AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet


§16.1.  nformasiya iqtisadiyyatı: mahiyy



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   33   34   35   36   37   38   39   40   ...   46
§16.1.  nformasiya iqtisadiyyatı: mahiyyəti və 

xüsusiyyətləri 

 

nformasiya  iqtisadiyyatına  keçid  (postindustrial  cəmiyyətin 



altsistemi  kimi)  təbiidir  ki,  “qəflətən”  baş  verməmişdir.  nformasiya  və 

iqtisadiyyat  (yaxud,  cəmiyyət)  anlayışlarının  tarixinə  nəzər  salmaqla 

prosesin  daxili  məntiqinin  özəlliklərini  anlamaq  mümkündür.  Əslində, 

“informasiya”  anlayışı  bəşəriyyətin  özü  qədər  qədimdir.  nformasiya-

ictimai  varlığın  istənilən  tarixi  inkişaf  prosesində  ayrılmaz  atribut 

keyfiyyətində  çıxış  etmişdi.  Başqa  sözlə,  bizim  qəbul  edib-

etməməyimizdən  asılı  olmayaraq  sosial  təşkilin  ən  qədim  formları  ilə 

formalaşmaqda  olan  postindustrial  sivilizasiya  arasında  genetik  əlaqə 

mövcuddur.  Bizim  məxsusi  olaraq  “əlaqə”  sözünü  işlətməkdə 

məqsədimiz  ümumdünya  tarixi-iqtisadi  prosesin  vahidliyinin  qəbul 

edilməzliyini bir daha vurğulamaqdır. 

Bu  aspektdən  N.Vedinin

201

  “....  Hələ  ki,  iqtisadçılardan  heç  kim 



primitiv icma ilə müasir sivilizasiyanın zirvəsi arasında varislik əlaqəsini 

araşdırmağa  cəhd  göstərməmişdi”  tipli  deyimini  “varsliyin”  absolyuta 

yüksəldilməsi cəhdi kimi qəbul etmək olar. 

Aydındır ki, bəşəriyyət özünün uzun tarixi boyu gələcəkdə baş verə 

biləcək  (və  baş  verən  )  transformasiyaların  “genofondunu”  yaratmışdır, 

lakin  yekun  etibarilə  baş  verən  transformasiyanı  təbii-tarixi  prosesin 

məntiqi  yekunu  çərçivəsində  şərh  etməyə  çalışmaq  yalnışlıqdır.  Əks-

təqdirdə, dünya iqtisadiyyatı həm bütövlükdə, həm də ayrı-ayrı ölkələr və 

regionlar bölümündə mahiyyət və məzmunca homogen olardı: 

-Tam fərqli məzmuna malik yaranışla – heterogenliklə üz-üzəyik; 

-  Müasir  dünya  iqtisadiyyatı  ən  yaxşı  halda  (yəni,  ifrat  optimist 

nöqteyi-nəzərdən) 

ifrat 

müxtəlifliklərin 



kontiniumu 

kimi 


mövcuddur; 

-  Ümumbəşəri  tarixi-iqtisadi  prosesdə  kəmiyyət  çoxalmaları 

avtomatik  olaraq  keyfiyyət  yenilənməsinə  gətirib  çıxarmır. 

Kəmiyyətin 

keyfiyyətə 

keçidi 


idarəolunan 

proses 


kimi 

məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi formasında baş verir və s. 

                                                 

201


 Ведин Н.В. Постиндустриальное общество: становление новой системы при-

своения// Проблемы современной экономики.- 2002.- N1.- C.63-65 



Dünya iqtisadiyyatının tarixi 

 

 



446

                                                            

Bu  sıranı  xeyli  uzatmaq  da  olar.  Söhbət  ondan  gedir  ki, 

ümumbəşəri tarixi – iqtisadi prosesin “dayanacaqları” arasında “varislik” 

dediyimiz şey ümumzaman axıcılığının mikrohissəciklərindən biri kimi - 

yalnız biri kimi – təzahür edir və onun keyfiyyət yeniləşməsindəki rolunu 

yalnız ən güclü mikroskop altında müşahidə etmək mümkündür... 

Beləliklə,  informasiya  iqtisadiyyatının  təşəkkülü  proses  olmaq 

etibarilə  universal  xarakter  daşımır  və  bu  keyfiyyətə  nə  vaxtsa 

yiyələnəcəyi hələ ki, naməlumdur. Bununla belə, inkişaf etmiş ölkələrin 

sürətlə 

informasiya 

iqtisadiyyatına 

keçidi 


bütövlükdə 

dünya 


iqtisadiyyatında yeni iqtisadi düzənin formalaşmasına gətirib çıxarmışdı. 

nformasiya  iqtisadiyyatı  -  ənənəviçiliyin  sonu,  tamamilə  yeni 

mahiyyətdə, yeni məzmunda yaranışlar deməkdir. 

nformasiya və elmi bilik strateji resursa çevrilirlər.  nformasiyanın 

istehsalı,  emalı  və  yayılması  sferasında  çalışanların  xüsusi  çəkisi  maddi 

istehsal sferasında çalışanların xüsusi çəkisini üstələməyə başlayır. Hələ 

1980-ci  ildə  bu  50:50  nisbəti  kimi  qərarlaşmışdı.  nformasiya  və  elmi 

biliklərin  yayılması  məhsuldar  qüvvələrin  ərazicə  yerləşməsində 

əhəmiyyətli  dəyişikliklərə  gətirib  çıxarır.  Məsələn,  məlumdur  ki,  aqrar 

iqtisadiyyatın  hökmran  olduğu  (industrializmə  qədərki  dövr)  dövrdə 

şəhərlər ticarət  yollarının kəsişdiyi ərazilərdə, industrial dövrdə xammal 

və  enerji  mənbələrinin  yaxınlığında  yaranırdı.  Postindustrial  dövrdə  isə 

texnopolislər  bir  qayda  olaraq  elm  mərkəzlərinin  və  iri  tədqiqat 

laboratoriyalarının (texnoloji vahə) ətrafında formalaşırlar.  nkişaf etmiş 

ölkələrdə  “bilik  sənayesinin”  sürətli  inkişafına  paralel  olaraq  maddi 

istehsalın sərhədlərinin “sıxılması” prosesi gedir. 

nformasiya iqtisadiyyatının təzahür aspektləri çoxsaylıdır: 

1.

  stehsal  sferası  (informasiya  istehsalı);  başqa  sözlə, 



iqtisadi fəaliyyət növüdür; 

2.

  nformasiya  –  istehsalın  amili,  istənilən  iqtisadi  sistemin 



fundamental resurslarından biridir; 

3.

  nformasiya - əmtəədir, yəni alqı-satqı obyektidir; 



4.

  nformasiya (bəzi hissəsi) – ictimai nemətdir, cəmiyyətin 

əksər üzvləri tərəfindən istifadə olunur: 

5.

  nformasiya – bazar mexanizminin elementidir; Qiymət və 



faydalılıqla  birlikdə  iqtisadi  sistemin  optimallığı  və 

tarazlığının müəyyənləşdirilməsinə təsir göstərir; 

6.

  nformasiya – rəqabət mübarizəsinin mühüm amillərindən 



biridir; 

Dünya iqtisadiyyatının tarixi 

 

 



447

                                                            

7.

  nformasiya  –  ictimai  rəyin  formalaşması  və  qərarların 



qəbulunda  işgüzar  və  hökumət  dairələrinin  rezervi  kimi 

çıxış edir. 

Xüsusi ilə qeyd edilməsi zəruri olan bir məqam ondan ibarətdir ki, 

öz  miqyası  etibarilə  milli  xarakter  daşıyan  “istehsal”  iqtisadiyyatından 

(industrial  iqtisadiyyat)  fərqli  olaraq,  “xidmət”  və  “informasiya” 

iqtisadiyyatı  qlobal  xarakter  daşıyır.  Başqa  sözlə,  informasiya 

iqtisadiyyatının  qərarlaşdığı  məkan  qloballaşmaya  bilməz.  Məhz  bu 

anlamda  bir  sıra  tədqiqatçılar  qloballaşmanı  qaçılmazlıq  terminləri  ilə 

ifadə edirlər. 

Bir  sıra  tədqiqatçılar  “informasiya  cəmiyyətini”  “inkişaf  etmiş 

postindustrial  cəmiyyət”  kimi  xarakterizə  edir  və  göstərirlər  ki,  yeni 

iqtisadiyyat  o  ölkələrdə  reallaşır  ki,  hansılarda  postindustrial  cəmiyyətə 

keçid 1960-1970-ci illərdə baş vermişdi. 

nformasiya 

cəmiyyətinin 

əsas 


xarakteristikası 

aşağıdakı 

kriteriyalar vasitəsilə əks olunur: 

1.

  Texnoloji:  əsas  amil  –  informasiya  texnologiyaıarı  ictimai 



həyatın əksər sferalarında tətbiq olunur. 

2.

  Sosial:  informasiya  həyat  səviyyəsinin  dəyişməsində  mühüm 



stimul kimi çıxış edir; 

3.

  qtisadi:  informasiya  resurs,  xidmət,  əmtəə,  əlavə  dəyərin  və 



məşğulluğun mənbəyi keyfiyyətində çıxış edir; 

4.

  Siyasi:  azad  informasiya  əhalinin  sosial  təbəqələri  arasında 



konsensusa xidmət edir. 

5.

  Mədəni:  ayrıca  götürülmüş  fərdin  və  bütövlükdə  cəmiyyətin 



mədəni tərəqqisinə yardım göstərir. 

 

 



§16.2. Qlobal informasiya iqtisadiyyatı indeksi:  

ölkələr bölümündə qiymətləndirmə 

 

nformasiya  iqtisadiyyatına  keçidin  və  ümumiyyətlə,  yeni 

iqtisadiyyatın  qərarlaşması  prosesinin  qiymətləndirilməsində  “qlobal 

informasiya indeksi” adlanan metodikadan istifadə olunur

202

 (şəkil16.1). 



ndeksdən  istifadə  əsasında  aparılan  araşdırmalar  göstərir  ki,  ABŞ 

liderliyi  öz  əlində  saxlamaqda  davam  edir.  Hal-hazırda  texnoloji 

                                                 

202


 Отчет компании Metrcinet.com “The Global New Economy  ndex: a Cyber-Atlas”, 

2-nd edition, 2000. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



448

                                                            

yeniliklər  və  bunun  nəticəsində  formalaşan  yeni  satış  bazarları  və 

kanalları Amerika iqtisadiyyatının əsas artım mənbəyinə çevrilmişdir. 

Ölkənin  ÜDM-də  elektron  ticarətin  payı  15%-ə  yaxındır.  Bununla 

belə,  yeni  iqtisadiyyatın  modeli  kimi  çıxış  edən  ABŞ-da  hələ  çox  iş 

görülməlidir. 

Reytinqdə ikinci yer Yaponiyaya məxsusdur. ABŞ-dan əhəmiyyətli 

dərəcədə  geri  qalsa  da,  texnoloji  yeniliklərin  tətbiqi  sferasında  əksər 

ölkələrdən  öndədir.  Yapon  iqtisadiyyatının  qloballaşma  dərəcəsi  də 

maksimum səviyyəyə çatmışdır. 

Skandinaviya  ölkələri  ( slandiya,  Norveç,  Finlandiya  və  s.) 

kifayətqədər 

yüksək 


səviyyəyə 

malikdirlər. 

Bu 

ölkələr 


telekommunikasiya  sferasına  qoyulan  investisiyaların  həcminə  və 

nternetə qoşulan kompyuterlərin sayına görə liderdilər. Hər iki göstərici 

yeni  iqtisadiyyatda  müvəffəqiyyət  qazanmağın  əsas  amilləri  kimi  çıxış 

edirlər.  Kontinental  Avropa  ölkələri  (Almaniya,  Fransa,  sveçrə  və 

Avstriya)  qeyd  edilən  yönümündə  ya  əvvəlki  mövqeni  saxlamış,  ya  da 

daha  da  irəliyə  getmişlər.  Son  dövrlərdə  Almaniya  və  sveçrədə  yüksək 

iqtisadi  artım  nümayiş  etdirilir.  Fransada  da  iqtisadi  artım  yüksəkdir. 

Böyük  Britaniya  reytinqinə  görə  7-i  yerdədir.  Eyni  vəziyyət  Kanada  da 

müşahidə edilir. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Şə

kil 16.1. Qlobal informasiya iqtisadiyyatın indeksinin 



kateqoriya və göstəricilər sistemi. 

 

Qlobal informasiya iqtisadiyyatı indeksi 



Kateqoriyalar 

Yüksək ixtisas tələb edən iş 

yerləri 

qtisadiyyatın 

qloballaşması 

qtisadi dinamika və 

rəqabət 

nformasiya iqtisadiyyatına 

transformasiya 

Texnoloji yeniliyin tətbiqi 

imkanları 

G

 Ö



 S

 T

 Ə



 R

 

 C



 

 L

 Ə



 R

 

- xtisaslı mühəndislər; 



- KT mütəxəssisləri; 

-Rəhbər işçilər; 

-Ali məktəb tələbələri 

-Əmtəə ixracı; 

-Kommersiya xidmətləri ixracı; 

-Birbaşa investisiyaların ixracı; 

-Xaricdə əmlaka birbaşa kapital 

qoyuluşu; 

-Proteksionizm: idxalı aradan qaldırmaq 

məqsədi güdən milli proteksionist 

tədbirlərin səviyyəsi. 

-Ümumi 


məhsuldarlıq; 

motivasiya; 

proseslərin  idarəolunması;  Sahibkarlıq; 

maliyyə sabitliyi; Vençur kapitalı 

- nternetə çıxış; elektron ticarət; 

telekommunikasiyaya investisiya 

qoyuluşu; Kompyuterlərin sayı; 

Kompyuterlərin gücü 

-Verilən patentlərin sayı; Tədqiqatlara 

çəkilən xərclərin ümumi həcmi; 

Tədqiqatlarla məşğul olan insanların sayı 


Asiya  ölkələrində  isə  panorama  kifayətqədər  qarışıqdır.  Bəzi 

ölkələr  (Tayvan,  ndoneziya)  əhəmiyyətli  irəliləyişlər  nümayiş  etdirir, 

digərləri  (Filippin,  Sinqapur)  əksər  göstəricilər  üzrə  geriləməkdədirlər. 

Neqativ  nəticələrin  meydana  çıxması  əsasən  iqtisadi  islahatların 

“davranışı” və siyasi mühitin adekvat olmaması ilə izah olunur. 

Mərkəzi  Avropanın  əksər  ölkələrinin,  ələlxüsus  Macarıstanın, 

Polşanın  və  Rusiyanın  reytinq  göstəriciləri  əhəmiyyətli  dərəcədə  aşağı 

düşmüşdü. 

Latın  Amerikası  ölkələri  isə  reytinq  cədvəlində  ən  aşağı  pillələri 

tutmaqdadırlar.  Bu  ölkələrdə  fundamental  iqtisadi  problemlərin 

mövcudluğu  yeni  iqtisadiyyatın  formalaşması  yönümündə  perspektiv 

investisiya qoyuluşlarını mümkünsüzləşdirir. 

nformasiya  iqtisadiyyatının  ümumdünya  çapında  qərarlaşması 

problemi  bu  gün  kifayətqədər  aktuallaşmış  problemlər  sırasında  ön 

cərgədə  dayanmaqdadır. 

nkişafın  qeyri-bərabərliyi  və  qlobal 

assimetrikliklə  yanaşı  ayrı-ayrı  ölkə  hökumətlərinin  informasiya 

texnologiyaları  sferasında  həyata  keçirdikləri  yaxud  keçirmədikləri 

siyasət gözlənilməz nəticələrlə sonuclana bilər. 

Belə ki, bəzi ölkələr qeyd edilən sferada aktiv fəaliyyət göstərməklə 

informasiya  texnologiyalarını  inkişafın  hərəkətverici  qüvvəsinə  çevirə, 

aqrar,  yaxud  industrial  iqtisadi  sistemdən  yeni  –  informasiya-

iqtisadiyyatına  keçə  bilərlər.  Eyni  zamanda,  digər  qrup  ölkələr  bu 

prosesdə  ləngiyə  və  nəticə  etibarilə  texnoloji  planda  dünya 

iqtisadiyyatının əyalətinə çevrilərlər. 

Qlobal  informasiya  iqtisadiyyatına  keçidlə  bağlı  45  ölkəni  əhatə 

edən  araşdırmalar

203


  göstərir  ki,  qlobal  informasiya  iqtisadiyyatında 

iştirak etmək imkanları baxımından əhəmiyyətli fərqlər mövcuddur. 

Bu  qrupa  daxil  olan  23  ölkə  qeyd  edilən  sferada  əhəmiyyətli 

nailiyyətlər əldə edə bilməsələr (yaxın 3 il ərzində), sonrakı dövrdə daha 

ağır situasiya ilə rastlaşacaqlar.  

Eyni  zamanda,  yeni  keyfiyyət  mərhələsinə  keçidin  qlobal  xarakter 

almadığı  şəraitdə  hər  hansı  bir  ümumbəşəri  səviyyəli  effektdən 

danışmağa  belə  dəyməz.  Ayrı-ayrı  ölkələrin  informasiya  iqtisadiyyatına 

hazırlıq dərəcəsini müəyyənləşdirməkdən ötrü qarşılıqlı bağlılıqda olan 5 

göstəricidən istifadə olunur: 

                                                 

203


 Отчет компании McCounell  nternational “Risk E-Business: Seizing the 

Opportunity of Global E-Readiness, август, 2000г” 

http://www.mcconellinternational.com

 /ereadiness/ Ereadiness Report. htm 



Dünya iqtisadiyyatının tarixi 

 

 



451

                                                            

1.

  nternetə çıxış imkanları; 



2.

  nformasiya 

iqtisadiyyatına 

keçidin 


məqsədyönlü 

tənzimlənməsi; 

3.

  nformasiya təhlükəsizliyi; 



4.

  nsan kapitalı; 

5.

  Elektron kommersiyanın tətbiqi şəraiti. 



Araşdırmalar  göstərir  ki,  42  ölkənin  yalnız  bir  hissəsi 

informasiyanın yaradılması və yayılması prosesində iştiraka imkan verən 

infrastruktura malikdir. 

25  ölkədə  (3.6  mlrd.  əhali)  rabitə  sisteminin  əhəmiyyətli  dərəcədə 

modernləşdirilməsinə ehtiyac vardır. 17  ölkədə situasiya nisbətən  yaxşı, 

11 ölkədə isə daha yaxşı qiymətləndirilir. 

Hal-hazırda simsiz internetdən istifadə edənlərin sayı hər ay 8 mln. 

nəfər (əsasən inkişaf etməkdə olan ölkələrdə) artır. 

nformasiya  iqtisadiyyatına  keçid  idarəolunan  prosesdir.  Bu 

anlamda dövlət-özəl sektor cütlüyünün birgə səyləri həlledici rol oynayır. 

Bu aspektdən həlli vacib olan məsələlər sırasına aşağıdakılar aid edilir: 

1.

  Milli  informasiya  cəmiyyətinin  dövlət  prioritetləri  sistemində 



yeri; 

2.

  Dövlət xidmətlərinin avtomatlaşdırılması dərəcəsi; 



3.

  Dövlətlə özəl sektor arasında əməkdaşlıq səviyyəsi; 

4.

  nternetə  çıxışın  kütləviləşməsi  sahəsində  göstərilən  səylərin 



intensivlik dərəcəsi; 

Tədqiqatlar göstərir ki, yalnız bir qrup ölkədə (əsasən inkişaf etmiş 

ölkələrdə)  qeyd  olunan  istiqamətdə  əsaslı  irəliləyişlərə  nail  olunmuşdu. 

Azsaylı  ölkələrdə  prosesin  intensivləşdirilməsi  yönümündə  sistemli 

tədbirlər  həyata  keçirilir.  Məsələn,  Azərbaycanda  “Elektron  hökumət” 

konsepsiyası kifayət qədər böyük sürətlə tətbiq olunmaqdadır. 

Digər  mühüm  məsələ  informasiya  təhlükəsizliyi  məsələsidir.  Belə 

ki: 


1.

 

nformasiyanın  yaradılması,  saxlanması  və  yayılması 



proseslərinin  zəif  mühafizəsi  elektron  biznesin  həyata 

keçirilməsində problemli situasiya yaradır; 

2.

 

ntellektual mülkiyyətin zəif mühafizəsi proqram təminatı 



üzrə milli sənayenin inkişafına əngəl törədir; 

3.

 



Personal  məlumatların  lazımı  səviyyədə  mühafizə 

olunmaması informasiya mübadiləsinə maneə yaradır; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



452

                                                            

4.

 

Elektron imzaların qəbulundan imtina yaxud məlumatların 



kodlaşdırılmasına  qadağa  qoyulması  biznesin  yeni 

üsullarına olan etimada zərbə vurur və s. 

Ümumiyyətlə,  informasiya  təhlükəsizliyinin  əsas  elementlərinə 

aşağıdakılar aid edilir:  

1.

 

ntellektual 



mülkiyyətin, 

ələlxüsus 

proqram 

təminatının  hüquqi  mühafizə  dərəcəsi  və  bu  sferadakı 

tərəqqinin səviyyəsi; 

2.

 



Elektron  “quldurluğa”  qarşı  yönəldilən  səylərin 

intensivlik dərəcəsi; 

3.

 

Hüquqi sistemin möhkəmliyi və effektivliyi;  



Araşdırılan  ölkələrin  kiçik  bir  qismi  istisna  olmaqla,  böyük 

əksəriyyətində  qeyd  olunan  problemlər  hələ  də  öz  aktuallığını 

saxlamaqdadır. 

Son  20  il  ərzində  istehsal  resursları  zəncirində  (“insan  resursları  – 

maddi  resurslar  –  maliyyə  resursları”)  ayrı-ayrı  halqaların  strateji 

əhəmiyyəti  iqtisadi  inkişafın  məqsəd  və  vəzifələrindən  asılı  olaraq 

dəyişikliyə məruz qalmışdı. 

nformasiya  iqtisadiyyatı  şəraitində  əmək  məhsuldarlığının  və 

inkişafın başlıca mənbəyi kimi insan resursları çıxış edir. 

 

 



 

Cədvəl 16.1 

Dünya ölkələrinin məcmu kapitalında struktur 

 dəyişiklikləri (1913-1998) (%) 

 

Kapitalın növü 

 

1913 


1950 

1998 


Fiziki kapital 

 

nsan kapitalı 



67-69 

 

31-33 



52-53 

 

47-48 



31-33 

 

67-69 



 

 

nsan kapitalına aşağıdakılar daxildir: 

1.

  Təhsil sisteminin keyfiyyət səviyyəsi; 



2.

  Yerli  yaradıcılıq  və  cəmiyyətdaxili  informasiya  mübadiləsinin 

inkişaf dərəcəsi; 

3.

  şçi qüvvəsinin ixtisas dərəcəsi və effektivliyi; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



453

                                                            

Lider  ölkələr  bir  qayda  olaraq  təhsil  sferasına,  ələlxüsus  texnoloji 

biliklərin  aşılanması  yönümündə  böyük  vəsait  sərf  edirlər.  nsan 

kapitalında  tərəqqiyə  nail  olmanın  digər  yolu  effektiv  immiqrasiya 

siyasətinin  yeridilməsidir.  Bu  siyasət  konkret  ölkə  miqyasında  effektiv 

hesab  olunsa  da,  qlobal  səviyyədə  -  nəticə  etibarilə  gözlənilən  yekunla 

sonuclanmır və s. 

Qeyd edilən göstəricilər elektron kommersiyanın inkişafı üçün əsas 

elementlər  keyfiyyətində  çıxış  edirlər.  Bununla  yanaşı,  göstərmək 

lazımdır  ki,  elektron  ticarət  sadalananların  “cəmindən”  çoxdur.  Bunun 

üçün  əlverişli  siyasətlə  yanaşı  rəqabət  mühitinin yaradılması  da  mühüm 

əhəmiyyət  kəsb  edir.  Ümumiyyətlə,  elektron  ticarətin  qərarlaşması 

prosesinin əsas tərkib ünsürləri kimi aşağıdakıları göstərmək olar: 

1.

 

Rabitə  və  informasiya  xidməti  göstərənlər  arasında  real 



məzmunlu rəqabətin mövcudluğu; 

2.

 



Maliyyə  sisteminin  elektron  əməliyyatları  dəstəkləmək 

qabiliyyətinin olması; 

3.

 

nformasiya  texnologiyaları  sferasının  xarici  investorlar 



üçün açıq olması; 

4.

 



Siyasi  və  maliyyə  sabitliyi,  tənzimləmənin  şəffaflığı, 

dövlət  xidmətlərinin  açıqlığı  və  biznes  sferasında  ümumi 

riskin dərəcəsi. 

nkişaf  etmiş  ölkələrin  əksəriyyəti  rəqabətin  yüksəlməsi  və 

imkanların  genişləndirilməsi  məqsədilə  milli  bazarlarının  açıqlıq 

dərəcəsini yüksəltməyə çalışırlar. 

Bununla  belə,  hələ  ki,  daxili  ziddiyyətlərdən  tam  şəkildə  yaxa 

qurtarmaq mümkün olmamışdır. 

Hal-hazırda,  elektron  ticarətin  inkişafı  istiqamətində  çoxsaylı 

tədbirlər  həyata  keçirilməkdədir.  “Elektron  kommersiya  üzrə  qlobal 

dialoq”, “Qlobal internet-layihə” və s. tipli layihələr tətbiq olunmaqdadır. 

Hətta  “böyük  səkkizlər”  (Böyük  Britaniya,  Almaniya,  taliya,  Kanada, 

Rusiya,  ABŞ,  Fransa,  Yaponiya)  “ nformasiya  imkanları  üzrə  xüsusi 

komissiya” yaratmaq haqqında razılaşmaya gəlmişlər. 

nformasiya iqtisadiyyatının qərarlaşmasında müstəsna rol oynayan 

elektron ticarətin regional bölümdə tətbiqi sferasında əhəmiyyətli fərqlər 

mövcuddur. 

1.

 



Latın  Amerikası  (Argentina,  Braziliya  və  s.)  ölkələrində 

elektron  ticarətin  inkişafı  baxımından  əlverişli  imkanlar 

mövcuddur. 

Bununla 


belə, 

informasiyanın 

təhlükəsizliyinin 

təminatı 

sistemində 

qeyri-adekvat 



Dünya iqtisadiyyatının tarixi 

 

 



454

                                                            

dəyişikliklər  elektron  ticarət  üçün  etibarlı  baza  yaratmağa 

imkan  vermir.  Eyni  zamanda,  internetə  çıxış  ifrat  aşağı 

səviyyədədir  və  elektron  ticarətə  maliyyə  vəsaitlərinin 

qoyuluşunda problemlər mövcuddur. 

2.

 

Asiya  (Hindistan,Çin  və  s.)  ölkələrinin  əsas  xüsusiyyəti 



ondan  ibarətdir  ki,  onların  bir  çoxu  1997-ci  il  böhranının 

ağır  nəticələrini  aradan  qaldırmaq  istiqamətində  elektron 

ticarətdən  bir  vasitə  kimi  istifadə  etməyə  başlamışdılar. 

Bununla  bahəm,  bu  regionun  informasiya  iqtisadiyyatına 

keçidinə  əngəl  törədən  əsas  məsələ  informasiya 

təhlükəsizliyinin 

adekvat 

şəkildə 


təmin 

oluna 


bilməməsidir. 

3.

 



Mərkəzi  və  Cənubi  Avropa  (Türkiyə,  Rusiya,  spaniya, 

Macarıstan  və  s.)  -  informasiya  iqtisdiyyatına  ən  yaxın 

olan  regionlardan  biridir.  Qeyd  etmək  lazımdır  ki,  bu 

ölkələrdə  də  bir  sıra  problemlər  hələ  də  öz  həllini 

tapmamışdır:  adekvat  hüquqi  mühit:  elektron  ticarətin 

aparılması üçün əlverişli şəraitin yaradılması və s. 

4.

 

Yaxın  Şərq  və  Afrika  (Qana,  Misir,  Nigeriya  və  s.)  - 



informasiya  iqtisadiyyatına  keçid  nöqteyi-nəzərindən  ən 

problematik situasiya məhz bu regionda formalaşmışdı. 

 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin