Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq taktikanın işlənib hazırlanması



Yüklə 0,65 Mb.
səhifə152/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   148   149   150   151   152   153   154   155   ...   160
Beynelxalq marketinq muhazire

4. Beynəlxalq taktikanın işlənib hazırlanması.

Taktika – firmanın ümumi uzunmüddətli plan və konkret vəziyyəti ilə uyğunlaşdırılan konkret qısamüddətli strategiyadır. Taktika çevik olmalı, burada daxili və xarici amillərin dəyişdirilməsi nəzərə alınmalıdır.

Uzunmüddətli və taktiki planlar tərtib edildikdən sonra həmin planların dezoriyentasiyasından və səhv təfsir etmədən qaçmaqdan ötrü əlavə oriyentir, yəni siyasət hazırlamaq lazımdır.

Taktiki planlaşdırma strateji məqsədlərə nail olmaq üçün müəssisənin malik olduğu resursların bölgüsü haqqında qərarların qəbulu mexanizmidir. Bu növ planlaşdırma qısamüddətli və ortamüddətli dövrü əks etdirir. Əgər strateji planlaşdırma perspektiv dövrdə müəssisənin nəyi istədiyinin müəyyənləşdirsə, taktiki planlaşdırma isə buna necə nail olunmasına istiqamətlənmiş tədbirləri özündə əks etdirir. Strateji planlaşdırma ilə taktiki planlaşdırma arasında başlıca fərq məqsədlər və vasitələr arasındakı fərqlərdir.

Marketinqin taktikası və strategiyasının özünəməxsus prinsipləri vardır. O, bazara aid cari praktiki məsələləri yerinə yetirməklə bərabər, strateji planda intensiv fəaliyyət göstərir. O, istehsal və ticarət müəssisələrinin, qurumların uzunmüddətli məqsədlərinə uyğun olaraq onların satış fəaliyyətləri üzrə müsbət, son təsərrüfat nəticələrinə nail olmasına səmt götürməlidir. Bu məqsədlə o, proqnozlaşdırma funksiyasını da yerinə yetirir. Proqnozlaşdırma müxtəlif istiqamətlərdə aparılır. Bunlardan iqtisadi, konyuktor, elmi-texniki istiqamətləri göstərmək olar. İqtisadi proqnozlaşdırma uzun müddət götürülür və adətən dövlət səviyyəsində həyata keçirilir.

Marketinq taktikası – firmanın malik olduğu əmtəə nomenklaturasına təlabatın formalaşdırılması prinsiplərini və mövcud konyunkturanın alınmasını əks etdirir.

Bir qayda olaraq, marketinq taktikası bir il, ən çoxu bir il yarım müddəti əhatə edən dövr üçün işlənilib hazırlanır. Bu müddətin bitməsi gözlənilmədən müntəzəm olaraq o yoxlanılır, faktiki alınmış nəticələrlə müqayisə olunur və lazım gəldikdə taktikaya düzəlişlər edilir. Daxili yoxlama – firmanın potensial imkanlarının və onların istifadə olunması sərhədlərinin təhlil olunmasıdır. Bu təhlil və alınmış nəticələr əsasında marketinqin işlənilmiş və hazırda icra edilən taktikasına düzəliş verici hərəkətlər həyata keçirilir. Marketinq taktikası ilə həll olunan məsələlər sırasına aşağıdakılar daxildir: əmtəənin irəlilədilməsinin, satışın stimullaşdırılması və reklam işinin əmtəənin həyat dövrünün mərhələlərindən asılı olaraq təşkili, yeni əmtəə ilə bazarın yeni seqmentinə çıxışın prinsiplərinin müəyyənləşdirilməsi, mövcud bazarda fəaliyyətin dayandırılması və sairə. Qeyd etmək lazımdır ki, yeni əmtəə ilə xarici bazara taktiki düzgün olmayan çıxış satış həcmi ilə reklam və satışın stimullaşdırılması arasında müvafiq olmayan nisbət firmaya böyük zərərlər gətirə bilər.

Marketinqin taktiki (lokal) məqsədlərinə strateji məqsədlərə nail olunma­sını təmin edən məqsədlər aid edilir. Məsələn, müəssisəni mənfəətin məbləğinin və səviyyəsinin artırılması strateji məqsədinə nail olunması üçün marketinq qarşısında satışın həcminin və bazar payının artırılması, хərclərin aşağı salınması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip digər taktiki (lokal) məqsədlər qoyula bilər.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin