1. Polikimyalaşma. Torpaqda çox böyük miqdarda kimyəvi elementlər və maddələr mövcuddur. Qanunauyğun olaraq hər bir elementin bir neçə birləşmələri olur ki, bunlar da torpaqda həm kristal, həm də amorf formasında olurlar.
2. Heterogenlik və polidisperslilik. Torpaq çox fazalı sistem olmaqla üzvi və mineral komponentlərin inkişaf etmiş, müxtəlif cinsli üst qatında sorbsiya və desorbsiya (xemosorbsiya daxil olmaqla) prosesləri baş verir.
3. Kimyəvi xüsusiyyətlərinə görə baş verən üzvi-mineral maddələrin qarşıliqlı təsiri, torpaq proseslərinin dinamikliyi və əhatəli müxtəlifcinslilik prosesləri.
Üzvi-minerallı qarşılıqlı təsiri – spesifik torpaq xüsusiyyətləri olmaqla torpaqəmələgəlmə prosesinin əlamətidir. Belə ki, torpaqda ancaq sadə və kompleks duzlar formalaşmır, həm də mineral və üzvi maddələrdən ibarət olan mürəkkəb adsorbsiyalı komplekslər (simplekslər) yaranır.
Torpaq proseslərinin dinamikliyi. Təbii torpaq üçün bir günlük (sutkalıq), mövsümü, illik və əsrlik dinamika xarakterikdir. Torpaqda bu dəyişiklik daima baş verir. Klassik kimyəvi birləşmələr transformasiyaya məruz qalır və torpaq buferlik qabiliyyəti qazanır.
Əhatəli müxtəlifcinslilik – torpağın ayrılmaz xassəsi olub, torpaqəmələgətirən amillərin əhatəli müxtəlifcinslilikdən asılılığı şərtləndirilir (ilkin müxtəlifcinslilik). Torpaqəmələgəlmə prosesinin inkişafı ilə əlaqədar olaraq daha da genişlənə bilər (təkrar müxtəlifcinslilik).
4. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən qeyri-bərabər vəziyyət və termodinamik bərpa olunmayan proseslər. Qeyri-bərabər vəziyyət və termodinamik bərpa olunmayan proseslər. Torpaq açıq termodinamik sistemdir, hansı ki, buradan fasiləsiz olaraq maddələr və enerji axır. Bu isə torpaqda bərabər vəziyyətin yaranmasına imkan vermir. Nəticədə torpaq-kimyəvi proseslərin özünəməxsus kinetikası güclənir və sürətli reaksiyalar baş verir. Torpaqda baş verən prosesləri anlamaq üçün onun kimyəvi tərkibini, torpaqəmələgətirən amillərin dəyişilməsini və bunların torpaq örtüyünün əmələgəlməsində istifadəsini bilmək lazımdır.