlar. 

“Hine  ma  tov”  rəqsi  sadə  və  qaçış  tərzli  addımlarla  ifa  olunur.  Bu  orta  tempdə  ifa  edilən  lirik 

xüsusiyyətli rəqsdir. Rəqs oxuma və musiqi alətləri ilə müşayiət edilir. Onun musiqi ölçüsü 3/4-dür 

[8].  


“Hora  Medura”,  “Erev  Ba”,  “Zemer  Atik”  və  s.  yəhudilərin  ifa  etdikləri  dairəvi  rəqslər 

sırasına daxildir. 

Azərbaycanda  yaşayan  digər  azsaylı  xalqlardan  biri  də  kürdlərdir.  Onlar  İran  dilinin  Şimal-

Qərb  yarım  qrupuna  aiddirlər.  Kürd  rəqsləri  iştirakçıların  əl-ələ  verərək  ifa  etdikləri  ənənəvi  qrup 

rəqsləridir. Kürdlər ad günlərində, yeni ildə, Novruz bayramında, toy və başqa mərasimlərdə dairəvi 

rəqsləri ifa  edirlər. Kürd rəqslərində  dəstə başçısı  “serşopi” adlanır.  O, sağ  əlində  rəngli  yaxud da 

rəmzi dəsmal saxlayır. Digər rəqs iştirakçılarına isə “qavan” deyilir. Bəzən dairədəki son rəqqas da 

qavan adlanır. İfa zamanı iştirakçıların yaşına məhdudiyyət qoyulmur. Üç yaşdan tutmuş səksən üç 

yaşa qədər olan insanların eyni sırada şənlikdə iştirak etdiklərini görmək mümkündür. 

Kürd rəqslərinin aşağıdakı müxtəlif və çoxsaylı variantları vardır: “Qorani kürdi”, “Qovend u 

dilan”,  “Qeryan”,  “Şapi”,  “Sepe”,  “Dilan”.  “Qeryan”  rəqsi  sürətli  tempdə  ifa  olunur.  “Şapi”  sol 

mənasını ifadə edən “şep” yaxud da “şap” sözündən gəlir. Bu sadə kürd rəqslərindən biridir. “Şapi” 

rəqsi  dairə  boyu  sol  ayaqla  iki  dəfə  irəliyə  və  sonra  isə  sağ  ayaqla  iki  dəfə  geriyə  edilən 

addımlardan ibarətdir. “Sepe” rəqsi xoreoqrafik tərəfdən “şapi” rəqsinə oxşayır.  

“Dilan”  rəqsində  iştirakçılar  dairəvi  yol  yaradırlar.  Onlar  əl-ələ  tutaraq  yarım  dairə 

formasında düzülürlər. Çıxış edənlərin əlində “desroke” adlı rəngli dəsmallar olur. İştirakçılar dəstə 

başçısı  ilə  birlikdə  dairə  boyu  hərəkət  edərək  əllərindəki  dəsmallarını  havada  yellədirlər.  Aparıcı 

rəqs  üçün  səciyyəvi  olan  hərəkətləri,  yaxud  da  öz  istəyindən  asılı  olaraq  bəzi  hərəkətləri  tez-tez 

təkrarlayır. Rəqs instrumental ifa və müğənninin oxuması ilə müşayiət olunur. Onun musiqi ölçüsü 

2/4-dir [9]. 

Beləliklə,  biz  təqdim  edilən  məqalədə  Azərbaycanda  yaşayan  fərqli  dil  qrupuna  mənsub  

xalqların mədəniyyət kontekstində halqavari rəqslərin etnomusiqi xəritəsini əks etdirməyə çalışdıq. 

Adlarını qeyd etdiyimiz xalqların mədəniyyətində belə rəqslərin mövcud olmasını onların adlarını 

sadalamaqla  yanaşı,  xoreoqrafik  tərəfdən  təsvir  etməklə  də  göstərdik.  Məqalənin  həcmini  nəzərə 

alaraq həmin xalqların adı çəkilən rəqsləri barədə məlumat verməklə kifayətlənməli olmuşuq. 

Yuxarıda  söylədiklərimizdən  belə  qənaətə  gəlirik  ki,  Azərbaycan  ərazisi  tarixən  çox 

mədəniyyətlərin  qovuşduğu  mərkəz  olmuşdur.  Ona  görə  də  bu  torpaqlarda  yaşayan  müxtəlif 

xalqların  nümayəndələri  tarixən  öz  mədəniyyətlərini  nümayiş  etdirərək  həmişə  dinc  və  əmin-

amanlıq  şəraitində  yaşamışlar.  Bu  ənənə  sülhsevər  xalqımız  tərəfindən  indi  də  davam 

etdirilməkdədir. 

Dairəvi  rəqslərin  təkcə  Azərbaycan  ərazisində  deyil,  həm  də  dünyanın  fərqli  regionlarında 

yaşayan,  ayrı  dinlərə  sitayiş  edən,  müxtəlif  dil  qrupuna  mənsub  olan  xalqların  rəqs  incəsənətində 

geniş yayıldığını qeyd etmişik. Fikrimizcə, bütün bu qeyd etdiklərimiz belə rəqslərin multikultural 

dünyanın təmas nöqtəsi olduğunu göstərən başlıca faktlardandır. 

 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

191

 

 



 

 

Ədəbiyyat:  



1. Aslanov E. El-oba oyunu xalq tamaşası. Bakı: İşıq, 1984. 275 s. 

2. Ağayeva X. “Yallı” rəqsinin mənşəyinə dair. / “Elm və həyat ” jurnalı. № 2, 1996. S. 43-

44.  

3.  Məmmədov  C.  Türklərin  müştərək  rəqsi-yallılar.  /  “Elm  və  həyat  ”  jurnalı.  №1,  2010.  S. 



51-52. 

4.  Məmmədli  Ə;  Məmmədli  K.  Naxçıvan-Şərur  el  yallıları.  Naxçıvan:  Əcəmi  Nəşriyyatı 

Poliqrafiya Birliyi, 2015. 276 s. 

5. https://www.youtube.com/watch?v=-LI573nNrVE 

6. https://www.youtube.com/watch?v=a2PRmkaK3VA 

7. https://www.youtube.com/watch?v=biNR-IZOTK8 

8. https://www.youtube.com/watch?v=66Rb4v8e1cQ 

9. https://www.youtube.com/watch?v=iR9kiTHzKvQ 

Fazıla Nabıyeva 

Expression of multicultural values in circle dances 

Summary  

In  the  present  article,  attention  was  paid  to  circular  dances  of  different  nations  living  in 

Azerbaijan  as  an  expression  of  multikulturalism.  It  was  represented  an  ethno  musical  card  of 

circular dance of Azerbaijanis, tatars, russian, ukrainians, jews and kurds. Information was provided 

on a score, pictures of accompaniment, parts of these dances, as well as their choreographic images 

were given. 

 

 

 

 



 

 

 



 

 

 



Rasimə Şamil qızı Əhmədova 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi, dissertant 

ehmedova83@box.az 

 

CƏLİL MƏMMƏDQULUZADƏNİN YARADICILIĞINDA MULTİKULTURALİZM 

 

Açar sözlər: multikulturalizm, bəşəri duyğular, humanizm, millətçilik, tolerantlıq 

Key words: multicultiralism, human emotions, humanism, nationalism, tolerance. 

 

Bəşəriyyəti  bütöv  kimi  dərk  etmək  istəyi,  ayrı-ayrı  xalqları  mənəvi  xətlərlə  birləşdirən 



amilləri tapmaq ehtiyacı, dinləri bir-birinə  yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə 

eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətlə, 

şəfqətlə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı 

olmadan  bütün  xalqlar  üçün  əsas  həyat  prinsipi  olmasının  tərənnümü  və  bir  sıra  digər  bu  kimi 

dəyərlərin əksi ədəbiyyatımızda xüsusi yer tutur. Bu gün xalqımıza xas olan tolerant, multikultural 

dəyərlər  əsrlər  boyu  əcdadlarımızın  canında,  qanında  yaşayıb.  Ayrı-ayrı  dinlərə,  dillərə  mənsub 

xalqlara  qarşı  hörmət  duymaq  və  bu  xalqların  adını  ehtiramla  çəkmək,  onlara  səmimi  dostluq  və 

sevgi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və intibah dövrü şairlərimizin, maarifçi-

demokrat yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur; “Eşqdir mehrabı uca göylərin, 

eşqsiz  ey  dünya,  nədir  dəyərin?”  ideyasını  yaradıcılığının  cövhəri  bəyan  edən  Nizamidən 

başlayaraq,  “Mənim  tanrım  gözəllikdir,  sevgidir”  deyən  Cavidə  qədər  Azərbaycan  ədəbiyyatı  eşq 

üstündə köklənmişdir. Belə sənətkarlar içərisində  Cəlil  Məmmədquluzadənin  xüsusi  yeri və çəkisi 

var.  Ədibin  yaradıcılığında  multikultural  dəyərlər  və  tolerantlıq  elementlərinə  rast  gəlmək 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

192

 

 



 

 

mümkündür.  C.Məmmədquluzadə  bütün  yaradıcılığı  boyu,  xüsusilə  “Molla  Nəsrəddin”  jurnalı 



vasitəsilə  xalqına  əmin-amanlıq  arzulayaraq  “dünyada  sülh  və  asayişdən  gözəl  nə  ola  bilər”,  - 

deyirdi. O, xalqın, vətənin beynəlxalq təcavüzdən qorunması üçün güclü dövlətin, kəsərli, ağıllı, iti 

siyasətli dövlət rəhbərlərinin, həqiqət, bütöv əqidəli sivil bir xalqın arzusuyla fəaliyyət göstərirdi. 

“Molla  Nəsrəddin”  jurnalının  12  avqust  1907-ci  il  sayında  dərc  olunan  “Lahi  sülhi-  ümumi 

məclisində”  məqaləsində  Mirzə  Cəlil  millətçilik  mövqeyindən  çıxış  edərək  bildirir  ki,  dünya 

xalqlarının  bir  sıra  dövlətlərinin  yığışdığı  beynəlxalq  məclisdə  hər  dövlət  əsas  ideyanı  unudaraq 

özünün ümumdövlət mənafeyindən çıxış edir və öz mənfəətini ortaya qoyur. 

Cəlil Məmmədquluzadə öz oxucusunun varlığa ayıq baxması, cəmiyyət və təbiət hadisələrinə 

ağıl və zəka ilə  yanaşması,  bir sözlə, mənəvi  cəhətdən inkişaf edib  yüksəlməsi  məsələsinə xüsusi 

əhəmiyyət  verirdi.  Onun  xalqı  sivil  görmək  məramı  xalqın  formalaşması  prosesinin  əsasını  təşkil 

edirdi. Ədibin yaradıcılığında qadın məsələsi, xüsusən də qadınların azadlığı məsələsi ana xətlərdən 

birini təşkil edir.  Qadınların hüquqsuzluğu,  alınıb-satılması,  valideynləri  tərəfindən uşaq ikən həm 

də zorla ərə verilməsi, yalançı şahidlər hesabına qanunsuz kəbin kəsdirilməsi, əri tərəfindən hər cür 

işgəncələrə  və  təhqirlərə  məruz  qalması  onun  yaralı  ürəyinə  bir  az  dərin  yaralar  vururdu.  Qadın 

azadlığı uğrunda mübarizə ədəbiyyatımızda XIX əsrdən başlayır. Lakin Cəlil Məmmədquluzadənin 

Azərbaycan qadını barədə bədii, publisistik görüşləri öz sələflərindən xeyli dərəcədə fərqlənir. Çox 

təəssüf  ki,  sovet  ideologiyası  çərçivəsində  təqdim  olunan  bir  sıra  tədqiqatlarda  Cəlil 

Məmmədquluzadənin 

bədii 

dünyasında  qadın  azadlığını  daha  çox  onun  islamdan, 



müsəlmançılıqdan  azadlığında  görmüşlər.  Cəlil  Məmmədquluzadə  qadın  azadlığını  buxovlayan 

faktlar  içərisində  islamı  deyil,  islam  qanunlarından  öz  mənfəəti  üçün  istifadə  edən,  bu  qanunları 

özünə  sərf  edən  şəkildə  təsvir  edən  saxtakarları  nəzərdə  tutur.  Bu  mənada  ədibin  ən  böyük  və  ən 

mükəmməl  əsəri  “Danabaş  kəndinin  əhvalatları”dır.  Bu  əsəri  Cəlil  Məmmədquluzadənin 

Azərbaycan qadınına indiyədək olan münasibəti dəyişmək tələbindən irəli gələn üsyannamə kimi də 

qiymətləndirmək  olar.  Cəlil  Məmmədquluzadə  Zeynəbin  taleyini,  ağrı-acılarını,  bir  az  da  dəqiq 

desək,  milli  faciəsini  qələmə  almaqla  qadına  qarşı  zorakılığı,  imkanlıların  öz  istəklərini 

gerçəkləşdirmək  yolunda  hər  cür  qeyri-sivil  qaydalara  əl  atmalarını  qabartmaq  istəmişdir.  Cəlil 

Məmmədquluzadə  bu  povestdə  feodal  əxlaqının  insanları  korlayıb  zay  etdiyini,  nifaq,  xəbislik, 

xəyanət,  tamahkarlıq,  dünya  malına  hərislik,  acgözlük  ruhunda  tərbiyə  etdiyini  bədii  cəhətdən 

əsaslandırır. Zeynəbin öz ərinə sədaqəti, onun ölümündən sonra kimsəni qəbul edə bilməməsi və s. 

kimi keyfiyyətlərinin hamısı islam dəyərlərinin saflıq təlqinindən, ədalət və sədaqət təlqinindən irəli 

gəlir. Ancaq Allahın  yaratdığı bəndələr niyə belə insafsız, əclaf və acgözdürlər? Zeynəbin ara-sıra 

Allaha  müraciəti  və  üsyanı  məhz  bu  suala  cavab  axtarışından  doğur.  Cəlil  Məmmədquluzadə  bu 

əsərində – təkcə Azərbaycanın deyil, bütöv Şərq dünyasının problemlərini ortaya qoyub. Ədib XX 

əsrin əvvəlləri Azərbaycan mühitində qadının yerini müəyyən etmək, onun hüquqlarını cəmiyyətin 

bütün  üzvləri  ilə  bərabər  görmək  üçün  çalışıb.  Ədibin  fundamental  nəsr  əsəri  olan  “Danabaş 

kəndinin əhvalatları” bütün bədii məziyyətləri ilə bir  yerdə həm də bu məqsədə xidmət edir. Ədib 

bu  əsərdə  əzilən  və  bu  əzilmədə  öz  hüquqlarını  tələb  etməyən  qadınların  dərdini  ifadə  etməklə, 

onların niyə bu günə qaldıqlarının səbəbini də göstərir. Buna səbəb kimi bir çox faktorlar sırasında 

insanın öz hüquqlarından, hətta təbii hüquqlarından məhrum olmağı önə çəkilir və müəllif tipik bir 

kəndin simasında bütöv bir ölkənin və bütöv bir cəmiyyətin gerçək mənzərəsini yaratmaqla həyəcan 

təbili çalır.  

Mirzə  Cəlil  qadın  azadlığı  məsələsinə  bir  sıra  məqalə  və  felyetonlarında  da  geniş  yer 

vermişdir. Bu sahədə onun  ən məşhur məqaləsi  “Arvad məsələsi”  adlanır. Bu məqaləsində  yazıçı 

qadın azadlığı problemini bütün aspektlərdən araşdırmış, həm Avropa, həm də dünya ölkələrində bu 

məsələnin  hansı  səviyyədə  olduğuna  diqqət  çəkmiş,  eyni  zamanda  dinlərin  də  bu  məsələyə  necə 

yanaşdığını  gündəmə  gətirmişdir.  Məqalənin  ilk  sətirlərindən  ədib  Avropada  qadınların  hüquq 

bərabərliyi məsələsinə toxunur və avropalı alim Con Stüartın fikirlərinə diqqət çəkir: “Yevropanın 

ən  şöhrətli  alimlərindən  Con  Stüart  min  səkkiz  yüz  altmış  yeddinci  ildə  ingilis  parlamanında 

söylədiyi  nitq  hələ  çoxlarının  yadından  çıxmayıb.  Haman  nitqdə  məşhur  natiq  birinci  dəfə  olaraq 

arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əlli illik müddətdə haman 

ingilis  parlamanında  azından  iyirmi  dəfə  bu  məsələ  müzakirəyə  qoyulubdur  və  hələ  bu  vaxtadək 

arvad məsələsi necə ki, lazımdır Yevropada həll olunmayıbdır” (4, s. 197). 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

193

 

 



 

 

Mirzə Cəlil bu məqalədə Rusiyada, Hindistanda, Yunanistanda qadınların azadlığı məsələsinə 



toxunur və hər bir ölkənin məsələyə necə yanaşdığına diqqət çəkir. Bu ölkələr sırasında ilk nəhəng 

dövlətlərdən  olan  Rusiyadan  başlayır:  “...inqilabi-kəbirin  birinci  xidməti  bu  oldu  ki,  Rusiyada 

yaşayan  cəmisinin  ixtiyarı  bərabərləşibdir,  bilafərq  cins,  din  və  millət.  Bu  barədə  Rusiyada  dəxi 

əlahiddə bir danışmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır.”(4, s. 198) 

Cəlil  Məmmədquluzadə  qadınların  ixtiyarsız,  hüquqsuz  olduğunu  və  ta  qədimdən  bu  günə 

qədər  bu  məsələnin  belə  davam  etdiyini  göstərmək  üçün  Hindistanda  Manun  rəyindən  danışır: 

“Bəni-növi bəşərin tarixinin əvvəlinci günlərindən başlamış arvadlar ərlərinin ixtiyarında olublar və 

bu  ixtiyar  bu  cür  nəzərə  gəlib  guya  ki,  dəyişilməyən  bir  qanundur.  Qədim  Hindistanda  üç  min  il 

bundan  qabaq  Manunun  qanunlarına  görə  arvadı  öldürənin  tənbihi  o  qədər  idi-nə  qədər  ki,  iti 

öldürənin  tənbihi  idi.  Manu  öz  qanunnaməsində  yazır  ki,  arvad  uşaq  ikən  atanın  ixtiyarında 

olmalıdır,  cavanlıqda  ərinin  ixtiyarında  və  dul  qalanda  oğlunun  ixtiyarında.  Arvadın  nə  qurban 

kəsmək ixtiyarı var idi, nə ibadət eləmək; onun ibadəti məhz ərə qulluq etmək idi”.(4, s. 198) 

Mirzə  Cəlil  Hindistanda  qadına  münasibəti  göstərdikdən  sonra,  qadınlara  ən  çox  həqarətlə 

baxan və onları insan kimi belə görməyən ölkələr içərisində Yunanıstanı qeyd edir: “...yunan alimi 

məşhur  Aristotel  deyərmiş:  “qul,  arvad  və  uşaq  ixtiyar  sahibi  olmağa  qabiliyyətsizdirlər”.  Məşhur 

“Rim qanunları” uşaqları dəliləri və arvadları bir mənzilədə hesab edirdi və bunlara ixtiyar vermirdi 

öz adları ilə şərtnamələr bağlasınlar”. (4, s. 198) 

Daha sonra  yazıçı dinlərin qadına olan münasibəti məsələsinə keçir və ayrı-ayrı dinlərdə bu 

məsələnin necə olduğuna diqqət çəkir: “Dinlərə gəldikdə demək olar ki, cəmi dinlər arvadları əskik 

bir insan dərəcəsində qoyublar. Tarixi-Müqəddəs İbrahim peyğəmbəri Saranın başının sahibi deyib 

yazır.  Qədim  yəhudilər  dua  vaxtı  Allaha  şükür  eləyirdilər  ki,  onları  arvad  xəlq  eləməyib.  Bizim 

islam dinində kişilərin ixtiyarı arvadlarınkı ilə bərabər deyil”.(4, s. 198 ) 

Əslində  dinlər  içərisində  İslam  dini  qadına  ən  çox  dəyər  verən  bir  dindir.  Tarixə  nəzər 

saldıqda görürük ki, islama qədər qadınlar hansı təhqirlərə, alçaldılmalara, işgəncələrə və hətta diri-

diri basdırılmalara məruz qalıblar. Lakin İslam dini qadına ən gözəl dəyəri verdi. Quran ayələrinə 

baxdıqda Allahın qadınla kişiyə ortaq xitab etdiyini  görürük. Allah “Qurani-Kərim”də bir insanın 

gənc,  yaşlı,  qadın  və  ya  kişi  olmasının  deyil,  səmimi  qəlbdən  iman  gətirməsinin  vacib  olduğunu 

bildirir.  Nisa  surəsinin  124-cü  ayəsində  buyurulur:  “Mömin  olaraq  yaxşı  işlər  görən  kişilər  və 

qadınlar cənnətə daxil olarlar. Onlara xurma çəyirdəyindəki tel qədər haqsızlıq edilməz”.(2, s. 65) 

Allah –Təala qadın-kişi fərq qoymadan hər ikisinin eyni olmasını bizə bildirib: “Ey insanlar! 

Biz  sizi  bir  kişi  və  bir  qadın  olaraq  yaratdıq.  Sonra  bir-birnizi  tanıyasınız  deyə  sizi  xalqlara  və 

qəbilələrə  ayırdıq.  Allah  yanında  ən  hörmətli  olanınız  Allahdan  ən  çox  qorxanınızdır  (pis 

əməllərdən ən çox çəkinənizdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.(2, 

s. 381) 

Mirzə  Cəlil  “Arvad  məsələsi”  məqaləsində  qadınların  kişilərdən  geri  qalmasının  səbəblərini 

də göstərmişdir. Həmin səbəblərdən biri kimi ədib qadının ana olduğunu, evdə oturub əri, uşağı ilə 

məşğul  olduğundan  başqa  şeylərə  vaxtlarının  qalmadığını  bildirir:  “...əsl  mətləb  burasındadır  ki, 

arvadların  hər  bir  barədə  kişilərdən  geri  qalmasına  səbəb  analıq  olubdur  ki,  onları  evdə  uşağının 

yanında  oturmağa  məcbur  edib,  qoymayıb  xah  dava  meydanında,  xah  qeyr-  meydanda  hünər 

göstərsinlər: ev işləri, uşaq tərbiyəsi və külfət qeyri-arvadları o dərəcədə  məşğul edibdir ki, evdən 

kənar olan işlərə arvadların macalı yetməyibdir” (4, s. 199). 

Mirzə  Cəlil  bu  məqalədə  həm  də  qadınların  azadlığı  uğrunda  göstərdiyi  mübarizəni  də  əks 

etdirir. Bu sırada ədib 1787-ci ildə Filadelfiyada, 1840- cı ildə Londonda keçirilən qurultayları və 

onların  nəticələrini  göstərir.  “Statistika”  bölməsində  yazıçı    artıq  qadınların  da  kişilərlə  bərabər 

təhsil  almaları,  müəyyən  sənət  və  peşəyə  yiyələnmələri,  hətta  artıq  qadın  cəmiyyətlərinin  yavaş-

yavaş  formalaşdığını  əks  etdirir.  Qadınların  da  kişilərlə  bərabər  eyni  hüquq  müstəvisində  çıxış 

etmələri,  onların  ixtiyar  sahibi  olmaları,  cəmiyyətdə  passiv  deyil,  fəal  mövqe  tutmaları  Mirzə 

Cəlilin  təkcə  Azərbaycan  qadınlarında  deyil,  bütövlükdə  cəmiyyətdəki  qadınlarda  görmək 

istədikləri xüsusiyyətlər idi. 

Mirzə Cəlilin bir sıra məqalə və felyetonlarında olduğu kimi dram əsərlərində də multikultural 

elementlərə  rast  gəlmək  mümkündür.  Bu  baxımdan  Azərbaycan  ədəbiyyatında  Qarabağ  savaşına 

həsr olunanilk dram əsəri-“Kamança” pyesi mühüm əhəmiyyət kəsb edir. Janrına görə faciə olan bu 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

194

 

 



 

 

əsərin  mövzusu  1918-1920-ci  illərdə  Qarabağda  baş  vermiş  erməni-müsəlman  qırğınından 



götürülmüşdür. Əsərin mərkəzi surəti Qəhrəman yüzbaşıdır. Ədib onun simasında cəsur, qorxmaz, 

mərd bir azərbaycanlı surəti  yaratmışdır. Dostları ermənilər tərəfindən öldürüldüyündən qəhrəman 

yüzbaşı çox qayğılı və gərgindir. Qəhrəman yüzbaşının qəlbində bir-birinə qarşı duran iki hiss, iki 

duyğu,  iki  niyyət  çarpışır.  Öldürülmüş  dostlarının  intiqamını  almaq,  düşmənin  tökdüyü  nahaq 

qanların  əvəzini  çıxmaq  istəyir.  Lakin  eyni  zamanda  o,  yüksək  humanist  hisslərlə  yaşayan,  milli 

ədavətə təəssüflənən, gördüyü qırğınlardan bezən saf ürəkli bir insandır.  

Pyesdəki erməni Baxşı sadə sənət adamı - kamançaçıdır. Toydan qayıdarkən azərbaycanlılar 

tərəfindən  tutulduğunu  görüb,  qorxusundan  titrəyir,  yazıq-yazıq  ağlayır.  Ömrünün  sona  çatdığunı 

düşünən  Baxşıya  Qəhrəman  yüzbaşı  kamançada  çalmağı  göstəriş  verir:  “Baxşı  cəld  durur  ayağa, 

kamançanı alır, çəkilib oturur dizi üstə, cibindən tikirtkə çıxardıb kəmanəni çəkir tikirtkəyə, qırılmış 

simlərinin  birini  tez  düyünləyir,  simləri  yoxlayır,  kökləyir,  üzünü  Qazançı  kəndinə  tərəf  tutub,  ah 

çəkir və ermənicə deyir “Ax, sireli Muğuş bala”. Sonra bir-bir adamların üzünə baxıb, başlayır çox 

həvəslə Rast havasını çalmağa. Rastdan Şikəsteyi-farsa keçəndə Qəhrəman yüzbaşı gözü ermənidə 

və qulağı kamançada durduğu yerdə  yavaşca oturur və Baxşı çaldıqca qəmənini yavaş-yavaş guya 

özündən  bixəbər  soxur  belindəki  qınına  və  qulaq  asmaqda  olur.  Adamlar  hamısı  sükütdadırlar. 

Baxşı çalmağını tamam eləyib qorxan və müntəzir halətdə baxır Yüzbaşının üzünə. ”(3, s. 435) 

Təsirli musiqi qəhrəman yüzbaşının qəzəbini soyudur, insani duyğularını coşdurur və Qaraşa 

deyir: “-Qaraş, sən öləsən biçarə Heydər gəlib durub gözümün qabağında. Ax, Vay!...(Yüzbaşı bu 

sözləri  deyəndə  Baxşı  lap  alçaqdan  çalır.  Adamların  çoxu  da  ah  çəkir.  Yenə  Baxşı  şövq  ilə 

çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan belə dillənir)  

 –  Bax,  belə!...eləcə!...əcəb!...afərin!...eləcə!...eləcə!...Və  axırda  Yüzbaşı  birdən  durur  ayağa, 

qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir: - Adə, erməni, tez kəmənçəni yığışdır, 

itil get buradan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat 

səni də öldürərəm, özümü də öldürərəm. Çıx get!”(3, s. 436) 

Əsərin  bu  şəkildə  qurtarması  onun  humanist  mahiyyətini  daha  da  qüvvətləndirir.  Kamança 

əsərdə metoforik bir surət, bir obraz kimi çıxış edərək milli mənsubiyyəti, bütövlükdə Azərbaycan 

milli ruhunu , mənəviyyatını təmsil edir. Burada musiqi özü , musiqi alətinin musiqi ilə birləşməsi 

obraz,  “qəhrəman”  olaraq  çıxış  edir.  “Kamança”  əsərində  ədibin  məqsədi  azərbaycanlı  balalarını 

milli  musiqinin  təsiri  ilə  oyatmaq  və  ayıtmaqdır.  Bundan  başqa  “Kamança”  əsərinin  mövzusunun 

Azərbaycan müstəqillik və istiqlal çarpışmaları dövründə həmişə bizə qarşı torpaq iddiasında olan , 

erməni  daşnaklarının  çörəyimizi  yeyə-yeyə  bizi  faciələrlə  üzləşdirməsi,  əsəri  ədəbin  real 

düşüncələrindən  doğduğu  ,  milli  mənsubiyyət  və  təəssüb  duyğularından  intişar  tapdığını  göstərir. 

Doğrudan  da,  ədibin  böyük  ustalıqla  qələmə  aldığı  bu  əsərdə  erməni  Baxşı  Azərbaycan  milli 

dəyərlərimizin  incilərindən  olan  milli  musiqimizi  dərindən  mənimsəmiş,  az  qala  erməniçiliyini 

Azərbaycan  milli  mənəviyyatı  ilə  zənginləşdirmiş  bir  ruha,  mənəviyyata  sahiblənməyə  nail 

olmuşdur.  Bu  əsərlə  Mirzə  Cəlil  Azərbaycan  ədəbiyyatında  milli  özünəqayıdış,  mövcudluğun 

təməlində  milli  ruh,  milli-mənəvi  dəyərlər  və  mənəviyyatın  mənimsənilməsi  ideyasının 

dayandığının  əks  olunduğu  ən  kamil  bədii  əsər  yaratmaqla  yanaşı  ümümbəşəri  duyğulara  da  yer 

vermiş, insanın humanistliyini göstərmişdir. 

Bütün bu sadalananlar xalqımızın psixologiyasında, dünyagörüşündə tarixən yer alan milli və 

bəşəri dəyərlərin bir-birilə necə çulğalaşıb doğmalaşdığını göstərir. Bu gün Azərbaycan Prezidenti 

İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi 

kökündə formalaşan və  bu gün də  yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlara əsaslanır. 

Cənab İlham Əliyev öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan 

edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur!” Bu, həqiqətən, 

belədir.  Nizaminin,  Füzulinin,  Axundzadənin,  Seyid  Əzimin,  Mirzə  Cəlilin,  Cavidin,  Abdulla 

Şaiqin  və  yüzlərlə,  minlərlə  Azərbaycan  ədəbi-bədii,  elmi-fəlsəfi  və  publisistik  söz  ustadlarının  

alternativ yoxdur, ola da bilməz! 

Ədəbiyyat 

1.  Xalid  Əlimirzəyev.  Dahi  sənətkar,  böyük  vətəndaş  (C.Məmmədquluzadənin  həyatı,  dövrü, 

mühiti, ədəbi-ictimai fəaliyyəti). Baki, “Elm və təhsil”, 2010, 684 səh. 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin