Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Mövzu 15. Azərbaycan Respublikasında beynəlxalq marketinqin əsas istiqamətləri və inkişaf perspektivləri



Yüklə 0,65 Mb.
səhifə154/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   150   151   152   153   154   155   156   157   ...   160
Beynelxalq marketinq muhazire

Mövzu 15. Azərbaycan Respublikasında beynəlxalq marketinqin əsas istiqamətləri və inkişaf perspektivləri.

15.1. Azərbaycan beynəlxalq iqtisadi təşkilatlarla münasibətləri.

15.2. Müasir qloballaşmanın xarakterik cəhətləri

15.3.Beynəlxalq ticarət işinin iqtisadi mahiyyəti və məzmunu.

15.4. Azərbaycan xarici ticarət dövriyyəsi, idxal və ixracın strukturası və onların dinamikası.

15.5. Beynəlxalq marketinq və Azərbaycanın xarici iqtisadi fəaliyyət.

1. Azərbaycan beynəlxalq iqtisadi təşkilatlarla münasibətləri.

Bazar münasibətlərinə keçid müasir ictimai-iqtisadi həyatın əsas fundamental qanunauyğunluqlarından biridir. Onu müəyyən edən amillərdən asılı olaraq bu cür keçid həm beynəlxalq-qlobal, həm regional, həm də milli-dövlət səviyyəsində həyata keçirilir. Bu prosesin obyektiv zəruriliyi və qaçılmazlığı məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının dinamikası və xarakteri ilə şərtlənir.

Azərbaycanın xarici iqtisadi siyasəti ölkənini ümumi iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla onun btünü cəhətlərini və əlamətlərinin özündə əks etdirir. Azərbaycanın iqtisadi tərəqqisinə nail olmaq üçün həyata keçirilən xarici iqtisadi siyasər aşağıdakıları əhatə etməlidir: maliyyə sabitliyi və sabit maliyyə sisteminin yaradılması; milli ixracatçıların bir çox növ məhsullar (xüsusilə də yüksək emal dərəcəsinə malik olan məhsullar) üzrə dünya bazarlarında köklü mövqe əldə etmələri üçün aktiv struktur siyasəti; ixracatçılar üçün güclü dövlət dəstəyinin ytəmin edilməsi; xarici kapitalın cə lbinin aktivləşdirilməsi üçün sahibkarlıq mühitinin təkmilləşdirilməsi.

Bazar münasibətlərinə keçid dövlətdaxili səviyyədə bazar mühitinin formalaşdırılması prosesi ilə məhdudlaşmır. O eyni zamanda, bazar transformasiyası prosesini və beynəlxalq iqtisadi münasibətlər sferasını da əhatə edir. Beynəlxalq iqtisadi münasibətlərin əsas tərkib hissəi və subyektləri kimi müxtəlif milli iqtisadiyyatlar çıxış etdiyindən, onların bazar prinsipləri əsasında fəaliyyət göstərməsi və bazar mühitinin yaradılması bu münasibətlərdə islahatlar aparılmasına təkan verən əsas müəyyənedici amildir. Milli iqtisadiyyatda və onun xarici iqtisadi sferasında aparılan bazar islahatları inzibati-amirlik sistemindən bazar sisteminə keçid prosesinin paralel surətdə cərəyan edən iki tərəfidir. Buna görə də Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin bazar dərəcəsi birbaşa olaraq milli iqtisadiyyatların bazar dərəcəsindən asılıdır.

Dövlətdaxili və dövlətlərarası səviyyələrdə əmtəə-bazar münasibətlərinin meydana gəlməsinin və funksiya göstərməsinin əsas ümumi amilləri demək olar ki eynidir:


  • ictimai əmək bölgüsü;

  • iqtisadi fərdi mülkiyyətçilərin (özəl mülkiyyət əsasında) mövcudluğu.

Milli və beynəlxalq bazar münasibətlərinin özünəməxsusluğu onların amillərinin iqtisadiyyati xüsusiyyətlərindəki fərqlərlə izah edilir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin